Qarabag Media
Haqqımızda Əlaqə

Konstitusiya Məhkəməsi Referendum Aktına müsbət rəy verdi


Tarix:25-07-2016, 20:05 Kateqoriya:Manşet / Hüquq

Konstitusiya Məhkəməsi Referendum Aktına müsbət rəy verdi

Bu gün Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun Referendum Aktı layihəsi ilə bağlı iclası keçirilib.

Karabakhmedia.az-ın xəbərinə görə, Fərhad Abdullayevin sədrliyi ilə keçirilən iclasda Prezident İlham Əliyevin imzası ilə Konstitusiya Məhkəməsinə daxil olan “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsinə baxılıb.

F.Abdullayev iclasda 8 hakimin iştirak etdiyini bildirib. Sonra hakimlər Kamran Şəfiyev və Rəfael Valadze çıxış ediblər, dəyişiklik layihəsi ilə bağlı fikirlərini bildiriblər.

İclasda çıxış edən Azərbaycan Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev təklif edilən dəyişiklik layihəsi ilə bağlı məlumat verib. O xatırladıb ki, 2009-cu ildə keçirin Referendum seçkilərindən 7 il keçib: “Bu müddət ərzində Azərbaycan xeyli inkişaf edib. Ona görə təklif edilən dəyişikliklər labüddür”.

Sonra hakimlər müşavirəyə gedib. Müşavirədən sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev qərarı elan edib. Qərara əsasən, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlib ki, Prezident İlham Əliyevin təqdim etdiyi "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktı layihəsində göstərilən təkliflər xalq hakimiyyəti və dövlətin əsaslarına dair Azərbaycan Respublikası Konstitusiyasının ümumi müddəaları ilə ziddiyyət yaratmadığından ümumxalq səsverməsinə - Referenduma çıxarıla bilər.

Qeyd edək ki, Konstitusiya Məhkəməsinə göndərilən Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılması, prezidentə Milli Məclisi buraxmaq və növbədənkənar prezident seçkilərinin elan edilməsi səlahiyyətinin verilməsi, prezident seçkilərində yaş məhdudiyyətinin aradan qaldırılması, parlament seçkilərində iştirak üçün yaş həddinin 25-dən 18-ə endirilməsi nəzərdə tutulur./Report/

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Aqil Məmmədov Daşkəsən və Göygöldə məskunlaşan seçiciləri ilə görüşüb
Rusiyada yeni hökumətin tərkibi bəlli oldu - TAM SİYAHI
Cavid Qurbanov Qazaxıstanda bu razılaşmanı imzaladı
Rövşən Rzayev köçkünləri qəbul etdi
“Mən bu “əyilə-əyilə” fikrini aprel döyüşlərindən sonra səsləndirmişəm” – Elman Nəsirov
Rusiyanın yeni hökümətində iki müsəlman da təmsil olundu
Rəsulzadə və Nuru Paşa adına banknot buraxıldı-10 min... - FOTO - VİDEO
Dünya İqtisadi Forumunun Azərbaycanda regional mərkəzi yaradılır - Protokol imzalandı
Mahir Abbaszadə Abşeronda seçiciləri ilə görüşüb - FOTOLAR
Prezident İlham Əliyev Mixail Qusmanı təbrik etdi
Bu gün Zəlimxan Yaqubun doğum günüdür
Axısqa türkü olan komandir dünyasını dəyişdi – Xocalı batalyonuna başçılıq etmişdi
Deputatlığa namizədlərin seçki dairələri üzrə siyahısı açıqlanıb
Hikmət Hacıyev NATO rəsmisi ilə görüşüb
Türkiyədə böyük əməliyyat – Beş minə yaxın adam tutuldu
22 yaşlı gənc Fərid Məmmədovun UĞURLARI
Şadlıq evində tavan uçdu, ölən var
Özbəkistan Prezidentindən Rusiyaya qəti mövqe: “Avrasiya İttifaqına üzv olmayacağıq”
Qorxmaz Hüseynov bu rayonların vətəndaşlarını qəbul edəcək
Zakir Həsənovun Gürcüstana rəsmi səfəri başlayıb
Mahir Abbaszadə şəhid ailələri və məcburi köçkünlərlə görüşüb - FOTOLAR
Ərdoğan Haftarla danışıqlardan imtina etdi – SƏBƏB
ABŞ yeni silahını nümayiş etdirdi – VİDEO
Deputatlığa namizəd polkovnik Mehdi Mehdiyev Qobu və Saray qəsəbəsində görüşlər keçirib - FOTO
Prezident İlham Əliyev “Carlyle Group” şirkətinin həmtəsisçisi Devid Rubinşteynlə görüşüb
Türkiyədə 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı film çəkilib
Putin baş prokuroru istefaya göndərib
Məşhur rus generalı 20 yanvarda Bakını necə işğal etməsindən yazıb - I HİSSƏ
Siqaret çəkən futbolçular Azərbaycan millisindən qovuldu
Londonda 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd edilib