Qarabag Media
Haqqımızda Əlaqə

Onun taleyinə zəhmətsevərlik yazıldı


Tarix:8-08-2016, 05:00 Kateqoriya:Manşet / Yazarlar

Onun taleyinə zəhmətsevərlik yazıldıTa keçmişdən bu günə qədər hər bir kəsin ömür yolu, taleyi, alın yazısı, qismətinin əvvəlcədən təyin olunduğuna inanılır. Alın yazısı, tale, qismət deyilən şeylərlə razılaşsaq da, amma məncə insanın taleyi onun öz əlindədir. Bəzən insan onun üçün əvvəlcədən müəyyən edilmiş alın yazısı, qisməti, taleyi ilə razılaşmayıb, onları öz həyat səhifəsinə öz əməlləri ilə cızma-qara edir.

Bu yazımda sizlərə belə insanlardan biri haqqında söz-söhbət açmaq istəyirəm. Zəngin həyat yolu keçərək özündən sonrakı nəsillərə nümunə olacaq bir ömür yaşayan Sabir kişinin taleyinə, qismətinə, alın yazısına diqqət kəsilək.

Sabir Tahir oğlu Cabbarov 1939-cu il 14 dekabr tarixdə Azərbaycan SSR, Laçın rayon, Kürdhacı kənd sovetliyinin Kürdhacı kəndində anadan olmuşdur. 1946-cı ildə Kürdhacı kənd orta ümumtəhsil məktəbinin I sinfinə qəbul olunub. 1956-cı ilin may ayında həmin məktəbin X sinfini müvəffəq qiymətlərlə başa vurmuşdur. Elə həmin ildən etibarən kənddə fəaliyyət göstərən kolxozda ilk əmək fəaliyyətinə başlamışdır. İşlədiyi müddətdə həmişə öndə getməyi, əməyi və zəhmətsevərliyi ilə seçilirdi. Həmin dövrdən onun ömür taleyinə, alın yazısına, qismətinə bir kəlmə söz, əbədi alın yazısı – zəhmətsevərlik yazıldı.

Yaşının az olmasına baxmayaraq el-obada və qohum-əqrəba arasında halal zəhmətlə dolanmağı, doğru-düzgünlüyü, mehribanlığı, qayğıkeşliyi, təvazökarlığı və xoş rəftarı ilə özünə az-çox hörmət qazanmışdı.

1959-cu ilin oktyabr ayının 1-də Sovet Ordusunda qulluq etmək üçün həqiqi hərbi xidmətə çağrılmışdır. 1961-cı il 1 yanvar tarixində həqiqi hərbi xidməti uğurla başa vurub doğma kəndə, Kürdhacıya geri dönür.

Onun taleyinə zəhmətsevərlik yazıldıYenidən kolxozda əmək fəaliyyətini davam etdirməyə başlayır. Babalardan bizə qalan və nəsildən-nəslə ötürülən düzgünlüyü, namusu, qeyrəti, zəhmətsevərliyi özünə deviz seçən Sabir Cabbarov öz tale, qismət və alın yazısını dəyişməyə qərar verir. Bu qərarın onun sonrakı taleyində müstəsna rolu oldu.

1962-ci ilin dekabr ayının əvvəllərində işləmək üçün Bakı şəhərinə yollanır. Beləliklə, dekabrın 18-dən Azərbaycan SSR-i Dəmir Yolunun Biləcəri Buxarlandırma Stansiyasında çilingər kimi işə başlayır. Cavan olması qəlbinin alovu, əməlinin düzgünlüyü, saflığı onu hər kəsdən fərqlənirdi. Elə bu xüsusiyyətlərini nəzərə alan idarə rəhbərliyi bir müddət sonra onu çən vaqonlarının daxildən yuyulması sexində yuyucu-buxarlayıcı vəzifəsinə qəbul edir.

1969-cu ildə Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin Bakı Maliyə Kredit Texnikumuna mühasibat uçotu ixtisası üzrə tələbə qəbul olunur. 1 mart 1972-ci ilin mart ayında texnikumu müvəfəq qiymətlərlə oxuyaraq qiyabi təhsili başa vurur.

İşlədiyi müddətdə özünü çox bacarıqlı, savadlı, yaxşı hazırlıqlı işçi kimi göstərdiyi üçün 1973-ci ilin fevralın 22-dən çən vaqonlarının daxildən yuyulması sexində növbə ustası vəzifəsinə irəli çəkilir. Elə həmin ildən ictimai işlərə olan marağı və aktiv fəallığına, işçilər arasında olan nüfuzuna görə idarənin Həmkarlar təşkilatının sədri seçilir.

Başladığı işə məsuliyyət hissi ilə yanaşması, obyektivliyi və ədalətliliyi, prinsipiallığı ilə həmişə öndə olan Sabir Cabbarov rəhbərlik etdiyi briqada ilə birlikdə qazandığı uğurlar sayəsində həmişə ilk cərgələrdə olur. Bu cür insanların əməyi hesabına Biləcəri Yuyucu Buxarlayıcı Stansiyası yüksək bir ada — "kommunist əməyi müəssisəsi" adına sahib olur. Sovet dönəmində kiçik bir kollektiv hesab edilən bu müəssisədə çalışan qabaqcıl insanların əməyi rəhbərlik tərəfindən diqqət mərkəzində saxlanılmış və vaxtaşırı olmaqla yüksək səviyyədə qiymətləndirilmişdir. Sabir Cabbarovda belə işçilər sırasında idi. Yalnız zəhmətsevərlik deyil, böyük-kiçik yerini bilən, əmək adamlarına hörmət, dözümlülük, yoldaşlıq, xeyirxahlıq kimi keyfiyyətləri öz xarakterində cəmləyən Sabir Cabbarovun əməyi müxtəlif vaxtlarda rəhbərlik tərəfindən yüksək səviyyədə qiymətləndirilmişdir.

Onun taleyinə zəhmətsevərlik yazıldıDəmiryol Nazirliyi və Dəmiryol Nəqliyyatı Həmkarlar İttifaqları İşçilərin Mərkəzi Komitəsi tərəfindən 18 dekabr 1973-cü il tarixdə Sosializm yarışının qalibi olduğu üçün “Sosializm Yarışının Qalibi 1973” fəxri döş nişanı ilə təltif edilir.

27 noyabr 1975-ci il tarixdə IX beşillikdə çalışqanlığı və qazandığı uğurlara görə Dəmiryol Nazirliyi və Dəmiryol Nəqliyyatı Həmkarlar İttifaqları İşçilərin Mərkəzi Komitəsi tərəfindən 23 №-li əmrinə əsasən “IX beşilliyin zərbəçisi” döş nişanı ilə qiymətləndirilir.

1978-ci il 20 fevralında yenidən Sosializm yarışının qalib seçilən Sabir Cabbarov “Sosializm Yarışının Qalibi 1977” fəxri döş nişanı ilə bir daha təltif edilir.

2 aprel 1981-ci il tarixdə onun əməyi yüksək səviyyədə qiymətləndirilir. SSRİ Ali Sovetinin Rəyasət Heyətinin qərarına uyğun olaraq SSRİ-nin Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunur.

Həmkarlar İttifaqının bütün yığıncaq , iclas və tədbirlərində fəal şəkildə fəaliyyət göstərdiyi üçün Həmkarlar İttifaqlarının Ümumittifaq Mərkəzi Şurasının Rəyasət Heyətinin qərarına əsasən 2 iyul 1982-ci il tarixdə "Həmkarlar İttifaqlarında Fəal İşə Görə" fəxri döş nişanı ilə qiymətləndirilir.

SSRİ Ali Sovetinin Rəyasət Heyətinin qərarına uyğun uzun illər ictimai əməklə məşğul olduğuna görə 18 noyabr 1988-ci ildə Bakı şəhər Xalq Deputatları Soveti tərəfindən “Əmək veteranı” medalı ilə təltif edilmişdir.

1990-cı ildə yaşadığı qəsəbə sakinlərinin təkidi ilə Bakı şəhər Binəqədi rayon Biləcəri qəsəbə Xalq Deputatları Sovetinin deputatı seçilmişdir.
12 fevral 1996-cı il tarixdə Azərbaycan Dəmir Yolu İdarəsinin 8 №-li əmrinə əsasən daha bir yüksək ada - “Fəxri Dəmiryolçu” adına layiq görüldü.

1 noyabr 2004-ci il tarixdən təqaüdə çıxması ilə əaqədar öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Hal-hazırda təqaüdçüdür.

1961-ci ildə Cabbarova Bəsti Bulud qızı ilə ailə həyatı qurmuş, 3 oğul, 2 qız övladını boya-başa çatdıraraq tərbiyə etmişdir.

Sultan HÜMBƏTOV










SON XƏBƏRLƏR
Zelenski kadr islahatlarının anonsunu verdi
Petro Poroşenko prezident seçkilərində məğlubiyyətini etiraf edib
25 il öncə Lələtəpədə şəhid olan döyüşçülərin xatirəsi anıldı - FOTOLAR
Saakaşvili sabah Kiyevə qayıdır
Ermənilərin talan etdiyi Kəlbəcər – Ürək dağlayan ən son görüntülər – VİDEO
Fransanın Nant şəhərində Azərbaycan məktəbi açıldı
Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
İncitdiyiniz insanların sayı-hesabı yoxdur
Jurnalistin vətəni
Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?
İlbər Ortaylı: “Sultan Səlimlə Şah İsmayıl kimi dava edəsi deyilik”
Mayın 29-da Putin və Paşinyan arasında görüş keçiriləcək
Ərdoğandan çağırış: "Seçki mübahisələrini geridə qoyaq"
"Azərbaycan(!) qızının gecə klubunda nə iti azıb ki?.." - Fikir savaşı
Azərbaycan və İranın birgə istehsalı olan avtobuslar satışa hazırlanır
Xəzərdə 6 milyard dollarlıq yeni layihəyə start verildi
Koçaryan Avropa liderlərini köməyinə çağırdı
Əhaliyə hava xəbərdarlığı
Azərbaycan dilinin 113 minlik yeni orfoqrafiya lüğəti hazırlanıb
"Qaz və işığa qoyulan limitin ləğvi məqsədəuyğun deyil" – Deputat
Azərbaycanda zorakılığa məruz qalan uşaqlarla bağlı qaynar xətt yaradılır
Pensiya və əmək haqları yenidən qaldırılacaq – Prezident bəyan etdi
Aqil ABBAS: TELEKANALLARI TELEKANALİZASİYAYA ÇEVİRMƏYİN
"Paşinyan Dağlıq Qarabağda rəngli inqilab etmək istəyir" - NƏZAKƏT MƏMMƏDOVA
Şərif Ağayar: "Laçın indi mənə çatmadığım, çata bilmədiyim bütün arzuların ümumiləşmiş obrazı kimi görünür" - MÜSAHİBƏ
İslam dininə üçlü yanaşma: Mühafizəkarlıq, Dünyəvilik, Millilik - (III yazı)
Prezident və birinci xanım Neftçilər parkının açılışında
Güclü külək və leysan yağışları Gürcüstanda ciddi fəsadlar törətdi
Müasir Azərbaycan Folklorşünaslıqda yeni nəzəri-metodoloji yanaşma təcrübəsi
Bakının şərtinə əməl olunmadıqca, eskalasiya təhlükəsi davam edəcək