Qarabag Media
Haqqımızda Əlaqə

Qurban Qurbanov: `Çox ehtiyatlı olmalıyıq`


Tarix:13-07-2016, 09:04 Kateqoriya:Manşet / Müsahibə

Qurban Qurbanov: `Çox ehtiyatlı olmalıyıq`Rəqib bizimlə oyuna ciddi hazırlaşmışdı. İlk hissədə qolları vaxtında vurduq. Amma ikinci hissədə tam olaraq istədiyimizi edə bilmədik”. Bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində bu gün keçirilən “Qarabağ” – “Düdelanj” görüşü ev sahiblərinin qalibiyyəti ilə başa çatıb – 2:0.

Ağdam klubunun çalışdırıcısı Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında görüşlə bağlı fikirlərini bölüşüb:
“Bu komandada alman nizam-intizamı var. Məğlub olsalar da, sona qədər mübarizə apardılar. Bizim üçün çətin rəqibdilər. Fiziki cəhətdən güclü oyunçuları çoxdu. Səfərdəki stadionun durumunun necə olduğunu bilmirik. Bu qələbəyə görə isə futbolçularımı təbrik edirəm. Biz də öz oyun intizamımızdan əl çəkmədik. Belə komandalara top versək, bizim üçün daha çətin olar. İlk hissədə bir neçə əks-hücum qurdular. Çalışmalıyıq ki, cavab oyununda da səhvsiz oynayaq və növbəti mərhələyə adlayaq”.

- İkinci hissədə bir qədər tempi aşağı saldınız. Bu, sizin tapşırığınız idi?

- Yox, futbolçulara belə tapşırıq verilməmişdi. Komanda optimal formasından hələ uzaqdı. Tam forma yığmaq üçün bir neçə oyun keçirməyimiz lazımdı. Rəqibin intizamından əl çəkməməsi bizi oyunun tempini aşağı salmağa məcbur etdi. Hücumlarımızı istədiyimiz kimi qura bilmirdik. Amma yenə də tələsmədən qolumuzu axtarırdıq. Bu elə bir turnirdi ki, iki oyunun nəticəsinə görə qalib müəyyənləşir. Odu ki, səbrli olmaq lazımdı.

- “Qarabağ”ın 3 futbolçusu bu gün sarı vərəqə aldı. Bu rəqəm çox deyilmi?

- Düz qeyd etdiniz. Yadıma gəlmir ki, son vaxtlar bu qədər sarı vərəqə nə vaxt almışıq? Ancaq buna rəqibin oyunu məcbur etdi. Rəqibin əks-hücumunun qarşısını kəsmək istəyərkən sarı vərəqələr aldıq.

- Əlhərbi Jadeyui və Arif Daşdəmirova bu gün şans verməməyinizin səbəbi nə idi?

- Mənim imkanım olsa, hamıya şans verərdim. Bütün oyunçular, həmçinin Ariflə Əlhərbi oynamağa layiq idilər. Bu turnir elədi ki, burda tez-tez oyunçu dəyişikləri olur. Gələn matçda ola bilsin, digər futbolçulara da şans verdim.

- Cavab oyununda bu rəqibin “Qarabağ”a 3 qol vurması realdımı?


- Futbol bu gün elə bir səviyyəyə gəlib çatıb ki, hər bir nəticəni gözləmək lazımdı. Futbolçulara həmişə “Gefle” – “Olimpiakos” matçını misal gətirirəm. Rəqibin oyun üslubu elədi ki, bizə 2 qol vura bilərlər. Əlbəttə ki, biz meydana arxayın çıxsaq. İnşallah, bu olmaz. Biz uşaqları səfər görüşündə də qalib gəlmək üçün motivasiya edəcəyik. Futbol elə bir oyundu ki, sürpriz nəticələrlə doludu. İnşallah, bu bizdən uzaq olar. Çox ehtiyatlı olmalıyıq.

- Üçüncü mərhələdəki potensial rəqiblərinizə nəzər yetirmisiz?

- Xeyr, nəzər yetirməmişəm. Üçüncü mərhələdə oynamaq üçün əvvəlcə bu mərhələni keçməliyik. Mən diqqətimi “Düdelanj”la keçiriləcək cavab matçına yönəltmişəm./Apasport.az/

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Azərbaycan şahmatçısı erməni rəqibini məğlub edib
39 şəhər və rayon büdcədən dotasiya almayacaq
Qorbaçov Rusiya prezidentinə müraciət etdi
Çində hərbçilərimizin iştirak etdiyi VII Dünya Oyunlarının açılış mərasimi keçirilib
Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə nə qədər vəsait daxil ola bilər ?
Ərdoğan Trampı buna da məcbur etdi
Paşinyanın saytı dağıdıldı – “Qarabağ Azərbaycandır və nida işarəsi!” yazıldı – FOTO
Leyla Abdullayevadan ermənistanlı həmkarlarına cavab: "Yaddaşınızı yeniləyin"
“Qarabağ alınmayınca, biz hamımız qarabağlıyıq”- Sankt – Peterburqdan Qarabağ mesajları - FOTOLAR
Bəsirə Məmmədli Laçın məktəbinə direktor təyin edildi - FOTO
“Bu köç Qaradağa gedir - Bu köç Qarabağa getmir...”
18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar
Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”
"Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edəcəyik" – Ərdoğan
Türkiyədə təyyarə qəzaya uğradı
Ermənilər Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
Həmsədrlər sabah Xankəndinə səfər edəcəklər
Ermənistan Suriyaya qoşun göndərdi
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı
MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib
Azərbaycanın internet sürətinə görə yeri açıqlandı
Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...
İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib
Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı