Qarabag Media
Haqqımızda Əlaqə

Dünya şöhrətli Rəşid PƏHLƏVAN - (FOTO-VİDEO)


Tarix:24-06-2016, 18:06 Kateqoriya:Manşet / Araşdırma

Dünya şöhrətli Rəşid PƏHLƏVAN - (FOTO-VİDEO)

Azərbaycanda pəhləvanlığın qədim ənənələri var. Hüseynqulu Mürsəloğlu, Hüseynqulu Mirzə kimi pəhləvanlarımızın şöhrəti ölkəmizdən uzaqlara da yayılıb. Belə ad-san sahiblərindən biri də Rəşid Yusifov olub.

Rəşid Əliməmməd oğlu Yusifov 1900-cü ildə qədim Borçalı mahalının Korarxı (Alget) kəndində dünyaya göz açıb. 1914-cü ildə atası vəfat edir və o, gəncliyindən ağır işlərdə çalışmalı olur. Dəmirçi yanında çalışdığı müddətdə özünə müxtəlif çəkili daşlar, dəmir çubuqlar hazırlayır və onlarla məşq edir. Artıq Tiflisin Şeytanbazar məhəlləsində hər kəs onu tanıyır. Dövrün məşhur sirk ustaları sayılan Tesikovski qardaşlarının Tiflisə qastrolu başlayır. Rəşid də sirk tamaşalarına gedir. Burada Əlibəy adlı bir nəfərlə tanış olur. Bu şəxsin sayəsində Rəşid tanınmış gürcü güləşçi, məşqçi kimi fəaliyyət göstərən Maysuradze ilə tanış olur. O, Rəşidi yoxladıqdan sonra məşq dərnəyinə götürür... Güclü güləşçilərə qalib gələn Rəşidin şöhrəti daha geniş yayılır.

1920-ci ildə Moskvada məşhur pəhləvanların yarışı keçirilir. Yarışda qırmızı maska geymiş bir güləşçi səhnəyə on altı dəfə qalib kimi çıxır. Tamaşaçılar intizarla qırmızı maska altında çıxış edənin kim olduğunu bilmək istəyirlər. Nəhayət, benefis günü gəlib çatır. Yarışın baş hakimi onu manejin ortasına dəvət edir. Alqış sədaları sirkin divarlarını titrədir. Alqışlar altında baş hakim “qırmızı maska”nı təqdim edir: - Azərbaycan pəhləvanı Rəşid Yusifov! Yarışın yekunlarına görə gənc pəhləvana Qafqaz çempionu adı verilir.

1924-cü ildə Tiflis sirkində fransız güləşi üzrə növbəti çempionat keçirilir. Bu yarışda onun ilk rəqibi “Fransız güləşinin texniki” adlandırılan Pyotr Praşek olur. Praşek əvvəl ona Rəşid kimi gənc və az tanınmış rəqib seçdikləri üçün inciyir... O, özündən çox razı halda səhnəyə çıxır. Elə ilk saniyələrdəcə gözəl və parlaq bir fəndlə Rəşidi başı üzərindən atmağa cəhd edir. Özünü itirməyən Rəşid əks fənd işlədir və Praşekinin kürəyini yerə vurur.

Sonra onun fəaliyyətinin Bakı dövrü başlayır, 1924-cü ildə Bakı sirkinə dəvət alır. Həmçinin Aşqabad sirkində türkmən pəhləvanı Başkirovu və rus güləşçisi Şatskini də məğlubiyyətə uğradır. 1933-cü ildən etibarən Rəşid Yusifov Moskva Dövlət Sirkinin truppasında müxtəlif qastrollarda çıxışlar edir. Bu zaman dünya şöhrətli rus pəhləvanı İvan Poddubnı onun məşqlərinə rəhbərlik edir.

Daha bir beynəlxalq yarış keçirilir. Bu yarışda Rəşidin fransız güləşinin fəxri Nikolay Bredixinlə görüşü çox maraqlı və yaddaqalan olur. Mübarizə 17 dəqiqə çəkir və o, yenə qalib gəlir. O, sirk truppasının tərkibində SSRİ-nin bir çox şəhərlərində qastrolda olur. Taqanroq qastrolu Rəşidin yaddaşında silinməz iz buraxır. Çıxış nömrələrinin birində Rəşid beş pudluq daşı yan-yana qoyub zəncirlə bağlayır. Çoxları onun bu qədər daşı qaldıra biləcəyinə inanmır. Pəhləvan daşlara yaxınlaşır. Zəncirin parça ilə sarınmış ucunu dişlərinə alır və daşları yerdən qaldırır. Böyük müvəffəqiyyətlə keçən qastrolun sonuncu günü Rəşidi sirk direktorunun kabinetinə dəvət edirlər. O, içəri daxil olanda gözlərinə inanmır. Dünya şöhrətli rus pəhləvanı İvan Poddubnı ayağa qalxır və onu qucaqlayır...

Rəşid pəhləvan çətin görüşlərindən danışarkən Amerika güləşçisi Frank Qudla mübarizəsini belə xatırlayıb: “Frank Qud uzun illər boksla məşğul olurdu. Qolları çox güclü idi. Görüşün birinci günü gözlənilmədən o, məni parterə saldı. Lakin bu əlverişli vəziyyətdən istifadə edə bilmədi. Əsəbiləşib qolumu burub sındırmaq istədi. Bu fənd qadağan olunduğuna görə hakimlər görüşü dayandırmalı oldular. Qolum bərk ağrıyırdı, tərpədə bilmirdim. Qardaşım Cümşüd səhərə kimi qolumu masaj etdi. Səhər tezdən mən durub daşlarla nömrələr göstərirdim...” Həmin gün Rəşidlə F.Qud təzədən görüşməli olur. Bu dəfə Rəşid onu parterə salır. Lakin qalibi yenə də müəyyən etmək mümkün olmur. Üçüncü günü mübarizə davam etdirilir. Görüş çox çətin idman mübarizəsi şəraitində keçir. Rəşid çalışır ki, rəqibini yorub haldan salsın. Bunu F.Qud da hiss edir. Amma Rəşid gözlənilmədən rəqibinin üstünə atılır. F.Qud özünü itirir. Yaranmış şəraitdən istifadə edir və rəqibinin kürəyini yerə vurur. Sinəsinə çöküb pıçıltı ilə deyir: “Amerikanı indi xatırla, cənab Qud!” F.Qud dizi üstə qalxır, əlləri ilə saçlarını qarışdırır və uşaq kimi ağlayır...

Yevgeni Kuznetsovun 1957-ci ildə işıq üzü görən “Sovet sirkinin ən güclü pəhləvanları” adlı kitabında yazılır: “SSRİ-də Azərbaycan pəhləvanı Rəşid Yusifov kimi ikinci bir ağır atlet yoxdur, ona Azərbaycan Poddubnısı” demək bizim üçün necə də xoşdur”. Dünya şöhrətli Azərbaycan pəhləvanı 4 mart 1982-ci ildə dünyasını dəyişib.

Dünya şöhrətli Rəşid PƏHLƏVAN - (FOTO-VİDEO)

Dünya şöhrətli Rəşid PƏHLƏVAN - (FOTO-VİDEO)




Savalan Fərəcov










SON XƏBƏRLƏR
Milli Qəhrəman Əliabbas İsgəndərovun doğum günüdür
GÖRKƏMLİ FİLOSOF MİDHƏT AĞAMİROV
Gürcüstan Saakaşvilinin və müxalifətin dəstəklədiyi Grigol Vaşadzeyə səs verəcək!
Ermənilər Kəlbəcəri belə talan edir - VİDEO
ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib
Aqil Abbas: ”Çox istərdim ki, Azərbaycanda da Gürcüstandakı kimi borclarla bağlı addım atılsın”
Gəncədə həlak olanların sayı 3 nəfərə çatdı - VİDEO
Azərbaycan mədəniyyətinə ağır itki üz verib
Türkiyədə TürkPA-nın iclası keçirilir
İlham Əliyev Türkiyənin Baş Qərargah rəisini qəbul edib
Qarakənd faciəsindən 27 il ötür
"Müşfiqi Bağırovun zirzəmisində divara hörüblər"– Ədalət Tahirzadədən yeni açıqlama
"Belarusa Dağlıq Qarabağ münaqişəsində tutduğu obyektiv mövqeyə görə minnətdarıq" - İlham Əliyev
Erməniyə qalib gələn güləşçimiz dünya çempionu oldu – FOTO/VİDEO
Təhsil sahəsində iki mühüm yenilik: Biri ümid yaradır, digəri tərəddüd
Rövşən Rzayev italiyalı diplomatla görüşdü - FOTOLAR
Gələcəyə ən çox hazır olan ölkələrin reytinqi - Azərbaycan neçənci yerdədir?
Səfəvilərin Çaldıran tragediyası - ARAŞDIRMA
Gürcüstanda 600 min nəfərin banka olan borcu - SİLİNƏCƏK
İlham Əliyevin Minskdə rəsmi qarşılanma mərasimi olub
Bakıda masajçı qadını kirayə qaldığı evdə öldürərək qaçan şəxs tutulub
Əli Kərimli 2500 manat cərimə edilərək azadlığa buraxılıb
Qarabağ “düyünü”nə düyün vuran vasitəçilər - TƏHLÜKƏLİ GƏLİŞMƏ
ABŞ-ın 40 illik oyunu və FETÖ ilə başlayan böyük hədəf
İbrahim Tatlısəsi azərbaycanlı həkim sağaltdı
İraq Kərkükdən yenidən neft ixracına başladı
"Azərbaycan televiziyalarından bütün şou verilişlərini yığışdırardım" — Xeyrəddin Qoca
Azərbaycana qayıdan sabiq nazir yenidən xəstəxanaya yatırıldı
Gələn il pensiyalar 35% artacaq - Nazirdən açıqlama
Belçikada insan cəsədindən gübrə kimi istifadə ediləcək