Qarabag Media
Haqqımızda Əlaqə

Fərid Əlizadə: “Firudin Ağasıoğlu Urmu nəzəriyyəsinin banisi kimi Türk tarixində böyük bir inqilab etmiş şəxsdir”


Tarix:11-08-2016, 21:40 Kateqoriya:Manşet / Müsahibə

Fərid Əlizadə: “Firudin Ağasıoğlu Urmu nəzəriyyəsinin banisi kimi Türk tarixində böyük bir inqilab etmiş şəxsdir”
Dünya Alpaqut Federasiyanın fəxri prezidenti Fərid Əlizadə ilə müsahibə
- Fərid Bəy, xoş gördük. Alpaqut ailəsində Toraman Başad rütbəsini daşımaq hansı məsuliyyət tələb edir?
-Xoş gördük. Bilirsiz, hər bir işin özünün məsuliyyəti olduğu üçün bu rütbəni daşımaq da çox böyük məsuliyyət tələb edir. Üstəlik bir də düşünsək ki, bu həm də böyük bir qürur hissidir, bu da məsuliyyəyi istər-istəməz 2 qat artırır.
- Dünya Alpaqut Federasiyasının fəaliyyətinin 2 il ərzində yaranmasına baxmayaraq dinamik fəaliyyəti ilə zamanı qabaqlayaraq mötəbər beynəlxalq layihələr keçirir. Bəs niyə DAF ın media üzərində təbliğatı zəif qurulub ?
-İradınızla hardasa razıyam, hardasa yox. Nəzərə alsaq ki, DAF yalnız yerli, yəni ölkə federasiyaları ilə çalışır, onlara nəzarət edir, ölkələrdə yeni nümayəndəliklər təyin edir, nümayəndəlik olan ölkələrdə federasiya qurulması üçün nümayəndələrlə sıx münasibət qurur, beynəlxalq yarışların (avropa, asiya, avroasiya və başqa qitələrin, üstəlik dünya kuboklarının) təşkilatçılığı ilə məşğul olur və bu yarışları lisenziyalaşdırır. Biz çalışırıq ki, nümayəndəliklər və federasiyalarımız olan ölkələrdə media üzərində beynəlxalq səviyyədə təbliğat aparılsın. Çünki, bizə ən əsas təşkilatın təbliğatı maraqlı deyil, Alpaqutun təbliğatı maraqlıdır. Ancaq təbiidir ki, DAF-ın fəaliyyətinin təbliğatına ehtiyyac duyulur. Biz bu boşluğu ən yüksək səviyyədə dolduracayıq.
- Alpagut Ailəsinin ilk Toraman Alpaqutu professor Firudin Ağasıoğlu oldu. Yəqin ki, bu proses davam edəcək. Sirr deyilsə növbəti Toraman Alpaqut kimdir ?
-Bildiyiniz kimi Firudin Ağasıoğlu Urmu nəzəriyyəsinin banisi kimi Türk tarixində böyük bir inqilab etmiş şəxsdir. Bizim federasiyanın qurulmasında və fəaliyyətimiz boyunca çox böyük dəstək göstərmişdir. Bizə bu yolda əsl mənada desək "Ağsaqqal" olmuşdur. Biz də öz həmkarlarımızla həmfikir olaraq bu məsələni Federasiya Prezidenti Nizami Cəfərovun qarşısına çıxaranda onun da bu məsələyə çox böyük məmnunluğunu gördük. Məhz bu səbəbdən Firudin müəllim İlk Toraman Alpaqut elan edildi. Sadiq qalaraq bu ənənəmizi davam elətdirəcəyik və tezliklə adlarını səbirsizliklə çəkmək istədiyim mötəbər insanların adları bir sürpriz kimi Azərbaycan və dünya ictimaiyyətinin diqqətinə çatdırılacaqdır. Ancaq bir ip ucu verə bilərəm, sırada Azərbaycanın çox tanınmış bir İdman xadimidir, Azərbaycanda döyüş idmanı sahəsinin pionerlərindən biridir.
- Dünya Alpaqut Federasiyasını təsis edənlərdən və hətta ilk prezidenti Siz olmusuz. indi isə Fəxri prezidentsiz. Bu təşkilatın və ümümilikdə Alpaqutun gələcəyini necə görürsüz ?
-Doğrudur. DAF-ın yaranmasında və hətta ilk prezidenti olmağım xəbərini mənə ilk öncə Kutsan Vasif Namazov vermişdi. Sözün açığı belə bir məsuliyyətin altına girmək özü böyük bir əziyyət tələb edirdi. Lakin, bir-birimizə olan dəstəyimiz sayəsində bu işi lazım olan yerədək çıxara bildik və təbiidir ki, biz bu işin gələcəyinə inanaraq bu işə girişdik. Alpaqutun bundan sonar gələcəyinə gəldikdə isə, sualınıza sualla cavab vermək istərdim. Siz yuxarıda qeyd etdiyiniz kimi 2 il ərzində dinamik fəaliyyətlə beynəlxalq arenada özümüzü təsdiq edə bilmişiksə, düşünün ki, yaxın gələcəkdə və 10 ildən sonra nə baş verə bilər.
Bu arada bu uğurların sürətlənməsinin səbəbi olaraq Azərbaycan və bəzi dünya mediasının da bizə olan dəstəyini mütləq vurğulamaq istərdim. Sizə də həm öz növbəmdə, həm də federasiya adından dəstəyiniz üçün böyük minnətdarlığımı bildirirəm. İşinizdə uğurlar olsun!










SON XƏBƏRLƏR
İlham və Fərizə: əsl sevgi və sədaqət salnaməsi
20 Yanvar şəhidlərinin 29-cu ildönümü anılır
Həcərin nəticəsi: "Nənəm erməniyə ərə gedə bilməzdi..."
“Dövlətqaçqınkom”un 100-ə yaxın əməkdaşı qan verdi - FOTOLAR
“Vətənin ən qəhraman övladları və onların ailələri qarşısında baş əyirəm” - Amerika ordusunun azərbaycanlı polkovniki
Heçmi əlləri titrəmədi?
İranın Qarabağ məsələsinə yanaşması dəyişir?
Günay Rəhimbəylidən Qarabağ atları ilə bağlı - SOS
Ukrayna Rusiya ilə 49 sənədi ləğv etdi
Deputat: Ölümə ən çox ürək-damar xəstəlikləri səbəb olur
“Gördün... Elmira Qafarova kişi qızıdır”
Şəhid Fərid Əhmədovun doğum günüdür
Artıq müalicə üçün İrana getməyə ehtiyac yoxdur! - VİDEO
Polad Bülbüloğlu: "Bu il Qarabağla bağlı konkret addımlar atılacağına ümidvarıq"
Rüstəm Kamalın ədəbiyyat dili - Elnarə AKİMOVA yazır
Muğam sənətinin inkişafı ilə bağlı addım atılacaq
Dörd saat söhbət, dörd kəlmə söz, dörd qəpiklik inam
OPEC Azərbaycanda 2019-cu ildə neft hasilatına dair proqnoz dərc edib
Yaxın Şərqdə xain plan: "Böyük Ermənistan", "Böyük Kürdüstan" və "Böyük İsrail"
Qasırğa və çovğun hanı? – Nazirlik vaxt dedi
Xəzərdə dalğanın hündürlüyü 5,3 metrə çatıb
Bakı Nəqliyyat Agentliyində TƏYİNAT
Ramil Usubov daha bir rəisin yerini dəyişdi
Skiflər, saklar, massagetlər, talışlar və azərilər
Azərbaycanla Rusiya arasında bir sıra ikitərəfli sənədlər təsdiqləndi
Həmsədrlər bəyanat yaydı: “Əhalinin sülhə hazırlanması üzrə razılığa gəlinib”
Sergey Lavrov Azərbaycan-Rusiya münasibətlərinə dair mühüm mesajlar verdi
Suriyanın paytaxtı Dəməşqə güclü qar yağıb
Putinə qarşı sui-qəsdin qarşısı alındı
"Struktur islahatları idarəetmədə çevikliyin daha da artırılmasına xidmət edir"