Qarabag Media
Haqqımızda Əlaqə

Qondarma "prezident" Saakyan Həmzə Sultan sarayında – Laçından son görüntülər


Tarix:9-08-2016, 00:48 Kateqoriya:Manşet / Qarabağ / İşğal Əraziləri

Qondarma "prezident" Saakyan Həmzə Sultan sarayında – Laçından son görüntülər

Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin tarixi abidələrin bərpası adı altında onların erməniləşdirilməsi və saxtalaşdırılması prosesi davam edir. Ermənilər tarix-mədəniyyət abidələrini ya dağıdaraq izlərini silir, ya da onları erməni abidələri adı altında saxtalaşdırırlar

Belə ki, qondarma "Dağlıq Qarabağ Respublikası"nın "prezidenti" Bako Saakyanın Laçın rayonuna səfəri zamanı rayon ərazisində məskunlaşmış erməni əhali ilə görüşü də tarixi abidələrdən birində baş tutub.

Karabakhmedia.az xəbər verir ki, Bako Saakyan Laçın rayonunun Hüsülü kəndində yerləşən Həmzə Sultan sarayında “rayon” rəhbərliyinin iştirakı ilə ictimaiyyətlə görüş keçirmişdir. Görüşdə sakinləri narahat edən məsələlərə aydınlıq gətirilb, qarşıda duran vəzifələr müzakirə olunub. Mövcud problemlərin həlli və onların həlli yolları barədə fikir mübadiləsi aparılıb. Laçın (“Berdzor”) şəhərinin mərkəzi olduğu “Kaşatak rayonu”nun “rəhbəri” Suren Xaçaturyanın hesabatı dinlənilib.
Saakyan müzakirə olunan məslələrin düzgün həlli üçün konkret tapşırıqlar verib.

Qeyd edək ki, Hüsülü kəndi (müəyyən dövrlərdə Qaraçorlu, daha sonralar Sultanlar, Əsədlər adlandırılmışdır) Laçın rayonunun tamamilə erməniləşdirilməyə məruz qalmış 30 yaşayış məntəqəsindən biridir. Kənd uzun illər Qaraçorlu mahalının mərkəzi kimi də fəaliyyət göstərib.

“Azərbaycanın İşğal Olunmuş Ərazilərinin Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” İB-nin sədri Faiq İsmayılov Karabakhmedia.az-a açıqlamasında bildirmişdir ki, kənd Azərbaycan tarixinin öyrənilməsi baxımdan olduqca maraqlı bir ərazidir. Burada hündür dağ silsiləsinin ətəyində böyük saray komplekslərinin (şah qəsrlərinin) qalıqları mövcuddur. Rəvayətə görə, Zəngəzur vilayəti uzun illər bu nöqtədən idarə olunmuşdur. Burada iki saray kompleksi, yəni şah qəsrləri olmuşdur. Bu sarayların birincisi Sultan Əjdər sarayı adlanır. Sarayın təqribən 1700-1730-cu illərdə tikildiyi güman edilir. Bu tarix hələ tam dəqiqləşdirilməmişdir.
İkinci saray Həmzə Sultan adlanır. Onun tikilmə tarixi 1761-ci il ehtimal olunur.

Tarixi sənədlərdə sarayın 1761-ci ildə tikilməsi haqqında məlumat verilir. Saray əvvəl böyük bir kompleks təşkil etsə də, dövrümüzə ondan yalnız bir saray binası qalııb. Bina memarlıq və mühəndislik baxımından dövrünün möhtəşəm tikintisi olduğunu göstərir.

Sarayın qapı və pəncərələri incə işləmələrlə qoz ağacından hazırlanıb. Binanın tikintisində şərq memarlıq ənənələrinin geniş istifadə edilib.
Saray binası yerli daşlardan və gəc-əhəng qatışığından inşa edilib.

Kompleksin uçuq divarları arasında şah sarayının ətrafının qalın qala divarları ilə çevrələndiyi aşkar görünür. Sarayın ümümi mənzərəsindən aydın olur ki, qəsrin hündür qülləsi, cənub tərəfinin küncündə isə giriş qapısı olmuşdur. Gözəl tağlı tavanları qalın yan divarlara bərkidilmiş saray ikimərtəbəlidir. Burada geniş və böyük zal, xeyli sayda yardımçı otaqlar və divanxana vardır.

Ehtimala görə, burada sultanlıq 1700-cü ildə yaranmış və Zəngəzur vilayətinin böyük bir hissəsinin idarə edilməsini həyata keçirmişdir. 1730-cu ildə Osmanlı imperiyasının tərkibinə qatılmış, 1735-ci ildə İran tərəfindən işğal olunmuşdur. 1747-ci ildə Nadir şahın ölümündən sonra yenidən müstəqilləşən sultanlıqda vaxtilə farslar tərəfindən dağıdılmış köhnə sarayın qalıqları üzərində 1761-ci ildə daha müasir bir saray binası tikilmişdir. Bundan sonrakı bütün illərdə sultanlıq rus işğalına qədər qədim Zəngəzur vilayətinin əsas mərkəzlərindən biri olmuşdur.

Hüsülü kəndinin ərazisi kurqanlar, bədii daş nümunələri, türbələr və daş heyvan fiqurları ilə zəngindir. Burada orta əsrlərdən qalma su dəyirmanlarının qalıqları da vardır. Ermənilərin 1998-ci ildə bu abidənin üzərindən bir neçə daş kitabəni İrəvana apardıqları məlumdur.

Ermənistan bu əraziləri işğal etdikdən sonra, 2007-ci ildə bu kəndi adı dəyişdirilərək Melikatun adlandırılıb. Melikatun sözünün Azərbaycan dilində mənası Məliklərin yaşadığı yer kimi xarakterizə olunur. Tarixdən məlumdur ki Zəngəzur ərazilərində Məliklik heç zaman olmamışdır. Qarabağ Məlikliyinin yaranması isə Azərbaycanda xanlıq dövrünə təsadüf edir. Ermənilər Azərbaycan tarixinə bu düzəlişləri ilə Beynəlxalq münasibətlərdə ictimai rəyi çaşdırırlar. 2007-ci ildə ermənilər Həmzə Sultan sarayının qalıqları üzərində otel tikdilər. Erməni mənbələrinin verdiyi məlumata görə 1998-ci ildə bu abidənin üzərindən bir neçə yazılı daş (daş kitabə) götürərək İrəvan şəhərinə aparılıb.

Xatırladaq ki, kəndin ərazisindəki bütün abidələr və tarixi yerlər qeydə alınmış, erməni işğalına-1992-ci ilə qədər mühafizə edilmişdir.
Qondarma "prezident" Saakyan Həmzə Sultan sarayında – Laçından son görüntülər

Qondarma "prezident" Saakyan Həmzə Sultan sarayında – Laçından son görüntülər

Qondarma "prezident" Saakyan Həmzə Sultan sarayında – Laçından son görüntülər

Qondarma "prezident" Saakyan Həmzə Sultan sarayında – Laçından son görüntülər

Qondarma "prezident" Saakyan Həmzə Sultan sarayında – Laçından son görüntülər

Qondarma "prezident" Saakyan Həmzə Sultan sarayında – Laçından son görüntülər

Qondarma "prezident" Saakyan Həmzə Sultan sarayında – Laçından son görüntülər

Qondarma "prezident" Saakyan Həmzə Sultan sarayında – Laçından son görüntülər






Ramil CƏBRAYIL










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”