Milliyətçi Hərəkat Partiyasının üzvü, eks-deputat Ayhan Ərel həbs edilib.
Karabakhmedia.az xəbər verir ki, Ərel Fətullah Gülən tərəfdarlarına qarşı təşkil edilən əməliyyat zamanı yaxalanıb.
Qeyd edək ki, Ərel MHP-də Dövlət Baxçalının istefaya getməsini tələb edən müxalif qruplaşmanın əsas rəhbərlərindən biri sayılır.
MHP lideri Baxçalı bundan öncə partiya rəhbərliyindən getməyəcəyini bildirib. O, MHP-dəki müxalifləri təxribatçı adlandırıb.