Qarabag Media
Haqqımızda Əlaqə

Fərəc Cəlilov: `Sonda qalib gəldim və bayrağımızı yüksəltdim`


Tarix:21-06-2016, 23:27 Kateqoriya:Manşet / Müsahibə

Fərəc Cəlilov: `Sonda qalib gəldim və bayrağımızı yüksəltdim`

6 – 12 iyin tarixlərində Böyük Britaniyanın Stouk-on-Trent şəhərində keçirilən Pauerliftinq üzrə Avropa çempionatında gərgin mübarizəyə və ciddi zədələrə baxmayaraq birinci yerə layiq görülümüş Fərəc Cəlilovun Xeberman.com saytına müsahibəsini oxuyuclara təqdim edirik.

-Siz idmanın hansı növü ilə məşğul olursunuz?

-Mən artıq 7-8 ildir ki, idmanın Pauerliftin növü ilə məşğul oluram .

İdmanın Paurliftin növü ilə məşğul olmağınızın səbəbi nə oldu?

-Heç bir səbəb yox idi. Sadəcə mənim belimdə skolyoz xəstəliyi var idi. Bunu düzəltmək üçün idmana getmək lazım ki, bu xəstəlik keçsin. Bir il bu səbəbdən getdim idmana. Belim düzələndən sonra baxdım ki, ətrafımda olan rəqiblərimdən mən daha güclüyəm və daha yaxşı nəticələr əldə edirəm. Ondan sonra idmanın Pauerliftin növü ilə professanal məşğul olmağa başladım .

-Sizin ən son uğurunuz hansı olub?

-Mənim ən son uğurum bu ilin iyun ayının 6-dan 12-ə qədər İngiltərənin Stouk-on-trent şəhərində keçirilən Avropa çempionatında mən qalib gəlimişəm. Bu yarişda mən Paurliftin üzrə avropa cempionu olmuşam. Mən bu yarışda ölkəmizi 90 kq çəki dərəcəsində təmsil etdim. Bu yarış çox ciddi yarış idi. Avropanın 22 ölkəsindən seçilmiş 500-ə yaxın idmançı iştrak edirdi bu yarışda. Bu yarışda qalib gəlmək çox çətin idi. Sevindirici haldır ki, çətinliklərə baxmayaraq mən mübarizə apardım sonda qalib gəldim və bayrağımızı yüksəltdim.

-Bir idmançının uğur qazanması üçün hansı zəruri şərtlər lazımdır?

-Bir idmançının uğur qazanması üçün stimul lazımdı. Əgər bu stimul varsa idmançı mütləq uğur qazanır. Bundan başqa uğur qaznmaq üçün çox məşq etməsi lazımdır. Əvvəlki uğurlarından arxayınlaşmamaq daim məşq etməsi lazımdır. Idmançı bu uğurun qazandıqdan sonra qarşısına yeni-yeni məqsədlər qoymalıdı ki, inkişaf eləsin. Bundan əlavə maliyə dəstəyi lazımdı, rejim lazımdı və qidalanmaya fikir verilməlidi. Bunların hamsı çox vacibdi yeni-yeni qələbələrin əldə edilməsində.

-Siz yarışlara çıxmamışdan əvvəl özünüzü psixoloji cəhətdən necə hazırlayırsız?

-Mən yarışa çıxmamışdan qabaq, heç vaxt fikirləşmirəm ştankın çəkisi nə qədərdi. Fikirləşirəm ki, mən onu necə qaldırmalıyam.

-Qarşıda sizi daha yüksək hansı yarışlar gözləyir? Bir izləyici kimi bizə çox maraqlıdı.

-Avropa çempionatından sonra mənim üçün ən böyük naliyyət dünya çempionatıdı. Mən çox istərdim ki, bu çempionata hazırlaşım və ölkəmizi orda təmsil edim. Dünya çempionatı bu ilin noyabır ayında Amerka Birləşmiş Ştatlarının Loiziana ştatında keçiriləcəy və çox istərdim ki, məndə iştirak edim.

-Bir idmançı olaraq, bir gənc olaraq, Azərbaycanı Avropa çempionatında təmsil edən bir idmançı olarq gələcəy gənclərə idmançılara tövsüyyəniz nədir?

-Bunu deyə bilərəm ki, indiki, gənclər azda olsa vaxt tapıb idmanla məşğul olmalıdırlar. Fərqi yoxdur idmanın hansı növü ilə sadəcə idman sağlamlıqdır və hər bir idman növünün öz gözəlliyi var. Şəxsən mənim sevdiyim idmanın Pauerliftin növüdü,yəni ağırlıq qaldırmaq və mənim fikirim budur ki, bu idmanla məşğul olan insan həmişə fiziki cəhətdən inkişaf edəcək.

-Sizə gələcəkdə böyük uğurlar arzu edirik, inşallah bayrağımızı dünya çempionatındada yüksəklərə qaldırasız.

-Mən də saytınızın fəaliyyətində uğurlar arzu edirəm. Oxuyucunuz bol, naliyyətiniz çox olsun.
Fərəc Cəlilov: `Sonda qalib gəldim və bayrağımızı yüksəltdim`

Fərəc Cəlilov: `Sonda qalib gəldim və bayrağımızı yüksəltdim`

Fərəc Cəlilov: `Sonda qalib gəldim və bayrağımızı yüksəltdim`

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar
Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”
"Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edəcəyik" – Ərdoğan
Türkiyədə təyyarə qəzaya uğradı
Ermənilər Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
Həmsədrlər sabah Xankəndinə səfər edəcəklər
Ermənistan Suriyaya qoşun göndərdi
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı
MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib
Azərbaycanın internet sürətinə görə yeri açıqlandı
Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...
İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib
Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı
ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri başlayıb
"Tapmıram izini yanına gəlim" - Gilə Əliqızının şeirləri
“Barış pınarı”dırsa, oradan su deyil, qan axır” deyən prezidentə qarşı SƏRT TƏPKİ: "Heç utanmır?”
Nursultan Nazarbayev Bakıya gəldi
Rəqs sənətinin zirvələrini fəth edən ölməz sənətkar
Krediti olanlar MÜTLƏQ OXUSUN – Zamin probleminin HƏLLİ
Paşinyan Putinə “Madrid prinsipləri” səhifəsini bağlamağı təklif edir?
“Türk-İslam dünyasının gələcəyi Türkiyənin apardığı mübarizənin taleyindən asılı olacaq”
Ərdoğan Azərbaycana gəlib
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
Milli Qəhrəman Samid İmanovun doğum günüdür - VİDEO
Fərid Şəfiyev: “Gövhər ağa” məscidinin Fars mədəniyyət nümunəsi kimi təqdim edilməsi irsimizə qarşı terrordur”