Qarabag Media
Haqqımızda Əlaqə

MTN-dən anti-terror əməliyyatı: 5 nəfər İŞİD yaraqlısı tutuldu


Tarix:23-09-2015, 04:40 Kateqoriya:Manşet / Dünya

Cinayət işlərinə başlanıldı.

MTN-dən anti-terror əməliyyatı: 5 nəfər İŞİD yaraqlısı tutulduAzərbaycan Milli Təhlükəsizlik Nazirliyi növbəti anti-terror əməliyyatı keçirib.
MTN-nin İctimai Əlaqələr İdarəsinin məlumatına görə, əməliyyat nəticəsində İŞİD-in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları Heydərov Zaur Naib oğlu, Əzizov Elbrus Nurməmməd oğlu, Talıbov Vaqif Musa oğlu, Ağcabəyov Rufan Şərəfəddin oğlu və İsmayılov Elşən Aydın oğlu şübhəli şəxs qismində tutulublar.

Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 283-1.3-cü maddələri ilə cinayət işləri başlanılıb.

Heydərov Zaur Naib oğlu, Əzizov Elbrus Nurməmməd oğlu, Talıbov Vaqif Musa oğlu, Ağcabəyov Rufan Şərəfəddin oğlu və İsmayılov Elşən Aydın oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarları ilə barələrində həbs qətimkan tədbirləri seçilib.

Müəyyən edilib ki, Zaur Heydərov, Elbrus Əzizov, Vaqif Talıbov, Rufan Ağcabəyov və Elşən İsmayılov 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən “İslam Dövləti (İŞİD)”, “Cəbhətül-Nusra” və “Cundu Şam” terrorçu təşkilatlarının fəaliyyətində iştirak ediblər.

Cinayət işləri üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.










SON XƏBƏRLƏR
Bu il Azərbaycanda 12 mindən çox ailə dağılıb
Nazarbayevin qızının Sərkisyan sevgisi... (ŞƏRH)
Mina Abbasova 312 gimnast arasında 2-ci yerə çıxdı
Azərbaycanla Qazaxıstanı birləşdirəcək TransXəzər optik magistralının tikintisinə başlanıldı
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib - FOTOLAR
Prezident bu avtomobil yolunun yenidən qurulması ilə bağlı sərəncam imzaladı
"Kimdi bu qəribdən küsüb inciyən" — Sevinc Qəribin şeirləri
Lukaşenko oğluna vəzifə verdi
"Etimada görə təşəkkür edirəm" - İbrahim Məmmədov
DİN polis orqanlarında orta rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir
Türk nazirdən TANAP-la bağlı AÇIQLAMA
Novruz Məmmədov yeni vəzifəyə təyin olunub
Erkən ölümə nə səbəb ola bilər?
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
Yupiterin peykində nəhəng su ehtiyatı tapılıb – NASA tədqiqatları davam etdirir
Aqil Abbas: “Ermənistandan gələn də, ora gedən də qələt eləyir”
Gürcüstanda deputatlar parlamentə buraxılmır
"Azərbaycan ordusu 1992-də Xankəndiyə girirdi…" – Ermənistanın keçmiş baş naziri
İran yenidən qarışdı - Polislər öldürülür - VİDEO
Prezident “28 May” metrostansiyasının qarşısında – FOTOLAR
Peşəkar rəssam, titulsuz yazıçı, medalsız idmançı və təltifsiz kinoaktyor
Azərbaycan millisi Slovakiya ilə oyundan öncə son məşqinə çıxıb
Bu gün Beynəlxalq Kişilər Günüdür
Ahmet Sağlam AKP-dən istefa verdi
Tehranda təhlükəsizlik qüvvələri etirazçılara atəş açıb- VİDEO
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MİRZƏ ƏLİ MÖCÜZ ŞƏBÜSTƏRİ
"Onlar "Qarabağ" sevqisi üçün birləşir" - "İmarət" 10 yaşında
"Sarı Aşıqdan Aşıq Şəmşirə girov ruhlar işığında" layihəsi çərçivəsində tədbir keçirilib
İran Təhlükəsizlik Şurası internetə məhdudiyyət tətbiq edib