Qarabag Media
Haqqımızda Əlaqə

30 erməni öldürən qəhrəmanın anım günüdür


Tarix:17-07-2016, 23:32 Kateqoriya:Manşet / Qəhrəmanlar

30 erməni öldürən qəhrəmanın anım günüdür Bəhruz Allahverdi oğlu Nuriyev 1970-ci il iyulun 7-də Ağdam rayonunun Kəngərli kəndində anadan olub. Bakı şəhəri, Nizami rayonu, 250 saylı orta məktəbi bitirib. Həvəskar rəssam olub, lakin çəkdiyi rəsmlər peşəkar rəssamların da diqqətini cəlb edib. Yüksək musiqi duyumlu Bəhruz həm də idmanın karate və boks növləri ilə məşğul olub.

1987-ci ildə Texniki Universitetin mexanika fakültəsinin gecə şöbəsinə qəbul olunub. 1989-cu ilin dekabrında hərbi xidmətə gedib. Lakin 1990-cı il, 20 yanvar hadisələrindən sonra rus ordusuna xidmətdən imtina edərək xidmətini Gəncədə davam etdirib.

Sonradan könüllü müdafiə dəstəsinə qoşulan Bəhruzun döyüş yolu Ağstafa rayonunun Köhnəqışlaq, Tovuzun Əlibəyli kəndlərindən, Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Ağdərənin müxtəlif bölgələrindən keçib. 1993-cü il, iyulun 17-də Ağdərə döyüşlərində 30 erməni yaraqlısını qətlə yetirib, sonda isə özü şəhid olub.

Nizami Rayon İcra Hakimiyyətinin və rayonda yaşayan şəhid ailələrinin yekdil rəyi əsasında Bəhruzun oxuduğu məktəbin də qarşısında qəhrəmanın büstü qoyulub. Yaşadığı küçə isə 1995-ci ildən Bəhruzun adını daşıyır. Anası Nayidə xalanın dediklərindən: “Bir ilə yaxın idi ki, nişanlı idi. Toyuna hazırlaşırdıq. Amma o, hər dəfə deyirdi ki, tələsməyin, az qalıb. O qədər düşüncəli, hamını nəzərə alan idi ki, buna görə də həmişə ondan nigaran idim. Onun faciəli xəbəri gələndə 3 gün şokda olmuşam. Deyilənə görə, onu sevənlər dəfnini çox yüksək səviyyədə keçiriblər”.

Bəhruz Nuriyevə “Azərbaycan bayrağı” ordeni verilib. Bəhruza aid sənədlər arasında onun haqqında yazılmış “Vətənə sipər oğul” kitabçası da var. 826 saylı sabiq “Qurtuluş” batalyonunun qərargah rəisi, Azərbaycan Respublikası Bakı Əlil və Veteranlar Birliyinin sədri Fuad Rzayev Bəhruzun qəhrəmanlığından bunları yazıb: “Bəhruzun sərrast atma qabiliyyəti olduğu üçün o, daha çox düşmən öldürdü. 1993-cü ildə 30 düşməni sıradan çıxarmaq böyük hünər tələb edirdi. Bu hünərin səbəbkarı isə Bəhruz idi. Ümumiyyətlə, Bəhruz bütün döyüşlərdə misilsiz qəhrəmanlıqlar göstərib. Çox təəssüflər olsun ki, dəfələrlə mən də təqdimat yazıb göndərmişəm, lakin ona Milli Qəhrəman adını vermədilər. Amma Bəhruz əsl Azərbaycan qəhrəmanıdır”.

Bakının Nizami rayonunda Bəhruz Nuriyev adına küçə var. Bu küçə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə xeyli düşmən yaraqlısı və onların döyüş texnikasını məhv edən şəhid Bəhruz Nuriyevin adını daşıyır.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
İlham və Fərizə: əsl sevgi və sədaqət salnaməsi
20 Yanvar şəhidlərinin 29-cu ildönümü anılır
Həcərin nəticəsi: "Nənəm erməniyə ərə gedə bilməzdi..."
“Dövlətqaçqınkom”un 100-ə yaxın əməkdaşı qan verdi - FOTOLAR
“Vətənin ən qəhraman övladları və onların ailələri qarşısında baş əyirəm” - Amerika ordusunun azərbaycanlı polkovniki
Heçmi əlləri titrəmədi?
İranın Qarabağ məsələsinə yanaşması dəyişir?
Günay Rəhimbəylidən Qarabağ atları ilə bağlı - SOS
Ukrayna Rusiya ilə 49 sənədi ləğv etdi
Deputat: Ölümə ən çox ürək-damar xəstəlikləri səbəb olur
“Gördün... Elmira Qafarova kişi qızıdır”
Şəhid Fərid Əhmədovun doğum günüdür
Artıq müalicə üçün İrana getməyə ehtiyac yoxdur! - VİDEO
Polad Bülbüloğlu: "Bu il Qarabağla bağlı konkret addımlar atılacağına ümidvarıq"
Rüstəm Kamalın ədəbiyyat dili - Elnarə AKİMOVA yazır
Muğam sənətinin inkişafı ilə bağlı addım atılacaq
Dörd saat söhbət, dörd kəlmə söz, dörd qəpiklik inam
OPEC Azərbaycanda 2019-cu ildə neft hasilatına dair proqnoz dərc edib
Yaxın Şərqdə xain plan: "Böyük Ermənistan", "Böyük Kürdüstan" və "Böyük İsrail"
Qasırğa və çovğun hanı? – Nazirlik vaxt dedi
Xəzərdə dalğanın hündürlüyü 5,3 metrə çatıb
Bakı Nəqliyyat Agentliyində TƏYİNAT
Ramil Usubov daha bir rəisin yerini dəyişdi
Skiflər, saklar, massagetlər, talışlar və azərilər
Azərbaycanla Rusiya arasında bir sıra ikitərəfli sənədlər təsdiqləndi
Həmsədrlər bəyanat yaydı: “Əhalinin sülhə hazırlanması üzrə razılığa gəlinib”
Sergey Lavrov Azərbaycan-Rusiya münasibətlərinə dair mühüm mesajlar verdi
Suriyanın paytaxtı Dəməşqə güclü qar yağıb
Putinə qarşı sui-qəsdin qarşısı alındı
"Struktur islahatları idarəetmədə çevikliyin daha da artırılmasına xidmət edir"