Qarabag Media
Haqqımızda Əlaqə

Ağdamın işğalından 23 il keçir - FOTOLAR

Tarix:23-07-2016, 00:01 Baxış Sayı:700 Kateqoriya:Manşet, İşğal Əraziləri

Ağdamın işğalından 23 il keçir - FOTOLAR

Azərbaycanın Ağdam rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından 23 il ötür.

Ağdam şəhəri — Ağdam rayonunun inzibati mərkəzi, Qarabağ düzündə ən iri şəhərlərdən biridir. 1747-ci ildə şəhər statusu almışdır. Bakıdan 358 km aralıda yerləşir. 1993-cü il iyul ayının 23-dən Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

Etimologiya
"Ağdam" sözü qədim türk dilində "kiçik qala" deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. Zaman keçdikcə bu şəhərin adının mənası dəyişmişdir. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr vermişdir. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilmişdir. Bu mənada, "Ağdam" – günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir.

Tarixi

Azərbaycan ərazisində dövlətin formalaşmağa başladığı bir dövrdə, yəni eramızdan əvvəl V-IV əsrlərdən Ağdam ərazisində alban tayfalarından biri olan Qarqarlar məskən salmışdı. Qədim yunan və roma müəlliflərinin əsərlərində qarqarların özünəməxsus dilləri olduğu deyilir. Mənbələrdə göstərilir ki, onların danışığında özünəməxsus boğaz səsləri var idi. Professor Rəşid Göyüşovun araşdırmalarında qeyd olunur ki, Qafqaz Albaniyasının 26 tayfasından biri olan Qarqarlar qisməndə olsa digər tayfa və qəbilələrdən seçilirmiş. Məhz bu dövrdə VII əsrdə yaşamış Alban tarixçisi Moisey Kalankatlı özünün “Avqan tarixi” əsərində göstərirdi ki, Aluen (bəzən Aquen də deyilir) Alban çarlarının yay iqamətgahı idi. Tarixdə məşhur hadisələrdə biri olan Aluen yığıncağı 488-ci il 13 mayda keçirildiyi deyilir.

Rəşid Göyüşov tədqiqatına görə, 1958-ci ildə Alban hökmdarlarının birinin qəbri olan möhtəşəm məbədin qalığı da məhz Ağdam ərazisindəki Sofulu kəndində olan Govurqalada aşkar edilmişdi.

Feodal dövrü
Şəhərin strateji cəhətdən yerləşdiyi ərazi ticarət yolunun üzərində olması burada müxtəlif sənətkarlıq sahələrinin yaranmasına şərait yaratmışdı. Bundan sonra tarixi mənbələrdə Azərbaycanın ərəblər tərəfindən işğalı zamanı xilafət qoşunlarına qarşı ciddi müqavimətin göstərdiyi ərazilərdən biri məhz adıçəkilən regionun olduğu qeyd olunur. Adıçəkilən ərazi islam dinini qəbul edən əraziləndən ən sonuncusu idi.

Şəhərin salınması bəzi mənbələrdə 1741-ci il, bəzən isə 1752-ci il qeyd olunur.Ağdamın, xüsusəndə Qarabağ xanlığının yaranma dövründə çəkisinin artdığı göstərilir. Çar Rusiyasının əsarəti dövründə isə şəhər bilavasitə ticarət mərkəzi kimi inkişaf etməyə başladı. Buna həmdə şəhərin yerləşdiyi coğrafi ərazidə imkan verirdi. İstər yayda, istərsə də qışda tacirlərin şəhərə gəlişində problem yaşanmırdı. Şəhərin strateji cəhətdən yerləşdiyi ərazi ticarət yolunun üzərində olması burada müxtəlif sənətkarlıq sahələrinin yaranmasına şərait yaratmışdı.

1828-ci ildə Ağdama şəhər statusu verilmişdir.

1918-ci ilin oktyabrın 1-də türk generalı Nuru Paşa Ağdama gəlmişdir. Onları qarşılamaq üçün qara çərkəzi geyimdə olan yerli gənclərdən ibarət 30 nəfərlik fəxri qarovul göndərildi. Şəhərin girişində məktəblilərdən ibarət orkestrlə bərabər yerli könüllü hissələr dayanmışdı. Birinci zəfər qapısı yanında isə ruhanilər və beynəlmiləl komitə üzvləri əllərində şəhərin açarlarını tutmuşdular. Səhər saat 10-da qoşunlar aşağıdakı tərkibdə şəhərə daxil oldular: qabaqda süvarilər, arxasınca topçular və pulemyotçular. Qoşunların arxasınca isə Qaladərəsi qəhrəmanları Sultan bəy və İldırım bəy Qarabağ süvariləri ilə hərəkət edirdilər. Nuru Paşa Ağdamda Azərbaycan bayrağını qaldırıb, Şuşaya doğru hərəkət eləmişdir.

Üçüncü Respublika dövrü

Qarabağ müharibəsi zamanı Ağdam şiddətli qarşıdurmalara səhnə oldu. 1993-cü il 12 iyun tarixində erməni işğalçıları Ağdam üzərinə genişmiqyaslı hücuma keçdi. İyulun 5-dək Ağdam şəhəri faktiki olaraq hər tərəfdən əhatəyə alınmışdı və iyulun 23-dək "Qrad" qurğularından atəşə tutulurdu. Həmin gün Ağdam tam işğal edildi. Şəhər talan edildi və yandırılıb külə döndərildi.[8] Ağdamda yanğınların tüstüsü 20 kilometr məsafədən görünürdü.

Qarabağ müharibəsi başlayanda ilk yaradılan batalyonlardan biri “Vətən oğulları” olub. Batalyonuna Allahverdi Bağırov rəhbərlik edib. Ağdam əhalisi tərəfindən göstərilən maddi yardım və öz şəxsi vəsaiti ilə Qarabağ kəndlərində yaradılmış kiçik özünü müdafiə dəstələrinə yaxından köməklik edib. Ağdam rayonu ərazisində gedən bütün döyüşlərdə mərdliklə vuruşub.

"Human Rights Watch" qərbli diplomatlardan birinin dediklərinə istinad edərək öz hesabatında yazır ki, bütün şəhərin yandırılması qoşunların intizamsız olmasına deyil, erməni rəhbərliyi tərəfindən hərtərəfli götür-qoy edilmiş plan tərtib olunmasına dəlalət edir. BMT Təhlükəsizlik Şurası Ağdam rayonunun işğalından sonra ATƏT-in Minsk qrupunun keçmiş sədri Mario Rafaellinin hesabatı əsasında 853 nömrəli qətnamə qəbul etmiş, bu sənəddə Ağdamın işğalını pisləmiş, işğalçı qoşunları ərazidən çıxarmağa və qaçqınları öz yaşayış yerlərinə qayıtmağa çağırmışdı.

2008-ci ildə "Lonely Planet" jurnalı, Ağdamı “Qafqaz Hiroşiması” adlandırıb. 2010-cu ildə Əl-Cəzirənin internet nəşri, Ağdamı "ruhlar şəhəri" siyahısına salıb. Həmin il, Dağlıq Qarabağ separatçı rejiminin qərarı ilə Ağdam şəhəri Akna adlandırılıb.

Coğrafiya
Ağdamın iqlimi əsasən mülayim isti, quraq subtropikdir. Qarabağ atı Ağdamda yayılmışdır. Şəhərdə 1949-ci ildə şəhərdə Ağdam Atçılıq Zavodu fəaliyyat göstərmişdir. 1960-1970-ci illərdə respublikada kənd təsərrüfatının ümumi inkişafı, Ağdam Atçılıq Zavodunun maddi-teхniki bazasının möhkəmləndirilməsi, cıdır yarışlarına marağın artması Qarabağ atının inkişafına münbit şərait yaratmışdı. Zavod yaradıldıqdan sonra cins daхilində ailə və хətlərin formalaşması, bir sıra Ümumittifaq sərgilərində və yarışlarda Qarabağ atlarının fəal iştirak etməsi məhz həmin illərə təsadüf edir.

Şahbulaq silsiləsi Cənub-Şərqdə Ağdam şəhəri yaxınlığıda kəskin görünür və Çullu, Qiyaslı, Xıdırlı kəndləri yaxınlığında nisbi yüksəkliyi 10-15 metrə çatan qayalı təpələr yaradır. Qarqar çayı zirvəsi Ağdam şəhəri yaxınlığında yerləşən və sahəsi 50kv. m. çatan gətirmə konusunu yaradır.

Əhali
1912-ci ilin Ağdamın "Qafqaz Təqvimi"nə görə, şəhərdə 623 nəfər yaşayırdı. 1989-cu ildə şəhərdə 28.031 nəfər yaşayırdı.

2010-cu ilin statistikasına görə, Ağdamda 360 nəfər yaşayırdı.

Din

Azərbaycanın digər bölgələri kimi, şəhərdə ən geniş yayılmış din islam idi. Rəşid Göyüşov tədqiqatına görə, Azərbaycanın ərəblər tərəfindən işğalı zamanı, Ağdam islam dinini qəbul edən əraziləndən ən sonuncusu idi.

Qarabağ müharibəsi zamanı Cümə məscidi də digər tikililər kimi dağıdılmışdır. Ermənilər tərəfindən məscidin minarələrinə ciddi ziyan yetirilib, tavanı uçurdulub, divar yazıları pozulub, interyerinə erməni və rus dillərində azərbaycanlılara qarşı təhqiramiz ifadələr yazılıb. Ermənilər hazırda məscidin ibadət zalından və yardımçı otaqlarından mal-qara və donuzların saxlanması, yəni tövlə kimi istifadə edirlər.

İqtisadiyyat

Erməni işğalından əvvəl şəhərdə ət kombinatı, konserv zavodu, şərab zavodu, barama toxumu zavodu, xalça fabriki, mexanikləşdirilmiş çörək zavodu, avtomaşınlara texniki xidmət stansiyası, məişət xidməti kombinatı, elektrik şəbəkəsi müəssisəsi və Ağdam Dəzgahqayırma Zavodu fəaliyyət göstərirdi.

Azərbaycanda ilk çaxır zavodlarından biri də Ağdamda 1860-cı ildə Xublarov qardaşları tərəfindən tikilmişdir. Ağdam SSRİ dövründə bu adda buraxılan portveyn çaxırı ilə məşhur idi.

Mədəniyyət
1930-cu ildə şəhərdə "bulvar" salınmışdır.

1983-cü ildən 1993-cü ilə kimi şəhərdə Çörək muzeyi fəaliyyət göstərirdi. Muzeydə qədim dünyanın və orta əsrlərin unikal eksponatları toplanmışdır. Eksponatlar arasında daşlaşmış qədim buğda nümunələri, dənli bitkilərin nadir növləri, çoxlu sayda qiymətli kitablar, əlyazmalar, əkinçiliyin inkişafı haqqında materiallar, qədim əkinçilik alətləri: soxa, adi və dişli oraq, taxıldöyən lövhə, əl dəyirmanı və digərləri var idi.

1983-cü ildə Ağdamda Çay evinin açılış mərasimi keçirilmişdir. Layihənin müəllifi 1984-1988-ci illərdə Ağdamda baş memar işləyən Naiq Səmədov idi.

Erməni işğalından əvvəl şəhərdə ölkəşünaslıq muzeyi, kinoteatr, mədəniyyət evi və səkkiz xəstəxana fəaliyyət göstərirdi. Ağdamda Xurşudbanu Natəvanın qəbirüstü abidəsi, Qarahacılı nekropolu, Üzərliktəpə yaşayış yeri, Gavur Qala şəhərgahı , Böyük Vətən müharibəsində həlak olmuş həmvətənlərimizin xatirə abidəsi, 19-cu əsr Uğurlu bəyin türbəsi, 17-ci əsr Xanoğlu türbəsi və 18-ci əsr Qarabağ xanı Pənahəli xanın imarəti yerləşirdi.

Mətbəxi
Ağdam mətbəxi Qarabağın özünəməxsus təamları arasında xüsusi yer tutur. Ağdam mətbəxində döşəməli aş, döymə kababı, dolma, avdal qutabı, boyanalı plov, Ağdam kətəsi ə s. geniş rast gəlinir. Burada yeməklərin şahı boyanalı plov hesab edilir.

Musiqi
Muğam musiqisi, Qarabağ bölgəsində olan mədəni ənənə, Ağdam musiqi irsinin mühüm hissəsidir. 1956-cı ildə Ağdamda Xosrov Fərəcovun rəhbərliyi ilə "Şur" ansamblı yaradılıb. 1985-ci ildən fəaliyyət göstərən Ağdam muğam məktəbi, "Qarabağ bülbülləri" ansamblı ilə dövlət tədbirlərində, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, televiziyada, hərbi hissələrdə geniş proqramla konsertlər vermişdir.

2014-cü ildə, alman bəstəkarı və pianoçusu Hauschka fortepiano üçün yazılan “Xaraba Ağdam” əsərini şəhərə həsr edib.

Teatr
1908-ci ildə Ağdamda Əbdürrəhim bəy Haqverdiyev adına truppa fəaliyyət göstərmişdir. 1910-cu il noyabr ayının 30-da Ağdam şəhər məktəbində Nadir, Əhməd bəy, Abbas və Məmiş Dərgahovun iştirakı ilə "Ev tərbiyəsinin bir şəkli" və "Dursunəli və Ballıbadı" əsəri tamaşaya qoyuldu. Həmin il, Ağdamda Həmzə Qəniyevin evində Ə.Haqverdiyevin öz rejissorluğu ilə "Ac həriflər" truppa məharətlə oynamışlar.

1920-ci ilin əvvəllərində Ağdamda teatr bölməsi yarandı. Bu bölmədə dövrün ən tanınmış teatr xadimləri fəaliyyət göstərmişdir. 1930-cü ildə Ağdam beynəlmiləl klubu nəzdində təşkil olunmuş dram və opera zəhmət kollektivi fəhlə-kəndli klubunun dram kollektivi ilə birləşərək Ü.Hacıbəyovun "Leyli və Məcnun", "O olmasın, bu olsun", "Arşın mal alan" opera və operettalarını da tamaşaçılara göstərmişlər.

1937-ci ildə haqqında bəhs edilən kollektiv əsasında şəhərdə Dövlət Dram Teatrı təşkil edildi. Teatra görkəmli dramaturq, rejissor, teatr təşkilatçısı Ə.Haqverdiyevin adı verildi. Teatr 10 il ərzində fədakarlıqla fəaliyyət göstərdi, Şuşa və onların ətraf kəndlərində deyil, Yevlax, Ağdaş, Göyçay, Bərdə və digər rayonların zəhmətkeşləri qarşısında da çıxış etdi. Ağdam teatrının quruluş verdiyi "Məhəbbət", "Vəfa" və "Praqanın şabalıd ağacları altında" tamaşalarında ilk dəfə olaraq müharibə illərinin qəhrəmanlıqla dolu hadisələri konkret şəkildə göstərilirdi.

İkinci dünya müharibəsindən sonra Ağdam teatrının hazırladığı "Qatır Məmməd" tamaşası kollektivin ən yaxşı işlərindən biri kimi qiymətləndirildi. 1949-cu ildə ölkənin bir çox rayon teatrları, o cümlədən Ə.Haqverdiyev adına Ağdam Dövlət Dram teatrı bağlandı və bu, ölkə mədəniyyətinə böyük təsir göstərdi.

Nəhayət, Ağdam xalq teatrına 11-ci mövsümündə Dövlət teatrı adı verildi; teatr yenə də Əbdürrəhimbəy Haqverdiyevin adı ilə daha ciddi yaradıcılıq yollarında addımlamağa başladı. Ağdam teatrının istər ilk illərdəki dram dərnəyində, istər 1937-1949-cü illərdə Dövlət Dram teatrında, istərsə də 1959-1969-cu illər xalq teatrında repertuarında opera və operettalar müvəffəqiyyətlə tamaşaya qoyulmuşdur. 1970-ci illərdə teatrda “Qaynana”, "On üçüncü sədr", "Gəl qohum olaq", "Sevil", "Oqtay Eloğlu", "Qaraqum faciəsi", "Unuda bilmirəm", "Həsrət", "Adam və Yeva", "Qismət", "Şəhərin yay günləri", "Dağılan tifaq" və s. tamaşalara uğurla quruluş verilmişdir.

İdman
Azərbaycan Premyer Liqasında çıxış edən Qarabağ FK şəhəri təmsil edir. "Qarabağ" ilk dəfə Azərbaycan SSR çempionu adına 1988-ci ildə – Azərbaycan keçmiş SSRİ-nin tərkibində olarkən layiq görüldü. 1993-cü ildə Ağdam şəhəri ermənilər tərəfindən işğal olunduqdan sonra doğma İmarət stadionundan didərgin düşən komanda məcburi olaraq "Qaçqın klub" adını almışdır.

Təhsil
Erməni işğalından əvvəl şəhərdə 7 orta məktəb, 1 səkkizillik məktəb, musiqi və tibb texniki peşə məktəbləri, 5 məktəbdənkənar uşaq müəssisəsi, 1 uşaq bağçası, 4 körpə evi, kənd təsərrüfatının mexanikləşdirilməsi və elektrikləşdirilməsi texnikumu və kənd təsərrüfatı texnikumu fəaliyyət göstərirdi.

Tanınmış sakinləri
71 nəfər ağdamlı döyüşçü erməni işğalçılarına qarşı vuruşmalarda cəsarət, şücaət və misilsiz qəhrəmanlıqlar göstərdiklərinə görə mükafatlandırılmışdır. Onlardan 16 nəfəri Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüş, 21 nəfər "Azərbaycan Bayrağı" ordeni, 7 nəfər “Vətən Uğrunda”, 7 nəfər “İgidliyə görə”, 21 nəfər “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuşdur.

Karabakhmedia.az
Ağdamın işğalından 23 il keçir - FOTOLAR

Ağdamın işğalından 23 il keçir - FOTOLAR

Ağdamın işğalından 23 il keçir - FOTOLAR

Ağdamın işğalından 23 il keçir - FOTOLAR

Ağdamın işğalından 23 il keçir - FOTOLAR

Ağdamın işğalından 23 il keçir - FOTOLAR

Ağdamın işğalından 23 il keçir - FOTOLAR

Ağdamın işğalından 23 il keçir - FOTOLAR

Ağdamın işğalından 23 il keçir - FOTOLAR
[center]
"Əlyetməz" adlı Qarabağ atı (1867)

Mənbə: az.wikipedia.org

SON XƏBƏRLƏR
Bu gün Böyük Turançı Ziya Gökalpın doğum günüdür
Qubadlı rayon Tarix-Diyarşünaslıq muzeyi
Dağların Laçın aşığı - FOTO
“DQR”in sabiq “müdafiə naziri” saxlanılıb
Yeni dərs ili üçün tələbə qəbulu qaydaları açıqlandı
Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu
21 Azər soyqırımı haqqında kitab işıq üzü görüb
Turan-İran, yoxsa Turan-Avropa qarşıdurması? - I yazı
Diaspor sədri Novruz bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik etdi
Müdafiə naziri Novruz bayramı münasibətilə hərbi hospitalda olub
Azərbaycan filmləri beynəlxalq festivalda nümayiş etdiriləcək
Novruz bayramı münasibətilə hərbi hissələrdə “Açıq qapı” günü keçirilib
“Hiss edirsən ki, yaz gəlir, o, yaz ki…” – DEPTATNDAN “NOVRUZ” TƏBRİKİ
Həm vuranıq, həm hədəfiz biz!
Haşimov, vot vaşi artilleriya!
Dillərin toqquşması: İranda yaşayan Türklərin arasındakı ikidilliliyə ötəri bir baxış
Azərbaycanda Novruz bayramı qeyd olunur
Suriya rəhbərliyi BMT-nin xüsusi elçisini qəbul etməkdən imtina edib
Azərbaycan Cümhuriyyətini devirmək üçün «Qarabağ qiyamı»
Metroda baş verən terror aktından 23 il ötür
Bakıda DYP avtomobili ağır qəza törətdi: Yaralılar var
Ermənilərin gözü qarşısında onların bayrağına tüpürən azərbaycanlı əsir
Bütöv Azərbaycan tonqalı ətrafında Novruz şənliyi - FOTOLAR
Tramp: “Almaniyanın NATO və ABŞ-a böyük məbləğdə borcu yaranıb”
Müdafiə naziri bir qrup hərbi qulluqçuya "polkovnik" hərbi rütbəsi təqdim edib
Türkiyənin məşhur jurnalistləri Bilik Fondunda oldular
Faiq Ələkbərli Ankarada Türk Birliyindən, Konyada isə Alparslan Türkeşdən danışacaq
Evini satıb Qarabağ haqqında film çəkdi
Bakıda Macarıstan Günləri keçirilib
“Sonuncu terrorçunu məhv edənədək əməliyyatlarımızı davam etdirəcəyik”