Qarabag Media
Haqqımızda Əlaqə

“Laçın yurdu”nun yeni sayı işıq üzü görüb


Tarix:20-10-2015, 23:57 Kateqoriya:Manşet / Laçın yurdu

“Laçın yurdu”nun yeni sayı işıq üzü görüb Karabakhmedia.az-ın məlumatına görə, “Laçın yurdu” jurnalının yeni sayı işıq üzü görüb. Oxucuların görüşünə 18-ci dəfədir ki, gələn jurnalın səhifələrində həmişəki kimi maraqlı yazılar yer alıb. Fəaliyyət göstərdiyi 5 il ərzində jurnalın daimi rubrikaları olub və yeri gəldikcə yeni rubrikalar da yaradılıb.

“Laçın yurdu” jurnalı təsis edilərkən qarşıya qoyulan əsas məqsədə bu gün də sadiqdir. Yəni başlıca amalı Laçın rayonunun ictimai-mədəni, sosial problemlərini işıqlandırmaq, şair və yazıçılarını, alimlərini, sənətçilərini, Qarabağ müharibəsində böyük rəşadət göstərən qəhrəman oğullarını, cəfakeş müəllimlərini, həkimlərini, iş adamlarını, bir sözlə istedadı və xeyirxahlığı ilə seçilən hər kəsi ictimaiyyətə daha yaxından tanıtmaqdır.

Ətrafına xeyli sayda oxucu auditoriyası və müəlliflər toplayan jurnalın hər yeni sayının səbirsizliklə gözlənilməsi təbii ki, yaradıcı kollektivi sevindirir.
Sevimli oxucularımız jurnalın yeni sayında rayon rəhbərinin səyyar görüşləri haqqında rəsmi xəbərlərlə bərabər, araşdırma yazıları, poeziya və nəsr nümunələri ilə də tanış ola biləcəklər. Tarixi abidələrimiz, uzaq, yaxın keçmişimizlə bağlı yaddaşa söykənənən, eləcə də “Qəhrəmanlar unudulmur”, “Şəhidlərimiz”, “Ovqat”, “Sağlamlıq keşikçiləri”, “Nostalji” və digər rubrikalar altında dərc olunan yazıların da maraqla qarşılanacağına inanırıq.

Jurnalın yeni sayında tanınmış jurnalist, İctimai Televiziyanın şöbə müdiri, “Ortaq məxrəc”, “Müzakirə vaxtı” verilişlərinin aparıcısı Vəsilə Vahidqızı və 121 saylı Laçın Seçki Dairəsindən deputatlığa namizəd, iqtisad elmləri üzrə fəlsəfə doktoru Mahir Abbaszadə ilə müsahibələr də dərc edilib. Hər iki müsahibədə Laçın ictimaiyyəti üçün maraq doğuran məsələlərə toxunulub və fərqli suallar cavablandırılıb.

Araz YAQUBOĞLU










SON XƏBƏRLƏR
İbrahim Tatlısəsi azərbaycanlı həkim sağaltdı
İraq Kərkükdən yenidən neft ixracına başladı
"Azərbaycan televiziyalarından bütün şou verilişlərini yığışdırardım" — Xeyrəddin Qoca
Azərbaycana qayıdan sabiq nazir yenidən xəstəxanaya yatırıldı
Gələn il pensiyalar 35% artacaq - Nazirdən açıqlama
Belçikada insan cəsədindən gübrə kimi istifadə ediləcək
Gələcək rektora müraciət
Deputat Mahir Abbaszadə yüksək vəzifəyə təyin olundu
"Müalicəmi bitirib Bakıya qayıdacağam" — Rasim Balayev
“Özünü pis kişi eləmə...” - “Qoy başına kül qoysunlar...”
Bakıda güclü yanğın: Alov məktəb və yataqxananı ağuşuna alıb
"Azərbaycanda əməkhaqları digər ölkələrlə müqayisədə çox aşağıdır" — Ziyad Səmədzadə
"Məndən küsüb, inciməyə nə var ki..." — Nizami Abbasovun şeirləri
Flora Kərimova nazirin yerində oturmasından danışdı: “Heç kimə heç nəyi keçməyəcəyəm”
Sənədləri qaydasında olan 114 şəhidin 146 vərəsəsinə birdəfəlik ödəniş edilib
Ərdoğan ABŞ-ın 3 PKK liderinin başına mükafat qoymasını “oyun” adlandırdı
Ukraynada polis rəisi olan azərbaycanlı xanım
Seçkilər heç nəyi dəyişməyəcək - Hədəf yenə Yaxın Şərq və İrandır
Yerli sakinlər və məcburi köçkünlər Bakı “Lift-təmir” İB rəhbərliyinə MİNNƏTDARLIQ ETDİ
Klinton yenidən prezidentliyə namizədliyini irəli sürmək istəyir
Türkiyədən bayraq gününə dəstək - FOTO
Mustafa Kamal Atatürkün ölümündən 80 il ötür - VİDEO
Bir kərə yüksələn bayraq bir daha enməz!
Qurban Qurbanov robot qapıçıya qol vurmağa çalışacaq
Xalq artisti Amalya Pənahova dəfn olunub
“Anamı gecə ilə aparıb Laçında dəfn etdik” - 54 gün mühasirədə qalan şəxslə müsahibə
“Bu çöllər bizə lazım deyil... torpaqları qaytarmağa hazırıq...” - Paşinyanın kitabı başına bəla olub
Bayrağı düşmənə verməyən oğul - NATİQ QASIMOV
Türkiyə və Türkmənistan Trans-Xəzər qaz kəmərini müzakirə ediblər
“...Qırmızı koftalı, yaşıl tumanlı...” — Xan Şuşinski bayrağımızı gizli musiqi ilə vəsf etmişdi