Qarabag Media
Haqqımızda Əlaqə

Əsirlərimizlə bağlı işlər davam etdirilir


Tarix:17-06-2016, 00:26 Kateqoriya:Manşet / Cəmiyyət

Əsirlərimizlə bağlı işlər davam etdirilir Kəlbəcərdə ermənilər tərəfindən girov götürülmüş azərbaycanlılar - Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi istiqamətində aidiyyəti beynəlxalq təşkilatlarla iş davam etdirilir.

Karabakhmedia.az-ın məlumatına görə, bunu Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun rəhbəri İsmayıl Axundov bu gün Milli Məclisdə keçirilən "18 İyun - Azərbaycanda İnsan Hüquqları Günü"nə həsr olunmuş dinləmələrdə deyib.

İ.Axundov bildirib ki, hazırda Komissiya həmin şəxslərin dərhal azad edilməsi, eyni zamanda əsir və girov götürülən şəxslərin gələcəkdə qısa müddət ərzində geri qaytarılması ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən saziş layihəsinin hazırlanaraq hər iki tərəfin müzakirəsinə təqdim edilməsini təklif edib.

Onun sözlərinə görə, hazırda bununla bağlı Beynəlxalq Qızıl Xaç Komitəsi ilə məsləhətləşmələr aparılır.

İ.Axundov əlavə edib ki, bu il aprelin 2-5-də ermənilərin təxribatı nəticəsində qoşunların təmas xəttində hərbi əməliyyatlar zamanı itkin düşmüş Azərbaycan hərbçilərinin sonrakı taleyinin aydınlaşdırılması ilə bağlı Prezident İlham Əliyevin tapşırığı ilə Dövlət Komissiyasının işçi qrupu sutkalıq iş rejimində çalışıb.

Onun sözlərinə görə, həlak olmuş 19 erməni hərbçinin meyiti qarşı tərəfə verilib, 13 Azərbaycan hərbçisinin meyiti alınıb.

İ.Axundov əlavə edib ki, hazırda 3803 nəfər əsir və girov kimi Komissiyada qeydiyyatdadır, onlardan 252 nəfəri qadın olmaqla, 709 nəfəri mülki şəxsdir.

İşçi qrupunun rəhbəri bildirib ki, Ermənistan tərəfi əsir və girovlarla bağlı statistikanı gizlədir, inkar edir: "Bununla belə, Komissiya əsir və girovların azad edilməsi istiqamətində fəaliyyətini davam etdirir".

Karabakhmedia.az










SON XƏBƏRLƏR
"Arzu edirəm ki, bayraq yürüşlərini işğal altında olan ərazilərimizdə keçirmək səadətini yaşayaq"
Bu gün Azərbaycan Dövlət Bayrağı günüdür
Sabahın hava proqnozu
İcbari tibbi sığorta ilə bağlı YENİ XƏBƏR - RƏSMİ
Sən ey istiqlalımın əbədiyyət sancağı, Azərbaycan bayrağı!!!
8 noyabr Bakı metropoliteni işçilərinin peşə bayramı günüdür - VİDEO
Ağstafada Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib - FOTOLAR
İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirildi
"Ermənistan başa düşməlidir ki, bu həll yolunun alternativi yoxdur" - BƏYANAT
Rusiyanın ATƏT-dəki səfiri: Saxlanılan şəxslərin dəyişdirilməsi Qarabağ münaqişəsi tərəfləri arasında etimada gətirib çıxara bilər
Azərbaycanda özəl məhkəmə ekspertləri fəaliyyət göstərəcək
Amaliya Pənahovanın məzarı üzərində abidəsi ucaldılıb
Yağış yağır, rəqs eyləyir gur damlalar...
Azərbaycan hərbi sahəyə Ermənistandan 6 dəfə çox pul xərcləyir
Türkiyədə həkim azərbaycanlı həmkarını güllələdi
Prezident Musa Yaquba EV VERDİ
İcra hakimiyyəti əsgərin şəhid olduğunu təsdiqlədi
Quzanlıda Dövlət Bayrağı Günü münasibətilə yürüş - FOTOLENT
Ərdoğan: “Bağdadinin arvadı bir ildən çoxdur, əlimizdədir”
Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin açılışı olub - FOTOLAR
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
“APOEL-in "Qarabağ"a qalib gəlməməsi intihar olar”
Ermənilər Qarabağ pulu hazırlayırlar
Moderator.az-ın 7 yaşı tamam oldu - Baş redaktor: “Studiyamız açılacaq”
Səhiyyə Nazirliyindən uşaq qidaları ilə bağlı XƏBƏRDARLIQ
“Qarabağ”a görə qovulan baş məşqi Ermənistan yığmasına rəhbərlik edə bilər
Tiqran Abramyan: "Azərbaycanın hərbi xərclərini kəskin artırması Qarabağ üçün ciddi risklər doğurur"
Şəhid Əlövsət Vəliyevin xatirəsi anıldı - FOTOLAR
Azər Qasımlı istefasının səbəbini AÇIQLADI
Türkiyəli həkim Gülalıyevin son durumu barədə danışdı - VİDEO