Qarabag Media
Haqqımızda Əlaqə

`Vəsilə ölməli idi, öldü` - Bələdiyyə sədrinin qatili


Tarix:15-06-2016, 05:13 Kateqoriya:Manşet / Hadisə

`Vəsilə ölməli idi, öldü` - Bələdiyyə sədrinin qatili Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Saray qəsəbəsi bələdiyyəsinin sədri Vəsilə Həsənovanı və onun həyat yoldaşı Vəfadar Həsənovu öldürməkdə təqsirləndirilən Fədai Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Karabakhmedia.az xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Fədail Hüseynov özünü qismən təqsirli bildiyini deyib. O bildirib ki, yalnız Vəfadar Hüseynovu öldürdüyünə görə özünü günahkar bilir: "Vəsilə ölməli idi, öldü. İstintaqa ifadəmi vermişəm, hər şeyi demişəm. Onu da təsdiqləyirəm. Başqa deyəcəyim bir şey yoxdur".

Bundan sonra zərərçəkmişlərin hüquqi varisi Meyxanım Hüseynova ifadə verərək hadisə barədə danışıb: "Həmin gün gündüz saat 3-də Vəsilə ilə Fədail torpaq məsələsinə görə mübahisə etdi. Axşam Vəsilənin telefonuna zəng gəldi, cavab vermədi. Sonra mənə zəng gəldi, məni də telefonu açmağa qoymadı. Dedi sən çıx balkona hava al, özüm danışacağam. Mən Natella ilə balkona çıxanda gördüm bu divara sıxılıb dayanıb. Dedim bala burda neynirsən, məni itələyib içəri keçdi. Bu vaxt mən özümdən getdim, ayılanda gördüm nəvəm İsmayıl qışqırır ki, atamı vurdular. İsmayıl atası ilə aşağıda tort kəsirdi. Özümə gələndən sonra nəvəm Fidan dedi ki, Fədail atamla anamı vurdu".

Qeyd edək ki, qətl keçən il iyul ayının 8-də Saray qəsəbəsində baş verib. Bələdiyyə sədri, 39 yaşlı Vəsilə Həsənova və həyat yoldaşı Vəfadar Həsənov amansızlıqla qətlə yetirilib. Araşdırmalar zamanı qətlin Fədai Hüseynov tərəfindən törədildiyi məlum olub. 35 yaşlı F.Hüseynov ailəyə çox yaxın şəxs olub. Ev və torpaq alqı-satqısı ilə məşğul olan F.Hüseynov gecə saatlarında həsənovların evinə gəlib və hələlik dəqiqləşməmiş səbəblərdən mübahisə yaranıb. Mübahisə zəminində o, V.Həsənovanı kəsici, onun həyat yoldaşını isə odlu silahla qətlə yetirib.(lent.az)

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”