Qarabag Media
Haqqımızda Əlaqə

Konstitusiyaya dəyişiklik: “Təklifləri mütərəqqi adlandırmaq olar” - Hüquqşünas


Tarix:19-07-2016, 21:49 Kateqoriya:Manşet / Hüquq

Konstitusiyaya dəyişiklik: “Təklifləri mütərəqqi adlandırmaq olar” - Hüquqşünas“Rəyin alınması üçün bütün təkliflər Konstitusiya Məhkəməsinə layihə şəklində göndərilib. Çix ciddi dəyişikliklər təklif olunur. İnsan hüquq və azadlıqları ilə bağlı daha konkretləşmə var”.

Bu sözləri Femida.az-a açıqlamasında Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov deyib.

O, vətəndaşlığın itirilməsi hallarının konstitusiyaya gətirilməsini mühüm addım kimi dəyərləndirdi:

“Ən diqqətimi çəkən isə 53-cü maddədir. Bilindiyi kimi, Azərbaycan Respublikası Konstitusiyasına görə, heç kəs vətəndaşlıqdan məhrum edilə bilməz. Ölkə qanunvericiliyinə isə vətəndaşlığın itirilməsi halları gətirilmişdi, lakin bu, konstitusiyada əks olunmurdu. Əslində burada mübahisə doğuran məsələ yoxdur. Konstitusiyaya belə bir əlavənin edilməsində hüquqi problem yoxdur”.

Sahib Məmmədov seçkilərdə yaş senzinin aşağı salınması məsələsinə də toxundu.

Onun fikrincə, bu, mütərəqqi haldır və prezidentlik müddətinin 7 il müəyyən olunması dünya praktikasında da mövcuddur:

“Növbəti dəyişiklik yaş senzinin aşağı salınması ilə əlaqədardır. Bu, o deməkdir ki, həddi büluğa çatmış və konstitusiyada göstərilən tələblərə cavab verən hər bir şəxs seçkili orqanlarda namizədliyini irəli sürə bilər. Prezident seçilməklə bağlı şərtlər içərisindən “Yaşı otuz beşdən aşağı olmayan” sözləri çıxarılıbsa, deməli, avtomatik olaraq bu hədd 18 yaşa enir. Prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılması dünya praktikasında mövcuddur. Prezidentlik müddəti adətən 4, 5, 6, və 7 il ola bilər. Hüquqi baxımdan bu dəyişiklikdə problem yoxdur”.

Sahib Məmmədov bildirdi ki, 29-cu maddəyə edilən dəyişiklik insan hüquqları ilə ziddiyyət təşkil etmir:

“29-cu maddəyə edilən dəyişiklikdə göstərilir ki, mülkiyyət hüququ ilə bağlı sosial öhdəlik yaranır. Bu da Azərbaycanda post-neft erasından sonra yaranan situasiya ilə bağlıdır. Tutaq ki, kimsə 100 hektarlıq torpaq sahəsi alar və deyər: “Bu, mənim mülkiyyətimdir, nə istəyərəm edərəm”. İndiki dəyişiliyin mahiyyəti o deməkdir ki, əgər kimsə mülkiyyətindən cəmiyyətin məqsədləri üçün istifadə etmirsə, dövlət həmin mülkiyyəti əvəzini ödəmək şərtilə özgəninkiləşdirə bilər. Bu da qlobal baxımdan baxanda insan hüquqlarına ziddiyyət təşkil etmir”.

O, “milliyyət” sözünün “etnos” sözü ilə əvəz olunması məsələsinə də aydınlıq gətirdi:

“Milliyyət sözü dövlət sözü ilə sinonimdir. Məsələn, Birləşmiş Millətlər Təşkilatı özündə dövlətlər birliyini ehtiva edir. Bu baxımdan “milliyyət” sözünün yerinə ya “xalq”, ya da”etnos” sözü yazılmalı idi. Nəticədə “etnos” sözü münasib görülüb. Düşünürəm ki, bu da məntiqli dəyişiklikdir”.

Ceyhun Əhmədli










SON XƏBƏRLƏR
Dünyanın ən güclü orduları bəlli oldu - Neçənci yerdəyik?
"Rəsulzadənin tapançası məni xilas etdi..." - Türk zabitin xatirələri - FOTOLAR
Bakıda 19 yerdə məktəb yarmarkaları fəaliyyətə başlayıb - SİYAHI
Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”
İrəvanda etirazlar: Parlament binası mühasirəyə alındı
Şəhid Milli Qəhrəman Fazil Mehdiyevin doğum günüdür - VİDEO
Hirkan Milli Parkının ərazisində yanğın başlayıb - YENİLƏNİB
Rəşad Atakişiyevin nəşi TAPILDI
Milli Qəhrəman İlham Əliyevin anım günüdür
“Vikipediya”da publisist və tədqiqatçı Tofiq Hüseynzadə haqqında üç dildə məqalə yaradılıb
Şoyqudan ABŞ-a “raket mesajı”
Qətərdə asfaltı mavi rəngə boyamağa başlayıblar
Xoy şəhərində “Şəms və Mövlana” Festivalı keçirilir
Məktəblilər bu il yeni forma geyinəcəklər? – AÇIQLAMA
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib
Sumqayıtda 3 məktəbin bütün şagirdləri tələbə adını qazanıb
Qəzaya uğrayan təyyarəmizin “qara qutusu” tapıldı
Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür - VİDEO
Azərbaycançılıq ideologiyası haqqında film çəkildi
Gürcüstanın Azərbaycana 7.3 milyon dollar borcu var
"Neftçi"nin baş məşqçisi məğlubiyyətdə özünü günahlandırıb
Sosial internet şəbəkələri saxta “qədim erməni dövlətçiliyi” barədə yalanlarla doludur
Vikimaniya beynəlxalq konfransında ölkəmizi üç vikipediyaçı təmsil edəcək
ABŞ Ermənistanın iki şirkətinə sanksiya tətbiq edib
“Baş nazir dəqiq deyib, nəsə əlavə etməyə ehtiyac yoxdur...” - Mnatsakanyan
Azərbaycan və İran prezidentlərinin telefon danışğındakı pərdəarxası MƏQAMLAR
Təslim olmuş erməni hərbçisi ilə bağlı danışıqlar aparılır
Tehran metrosunda hicabına riayət etməyən qadınlara qarşı təzyiqlər şiddətləndirilir
Qəzaya uğramış təyyarəmiz parça-parça olub
Aqil ABBAS: "Qurban Qurbanov, səninləyik!"