Qarabag Media
Haqqımızda Əlaqə

Evlərin qiymətləri aşağı düşəcək


Tarix:15-06-2016, 17:00 Kateqoriya:Manşet / Cəmiyyət

Evlərin qiymətləri aşağı düşəcəkEkspert: "Hazırda daşınmaz əmlak bazarında vəziyyət kritikdir"

Azərbaycanda baş verən devalvasiyalardan sonra iflic vəziyyətə düşmüş daşınmaz əmlak bazarında hazırda vəziyyət necədir? Bu bazar öz mövqeyini bərpa edə bilirmi?

Sputnik-in əməkdaşı bu suallara cavab tapmaq üçün əlaqədar şəxslərlə danışıb.

"Hazırda daşınmaz əmlak bazarında vəziyyət kritikdir. Ona görə ki, faktiki olaraq bütün seqmentlər üzrə həm qiymət azalması həm də durğunluq müşahidə olunmaqdadır. Üstəgəl, qarşıda passiv yay mövsümü gəlir. Yay mövsümündə onsuz da dinamika azalır."

Bu sözləri "Əmlak Ekspert Mərkəzi"nin direktoru Ramil Osmanlı açıqlamasında deyib.

"Nəzərə alsaq ki, məsələn, mənzil bazarında ipoteka kreditlərinin verilməsi dayandırılıb, bu, mənzil bazarındakı əqdlərin sayının, alqı-satqı əməliyyatlarının azaldılmasına gətirib çıxardıb. Digər tərəfdən, nağd alışlarda da kəskin azalmalar var. Bütövlükdə, bazarda bütün göstəricilər üzrə mənfiyə doğru dəyişmələr müşahidə olunur. Həm qiymətlərin azalması həm tələbin aşağı düşməsi, həm də bazarda bütövlükdə passivlik müşahidə olunur." — deyə ekspert əlavə edib.

Ramil Osmanlı bugünkü iqtisadi şərtlər çərçivəsində daşınmaz əmlak bazarının özünü bərpa edə biləcəyini düşünmür: "Bunun üçün çox ciddi iqtisadi tendensiyalar baş verməlidir. Bunlar daha çox makroiqtisadi göstəricilərlə bağlıdır. Gəlirlər artmalı, neftin qiyməti qalxmalı, Rusiyadan Azərbaycana daxil olan pul kütləsinin həcmi artmalıdır. Bu proseslər baş verdikdən sonra bazarın inkişafı ilə bağlı müəyyən addımlar atıla bilər. Məsələn, ötən illərdə olduğu kimi, hökumət şəhərsalma və infrastruktur layihələrinin icrasına başlaya, bura ayrılan vəsaitlərin həcmi artırıla bilər, ipoteka kreditlərinin verilməsi bərpa olunar və s. Bu da bazarda dinamikanı, aktivliyi, tələbi artırar və qiymət artımına gətirib çıxarda bilər. Amma indiki iqtisadi şərtlərdə bunların heç birinin baş vermə ehtimalı yoxdur".

İqtisadçı-ekspert Nicat Hacızadə şərhində bildirib ki, Bakının daşınmaz əmlak bazarında vəziyyət bir qədər fərqlidir: "Ümumiyyətlə, Azərbaycanda daşınmaz əmlakın qiymətinin təyin edilməsi bir qədər çətindir. Çünki, burada əsas faktorları bazar deyil, süni şəkildə sahibkarların qoyduğu qiymətlər müəyyənləşdirir. Bundan əlavə, sahibkarların qoyduğu qiymətlər bəzi ərazilərdə aşağı düşmür. Bu da daşınmaz əmlak bazarında müəyyən qiymət oynamalarının baş verməsinə gətirib çıxardır. Daşınmaz əmlakda bazarın da, sahibkarın da müəyyənləşdirdiyi hissələr var".

Ekspert hesab edir ki, əhalinin alıcılıq qabiliyyəti aşağı düşdüyündən evlərə olan tələb azalıb, təklif isə çoxalıb: "Evləri satmaq istəyən şəxslərin sayı çoxdur. Alıcılıq qabiliyyəti aşağı düşdüyü üçün bir çox şəxslər onu ala bilmirlər."

İqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, daşınmaz əmlak bazarında qiymətlərin azalması prosesi hələ bir müddət davam edəcək: "Çünki, Azərbaycanda qiymətlər kifayət qədər yüksək həddə qədər şişmişdi. Onun normallaşdırılması prosesi zaman alacaq. 1-1,5 il ərzində bu proses davamlı şəkildə qiymətlərin azalmasına doğru gedəcək. Bazar öz dəyərini qazanana qədər davam edəcək. Əvvəllər əsasən Rusiyadan gələn vəsait hesabına bazarda qiymətlər qalxırdı. İndi gələn vəsait xeyli dərəcədə azalıb. Bu bazar öz dayaq nöqtəsini tapana qədər qiymətlərin azalması prosesi baş verəcək".

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Azərbaycan şahmatçısı erməni rəqibini məğlub edib
39 şəhər və rayon büdcədən dotasiya almayacaq
Qorbaçov Rusiya prezidentinə müraciət etdi
Çində hərbçilərimizin iştirak etdiyi VII Dünya Oyunlarının açılış mərasimi keçirilib
Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə nə qədər vəsait daxil ola bilər ?
Ərdoğan Trampı buna da məcbur etdi
Paşinyanın saytı dağıdıldı – “Qarabağ Azərbaycandır və nida işarəsi!” yazıldı – FOTO
Leyla Abdullayevadan ermənistanlı həmkarlarına cavab: "Yaddaşınızı yeniləyin"
“Qarabağ alınmayınca, biz hamımız qarabağlıyıq”- Sankt – Peterburqdan Qarabağ mesajları - FOTOLAR
Bəsirə Məmmədli Laçın məktəbinə direktor təyin edildi - FOTO
“Bu köç Qaradağa gedir - Bu köç Qarabağa getmir...”
18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar
Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”
"Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edəcəyik" – Ərdoğan
Türkiyədə təyyarə qəzaya uğradı
Ermənilər Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
Həmsədrlər sabah Xankəndinə səfər edəcəklər
Ermənistan Suriyaya qoşun göndərdi
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı
MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib
Azərbaycanın internet sürətinə görə yeri açıqlandı
Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...
İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib
Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı