Qarabag Media
Haqqımızda Əlaqə

Yanıçarın qeydləri


Tarix:18-08-2016, 22:10 Kateqoriya:Manşet / Araşdırma

Yanıçarın qeydləri 1453-cü ildə Bizans imperiyasının paytaxtı Konstantinapol şəhərinin müdafiəçilərinə kömək üçün Serb dövləti tərəfindən göndərilmiş qoşunun tərkibində Serb vətəndaşı Konstantin Mixayloviç də iştirak etmişdir.

29 may 1453-cü ildə min yüz illik tarixə malik olan Bizans imperiyasının paytaxtı Osmanlı-türk qoşunları tərəfindən tutulmuşdur. Bundan sonra Konstantin Mixayloviç doğma şəhəri Novoe Brdo şəhərinə qayıtmışdır.

1455-ci ildə Novoe Brdo şəhəri türklər tərəfindən tutulur və Konstantin Mixayloviç qardaşı ilə birlikdə əsir düşür.

Onu Adjam Orxan tərəfindən idarə edilən yanıçar (yeniçər) məktəbinə yox, Andirrapol (Ədirnə) şəhərinə Sultan Mehmedin sarayına göndərirlər. Sultan Mehmedin hərbi islahatı ondan ibarət idi ki, o tutduğu ölkələrdən xristianların uşaqlarını yanıçar məktəbinə göndərilməsinə göstəriş vermişdi. Hər bir xristian ailəsi sultanın hakimiyyətinə bir oğlan uşağı verməli idi. Uşaqlar xüsusi məktəbdə ciddi və tələbkar müsəlman kimi tərbiyə edilirdi. Bu uşaqlardan talantlı olanlar texniki mütəxəssis kimi, yaxud məmur hökumət qulluqçusu kimi işlərdə işləyirdilər.

Ən bacarıqlıları Sultanın xüsusi qvardiyasına göndərilirdi.

Onlar xüsusi kazarmalarda yaşayırdılar, nikaha girib evlənmələri qəti qadağan idi. Bütün həyatlarını sultanın hakimiyyətinə həsr etməli idilər.
Sultan Mehmedin qoşununun ən yaxşı hissəsi yanıçarlardan təşkil edilmişdi.

Konstantinapola hücum zamanı yanıçarların sayı on iki mindən çox idi. Konstantin Mixayloviç 1463-cü ildə əsirlikdən azad olduqdan sonra doğma vətəni Novoe Brdo şəhərinə qayıdır və Osmanlı dövlətində iştirak etdiyi hadisələr haqqında ətraflı olaraq öz şəxsi xatirələrini “Yanıçarın qeydləri” adı ilə yazır.

Uzun illər bu tarixi əsər haqqında heç bir məlumat olmamışdır. Təsadüfən 1823-cü ildə Polşanın Berdiçer şəhərində yerləşən katolik rahibinin arxivindən tapılmış və tezliklə Polşa ədəbiyyatşünası A.Qalenzovski tərəfindən Polşa yazıçılarının nəşriyyatında “Yanıçarın qeydləri” adlı əsər kimi çap edilmişdir. Əsərdə Şərqi və Cənub-Şərqi Avropada baş vermiş tarixi hadisələr haqqında əsaslı məlumat verilmişdir.

Bununla əlaqədar olaraq Serbiya, Polşa və Çexiya tarixçiləri tərəfindən bu əsərə maraq artmış, əsər tezliklə Serbiyada və Polşada çap edilmişdir.

Bundan başqa Slavyançı alim U.Şafarik əsərin orjinalının əvvəlcə Polşa dilində yazıldığını və sonradan Çex dilinə tərcümə olunduğunu qeyd edir.

Yanıçarın qeydlərində Osmanlı imperiyasına qarşı mübarizənin aparılması və bu mübarizəyə Mərkəzi və Şərqi Avropa xristian dövlətlərinin, o cümlədən Roma papasının və müqəddəs Roma imperatorunun birgə iştirak edilməsinə çağırış edilir.

Dilçi alimlər arasında aparılan müzakirələrdə “Yanıçarın qeydləri” dəqiq hansı dildə yazılması haqqında araşdırmalar hələ də davam etdirilir.

Müharibədən sonrakı illərdə bu kitaba maraq daha da artmışdır. Əsas səbəb isə Slavyan xalqlarının özünüdüşünmə, cəmiyyətdə mövqeyini qorumağı tələb edir.
Tədqiqatçıları maraqlandıran əsas səbəb odur ki, kitabın bu qeydləri kimin marağı üçün yazılıb və bu yazı kimin ünvanına göndərilmişdir.

Müəllif kitabda yazılan mövzuları üç hissəyə ayırır:
1. Türklərin əleyhinə yazılmış əsər;
2. Müsəlmanlar və Türkiyə tarixi haqqında məlumat;
3. Serbiyanın tarixi haqqında məlumat.

Aparılan araşdırmalarda bu əsərin qiymətli olması nəzərə alınır.

Bəzi mütəxəssislər əsərin – “Yanıçarın qeydləri”ni memuar, bəziləri isə hadisələrin tarixini təsvir edən ədəbi əsər kimi qəbul edirlər.

Konstantin Mixayloviçin həyat fəaliyyəti haqqında ikili məlumatlar vardır.

Slavyanşünasçı Serb tarixçisi K.İrçex Konstantin Mixayloviçin hansı kənddə və yaxud şəhərdə anadan olmasını təxmini göstəririr.

O 1438-ci ildə anadan olmuş və Novoe Brdo şəhərinin alınmasında türklərə əsir düşmüşdür. Türklər Novoe Brdo şəhərini 1455-ci ildə tutmuşlar. Konstantinin Adjam Orxan tərəfindən idarə olunan yanıçar məktəbində olması haqqında məlumat verilmir. Əsərdə Konstantinin islam dininin qaydalarını mənimsəməsi, ancaq xristian dininin qəti tərəfdarı olması xüsusi qeyd edilir.

Konstantin öz müşahidələrində dərvişlərin atılıb-düşmək, hərlənmək və sairə şəklində keçirilən patoloji mahiyyətli dini ayinləri haqqında ətraflı məlumatı olduğunu göstərir.

O, 1460-cı ildə Belqrad şəhərinin mühasirəyə alınmasında və 1461-ci ildə Sinopun Osmanlılar tərəfindən tutulmasında iştirak etdiyini yazmışdır.

Konstantin öz yazısında xristian ölkələrinin birləşməsini arzulayır və onların Osmanlı imperiyasına qarşı vahid cəbhədə vuruşmağa çağırır. Onun fikrincə yalnız Polşa Karolu Olbraxt türklərə qarşı olan yürüşə rəhbərlik etməyə layiqdir.

“Yanıçarın qeydləri” kitabını Konstantin 1497-1501-ci illər arasında yazdığı göstərilir. Həmin dövrdə o birləşmiş Polşa-Litva dövlətinin şərq hissəsində məskunlaşmışdır. Polşa-Litva ərazisində yaşamağının əsas səbəbi isə onun provoslav dininə inandığı göstərilir.

Öz qeydlərində o katolik dini haqqında yazmasa da, Roma papasının türklərə qarşı mübarizə aparmamaqda tənqid edir.

Türklər Konstantinapolun alınmasında macar mühəndisi Orbanın hazırladığı toplardan və Roma Papası ilə Konstantinapol pravoslav dini arasında olan ziddiyyətlərdən də istifadə etdilər. Belə ki, Roma katolik kilsəsinin başçısı papa şərt qoymuşdu ki, o zaman kömək edərik ki siz katolik dinini qəbul edəsiniz. Şərt qəbul edilmədiyindən Roma papası Konstantinapol provaslav kilsəsinə hərbi yardım etmədi.

Konstantin öz şəxsi xatirələrində Osmanlı imperiyası haqqında əhəmiyyətli hadisələri şərh edir. Konstantin türk ordusunun əsas və köməkçi hissələrinin sıraya düzəlməsi, hərbi rəhbərlik və məmurlar haqqında çox ətraflı, müfəssəl olaraq məlumat verir.

O sultanın xəzinəsi, hərbi qulluqçular və mülki şəxslərin aldıqları məvacib haqqında da xəbər verir. Bu məlumatları o doğma qardaşı tərəfindən almışdır. Çünki onun qardaşı sultanın xəzinəsinin qoruyucusu və maliyyə işlərində bilavasitə əlaqəsi olan şəxs olmuşdur.

Konstantin sultanın həftədə iki dəfə saray əhli qarşısına çıxmasını və xarici səfirlərinin qəbul edilməsini yazmışdır.

O, Türk sultanlarının dörd adla çağırılmasını da qeyd etmişdir. Birincisi boyü bəy, yəni böyük cənab, ikincisi xunkyar yəni türk knyazı, üçüncüsü mirzə yəni qüvvə, güc, dördüncüsü sultan yəni imperator.

Konstantin Belqrad şəhərinin 1456-cı ildə alınmasında qırx mindən çox yanıçarın yaralanması və ölümü haqqında da məlumat verir. Konstantin bəzi tarixi hadisələri qəsdən, bilə-bilə qərəzli şəkildə qeydə almışdır. Konstantin türklərin əldə etdikləri qələbənin çətin başa gəldiyini yazır, hətta o Trapenzund ölkəsinin tutulmasının altı həftəyə başa çatmasını yazsa da, həqiqətdə isə göstərilən ölkənin paytaxtı mübarizə etmədən təslim olmuşdur.

Konstantin türklərə kin və nifrət bəsləsə də, o türklərin müsbət cəhətləri haqqında da yazmışdır. O ədalət məhkəməsinin əsir götürülmüş şəxslərə mərhəmət göstərmək, kənd təsərrüfatında çalışanların torpaq paylarının əllərindən alınmasına qarşı sultan qanunlarının ədalətli olmasını qeyd etmişdir.

Bir sözlə yanıçarın qeydləri orta əsrdə Osmanlı imperiyasında, Mərkəzi və Şərqi Avropa ölkələrində olan tarixi hadisələri öyrənən və maraqlananlar üçün maraqlı məlumat əsəri sayılır.

Məhəmməd HÜSEYNOV (Qarakilsəli)










SON XƏBƏRLƏR
Milli Qəhrəman Əliabbas İsgəndərovun doğum günüdür
GÖRKƏMLİ FİLOSOF MİDHƏT AĞAMİROV
Gürcüstan Saakaşvilinin və müxalifətin dəstəklədiyi Grigol Vaşadzeyə səs verəcək!
Ermənilər Kəlbəcəri belə talan edir - VİDEO
ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib
Aqil Abbas: ”Çox istərdim ki, Azərbaycanda da Gürcüstandakı kimi borclarla bağlı addım atılsın”
Gəncədə həlak olanların sayı 3 nəfərə çatdı - VİDEO
Azərbaycan mədəniyyətinə ağır itki üz verib
Türkiyədə TürkPA-nın iclası keçirilir
İlham Əliyev Türkiyənin Baş Qərargah rəisini qəbul edib
Qarakənd faciəsindən 27 il ötür
"Müşfiqi Bağırovun zirzəmisində divara hörüblər"– Ədalət Tahirzadədən yeni açıqlama
"Belarusa Dağlıq Qarabağ münaqişəsində tutduğu obyektiv mövqeyə görə minnətdarıq" - İlham Əliyev
Erməniyə qalib gələn güləşçimiz dünya çempionu oldu – FOTO/VİDEO
Təhsil sahəsində iki mühüm yenilik: Biri ümid yaradır, digəri tərəddüd
Rövşən Rzayev italiyalı diplomatla görüşdü - FOTOLAR
Gələcəyə ən çox hazır olan ölkələrin reytinqi - Azərbaycan neçənci yerdədir?
Səfəvilərin Çaldıran tragediyası - ARAŞDIRMA
Gürcüstanda 600 min nəfərin banka olan borcu - SİLİNƏCƏK
İlham Əliyevin Minskdə rəsmi qarşılanma mərasimi olub
Bakıda masajçı qadını kirayə qaldığı evdə öldürərək qaçan şəxs tutulub
Əli Kərimli 2500 manat cərimə edilərək azadlığa buraxılıb
Qarabağ “düyünü”nə düyün vuran vasitəçilər - TƏHLÜKƏLİ GƏLİŞMƏ
ABŞ-ın 40 illik oyunu və FETÖ ilə başlayan böyük hədəf
İbrahim Tatlısəsi azərbaycanlı həkim sağaltdı
İraq Kərkükdən yenidən neft ixracına başladı
"Azərbaycan televiziyalarından bütün şou verilişlərini yığışdırardım" — Xeyrəddin Qoca
Azərbaycana qayıdan sabiq nazir yenidən xəstəxanaya yatırıldı
Gələn il pensiyalar 35% artacaq - Nazirdən açıqlama
Belçikada insan cəsədindən gübrə kimi istifadə ediləcək