Qarabag Media
Haqqımızda Əlaqə

Ballıqayada soyqırım


Tarix:26-07-2016, 02:42 Kateqoriya:Manşet / Araşdırma

Ballıqayada soyqırım

Sultan HÜMBƏTOV
Keçən əsrin əvvəllərindən başlayaraq erməni millətçiləri tərəfindən qətliamlar törədildi , min bir əzab və qəddarlıqla dinc sakinlər qətlə yetirildi. Bolşevik-erməni silahlı dəstələri Azərbaycan torpaqlarında at oynadır, kütləvi qırgınlar törədirdi. Digər bölgələrdən fərqli olaraq erməni-daşnak dəstələri Qarabağda at oynatmağı bacarmadılar. Bu qətliamların qarşısı dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri,həmin dövrdə Qarabağın general-qubernatoru olan Xosrov bəy Sultanov və Azərbaycan xalq qəhrəmanı, Hacısamlı nahiyyəsinin bəyi Sultan bəy Sultanov qardaşlarının uzaqgörənliyi və əvvəcədən gördükləri qabaqlayıcı tədbirlərlə alındı və ermənilərin böyük arzularını gözlərində qoydu.

Təxminən 80 ildən artıq bir vaxt ötdü. Amma erməni millətçiləri öz arzularına çatmaq üçün min oyundan çıxdı, Qarabağ bölgəsində yeni qırğınlar törətməyə başladılar. Dağlıq Qarabağ və onunla sərhəd rayonların ərazisi işğal edildi, dinc əhaliyə olmazın divan tutuldu, soyqrımlar başlandı.

Artıq azərbaycanlılara qarşı iki əsrdir düşünülmüş şəkildə genişmiqyaslı soyqırım prosesi davam edir. Yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan edilib, minlərlə azərbaycanlı çox böyük qəddarlıqla qətlə yetirilib. Soyqırım və erməni təcavüzü nəticəsində minlərlə ailə evindən-obasından didərgin düşmüşdür. Lakin bununla kifayətlənməyən erməni-daşnak faşistləri evsiz-eşiksiz qalmış dinc əhaliyə xüsusi qəddarlıqla divan tutmaqdan belə çəkinmirdi. Onlar yaşlı insanların və dil açmayan körpələrin qanını axıtmaqdan belə çəkinmirdilər.

Ballıqayada soyqırım1992-ci ilin may ayının 18-dən sonra Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən ərazisi işğal edilmiş Laçın rayonundan olan məcburi köçkünlər Abdullayev Abdulla Bədəl oğlunun, Hümbətov Vəzir İsmayıl oğlunun, Məhərrəmov Kamil İbrahimxəlil oğlunun, Məhərrəmov Cəmil İbrahimxəlil oğlunun, Mehdiyev Binnət Hümbət oğlunun, Mehdiyev Hümbət Əbülqasım oğlunun, Mehdiyev Məhəmməd Əbülqasım oğlunun, Mehdiyev Rəhbər Məhəmməd oğlunun ailələri Laçın rayonunun işğalından sonra Xanlar rayonunun (Göygöl rayonu) ərazisində, Murovdağın ətəklərində, Sarıqaya deyilən ərazidə doğma yurda — Laçına dönmək ümidi ilə müvəqqəti məskunlaşdılar.
Alməmmədov Şəmil Alməmməd oğlunun və Alməmmədov Səxavət Şəmil oğlunun ailələri isə Xızı rayonunun Fındığan kəndində məcburi köçkün kimi məskunlaşdı.

Ailələrin məskunlaşdıqları ərazilərin heyvandarlıq üçün olduqca əlverişsiz olması səbəbindən yeni yurd yeri lazım idi. Yaxın qohumluq əlaqələri olan bu ailələrin başbilənləri bir yerə toplaşıb məsləhətləşmələr apardılar. Son nəticə olaraq Goranboy rayonunun Ballıqaya kəndinin ərazisində Gülüstan meşəsi yaxınlığındakı otlaq sahələrində məskunlaşmağı qərara aldılar.

Beləliklə, 1992-ci ilin avqust ayının son günlərində məcburi köçkünlük həyatına yeni qədəm qoymuş, Azərbaycanın Respublikasının müxtəlif bölgələrində məskunlaşan, yuxarıda adları qeyd edilən 10 ailə ailə üzvləri ilə birlikdə heyvandarlıq üçün daha əlverişli şərait yaratmaq məqsədi ilə həmin ərazidə alaçıqlarda (çadırda) müvəqqəti məskunlaşdılar.

Ballıqayada soyqırımƏrazidə məskunlaşan ailələrdən olan qadınlar su gətirmək üçün səhəng götürüb bulağa gedirlər. Bulaq başında olan zaman onlar hiss edirlər ki, sanki kimsə onları güdür. Ətrafda insan nəfəsi duyulur. Geri dönən zaman bu barədə evdəkilərə məlumat verilir, və buradan geri dönmələrini ailə başçılarından xahiş edirlər. Lakin heç kəs bu məsələyə inanmır. Qadınlara izah edirlər ki, hissləriniz sizi aldadır. Beləcə bir gün ötür, 28 avqust 1992-ci il tarixdə səhər saat 5 radələrində Ermənistan Respublikası Silahlı Qüvvələrinin yaratdığı diversiya qrupunun 10-12 nəfər üzvü alaçıqlarda yuxulayan dinc sakinləri xüsusi amansızlıqla, iri çaplı silahlardan və qumbaraatanlardan atəşə tutdu. Atəşə tutulan yaşayış alaçıqları meyitlərlə birgə tamami ilə yandırılır. Atəş sonunda dinc sakinlərdən 24 nəfər şəhid oldu, təsadüf nəticəsində isə 5 nəfər ağır yaralandı, 4 nəfər yüngül xəsarətlər aldı.

Törədilmiş soyqırımda Abdullayev Abdulla Bədəl oğlu, Abdullayev Fərman Abdulla oğlu, Abdullayeva Səadət Abdulla qızı, Alməmmədova Kəmalə Şəmil qızı, Alməmmədova Minarə Əbülqasım qızı, Alməmmədova Zeynəb Şəmil qızı, Hümbətov Bəxtiyar Vəzir oğlu, Hümbətov Canpolad Vəzir oğlu, Hümbətov Elçin Vəzir oğlu, Hümbətov İsmayıl Vəzir oğlu, Hümbətov Nəbati Vəzir oğlu, Hümbətova Gülnar Vəzir qızı, Hümbətova Hürzaman Qara qızı, Mehdiyev Fikrət Hümbət oğlu, Mehdiyev Hümbət Əbülqasım oğlu, Mehdiyev Mehdi Hümbət oğlu, Mehdiyev Rəhbər Məhəmməd oğlu, Mehdiyeva Ayna Hümbət qızı, Mehdiyeva Bəyim Aydın qızı, Mehdiyeva Gülayə Əli qızı, Məhərrəmova Qənirə İbrahimxəlil qızı, Kəlbalıyeva Nübar Muradxan qızı, Mehdiyeva Suraya Məhəmməd qızı, Vəliyeva Zeynəb Hüseyn qızı şəhidlik zirvəsini fəth etdilər.
Qetd edək ki, soyqrırım qurbanlarından ən kiçiyi 6 aylıq, ən yaşlısının isə 93 yaşı var idi. Meyitlərin bir çoxu tamamilə yanaraq tanınmaz hala düşmüşdür. Şəhid olanlar Azərbaycan Respublikasının müxtəlif bölgələrində, Bərdə rayonunun inzibati ərazi vahidində yerləşən Qaradəmirçi kəndində, Bərdə rayonunun Alpout kənd inzibati ərazi vahidində yerləşən Tumaslı kəndində, Bərdə rayonunun inzibati ərazi vahidində yerləşən Nazırlı kəndində, Ağdam rayonunun inzibati ərazi vahidində yerləşən Güllücə kəndində dəfn olunmuşdur.

Ballıqayada soyqırım Alaçıqları xüsusi qəddarlıqla atəşə tutan erməni faşistləri heç kəsin sağ qalmadığını zənn etsələrdə təsadüf nəticəsində ailə üzvlərindən Məhərrəmov Yaqub Cəmil oğlu, Abdullayeva Züleyxa İbrahimxəlil qızı, Alməmmədova Şəhla Məhəmməd qızı, Mehdiyeva Lamiyyə Rəhbər qızı, Mehdiyeva Elxan Rəhbər oğlu, Mehdiyeva Məhəmməd Rəhbər oğlu, Məhərrəmov Xoşbəxt Kamil qızı, Muradova Xuraman Məhəmməd qızı ölümün cəngindən xilas oldular. Onlar ağır və yüngül olmaqla müxtəlif dərəcədə zədələr almışdılar.

Soyqrım zamanı yaralanmış 3 az yaşlı uşaq hər iki valideynini itirmişdir.

Erməni faşistlərin törətdiyi soyqırımın çox dəhşətli bir səviyyədə olmasına baxmayaraq sonrakı illərdə nə dövlət orqanları, nə də daxili və xarici KİV-ndə elədə böyük işlər aparılmadı. Hətta qeyri-elektron və istərdə elektron KİV-də bəsit halda olan məlumatlara belə rast gəlinmir.

Ballıqayada soyqırımErmənilər tərəfindən törədilmiş bu soyqırım hadisəsinə aid açılmış cinayət işinin materialları və faktlar Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Memorial Soyqırım muzeyində qorunub saxlanılmaqdadır. Muzeydə soyqırıma aid hadisədən sonra çəkilmiş bir neçə şəkildən düzəldimiş kollaj və çox qısa bir məlumat yerləşdirilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 sentyabr 1996-cı il tarixli 125 saylı qərarı ilə Laçın rayonunun Nağdalı kənd klubuna Mehdiyev Rəhbər Məhəmməd oğlunun adı verilmişdir.

Yalnız xeyli müddət sonra, 2013-cü ildə Laçın Yurdu №2(9) jurnalının çapdan çıxmış "Şəhidlərimiz and yerimiz" adlı xüsusi buraxılışında və 2016-cı ildə Laçın Yurdu №1(19) jurnalında bu soyqrımı haqqında azda olsa məlumat verilmişdir və bu materiallar əsasında dəyərli ziyalımız Araz Yaquboğlu tərəfindən Azərbaycanca Vikipediyaya məlumat yerləşdirildi. Bu istiqamətdə işləri davam etdiririk.

Bir daha Ballıqayada baş vermiş soyqırım qurbanlarının əziz xatirəsini dərin hüzn və ehtiramla yad edir, Allahdan onlara rəhmət, yaxınlarına səbr diləyirik.

Ballıqayada soyqırım

Ballıqayada soyqırım

Ballıqayada soyqırım

Ballıqayada soyqırım

Ballıqayada soyqırım











SON XƏBƏRLƏR
İlham və Fərizə: əsl sevgi və sədaqət salnaməsi
20 Yanvar şəhidlərinin 29-cu ildönümü anılır
Həcərin nəticəsi: "Nənəm erməniyə ərə gedə bilməzdi..."
“Dövlətqaçqınkom”un 100-ə yaxın əməkdaşı qan verdi - FOTOLAR
“Vətənin ən qəhraman övladları və onların ailələri qarşısında baş əyirəm” - Amerika ordusunun azərbaycanlı polkovniki
Heçmi əlləri titrəmədi?
İranın Qarabağ məsələsinə yanaşması dəyişir?
Günay Rəhimbəylidən Qarabağ atları ilə bağlı - SOS
Ukrayna Rusiya ilə 49 sənədi ləğv etdi
Deputat: Ölümə ən çox ürək-damar xəstəlikləri səbəb olur
“Gördün... Elmira Qafarova kişi qızıdır”
Şəhid Fərid Əhmədovun doğum günüdür
Artıq müalicə üçün İrana getməyə ehtiyac yoxdur! - VİDEO
Polad Bülbüloğlu: "Bu il Qarabağla bağlı konkret addımlar atılacağına ümidvarıq"
Rüstəm Kamalın ədəbiyyat dili - Elnarə AKİMOVA yazır
Muğam sənətinin inkişafı ilə bağlı addım atılacaq
Dörd saat söhbət, dörd kəlmə söz, dörd qəpiklik inam
OPEC Azərbaycanda 2019-cu ildə neft hasilatına dair proqnoz dərc edib
Yaxın Şərqdə xain plan: "Böyük Ermənistan", "Böyük Kürdüstan" və "Böyük İsrail"
Qasırğa və çovğun hanı? – Nazirlik vaxt dedi
Xəzərdə dalğanın hündürlüyü 5,3 metrə çatıb
Bakı Nəqliyyat Agentliyində TƏYİNAT
Ramil Usubov daha bir rəisin yerini dəyişdi
Skiflər, saklar, massagetlər, talışlar və azərilər
Azərbaycanla Rusiya arasında bir sıra ikitərəfli sənədlər təsdiqləndi
Həmsədrlər bəyanat yaydı: “Əhalinin sülhə hazırlanması üzrə razılığa gəlinib”
Sergey Lavrov Azərbaycan-Rusiya münasibətlərinə dair mühüm mesajlar verdi
Suriyanın paytaxtı Dəməşqə güclü qar yağıb
Putinə qarşı sui-qəsdin qarşısı alındı
"Struktur islahatları idarəetmədə çevikliyin daha da artırılmasına xidmət edir"