Qarabag Media
Haqqımızda Əlaqə

Milli Qəhrəman Koroğlu Rəhimovun xatirəsinə…


Tarix:3-07-2016, 23:22 Kateqoriya:Manşet / Qəhrəmanlar

Milli Qəhrəman Koroğlu Rəhimovun xatirəsinə… Həyatda hər kəsin bir həyat yolu var. Həkimin, müəllimin, jurnalistin həyat yolu olduğu kimi, qəhrəmanların da özünəməxsus həyat yolu vardır.
Həm də şərəfli bir həyat yolu…


Qəhrəmanların keçdiyi həyat yolundan onların göstərdiyi qəhrəmanlıqlardan çox danışmaq olar. Sizlərə bütün həyatını Vətən yolunda mübarizəyə həsr etmiş, qeyrətli Vətən oğlu, XX əsrin Koroğlusu, Koroğlu Rəhimovdan söz açacağam…

Koroğlu İsmayıl oğlu Rəhimov 1953-cü il oktyabr ayının 31-də Oğuz rayonunun Xaçmaz kəndində, müəllim ailəsində dünyaya gəlmişdir. 1972-ci ildə ordu sıralarına çağırılmış və hərbi xidmətini ADR-də başa vurmuşdur.

Koroğlu əmək fəaliyyətinə Bakı Məişət Kondisionerləri zavodunda başlamışdır. O, ermənilərin törətdikləri faciələrə biganə qala bilmədi və namusu, qeyrəti Vətən yolunda onu canından keçməyə vadar etdi. Növbəti illərdə baş vermiş hadisələr – 1988-ci il azərbaycanlıların Ermənistandan deportasiya olunması, 1990-cı il “20 Yanvar” hadisələri, 1992-ci il 26 fevral tarixlərində baş vermiş “ Xocalı soyqırımı ” Koroğlunun düşməndən qisas almaq , torpaqlarımızı erməni faşistlərindən təmizləmək arzusunu daha da alovlandırırdı.

O könüllü cəbhəyə getməyi qərara aldı. Qərarını atasına və həyat yoldaşına bildirir. Atası İsmayıl Rəhimov bu cür mərd, cəsur, qorxmaz oğul böyütdüyü üçün fəxr edir və ona xeyir –dua verir. Vətənimizi, ana bacılarımızı ermənilərdən qorumağı ona tövsiyə edir. Və nəhayət 1992-ci ilin mart ayının 17-də ordu sıralarına yazılır və aprel ayının 30-da “ N”saylı hərbi hissədə 2-ci motoatıcı bölüyün komandiri təyin edilir. Qısa müddət ərzində Koroğlunun qəhrəmanlığı dillər əzbəri olur.

Öz arzusu ilə Qarabağın qızğın döyüş gedən cəbhə bölgəsinə gedir. Goranboy rayonunun Buzluq, Çantaz, Erkəc kəndlərinin azad olunmasında onun başçılıq etdiyi bölük əsl qəhrəmanlıq göstərmişdir. Həmin döyüş zamanı düşmən məhv edildi, bir neçəsi əsir götürüldü, xeyli döyüş sursatı ələ keçirildi. Daha çox Başkənd, Madagiz, Gülüstan kəndlərini də qəhrəman komandir düşməndən azad etdi. Koroğlu buradakı döyüşdə dörd faşisti şəxsən özü məhv etmişdi. 14 iyunda isə cəsur döyüşçülər Mənəşlini də yaraqlılardan təmizlədilər. 15 iyunda isə Başkənd erməni işğalçılarından təmizləndi. Bu əməliyyatlar nəticəsində Koroğlunun komandirlik etdiyi alay erməni qəsbkarlarının onlarla canlı qüvvəsini məhv etdi, xeyli silah sursat ələ keçirdilər. 1992-ci ilin iyul ayının 3-də Koroğlunun komandiri olduğu bölük Ağdərə istiqamətində hücuma keçir. Bu döyüş qəhrəmanı bu şərəfli ada yüksəldən şəhid adını qazandırır.

Ağdərə döyüşlərində də Koroğlu qəhrəmanlıqlar göstərir. O, Ağdərə yaxınlığındakı üçüncü sovxozu da erməni faşistlərindən azad edir. Döyüşə-döyüşə qəhrəmancasına həlak olan Koroğlunun ölüm xəbəri hamını sarsıdır. Onun məzarı Bakıda Şəhidlər Xiyabanındadır.

Ölümündən sonra Koroğlunun “Azərbaycan”, “Vətən səsi”, “Azərbaycan ordusu” və digər qəzetlərdə qəhrəmanlığı haqqında geniş məqalələr yazılmışdır.

Milli Qəhrəman Koroğlu Rəhimovun xatirəsinə…

Böyük dövlət xadimi Heydər Əliyev gənc nəslin vətənpərvər ruhda böyüməsi istiqamətində mühüm addımlar atıb, Qarabağda döyüşlərdə şücaət göstərmiş qəhrəman Vətən övladlarını qiymətləndirib. Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli, 203 nömrəli fərmanına əsasən Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, Vətənimizin torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi şəxsi igidlik və şücaətə, öz müqəddəs əsgəri və xidməti borclarının şərəflə yerinə yetirilməsində göstərdiyi misilsiz xidmətlərə görə leytenant Rəhimov Koroğlu İsmayıl oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Koroğlu Rəhimovun qəhrəmanlığına yazıçılarımız, elm xadimləri də biganə yanaşmırlar, Abdulla Qurbaninin “Koroğlunun Ağdərə səfəri”, Əli Qurbaninin “Koroğlular uzaqdan gələn yolda”, Qədir Aslanın “ XX əsrin Koroğlusu”, Oqtay Əliyevin “Əbədiyyətə qovuşan Koroğlu” kitabları nəşr olunmuş, 2-ci sinif Oxu kitablarında məlumat verilmişdir. Oqtay Rza Koroğluya həsr etdiyi şeirinin bir bəndində belə yazır:

Qəbri önündəyəm görəsən onun,
Gəzib damarında hansı duyğular,
Sübut eyləyib ki, qoç Koroğlunun,
Vətəndə evi də, məzarı da var.


2010-cu ildə Mədəniyyət və Turizm Nazirliyinin “Salnamə” kinostudiyasında istehsal olunan “Qarabağ qəhrəmanları” silsiləsindən 4-cü sənədli film Azərbaycanın Milli Qəhrəmanı Koroğlu Rəhimova həsr olunub. 10 dəqiqəlik sənədli filmin ssenari müəllifi Rəfiqə Məsud, rejissoru Kəmalə Musayeva, operatoru Rüfət Süleymanovdur. Sənədli ekran əsəri Koroğlu Rəhimovun keçdiyi şücaətli döyüş yolunu əks etdirən xroniki kadrlar üzərində qurulub.

Şagirdlər də onun qəhrəmanlığı qarşısında baş əyir və özlərini gələcəkdə Koroğlu kimi qəhrəman görmək istəyirlər.

Bakıda küçələrin biri Koroğlu Rəhimovun adını daşıyır. Koroğlu küçəsindəki Xiyabanda Milli Qəhrəmana abidə ucaldılmışdır. Onun adı və qəhrəmanlığı bütün Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq və nəsillərdən nəsillərə keçəcəkdir.
Milli Qəhrəman Koroğlu Rəhimovun xatirəsinə…

Minayə Nəsibova










SON XƏBƏRLƏR
İbrahim Tatlısəsi azərbaycanlı həkim sağaltdı
İraq Kərkükdən yenidən neft ixracına başladı
"Azərbaycan televiziyalarından bütün şou verilişlərini yığışdırardım" — Xeyrəddin Qoca
Azərbaycana qayıdan sabiq nazir yenidən xəstəxanaya yatırıldı
Gələn il pensiyalar 35% artacaq - Nazirdən açıqlama
Belçikada insan cəsədindən gübrə kimi istifadə ediləcək
Gələcək rektora müraciət
Deputat Mahir Abbaszadə yüksək vəzifəyə təyin olundu
"Müalicəmi bitirib Bakıya qayıdacağam" — Rasim Balayev
“Özünü pis kişi eləmə...” - “Qoy başına kül qoysunlar...”
Bakıda güclü yanğın: Alov məktəb və yataqxananı ağuşuna alıb
"Azərbaycanda əməkhaqları digər ölkələrlə müqayisədə çox aşağıdır" — Ziyad Səmədzadə
"Məndən küsüb, inciməyə nə var ki..." — Nizami Abbasovun şeirləri
Flora Kərimova nazirin yerində oturmasından danışdı: “Heç kimə heç nəyi keçməyəcəyəm”
Sənədləri qaydasında olan 114 şəhidin 146 vərəsəsinə birdəfəlik ödəniş edilib
Ərdoğan ABŞ-ın 3 PKK liderinin başına mükafat qoymasını “oyun” adlandırdı
Ukraynada polis rəisi olan azərbaycanlı xanım
Seçkilər heç nəyi dəyişməyəcək - Hədəf yenə Yaxın Şərq və İrandır
Yerli sakinlər və məcburi köçkünlər Bakı “Lift-təmir” İB rəhbərliyinə MİNNƏTDARLIQ ETDİ
Klinton yenidən prezidentliyə namizədliyini irəli sürmək istəyir
Türkiyədən bayraq gününə dəstək - FOTO
Mustafa Kamal Atatürkün ölümündən 80 il ötür - VİDEO
Bir kərə yüksələn bayraq bir daha enməz!
Qurban Qurbanov robot qapıçıya qol vurmağa çalışacaq
Xalq artisti Amalya Pənahova dəfn olunub
“Anamı gecə ilə aparıb Laçında dəfn etdik” - 54 gün mühasirədə qalan şəxslə müsahibə
“Bu çöllər bizə lazım deyil... torpaqları qaytarmağa hazırıq...” - Paşinyanın kitabı başına bəla olub
Bayrağı düşmənə verməyən oğul - NATİQ QASIMOV
Türkiyə və Türkmənistan Trans-Xəzər qaz kəmərini müzakirə ediblər
“...Qırmızı koftalı, yaşıl tumanlı...” — Xan Şuşinski bayrağımızı gizli musiqi ilə vəsf etmişdi