Qarabag Media
Haqqımızda Əlaqə

Səbuhi Rəcəb: `Çalışacağıq ki, bu medalların sayı ildən-ilə artsın`


Tarix:12-07-2016, 08:48 Kateqoriya:Manşet / Müsahibə

Səbuhi Rəcəb: `Çalışacağıq ki, bu medalların sayı ildən-ilə artsın`Bu gün idman həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Azərbaycanda hər sahədə olduğu kimi insanların sağlamlığı və xoşbəxt gələcəyinin təminatçısı olan idman sahəsində də son zamanlar böyük inkişaf baş verib. Ölkəmizdə idmana dövlət tərərəfindən xüsusi diqqət və qayğı göstərilir. Bu qayğının nəticəsidir ki, artıq respublikamız inkişaf etmiş, formalaşmış bir idman ölkəsi kimi tanınıb. Beynəlxalq turnirlərə qatılan təmsilçilərimiz istər Olimpiya, istərsə də qeyri-Olimpiya idman növləri üzrə böyük uğurlar qazanırlar. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin nəticəsidir ki, bu gün ölkəmizdə idmanın inkişafı geniş vüsət alıb. Təsadufi deyil ki, paytaxtmızda və bölgələrimizdə tikilib istifadəyə verilən Olimpiya idman kompleksləri ölkəmizdə idmanın inkişafından xəbər verir. Bu gün bu siyasət ölkə başçısı cənab İlham Əliyev tərəfindən çox layiqincə davam etdirilir. Azərbaycanda idmanın inkişaf etməsi və kütləviləşməsində federasiyaların, klub, cəmiyyət və məktəblərin rolu danılmazdır.

Ölkəmizdə inkişaf etmiş idman növlərindən biri də, kikboksinqdir. Bu gün kikboksinq federasiyasında əldə olunan uğurlar bizləri sevindirməyə bilməz. Federasiyanın prezidenti, Millət Vəkili Adil Əliyevin gördüyü işlər sayəsində kikboksinqçilərimizin əldə etdiyi nailiyyətləri sadalamaqla bitməz. Federasiyanın əldə etdiyi uğurlarla bağlı daha ətraflı məlumat almaq üçün peşəkarlar üzrə vitse-prezident Səbuhi Rəcəb ilə görüşdük. Səbuhi müəllim, ona ünvanladığımız sualları səmimi cavablandırdı. Müsahibəni olduğu kimi sizə təqdim edirik.

- Səbuhi müəllim, istərdik ki, özünüz haqqında oxucularımıza məlumat verəsiniz…

- 1982-ci il oktyabrın 20-də Bakı şəhərində anadan olmuşam. 1999-cu ildə orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra Bakı Dövlət Universitetinin hüquq fakültəsinin tələbəsi adını qazandım. 2003-cü ildə həmin ixtisas üzrə fərqlənmə ilə bakalavr diplomu aldım və magistraturaya qəbul olundum. 2005-2006-cı illər ərzində Mərkəzi Ordu İdman Klubunun (MOİK) tərkibində həqiqi hərbi xidmətdə olmuşam. 2003-2006-cı illərdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində İnzibati və Cinayət Hüququ şöbəsində mütəxəssis, böyük mütəxəssis vəzifəsində işləmişəm. 1999-2007-ci illərdə Budokan, MOİK idman klublarında idmançı kimi fəaliyyət göstərmiş, bir neçə beynəlxalq turnirlərin qalibi və mükafatçısı olmuşam. 2002-ci ildə Azərbaycan Kikboksinq və Muay Tay Federasiyasının idman ustası vəsiqəsinə layiq görülmüşəm. 2015-ci ildə Türkiyə Sport Combat Sambo Federasiyasına 1-ci Vitse Prezident seçilmişəm. 2007-ci ildən biznes fəaliyyəti ilə məşğul oluram. Hal-hazırda qida, turizm, parfumeriya və inşaat sahəsində sahibkarlıq fəaliyyətim var. "İbrahim 2010" MMC və "12 MAY" MMC-nin prezidenti, Gövhar Grup və İMZA Media Grup-un sahibiyəm. Azərbaycan Sahibkarlar Konfederasiyasının üzvü, "Effektiv Cəmiyyət İnstitutu" İctimai Birliyinin rəhbəriyəm. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin donoru və xeyriyyəçisiyəm. 2014-2015-ci illərdə Azərbaycan Sambo Federasiyasında Döyüş Sambosu (Kombat Sambo) üzrə Vitse Prezident, 2015-ci il oktyabr ayından Azərbaycan Kikboksinq Federasiyasında peşəkarlar üzrə vitse-prezident vəzifəsinə təyin edilmişəm.

- Sizin üçün idman nə deməkdir?

- Ümumiyyətlə, idman insanlara mənəvi qüvvə, nikbinlik, həyat eşqi bəxş edir. Erkən yaşlardan idmanla məşğul olmaq insanın sağlam həyat tərzinin formalaşmasını sürətləndirir. Xüsusilə gənc və yeniyetmələrin bədən tərbiyəsi, həmçinin mənəvi və estetik tərbiyəsinin düzgün formalaşması onların əxlaqına, davranışına, kollektivə və cəmiyyətə inteqrasiyasına müsbət təsir edir. İdman insanların həyat yolunu arzuolunmaz istiqamətlərə deyil, sağlam həyat tərzinə, mədəniyyətə, incəsənətə yönəldir, intellektual səviyyəsinin formalaşmasına yardımçı olur. Azərbaycanın hərtərəfli inkişafı üçün idman potensialının güclənməsi çox böyük əhəmiyyət daşıyır. Hazırda ölkə əhalisinin əsas aparıcı qüvvəsi olan gənclərin sağlam həyat tərzinin formalaşmasında, milli mənlik şüurunun inkişafında, vətənpərvərlik hisslərinin tərbiyəsində idmanın rolunun həlledici olması üçün xüsusi dövlət siyasəti həyata keçirilir. Respublikamızda istedadlı gənclərin aşkar edilməsi, onların öz qabiliyyətlərini inkişaf etdirə bilmələri üçün geniş şərait yaradılır. Ölkəmizdə kütləvi bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi gənclərin düzgün tərbiyəsi və sağlam həyat tərzinin formalaşmasına kömək edir. Dövlətin idmana və gəncliyə qayğısı millətimizi sağlam görmək istəyindən irəli gəlir. Bu məqsədlə yaradılan idman bazaları, meydançalar, zallar onların fiziki sağlamlığına xidmət göstərir. Fiziki sağlamlıq uşaqların, yeniyetmələrin gələcəyi üçün nəzərdə tutulan ən vacib amillərdən sayılır. Müstəqil ölkəmiz fiziki və mənəvi cəhətdən sağlam, elmə və savada yiyələnən uşaq və yeniyetmələrin sayəsində gələcəkdə daha sürətlə inkişaf edəcək. Dövlətimizin əsas prioritet məsələlərindən biri də məhz uşaq və yeniyetmələrin sağlam gələcəyidir.

- Bu gün ölkəmiz bütün sahələrdə olduğu kimi, idman sahəsində də, öz sözünü deməkdədir. İdman ailəsinin bir üzvü olaraq, ötən illərə nəzər saldıqda hansı dəyişikliklərin şahidi olmusunuz?

- İdmanda olan dəyişikliklər hər zaman mənim diqqət mərkəzimdə olub. Ötən illərə nəzər saldıqda idman sahəsində müəyyən çatışmazlıqlar var idi. Həmin dövrlərdə idmançılar müəyyən problemlərlə üzləşirdilər. İdman zallarında olan şərait yaxşı məşq etmək üçün imkan vermirdi. Bundan başqa idman ləvazimatları olduqca az idi. İdmana başladığım zamanlarda məşq etmək üçün geyim formalarını əldə etmək üçün çox adamlara müraciət edirdik. Orta məktəblərin idman zallarında könüllü olaraq idmanla məşğul olurduq. Buda başa düşülən idi. Çünki, yenicə müstəqilliyinə qovuşmuş ölkəmizdə inkişaf tədricən artırdı. Ümummilli liderimiz Heydər Əliyev idmanın inkişafını daima nəzarətdə saxlayırdı. Bu sahənin inkişaf etdirilməsi üçün ölkədə dövlət tərəfindən müəyyən islahatlar aparılırdı. 1997-ci ildə cənab Prezident İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra ölkəmizdə idman artan surətdə inkişaf etməyə başladı. Artıq respublikamızda Olimpiya idman növləri ilə bərabər, qeyri-Olimpiya idman növləridə inkişaf etməkdədir. Hər il Olimpiya İdman Kompleksləri ilə yanaşı, idman ocaqları açılaraq gənclərin istifadəsinə verilir. Bu gün hər bir regionumuzda yeniyetmələrimizin, gənclərimizin sağlam ruhda böyümələri üçün hər cür şəraitlə təmin olunmuş idman məktəbləri fəaliyyət göstərir. Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev fondunun prezidenti Mehriban xanım Əliyeva daima idmançılarımıza öz diqqət və qayğısını əsirgəmir. İdmançılarımızda yaradılan bu cür gözəl şəraitdən istifadə edərək, ölkəmizin idman şərəfini beynəlxalq arenalarda layiqincə qorumağa çalışırlar.

- İdmanla məşğul olduğunuz dövrlər sizin xatirələrinizdə nə kimi təəsuratlarla yadda qalıb?

- Bizim dönəmimizdə yadımdadır ki, idmançılar necə əziyyət çəkərək çempion olurdular. Həqiqətən şəraitsiz zallarda məşq edərək, nəticə vermək bizim üçün qürurverici idi. Müxtəlif idman növlərində nəticə verənlər az idi. Maksimum hər növdə bir və ya iki titulli idmançı ola bilərdi. Lakin indi hər bir növdə çoxlu sayda nailiyyət qazanmış idmançıların adlarını sadalaya bilərik. Bundan başqa idmanla bağlı digər gözəl xatirələrimizdə var (gülür). Bunları danışmaqla bitməz. Başımıza gələn maraqlı bir hadisəni sizə danışacam. Bir dəfə bizi yarışa getdiyimiz vaxt sənədlərimizdə olan problem üzündən qatardan endirdilər və biz yarışa gedə bilmədik. Hansı ki, biz bu turnirə 7 ay idiki var gücümüzlə hazırlaşırdıq. Dostarla yola salma mərasimindən sonra qatara mindik. Lakin sərhəddə bizi geri qaytardılar. Biz görən dostlar dedilər ki, necə oldu bəs, axı siz yarışda iştirak etməli idiniz? Cavabında sənədlərimizdə olan problem üzündən gedə bilmədiyimizi bildirdik. Çox məyus olmuşduq. Çəkdiyimiz əziyyət hədər yerə getdi.

- Bildirdiyinizə görə, idmanın bir çox növlərində qüvvənizi sınamısınız. Professional olaraq idmanla məşğul olmağınıza nə mane oldu?

- Zaman məhdudiyyəti və belimdə olan zədə səbəbindən peşəkarcasına idmanla məşğul ola bilmədim. Lakin buna baxmayaraq, özümü heç vaxt idmansız təsəvvür etməmişəm. Hər zaman idmanıma vaxt ayırıram. Düzdür, əvvəllər gündə iki dəfə idmanla məşğul olurdumsa, indi bir dəfə idmanıma vaxt sərf edirəm.

- İdmanda hansı nəticələrə imza atmısınız?

- Dünya və Avropa çempionatlarında qüvvəmi sınamasamda, bir çox beynəlxalq yarışlarda iştirak etmişəm və ölkəmizi layiqincə təmsil etmişəm. Müxtəlif əyarlı medallara sahib çıxmışam. Beynəlxalq arenada ilk qələbəmidə yaxşı xatırlayıram. Avroaziya turnirində ikinci yerə layiq görülmüşdüm. Həmin yarışda komanda şəkilində çıxış edirdik. Mənimlə bərabər digər idmançı həmkarlarımda qələbə əzmi ilə çıxış edərək müxtəlif əyarlı medallara sahib çıxdılar. 2004-2006-ci illərdə mən həmdə professional boksla məşğul olmuşam. Bu gün boksun inkişafında böyük zəhməti olan Şahin İmranov, Vüqar Ələkbərov, Nəsimi Aydınov, Rövşən Hüseynov, Fariz Məmmədov, Anar Lalayev və adlarını çəkə bilmədiyim idmançılarımızla birlikdə məşqlər etmişik. Adını çəkdiyim insanlar hazırda istər həvəskar, istərsə də professional boksun ölkəmizdə inkişafı üçün əllərindən gələni əsirgəmirlər. Bu gün boksda əldə olunan nailiyyətlər bizləri sevindirməyə bilməz. Ümumiyyətlə, Azərbaycan idmanında nailiyyət verən, bayrağımızı dalğalandırıb, himnimizi səsləndirən bütün idmançılarımız bizim fəxrlərimizdir.

- İstər Olimpiya, istərsə də qeyri-Olimpiya idman növlərinə dövlət tərəfindən fərq qoyulmadan qayğı göstərilir. Qeyri-Olimpiya idman növlərinə daxil olan kikboksinqin respublikamızda inkişafından federasiyanın vitse-prezidenti olaraq razısınızmı?

- Bəli. Bu gün diqqət yetirsəniz federasiya rəhbərliyi tərəfindən bu idman növünün inkişafı üçün bütün işlər görülür. Ölkəmizin hər bir şəhərində, rayonunda kikboksinq bölməsi fəaliyyət göstərir. Vətəndaşlarımızın bu idman növü ilə məşğul olması üçün zallarımızda gözəl şərait yaradılıb. Bunun bariz nümunəsidir ki, ölkəmizdə kikboksinqlə məşğul olanların sayı 10.000-dən çoxdur. Respublika çempionatlarında bütün regionlarımızdan olan idmançılar qalib olmaq üçün mübarizə aparırlar. Federasiyamızın prezidenti, Millət Vəkili Adil Əliyev daima idmançılarımızın hər bir problemi ilə yaxından tanış olur, həmin çətinliklərin aradan qalxması üçün bütün imkanlarından istifadə edir. Adil müəllim həmdə idmançılarla dostluq münasibətləri saxlayır. Kikboksinqçilərimizdə bu diqqət və qayğıdan bəhrələnib dünya və Avropa çempionatlarında ölkəmizə yüksək əyarlı medallar gətirirlər.

- Həqiqətən ölkəmizdə digər növlərə nisbətən kikboksinq artan sürətdə inkişaf edir. Bunun səbəbini bilmək olarmı?

- Mən hər zaman qeyd etmişəm ki, bu gün hər bir evdə bir kikboksinqçi yetişir. Kikboksinq elə bir idman növüdür ki, burada döyüşkənlik, əzmkarlıq ruhu var. Gənclərimizdə əzmkar və döyüşkən ruhda böyüdüyü üçün bu idman növü onlara daha yaxındır. Düzdür, mən idman növləri arasında ayrı-seçkilik salmaq istəmirəm. Hər bir idman növünün özünəməxsus xüsusiyyətləri vardır. Lakin mən kikboksinq ailəsinin bir üzvü olduğumdan bu idman növünün özəlliyindən danışıram. Federasiyamızın artan inkişafının səbəblərindən biri də, rəhbərliyin düzgün apardığı siyasətdir. Federasiya rəhbərliyi və idmançılar sanki bir yumruq şəkilində cəmləşiblər. Bir məsələni qeyd etmək istəyirəm ki, əgər federasiyada hər hansı bir problem yaşanarsa, dərhal Adil müəllim bu məsələ ilə yaxından tanış olur və onu həll edir. Əgər bazar günü federasiyanın iclası keçiriləcəksə, Adil müəllim şəxsən özü iştirak edir və qarşıda duran məsələləri müzakirə edir. Halbuki bu insanın yalnız bir gün istirahət günü olur. Yəni lazım gələrsə, federasiyamızın prezidenti öz istirahət gününü hədər edərək onu idmançılara, federasiyanın inkişafına sərf edir. Bundan başqa federasiyamızın vitse-prezidenti Güloğlan Cabbarov, Əməkdar məşqçilər Ehram Məcidov, Hakim Hacıyev, dünya çempionumuz Eduard Məmmədov kimi adını sadalaya bilmədiyim idmançılarımız var ki, var gücü ilə çalışırlar ki, bu idman növü respublikamızda daha da tanınsın. Bizim federasiyamızın artan inkişafının səbəblərindən biridə budur. Artan bu inkişaf dövlətimiz tərəfindən daima mükafatlandırılır. Gənclər və İdman Naziri Azad Rəhimov hər bir zaman öz dəstəyini bizim federasiyamızdan əskik etmir. Uğur qazan idmançılarımız xüsusi adlar ilə mükatlandırılırlar. İdmançılarımızda hər bir zaman bu qayığını hiss edərək daha uğurlu çıxışlar etməyə çalışırlar.

- Artan bu inkişaf digər federasiyalarda sizə qarşı qısqanclıq hissi yaratmırki?

- Biz bunu hələki hiss etməmişik. Keçirilən yarışlarımızda digər federasiyaların nümayəndələri iştirak edir və öz dəstəklərini göstərirlər. Buda bizə əlavə stimul verir. Daha çox uğur qazanmağımız bizim dövlətin nailiyyətidir. Biz nə ediriksə, dövlətimiz, millətimiz üçün edirik.

- Hansı böyük uğurlara, layihələrə imza atmısınız?

- İndiyinə qədər, federasiya tərəfindən böyük layihələrə imza atılıb. Digər ölkələrlə Azərbaycan yığması arasında yoldaşlıq görüşləri keçirilib və idmançılarımız bu yarışlarda iştirak edərək qüvvələrini sınayıblar. Bir məsələni qeyd edim ki, bu cür yoldaşlıq görüşləri yetirmələrimizin beynəlxalq arenalarda çıxış üçün təcrübə qazandırırdı. Bundan başqa uğurlarımızdan biridə odur ki, ölkə idmanına adlı-sanlı idmançılar vermişik. Məndə hər zaman öz dəstəyimi idmançılarımızdan əskik etmirəm. Bu gün Zöhrab Əzimov, Elnur Həmidov, Elşad Ələsgərov, Emil Mövsümov, Çingiz Əhmədzadə kimi idmançılarımızın uğur qazanmaları üçün əlimdən gələni edirəm. Bu kimi idmançılarımızın sayı günü-gündən artmaqdadır. Bundan başqa, adını sadaladığım idmançılarla bərabər digər yetirmələrimiz ötən il qızıl medallar qazanaraq bizləri sevindirdilər. Avropa və dünya çempionatlarında bütün rəqiblərini məğlub edərək, idmançılarımız fəxri kürsünün ən yüksək pilləsinə qalxdılar. Bundan sonrada çalışacağıq ki, bu medalların sayı ildən-ilə artsın. Bununla bərabər, bu il ölkə çempionatında federasiyamız daha bir uğura imza atdı. Belə ki, yarışın final görüşləri ilk dəfə olaraq peşəkar yarışların qaydaları əsasında keçirildi. İdmançılar, rinqə baş və ayaq qoruyucularından istifadə etmədən çıxdılar. Bu addım yarışı izləmək üçün gələn tamaşaçılar tərəfindən maraqla qarşılandı. Bundan sonrakı yarışlarımızda da, bu yeniliklərdən istifadə etməyə çalışacağın.

- Ölkəmizdə hazırda kikboksinq üzrə neçə idman kulubu fəaliyyət göstərir?

- Fəaliyyət göstərən kulublarımızın sayı çoxdur. Hər il yeni idman məktəbləri istifadəyə verilir. Onu deyə bilərəm ki, son ölkə çempionatında 20-dən çox kulub iştirak edirdi. Bu isə sözün əsil mənasında yaxşı göstəricidir.

- Paytaxtla bərabər, regionlarda bu idman növünün inkişafı üçün hansı işlər görülür?

- Bölgələrimizdə də bu idman növünün inkişafı üçün bütün imkanlarımızdan istifadə edirik. Hər il ölkə çempionatlarını rayonlarımızda təşkil edirik. İsmayıllıda, Göyçayda, Naxçıvanda və digər rayon və şəhərlərimizdə yarışlar keçiririk. Sizi inandırım ki, çempionatı yaxından izləmək üçün gələn tamaşaçıların sayıda çox olur. İnsanlar sevərək öz övladlarını kikboksinq bölmələrinə yazdırırlar. Bölgə təmsilçiləri ilə görüşlərimiz olur. Onların bəzi problemlərinin həllinə çalışırıq. Məqsədimiz ondan ibarətdir ki, gəncliyimiz sağlam və mübariz əzmdə böyüsün.

- İnkişafı daha çox hansı bölgələrimizdə görmək olur?

- Şükürlər olsun ki, əgər əvvəllər bir və iki bölgəmizdə kikboksinq inkişaf etmişdirsə, bu gün bu rəqəmin sayı kifayət qədər artıb. Şimal bölgəmizdən hər il ölkə çempionatlarından fərqlənən idmançılar olur. Qubada, Ağsuda, Gəncədə, Cənub bölgəsində, Gəncədə, Sumqayıtda, Naxçıvanda bu idman növünün inkişafından danışmaq olar. Düzdür, müəyyən regionlarımızın ola bilərki adların undub sadalaya bilmərəm, amma həqiqətən bu idman növünün inkişaf etmədiyi bir bölgə yoxdur. Ölkə çempionatında bölgə təmsilçilərimiz paytaxt idmançıları ilə başa-baş mübarizə aparır. Bu da, çempionata olan marağı ildən-ilə artırır.

- Həvəskarlar arasında keçirilən beynəlxalq yarışlarda idmançılarımız layiqincə ölkəmizin idman şərəfini qoruyurlar. Peşəkar yarışlarda ölkəmizi təmsil edəcək idmançıların sayının artırılması üçün hansı işlər görülür?

- Əlbəttə ki, bu istiqamətdə də, dayanmadan işlərimizi görürük. Bilirsiniz, hər şey zamanla öz həllini tapır. Əgər əvvəllər həvəskar yarışlarda iştirak edən idmançılarımız sayı az idisə, indi bu gün dünyada idmançılarımıza ən güclü rəqib kimi baxırlar. Aparılan düzgün işlərin sayəsində həvəskar yarışlarda əldə olunan nəticələrimiz daha da artır. Artıq peşəkar yarışlarda ölkəmizi təmsil edəcək idmançıların olması üçün federasiya rəhbərliyi tərəfindən müəyyən tapşırıqlar verilib. Federasiyanın peşəkarlar üzrə vitse-prezidenti olaraq öz üzərimə düşən işi layiqincə görməyə çalışıram. İdman ocaqlarına gedirəm, onların məşq proseslərini yaxından izləyirəm və öz tövsiyələrimi verirəm. Bir məsələni qeyd edim ki, federasiya rəhbərlərinin idmançılarla görüşməsi onlara əlavə bir stimul verir. Bu gün əgər biz bunu etməsək, idmançılardan nailiyyət gözləmək yersiz olar. Mən hər zaman idmançılara öz köməkliyimi əsirgəməmişəm. Peşəkar yarışlarda idmançılarımızın çıxışına imkanlar yaratmışam. Bildiyiniz kimi, «12 May Kobra» idman kulubunun rəhbəriyəm. 5 il Pərviz Abdullayev mənim kulubumun tərkibində peşəkarlar yarışlarda ölkəmizin idman şərəfini qoruyub. Bildiyiniz kimi, təsis etdiyim klubumda müxtəlif növlərdən olan idmançılar qüvvələrini sınayırlar. Sambo üzrə ölkəmizin layiqli təmsilçisi Amil Qasımova hər zaman öz köməkliyimi göstərirəm. Bundan başqa Taleh İsayev mənim klubumun adından ölkəmizdə keçiriləcək İsləm Həmrəyliyi Oyunlarında uşu sanda üzrə yarışlarda qüvvəsini sınayacaq. Bildiyimiz kimi, Talehin şəxsi məşqçisi dəfələrlə dünya və Avropa çempionu olan Ramil Allahverdiyevdə onun Bakıda keçiriləcək yarışda qızıl medal qazanması üçün əlindən gələni əsirgəmir. Hər gün mütəmadi olaraq məşqlər keçirilir. Mən hər zaman vurğulamışam ki, güclü idmançılar kulubumun tərkibində peşakar yarışlarda qüvvələrini sınaya bilərlər. Özümün favorit idmançılarımda var. Bunlar Elşad Ələsgərov, Zöhrab Əzimov, Çingiz Əhmədzadə, Elnur Həmidov, Emil Mövsümzadə kimi idmançılardır. İnanıram ki, gələcəkdə bu idmançılar peşakar yarışlarda da daha çox mübarizə aparıb bayrağımızı qaldıracaqlar.

- Nədənsə, ağır çəki dərəcələrində yığma komanda tərkibində idmançıların sayı olduqca azdır…

- Bəli. Bu kimi problemlər var. Bu çatışmazlığı tək kikboksinq federasiyasında deyil, digər federasiyalardada görmək olar. Ağır çəki dərəcələrində həmişə bizim problemlərimiz olub. Bu çətinliyin aradan qaldırılmasını da düşünmüşük. İnanırıq ki, gələcəkdə ağır çəki dərəcələrində ölkəmizi təmsil edəcək idmançıların sayı daha da artacaq.

- Bildiyimiz kimi, idmanla məşğul olanlar, həm də sabahın sağlam əsgəridir…

- Ümümiyyətlə, respublikamızda gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi ümummilli lider Heydər Əliyevin əsas diqqət mərkəzində olan ən vacib məsələlərdən biri olmuşdur. Xalqına bağlı olan dahi siyasətçi gənclərin milli mənlik şüurunun və onlara vətənpərvərlik hisslərinin aşılanmasına xüsusi diqqət ayırırdı. Azərbaycanın uşaq və gənclərinin sağlamlığı, sağlam nəslin yetişməsi üçün bu, vacib idi. Ulu öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev daim gənclərin problemləri ilə maraqlanır, onlar üçün lazımi şərait yaradır. Bu gün ölkə gənclərinin beynəlxalq müsabiqələrdə, festivallarda, olimpiadalarda iştirakı və uğur qazanmaları bu sahəyə olan xüsusi dövlət qayğısından və diqqətdən xəbər verir. Gənclərimizin milli ruhda tərbiyələndirilməsi hər zaman dövlətimizin diqqət mərkəzində olub. Gənclərlə aparılan söhbətlər bu nəslin vətənpərvərlik tərbiyəsinə müsbət təsir göstərir. Hamımız bilirik ki, Azərbaycanın şanlı ordusunun tərkibində yer alanların əksəriyyəti gənclərdir. Onlara hər zaman vətən sevgisi aşılanır. Məhz buna görədir ki, gənclərimiz sərhədlərimizin keşiyində mərdliklə dayanırlar. Çünki, onların qəlbində vətənə məhəbbət çox güclüdür. Aprel ayında baş verən son olaylar bir daha gənclərimizin vətənpərvər ruhda olduğunu nümayiş etdirdi. Gənclərimiz könüllü olaraq ordu sıralarına yazılıb, mənfur düşmənə qarşı mübarizə aparmaq istəyirdilər. Aparılan düzgün siyasət nəticəsində bu gün gənclərimiz vətənpərvər ruhda böyüyürlər. İnkişaf edən Azərbaycanın gəncliyi ilə fəxr edirəm.

- Bildiyimizə görə, ölkə idmanı ilə bərabər, Azərbaycanda turizmin inkişafınada öz töhfələrinizi veririrsiniz. Bunun bariz nümunəsidir ki, bu yaxınlarda sizin «Caspi Marine Aqu apark» adlı istirahət məkanınız istifadəyə verildi. İstərdik ki, bu barədə məlumat verəsiniz.

- Bəli. Bütün sahələrdə olduğu kimi, ölkəmizdə turizmin inkişafıda göz qabağındadır. Zəngin tarixi, mədəni və təbii irs dünyanın hər yerindən qonaqları ölkəmizə cəlb edir. Gözəl təbiət, mineral su qaynaqları, dünyada yeganə müalicə nefti olan - naftalan, nadir qədim memarlıq abidələri, özünəməxsus mədəniyyət, milli mətbəx və bir çox digər amillər Azərbaycanda turizmin bütün növlərinin: işgüzar, idman, müalicəvi, tanışlıq, ovçuluq, ekzotik, çimərlik və s turizmin inkişafı üçün şərait yaradır. Bizdə çalışırıq ki, bu sahədə də, ölkəmizə öz töfhələrimizi verək. Mərdəkanda ailəvi istirahət məkanı olan «Caspi Marine Aquapark»ın açılışını etdik. Açılış mərasiminə federasiyamızın prezidenti, Millət Vəkili Adil Əliyev, ölkəmizin adlı sanlı idmançıları, media nümayəndələri təşrif buyurmuşdular. Biz hər bir zaman xalqımızın üçün çalışmışıq, bundan sonrada hə zaman Azərbaycan dövlətinə, millətinə sadiq qalacağıq.

- Qarşıda sizi hançı yarışlar gözləyir?

- İyul ayının 24-də Qazaxda Azərbaycan və Gürcüstan kikboksinqçiləri arasında peşəkar yarış keçiriləcək. Hər iki ölkənin 7 ən güclü idmançısı qalib olmaq üçün mübarizə aparacaq. İnanırıq ki, idmançılarımız bu yarışda inamla qüvvəsini sınayıb qalib gələcəklər.

- Sonda demək istədikləriniz…

- Məndə öz növbəmdə idmançıların əldə etdiyi nailiyyyətləri, ölkə idmanın uğurlarını işıqlandırdığınız üçün sizə minnətdarlığımı bildirirəm.

Zaur Mehtiyev










SON XƏBƏRLƏR
Azərbaycan şahmatçısı erməni rəqibini məğlub edib
39 şəhər və rayon büdcədən dotasiya almayacaq
Qorbaçov Rusiya prezidentinə müraciət etdi
Çində hərbçilərimizin iştirak etdiyi VII Dünya Oyunlarının açılış mərasimi keçirilib
Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə nə qədər vəsait daxil ola bilər ?
Ərdoğan Trampı buna da məcbur etdi
Paşinyanın saytı dağıdıldı – “Qarabağ Azərbaycandır və nida işarəsi!” yazıldı – FOTO
Leyla Abdullayevadan ermənistanlı həmkarlarına cavab: "Yaddaşınızı yeniləyin"
“Qarabağ alınmayınca, biz hamımız qarabağlıyıq”- Sankt – Peterburqdan Qarabağ mesajları - FOTOLAR
Bəsirə Məmmədli Laçın məktəbinə direktor təyin edildi - FOTO
“Bu köç Qaradağa gedir - Bu köç Qarabağa getmir...”
18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar
Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”
"Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edəcəyik" – Ərdoğan
Türkiyədə təyyarə qəzaya uğradı
Ermənilər Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
Həmsədrlər sabah Xankəndinə səfər edəcəklər
Ermənistan Suriyaya qoşun göndərdi
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı
MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib
Azərbaycanın internet sürətinə görə yeri açıqlandı
Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...
İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib
Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı