Qarabag Media
Haqqımızda Əlaqə

“Belə millət vəkili nəyə lazımdır?”


Tarix:22-10-2015, 06:53 Kateqoriya:Manşet / Gündəm

“Belə millət vəkili nəyə lazımdır?”2005-ci ildən bəri cibində deputat mandatı gəzdirən Astan Şahverdiyevlə həmkəndli olduğumuz üçün seçicilərin ona güvənmədiyini bilirdim. Onu da bilirdim ki, Astan müəllim ancaq öz qohum-qardaşının işinə yarayır, sıravi seçicilərin problemləri ilə heç vaxt maraqlanmır. Amma sadə insanların professor-deputata qarşı bu qədər kin bəslədiyini bilmirdim. Hətta ömrünün ahıl çağında olması da Astan Şahverdiyevi qınaq obyektinə çevirməkdən xilas etmir. Cəbrayıllılar böyük-kiçik yeri bilən olsalar da, ötən 10 ildə bircə dəfə belə onlarla maraqlanmayan bu ahıl adamla biryolluq vidalaşmaqda israrlıdırlar.

Artıq bir neçə gündür ki, seçicilərlə görüşlərə başlamışam. Bakı və Abşeron yarımadasında baş çəkmədiyimiz çox az ünvan qalıb. Ötən bir həftədə 100-dən çox insanla fərdi ünsiyyət qurmuşam. Mənimlə paralel olaraq, vəkillərim də seçicilərlə görüşüb, onları platformamla tanış edirlər. İşimizin rəvan getdiyini söyləmək çətindir. Astan Şahverdiyev kimi deputatların sayəsində əhalinin seçki prosesinə olan marağı xeyli azalıb. İndi hamının dilində eyni qınaq var: “Deputat bizim nəyimizə lazımdır? Son 10 ildə bir dəfə qapımızı açmayan adam bundan sonra bizə nə kömək edəcək?

Son 3 gündə Sumqayıtda cəbrayıllı köçkünlərin yaşadığı 10-a yaxın ünvana baş çəkmişəm. Seçicilərin böyük əksəriyyəti 10 illik deputat stajına malik olan Astan Şahverdiyevi tanımırlar. Çünki Astan müəllim ötən 10 ildə bir dəfə də olsun onlarla görüşməyib. Astan Şahverdiyevin sayəsində insanların qanunverici orqana olan inamı sarsılıb. Bunun acısını isə hamımız çəkəcəyik.

Bakı və Sumqayıt şəhərlərində görüşdüyüm seçicilərin arasında ayrı-ayrı məntəqə seçki komissiyalarının üzvləri də vardı. Onların bəziləri büdcə təşkilatlarında çalışırlar. Bu adamların mənə verdikləri məlumata görə, Bakıda və Sumqayıtda fəaliyyət göstərən Cəbrayıl məktəblərində çalışan müəllimləri zorla Astan Şahverdiyevlə görüşə aparırlar. Bu işə hazırda məzuniyyətdə olan Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının birinci müavini Arif Fərzəliyev rəhbərlik edir. O cümlədən, qanuna zidd olsa da, bütün icra nümayəndələri Astan Şahverdiyevin təbliğat kampaniyasına cəlb olunub. Astan müəllim yerli icra hakimiyyətinin resurslarından öz xeyrinə istifadə edir. Bu cür neqativ hallar indidən seçki prosesinə kölgə salır. Odur ki, bir hüquqşünas kimi vaxtında xəbərdarlıq etməyi özümə borc bilirəm. Azərbaycan hüquqi dövlət olduğu üçün gec-tez hamı öz əməlinə görə qanun qarşısında cavab verəcək.

Bakı və Sumqayıt şəhərlərində keçirdiyim görüşlər zamanı seçicilər mənə başqa məlumatlar da verdilər. Onların sözlərinə görə, Astan Şahverdiyev büdcə təşkilatlarının əməkdaşları ilə görüşündə deputat olmaq istəmədiyini, amma onu buna məcbur etdiklərini deyib. Astan müəllimin deputat olmaq istəməməsi başadüşüləndir. Çünki o, millətə vəkillik etməyə qadir olmadığını öz fəaliyyətsizliyi ilə çoxdan sübut edib. Görəsən, Astan Şahverdiyevi üçüncü dəfə namizəd olmağa vadar edən kimlərdir? Seçkiyə qatılmamaq və ömrünün qalan hissəsini nəvələri ilə bir yerdə keçirmək Astan Şahverdiyevin hüququdur. Astan müəllim bu hüququnun pozulmasına niyə imkan verir? Öz hüquqlarını qoruya bilməyən adam sıravi seçicilərin hüquqlarını necə qoruyacaq?

Cəbrayıl camaatı həmişə öz ədəb-ərkanı, təmkini ilə seçilib. Amma artıq bu insanların da səbri daşıb. Cəbrayıllıların onların hüquqlarını müdafiə edəcək layiqli bir vəkilə ehtiyacı var. Mən bu çətin və şərəfli yükün altına çiyinlərimi verməyə hazıram. İndi söz seçicilərindir. Ötən 10 il ərzində Cəbrayıl camaatının halına yanmayan, bir dəfə belə sadə insanların problemləri ilə maraqlanmayan deputatı arxivə göndərməyin vaxtıdır. Astan Şahverdiyevin fizika elmindən uzaqlaşıb passiv siyasətlə məşğul olmasından, fizika elmi heçnə itirmədi. Amma cəbrayıllılar 10 illik səslərini itirdilər. Bizə arxa çevirən adama bu dəfə biz öz arxamızı çevirməliyik. Hər bir insan layiq olduğu qiyməti almalıdır. Həm də sağlığında...

Adəm MƏMMƏDOV










samire 23 Ekim 2015 00:51
       
mencede Adem muellim haqqlidir 10 il sizinle maraqlanmayan insana ses vermeyin
samir 23 Ekim 2015 01:22
       
heriiiiiiiiiii
SON XƏBƏRLƏR
Türkiyə yenə Əsəd qüvvələrini vurdu – 60-dan çox ölü
Badamdarda yenidən torpaq sürüşməsi oldu
Bolşeviklərin 39 yaşında güllələdiyi cəsur general HƏBİB BƏY SƏLİMOV
Bu gün AzTV-nin yaranmasından 64 il ötür
Prezident Vladimir Norov ilə görüşdü
TAP kəmərinin tikintisi 92% yekunlaşıb
Suriya sözdə “erməni soyqırımı”nı tanıdı
Paşinyandan Qarabağla bağlı növbəti sərsəm bəyanat
Hadi Rəcəbli deputatlıq uğrunda mübarizədən çəkilir
Ərdoğan: “Dünən Çanaqqala, bu gün Kəşmir, heç bir fərqi yoxdur”
Əməkdar mədəniyyət işçisi Şirin Rzayev vəfat edib
Mədət Quliyev olimpiya çempionuna yüksək vəzifə verdi
İlham Əliyev Kürdəmirə getdi
Nadir şah Əfşarın Türk Birliyi ideyası...
Azərbaycanda ən çox boşanma olan şəhərlər
Ərdoğan: Suriya ordusunu hər yerdə vuracağıq
Ağcabədidə dəhşətli qətl - Ata oğlunu öldürdü
Bakıda xüsusi rayon yaradılır – Eldar Əzizov açıqladı
Sürücülük vəsiqəsi imtahanlarında dəyişiklik edilib
İranda 7 nəfər qar uçqunu altında qalaraq ölüb
DİN-dən MSK qarşısında keçirilən aksiyaya MÜNASİBƏT
Ərdoğandan Əsədə mesaj: Sabah elan edəcəyəm!
Mehriban Sadıqova istefaya göndərildi
XİN Ermənistanın bəyanatına cavab verdi
Azərbaycan yığması Avropa çempionatında 3-cü medalını qazanıb
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Bu xəstəliklərin müalicəsi üçün Azərbaycana yeni dərmanlar gətirilib
Azərbaycan millisinin futbolçusu Emil Balayev Azərbaycana qayıtdı – FOTO
Kraliçanın 69 yaşlı qızı Böyük Britaniyanın dəniz piyadalarının komandiri oldu
Rəsmi Kiyev: “İranda təyyarəni vurmağa əmr verən məhkəmə qarşısına çıxarılmalıdır”