Qarabag Media
Haqqımızda Əlaqə

İmmunitetiniz hansı səviyyədədir? - ÖZÜNÜZ YOXLAYIN


Tarix:17-08-2016, 08:44 Kateqoriya:Manşet / Maraqlı

İmmunitetiniz hansı səviyyədədir? - ÖZÜNÜZ YOXLAYIN

İnsanın immun sistemi orqanizmin xəstəliklərdən, mikroblardan, arzuolunmaz bioloji hücumlardan qorunmasını təmin edir. İmmunitet latın sözü olub "immunis” sözündən götürülüb, mənası xilasetmə, azadetmə deməkdir. Beləliklə, immunitet insanın bioloji müdafiəçisidir və o zəif olanda orqanizm xəstəliklərə qarşı müqavimət göstərə bilmir.

Təqdim etdiyimiz 20 suala cavab verməklə siz immunitetinizin hansı səviyyədə olması haqqında ilkin təsəvvür əldə edə bilərsiniz.

"Hə” cavabını 10 bal,
"Qismən razıyam” cavabını 5 bal,
"Yox” cavabını isə 0 bal qiymətləndirin.

1. İl ərzində 4 dəfə soyuqdəymə xəstəliyim olur

2. Gün ərzində meyvə və tərəvəzdən 300 qramdan az istifadə edirəm

3. Yuxu rejimim normal deyil, narahat yatıram

4. Məni özümdən asanlıqla çıxarmaq mümkündür, ən adi şeylərə qıcıqlanıram

5. Mənim dərim quru, dırnaqlarım kövrəkdir

6. Vaxtında yatıb dursam da səhərlər özümü yorğun hiss edirəm

7. Mənim işim oturaqdır. Demək olar ki, piyada gəzmirəm

8. Çəki ilə bağlı (az və ya artıq) problemim var

9. Əllərim və ayaqlarım həmişə soyuq olur

10. Tez-tez boğaz ağrısından şikayətlənirəm

11. Günəş şüaları altında qaralmağı çox sevirəm

12. Tez yoruluram

13. Siqaret çəkirəm

14. Yaşadığım yerin ekoloji vəziyyəti qənaətbəxş deyil

15. Gündüzlər yatmaq istəyirəm

16. Xroniki xəstəliklərdən əziyyət çəkirəm

17. Allergiyaya meylliyəm

18. Dostlarım və yaxınlarımla görüşə çıxmağa həvəsim olmur

19. Ətrafımdakı insanlar arasında zökəm varsa, mənə də keçir

20. Öskürməyə başlayıramsa bu uzun müddət davam edir

Toplanan balların sayı 0-60 arasındadırsa tam sakit ola bilərsiniz. Sizin immun sisteminizin səviyyəsi stabildir və yoluxa biləcəyiniz bütün xəstəliklər fəsadsız ötüşəcək.

Balların sayı 61-125-dirsə bunu norma kimi qəbul etmək olar və narahat olmağa çox da əsas yoxdur. Ancaq buna baxmayaraq immunitetinizin qəfil zəifləməsinin qarşısını almaq üçün sağlamlığınız haqqında düşünməlisiniz. Xüsusilə qida rasionuna, yuxu rejiminə, orqanizmin vitaminlərlə lazımınca təmin olunmasına diqqət yetirməlisiniz.

Toplanan balların sayı 125-i keçibsə bu sizin üçün xəbərdarlıqdır. Təcili tədbirlər görməklə immun sisteminizi gücləndirməlisiniz. Ən əsas xəbərdarlıq isə odur ki, özfəaliyyət müalicəsi ilə məşğul olmayasınız. Çıxış yolunuz həkim təyinatı və ona ciddi riayət etməkdir.

Bu sadə testlə immunitetinizin səviyyəsini yoxlayın ki, qarşıdan gələn yay günlərində istirahətinizi sağlam və problemsiz keçirəsiniz.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”