Qarabag Media
Haqqımızda Əlaqə

Azərbaycanda daha bir qədim şəhər aşkarlandı - FOTOLAR


Tarix:23-10-2015, 08:46 Kateqoriya:Manşet / Tarix

Azərbaycanda daha bir qədim şəhər aşkarlandı - FOTOLAR

Cəlaləddin QASIMOV


Tarixiimizin daha bir sirli səhifəsi açıldı

Beynəlxalq Qaşqari Fondunun vitse-prezidenti,
Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının üzvü,
yazıçı-publisist


(Tovuz rayonunun Xınna dərəsi ərazisində daha bir qədim şəhər aşkar etdim. Bu şəhərin qalıqlarını əks etdirən fotolar mətbuatda ilk dəfədir ki, yer alır)

Zaman-zaman dünya tarixində izaholunmaz və sirli hadisələrə rast gəlinib. Vaxt keçdikcə, bu sirlərin bəzisi açılıb, elə hadisələr də var ki, uzun illər izah oluna bilmir. Xınna dərəsi və onun ətrafında cərəyan edən faktlar da məhz bu qəbildəndir. “Xınna dərəsi” - Hunan adıyla baglıdır. Bu, zamanımıza qədər gəlib çatmış, hələ Qafqaz Albaniyası dövrünə aid olan Hunan şəhərinin yeri haqqında mübahisələr uzun müddət davam edib. Hətta bu mübahisələrdə Hunan şəhərinin tarixi mənbələrdə Tovuz rayonu ərazisində olduğu dəfələrlə qeyd edilib. Azərbaycanın ilk orta əsr şəhərlərindən olan Hunanın yerləşdiyi ərazi haqqında bu günə kimi müxtəlif məlumatlar səslənməsi də məlumdur. Lakin məlumat üçün onu da bildirim ki, bu şəhərin yerini dəqiq aşkarladıqdan sonra, bu haqda qələmə aldığım araşdırma və müşahidələrimin əksəriyyəti müxtəlif vaxtlarda Modern.az saytında dərc edilib. Hunan şəhəri etrafinda builki təqiqatlarimda isə dörd yeni qədim səhər haqda məlumat toplamışam. Bu şəhərlər yüksək dağlıq ərazidə, bəlkə də min illərdir insan ayağı dəyməyən sıx meşə zolağı arasında yerləşir. Bu dəfə şəhərlərdən ancaq biri haqda məlumat verəcəyəm.

Bir çox mənbəələrdə, sözügedən şəhərin adı çəkilsə də, o haqda şəkillər olmamışdı. İlk dəfə mətbuata bu barədə açıqlayıram: Hunan şəhərinin yerini dəqiqləşdirmək elə də asan başa gəlmədi. Bu, ilk olaraq həmin şəhərin yüksək dağ massivində yerləşməsi ilə əlaqədardır. Oraya yol isə, sözün əsl mənasında cəngəlliklərdən keçir. Onu da deyim ki, Hunan şəhərinin ancaq xarabalıqları, məbədlər komplekslərinin bəzi yerlərdə dağıdılmış hissələri, bəzi yerlərdə isə sadəcə, izi qalıb.

Bu sahəyə yaxınlaşanda gözümə əzəmətli uca bir dağ satasdı. Həmin dağ yasayıs yerindən uzaq məsafədədir. Oraya getmək üçün sıldırım qayalar, vahiməli və təhlükəli uçurumlardan keçməli idim. Beləliklə, o dağın zirvəsinə qalxaraq uzaqlara, o cümlədən qədim Hunan şəhərinin olduğu yerə baxmaq istədim. Həmin zirvəyə çixmaq üçün əvvəlcə dərin dərəyə enib Abdal cayını keçmək lazım idi. Mən əvvəllər bu ərazilərdə üç dağın yüksəkliyində olmuşdum. Amma çıxmaq istədiyim bu yeni dağ zirvəsi onlardan daha yüksəkdə idi.

Çətinliklərə baxmayaraq, özüm üçün kəşf etdiyim yeni dağ zirvəsinə çıxdım. Oradan ətrafa göz gəzdirdim. Hara baxdımsa, qarşımda geniş və göz işlədikcə uzanan gözəl bir mənzərə açıldı. Hunan şəhərinin yerləşdiyi əraziyə boylandım. Məbədlər komleksi olan həmin əraziyə sanki sputnikdən baxırsan. Bura, əvvəldə də qeyd etdiyim kimi, Hunan şəhəri ətrafında ən uca dağ zirvəsidir. Nəhayət buradan qədim şəhərə bir araba yolu askar etdim. Bu izə düşüb, axtarış apardım. Daha sonra olduğum yüksəklikdən şəhərə dörd istiqamətdən araba yolları olduğunu gördüm. Şəhərə aparan bu yolların yeri aşkarca bilinirdi. Qeydlər apardım, fotolar çəkdim. Artıq gecikirdim, hava qaralmamış getdiyim yolu geri dönməli, bunun üçün yenidən dərin dərəyə enməli, Abdalı keçərək geri qayıtmalı idim. Qeyd etdiyim yolların hara getdiyini, daha nələri aşkarlamaq üçün sabah üçün plan qurmalıydım.

Dağı enərkən sıldırım qayalın başında yeni bir məbəd aşkar etdim. Ay məbədi idi. Amma bu məbədin hardasa üç min ildən artıq yaşı olduğundan xəbərsiz idim. Çox gözəl bir görüntüsü var idi. Bir tərəfi dağa söykənmişdi. Tarixin daş yaddaşına çevrilmiş bu ocağın yanından enərək geri qayıtdım.

Ertəsi gün qədim karvan yollarının biriylə getməyə başladım. Təxminən dörd kilometr gedəndən sonra hardasa 60-70 hektar ərazisi olan bir talaya çıxdım. Ərazinin böyük hissəsi meyvə bağları idi. Talanın hər tərəfi əsrarəngiz gözəlliklərlə haşiyələnmişdi. Ətrafı nəhəng ağaclarla örtülü dağ zirvəsi göründü. Fikirləşmədən yüksəkliyə doğru irəlilədim. Zirvəya çatanda iki hektara qədər ərazisi olan bir şəhər aşkar etdim. Şəhərin özünümüdafiə qalasının təxminən səksən faizi dağıdılmamış qalmışdı. Maraqlısı o idi ki, qala divarları 5-6 tonluq daşlarla hörülmüşdü. Düşündüm ki, mən iki litr suyu bu yüksəkliyə güclə gətirib çixarmışam, o dövrdə insanlar bu ağır çəkili daşları buraya necə qaldırıblar...
Qalanın hər yanını dolandım, içərisini gəzdim. Gəzdiyim ərazinin hər yeri daşla döşənmişdi deyə, ayağım bir qarış belə torpağa dəymədi. Qalanın bəzi yerləri səkkiz, bəzi yerləri isə beş metr hündürlükdə idi. O qədər ağac bitmişdi ki, tam görüntülü şəkil belə çəkmək çətin idi.

Həmin yüksəkliyin sağ tərəfində Abdal çayının sahilində Abdal kəndi yerləşir. Bir az aralıda sağ tərəfdə Koç dərəsi uzanır. Amma həmin yüksəklikdəki qədim şəhərə çıxmaq üçün Çobansısnaq kəndindən enmək gərək idi. Şəhərin burada salınması əlbəttə, məqsədli edilmişdi. Ulu babalarımız – o dövrün insanları bu şəhərlərin belə yüksəklikdə salınmasını, onları sel və daşqınlardan qorumaq, yadellilərin hücumu zamanı müdafiəsini asanlaşdırmaq, həmçinin uzaqdan gələn ticarət karvanlarını izləmək məqsədilə edirdi.

Hunan şəhəri yüksəklikdə yerləşməklə bərabər, maraqlı qalalarla əhatələnmişdi. Buradan demək olar ki, hər yan görünürdü. Hətta üzbəüzdəki Yel dağının zirvəsini belə, aydınca görmək olurdu. Bu ətrafların və şəhərin qalıqlarının bir neçə fotosunu çəkdim.

Aşkarladığım şəhər barədə Azərbaycan Milli Elmlər Akademiyasına məlumat verdim. Bu isə sözsüz ki, AMEA Arxeloji Tədqiqatlar İnstitunun arxeloqlarının diqqətini cəlb etdi. Qısa müddət ərzində AMEA tarixçiləri, arxeoloq Fərhad Quliyev, Pərviz Elay, “Xəzər” TV, ATV müxbirləri gəldilər. Onlar qədim şəhərin qalıqlarını, ağır tonajlı daşlardan tikilmiş qalaları öz gözləri ilə gördülər, qeydlər apardılar, videogörüntülər və fotolar çəkdilər. Hətta onlar bu günə qədər gizli qalmış bu əraziyə baxanda heyranlığını gizlədə bilmədilər. Tədqiq üçün qaladan nümunələr götürüldükdən sonra daha üç yüksəklikdə oldular. Hunan şəhəri ətrafında dörd qədim yaşayış məskəni haqda gələcəkdə iş aparmaq məqsədilə AMEA ekpertizasına vermək üçün küp və daş alət nümunələri də götürüldü.

Bu ərazini gəzdikcə, sanki tarixmizi səhifələyirdim. Daşların daşlaşmış yaddaşı bu şəhəri xarabalığa şevirən yadelli işğalcılar barəsində nələr demirdi?! Hələ VIII əsrdə ərəblərin Azərbaycana yürüşü zamanı Xınna dərəsində Hunan şəhəri əhalisi onlara qarşı güclü müqavimət göstərib. Döyüşlər nə qədər şiddətli olsa da, Hunan şərəri dağılmayıb. Daha sonralar, yəni 1231-ci ildə Çingiz xanın ordusu bu yerlərə basqın edərək, insanları ağır işgəncələrə, kütləvi qırğınlara məruz qoyub. Lakin onlar da bu şəhərin ağır və güclü müqavimətilə üzləşiblər. Belə ki, şəhər yüksəklikdə yerləşdiyi üçün monqolların bu ərazini ələ keçirməsi mümkün olmayıb, onlar ağır itgilər veriblər. O vaxt Cingiz xanın göstərişlərindən biri o idi ki, harada güclü müqavimətə rast gəlinirdisə, ora sonradan yer üzündən silinməli, bir canlısı belə, sağ qalmamalı idi. Burada da qala divarları güclü zərər görsə də, şəhəri ələ keçirmək elə də asan olmayıb. Sonradan güc toplayaraq Hunan şəhərini darmadağın edən monqollar, özlərinin müharibə qanunlarına əsasən dini məbədlərə toxunmayıblar.

Onu da deyim ki, mən özüm yerin altında saraylarının, yaşayış tikkililərinin izi qalan bu şəhərdə Ay məbədinin demək olar ki, salamat qaldığının şahidi oldum. Askar elediyim dörd kiçik şəhər təmiz havası, bumbuz bulaqları, qalın mesələri olan cənnət guşəsi Xınna dərəsinin füsunkar təbiəti qoynunda salınıb. Bu şəhərlər bir-birindən dörd-beş kilometr məsafədə yerləşir. Təəssüf ki, bu ərazilər əsrlər boyu yazılı tariximizdən kənarda qalıb.

Hər il məzuniyyət müddətində bu dağlarda olur, sirli, sehrli əraziləri gəzir, müşahidələr aparır, qədim yaşayış məskənləri aşkar edirdim. Builki məzuniyyətimin on bir gününü bu yerlərin qonağı oldum. Suyundan icdim, havasından uddum, saflaşdım, duruldum. Hər dəfə də daha böyük həvəs və enerjiylə işimi davam etdirdim. Düzünü deyim ki, Hunan şəhərinin aşkar edilməsi mənim üçün daha uğurlu, daha dəyərli və sevindirici oldu. Bu şəhərin ətrafında olan qədim məntəqələrin qalıqlarını aşkar etmək ücün 20-25 kilometrlik bir yol qət etməli oldum. Burada dərin dərələrdən keçdim, sıldırım yamaclardan adladım, zirvələrə çıxıdm. Bu gəzintilər zamanı nə az, nə çox - yeddi şəlalə və qeyd etdiyim kimi, dörd şəhər aşkarladım. Sevindim ki, builki məzuniyyətimin həm özümə, həm xalğımıza və millətimizə, həm elmimizə, həm də tariximizə bir faydası oldu.

Hər bir xalqın, onun tarixını yazmaq və zaman-zaman yaşanmış olayları işıqlandırmaq üçün öz ziyalıları olub. Mən ayrı-ayrı vaxtlar apardığım tədqiqatlarlardan sonra, açıqca söyləyə bilərəm ki, xalqımın sabahı üçün tarixinin bir sıra səhifələrini açmağa nail olmuşam. Məlumdur ki, hər bir xalqın, millətin tarixi, kökü, yurdu, mədəniyyəti var. Xınna dərəsi ərazisində Abdal çayı sahilində abdallar yaşayıb. Hazirda bura yaxın ərazidə Abdal kəndi var. Bu kənddə yaşayan sakinlər, soyu qədim abdal tayfasından gələnlərdir. Albaniyanın köklü sakinləri, ölkədə aparıcı rola malik omuş abdallar tarixdə böyük iz qoymuş türkdilli tayfalardır. Təəssüf ki, Albaniya tarixini müxtəlif ölkələrin tarixçiləri öyrənirlər, amma həqiqət budur ki, Qafqaz Albaniyasının tarixi və taleyi ilə hamıdan çox azərbaycanlılar məşğul olmalıdır. Çünki biz bu sahədə dünya elmi qarşısında məsuliyyət daşıyırıq. Başqa millətlərin nümayəndələri olan tarixçilər bizim tariximizə hansı təəssübkeşliklə yanaşa bilərlər ki?! Nəticə elə bəribaşdan məlumdur. Onların fərziyyələrinə görə, albanlar əslində, başqa bir dildə danışırdılar və guya sonradan türkləşmişdilər.

Bu fərziyyələr həqiqətən də gülünc hissi doğurur. Axı bir çox ərazilərdə, o cümlədən Qarabağda hələ o zamanlardan alban məktəbləri açılıb. Özü də o məktəblər üçün qrammatika kitabı hazırlanıb. Türk dilində olan həmin kitablar bugünkü günümüzə qədər gəlib çatıb. Bunlar alban türkcəsində yazılmış kitablardır. Yeri gəlmişkən, Osmanlı arxivlərində Səfəvi abdallar barəsində çox dəlillər var. Amma təəssüf ki, öz tarixçilərimiz bu barədə elə də sanballı məlumatlara malik deyil.

Azərbaycanda daha bir qədim şəhər aşkarlandı - FOTOLAR


Azərbaycanda daha bir qədim şəhər aşkarlandı - FOTOLAR


Azərbaycanda daha bir qədim şəhər aşkarlandı - FOTOLAR


Azərbaycanda daha bir qədim şəhər aşkarlandı - FOTOLAR


Azərbaycanda daha bir qədim şəhər aşkarlandı - FOTOLAR


Azərbaycanda daha bir qədim şəhər aşkarlandı - FOTOLAR


Azərbaycanda daha bir qədim şəhər aşkarlandı - FOTOLAR


Karabakhmedia.az










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”