Qarabag Media
Haqqımızda Əlaqə

Avstraliyada Azərbaycanın təbliğatı necə aparılır?


Tarix:30-06-2016, 08:14 Kateqoriya:Manşet / Müsahibə

Avstraliyada Azərbaycanın təbliğatı necə aparılır?Melburn şəhərində fəaliyyət göstərən “Azərbaycan Evi”nin rəhbəri Rəşad Həsənovla müsahibə

-Rəşad bəy,oxuculara özünüz haqqında məlumat verəsiniz.

-2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Xüsusi İstedadlar Qrupunu bitirmişəm. Hərbi xidməti başa vurduqdan sonra, 2009-2010-cu illərdə Dövlət Proqramı vasitəsilə Qlazqo Universitetində “İqtisadi və Maliyyə sektorlarının idarə olunması” ixtisası üzrə magistr dərəcəsi almışam. Bakıya döndükdən sonra, ilyarım Mərkəzi Bankda çalışmışam. Çalışdığım zaman hələ də təhsil almaq, biliklərimi dərinləşdirmək həvəsim var idi. Ona görə, 2012-ci ildə Avstraliyanın Deakin Universitetində iqtisadiyyat üzrə doktorantura təhsilinə başladım. 2016-cı ilin aprel ayında proqramı uğurla başa vuraraq, doktorluk dərəcəsi aldım.

Avstraliyada təhsilim zamanı, həm də, iş təcrübəsi qazanmağı planlaşdırırdım. Bu məqsədlə, 2012-ci ildə Viktoriya Ştatının Maliyyə və Vergi Departamentində yay təcrübə proqramına iştirak üçün sənəd verdim. İmtahanları uğurla keçdikdən sonra, 3 ay müddətində Departamentin Makroiqtisadi və Gəlir Proqnozlaşdırılması şöbəsində təcrübəyə başladım. Proqram bitdikdən sonra, mənə yarımştat işləmək təklif edildi. 2015-ci ilin sentyabr ayından bu yana Gəlir şöbəsində tam ştat iqtisadçı kimi çalışıram.

-“Melburnda Azərbaycan Evi” hansı zərurətdən yarandı?

-Mən Avstraliyaya yeni gəldikdə burada o qədər də çox azərbaycanlı yox idi. Bəlkə də var idi, amma çox adamı tanımırdım. Zamanla həm yeni, oxumağa gələn tələbələrin sayı artdı, həm də burada çoxdan yaşayan həmyerlilərimizlə tanış oldum. İki il dalbadal çox möhtəşəm Novruz bayramı tədbirlərimiz oldu. Bu tədbirlərdə daha çox həmyerlimizlə tanış olmaq imkanı yarandı. Həmçinin, burada bizim səfirliyin olması bir-birimizi tanımağa, təşkilatlanmağa çox kömək etdi. Belədə, rəsmi bir təşkilat yaratmaq şəraiti yetişdi.

İcmamızın fəal üzvlərinin səyləri və Səfir Rövşən Cəmşidovun və səfirlik əməkdaşlarının dəstəyi nəticəsində, Viktoriya Ştatının Azərbaycan cəmiyyətini təsis etdik. Burada yaşayan köhnə bakılı biznsmen Aleksandr Zemlinskinin bizim təşkilata təmənnasız ofis verməsi isə, təşkilatın qərargahı- “Melburnda Azərbaycan Evi”-ni yaratmağımıza gətirdi. Bu işdə əməyi keçən hər kəsə, xüsusilə də icmamızın fəal üzvləri Tatyana xanıma, Ofelya xanıma və Nigar xanıma dərin təşəkkür edirəm.

-Qarsıda hansı tədbirlər keçirtməyi planlaşdırırsınız?

-Təbii ki, milli və tarixi günlərimizi qeyd etmək və Azərbaycanı Avstraliyada təbliğ etmək əsas hədəfimiz olacaq. Ancaq bundan başqa, “Azərbaycan Evi”-də həftəsonları da müxtəlif tədbirlər etməyi düşünürük. Buraya film axşamları, sərgilər, intellektual oyunlar, dəyirmi masalar və s. daxildir.

-Avstraliya-Azərbaycan haqqında informasiya hansı səviyyədədir?

-Təəssüf ki, ölkəmiz haqda təsəvvür istənilən səviyyədə deyil. Çoxları ölkəmizi yalnız Eurovision və ya Formula 1 yarışı vasitəsilə tanıyır. Ona görə də tədbirlərimiz vasitəsilə yerli camaatın ölkəmiz haqda daha ətraflı məlumatlanmasına çalışacağıq.

-Media ilə əlaqələr necə qurulacaq? Cənab prezident qurultayda diaspor qurumlarının xarici media ilə əlaqələr qurmasını tövsiyyə etmişdi. Sizdə vəziyyət necədir?

-Hazırda bir neçə üzvümüzün həm Avstraliya, həm də Azərbaycan mətbuatına çıxışı var. Məhz bu səbəbdən, təşkilatın rəsmi açılış mərasimi hər iki ölkənin KİV-də geniş işıqlandırıldı. Xüsusi olaraq, Avstraliyanın SBS radiosunun (ölkənin İctimati radiosu) tədbirimizdə iştirakı çox müsbət hal idi.

Təbii, media ilə əlaqə çox önəmlidir. İnsanların bir çoxu məlumatı məhz televiziya, radio və onlayn resurslardan alır. Buna görə media ilə xoş əməkdaşlıq etmək əsas hədəflərimizdəndir. Fürsətdən istifadə edib, sizə də bu müsahibə üçün icmamız adından təşəkkür edirəm.

Elnur Eltürk










SON XƏBƏRLƏR
Azərbaycan şahmatçısı erməni rəqibini məğlub edib
39 şəhər və rayon büdcədən dotasiya almayacaq
Qorbaçov Rusiya prezidentinə müraciət etdi
Çində hərbçilərimizin iştirak etdiyi VII Dünya Oyunlarının açılış mərasimi keçirilib
Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə nə qədər vəsait daxil ola bilər ?
Ərdoğan Trampı buna da məcbur etdi
Paşinyanın saytı dağıdıldı – “Qarabağ Azərbaycandır və nida işarəsi!” yazıldı – FOTO
Leyla Abdullayevadan ermənistanlı həmkarlarına cavab: "Yaddaşınızı yeniləyin"
“Qarabağ alınmayınca, biz hamımız qarabağlıyıq”- Sankt – Peterburqdan Qarabağ mesajları - FOTOLAR
Bəsirə Məmmədli Laçın məktəbinə direktor təyin edildi - FOTO
“Bu köç Qaradağa gedir - Bu köç Qarabağa getmir...”
18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar
Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”
"Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edəcəyik" – Ərdoğan
Türkiyədə təyyarə qəzaya uğradı
Ermənilər Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
Həmsədrlər sabah Xankəndinə səfər edəcəklər
Ermənistan Suriyaya qoşun göndərdi
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı
MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib
Azərbaycanın internet sürətinə görə yeri açıqlandı
Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...
İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib
Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı