Qarabag Media
Haqqımızda Əlaqə

Dərman satan şirkətlərə xəbərdarlıq edildi


Tarix:9-08-2016, 03:26 Kateqoriya:Manşet / Tibb

Dərman satan şirkətlərə xəbərdarlıq edildiSəhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin “Dərmanların keyfiyyətinin yoxlanılması laboratoriyası”nda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Dövlət Akkreditasiya Xidməti tərəfindən inspeksiya keçirilib.

Karabakhmedia.az xəbər verir i, Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, laboratoriyanın dərman vasitələrinin sınağının həyata keçirilməsi üçün (AZS İSO/İEC 17025:2009) - “sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartlarına uyğun akkreditasiya olunmasını təsdiq edən növbəti 3 il üçün (AZ 01.0116.01.16 saylı) akkreditasiya attestatı verilib.

Laboratoriya QİÇS, Vərəm və Malyariya ilə mübarizə üzrə Global Fond, həmçinin Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə sıx əməkdaşlıq edərək, Respublika ərazisinə idxal olunan antiretrovirus və vərəm əleyhinə preparatların keyfiyyətini yoxlayır. Hazırda Tacikistan və Qırğızıstana idxal olunan vərəm əleyhinə preparatların Analitik Ekspertiza Mərkəzinin Dərmanların keyfiyyətinin yoxlanılması laboratoriyasında analiz edilməsi üçün danışıqlar aparılır.

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən bəzi əczaçılıq obyektlərindən müsadirə edilən dərman vasitələri laboratoriyada yoxlanılır. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi prekvalifikasiya olunmuş laboratoriyaların sihayısına daxil olmaq istimatində işlər aparılır.

Mərkəzin “Dərman vasitələrinin idxal-ekspertiza şöbəsi”nin strukturunun təkmilləşdirilməsi sayəsində şöbənin fəaliyyətinə nəzarət gücləndirilib. Dərman vasitələrinin idxalı zamanı sənədlərdə aşkar olunan çatışmazlıqlar barədə idxalçı müəssisələrin məsul şəxsləri məlumatlandırılır.

Həmçinin, dərman vasitələrinin istifadə təlimatında aşkar edilmiş çoxsaylı nöqsanlarla bağlı cari ilin iyun ayında 60-a yaxın idxalçı müəssisənin nümayəndələri ilə birlikdə geniş tərkibdə görüş keçirilib, qarşılıqlı fikir mübadiləsi aparılıb. İdxal olunan dərman vasitələrinin saxlanc yerləri barədə də 40-a yaxın topdansatış əczaçılıq subyektinin nümayəndəsinin iştirakı ilə daha bir görüş keçirilib.

Dərman vasitələrinin saxlanıldığı yerlərlə bağlı aşkar olunan nöqsanlar bildirilib və aradan qaldırılmayacağı təqdirdə müvafiq tədbirlərin görüləcəyi barədə mütəxəssislərə xəbərdarlıq edilib.

Gələcəkdə dərman vasitələrinin saxlanc yerlərində xüsusi ötürücü qurğuların quraşdırılması nəzərdə tutulur. Həmin qurğular sayəsində dərman vasitələrinin saxlanıldığı yerin temperatur, rütubət və dərmanların keyfiyyətinə təsir edən digər amillər barədə məlumatlar Mərkəzə ötürüləcək. Bu isə dərmanların keyfiyyətinə nəzarət edilməsini daha operativ şəkildə həyata keçirməyə imkan verəcək.

Dərman vasitələrinin ölkəyə idxalı zamanı laborator analiz üçün nümunələrin götürülməsi və idxala Səhiyyə Nazirliyi tərəfindən rəy verilməsi prosedurunu tənzimləyən “Dərman vasitələrinin Azərbaycan Respublikasına idxalına rəy verilməsi Qaydaları”nın layihəsi hazırlanır. Yaxın günlərdə təsdiq edilməsi üçün Səhiyyə Nazirliyinə təqdim ediləcək.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
"Vəzir gəldi ki, bəs, həmin yerləri ermənilər yenə alıb" - Asim Qasımov
NATO-nun qalmaqallı sənədini imzalamağa Ərdoğanı nə vadar etdi?
TÜRKİYƏ XİN RƏHBƏRİNDƏN QARABAĞ AÇIQLAMASI
Həmyerlimiz Pentaqonda yüksək vəzifəyə təyin olunub
Prezidentdən Əlibaba Məmmədovla bağlı - SƏRƏNCAM
Məmmədyarov: “Erməni həmkarımla dünənki görüşümüz kifayət qədər çətin keçdi”
“Azərbaycan-Gürcüstan birgə ali məktəbinin yaradılması ilə bağlı danışıqlar gedir” - Fuad Muradov
Ukraynanın NATO-ya qəbul olunmasının şərti açıqlandı
Məhəmməd Hadinin 140 illik yubileyi qeyd olunacaq - SƏRƏNCAM
Bakının bu rayonunda yolların yenidən qurulmasına 11,8 milyon manat ayrıldı
İlham Əliyev parlamentin buraxılması haqqında sərəncam imzalayıb, növbədənkənar seçkilərin vaxtı təyin edilib
Bakıda İƏT-in sədri seçilib
Danimarkada azərbaycanlı gənc 12 saniyəyə rəqibini məğlub etdi
Konstitusiya Məhkəməsi Prezidentin sorğusu ilə bağlı QƏRAR qəbul edib
Bakıda bu məktəblər qalib elan olundu - SİYAHI
“Bunu etsələr, ölkəyə gətirilən ikinci əl avtomobillərin qiyməti baha olacaq...” - Ərşad Hüseynov
Azərbaycan-İran sərhədində silahlı insident baş verib
Zakir Həsənov cəbhəboyu zonada yerləşən hərbi hissələrdə
Azərbaycanda qatar maşınla toqquşdu: ölənlər var
İlham Əliyev və Mehriban Əliyeva “Bakutel-2019” sərgisi ilə tanış olub
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması sədrinin Brüsselə səfəri başlayıb
Azərbaycan və Türkiyə arasındakı yeni hava dəhlizi “Dostluq dəhlizi” adlandırılıb - VİDEO
Güney azərbaycanlı gənc rejimin qüvvələri tərəfindən ailəsinin gözünün qarşısında öldürülüb – Təbrizdə
Paşinyan Məmmədyarovla görüşdən əvvəl Mnatsakanyana nə deyib?
Misir Mərdanov deputat olmaq arzusunu gizlətmədi – “Mən namizədliyimi verə bilərəm”
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Putinin gizli qatarı ilk dəfə görüntüləndi – VİDEO
“Mən özüm də universitetin yeməkxanasında yemək yeyirəm” - BDU-nun rektoru
Lavrov: "Qarabağ icmaları arasında təmaslar bərpa olunmalıdır"
Meşədə asılmış qadın meyiti tapıldı