Qarabag Media
Haqqımızda Əlaqə

İcra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinə yeni səlahiyyət verilir


Tarix:9-06-2016, 18:01 Kateqoriya:Manşet / Hüquq

İcra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinə yeni səlahiyyət verilirAzərbaycanda müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri sahəsi 5 hektardan çox olmayan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə və istifadəyə verilməsi ilə bağlı müqavilələri və etibarnamələri təsdiq edəcəklər.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, bununla bağlı "Notariat haqqında" qanuna dəyişikliyin edilməsi təklif edilir.

Yeni dəyişikliklərə əsasən, müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri sahəsi 5 hektardan çox təşkil etməyən xüsusi mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 1 ildən artıq olmayan müddətə icarəyə və istifadəyə verilməsi barədə müqavilələri, habelə həmin torpaq sahələrinin 2 ildən artıq olmayan müddətə icarəyə və istifadəyə verilməsinə dair etibarnamələri təsdiq edəcəklər.

Qeyd edək ki, bəzi inzibati ərazi vahidlərinin kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə yaxın notariat kontorlarının olmaması səbəbindən həmin yerlərdə yaşayan sakinlər məşğul olduqları kənd təsərrüfatı fəaliyyəti və torpaq sahələri ilə bağlı bır sıra notarial xidmətlərdən istifadə edə bilmirlər. Yeni dəyişikliklərin edilməsində də məqsəd sakinlərin həmin xidmətlərdən istifadə edə bilməsi üçün şəraitin yaradılmasıdır.

Xatırladaq ki, sözügedən qanun layihələri Milli Məclisin iyunun 14-də keçiriləcək iclasında müzakirə ediləcək.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Şəhid Natiq Babayev və Namiq Abdullayev Şəhidlər Xiyabanında anıldı (FOTOLAR)
Azərbaycan şahmatçısı erməni rəqibini məğlub edib
39 şəhər və rayon büdcədən dotasiya almayacaq
Qorbaçov Rusiya prezidentinə müraciət etdi
Çində hərbçilərimizin iştirak etdiyi VII Dünya Oyunlarının açılış mərasimi keçirilib
Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə nə qədər vəsait daxil ola bilər ?
Ərdoğan Trampı buna da məcbur etdi
Paşinyanın saytı dağıdıldı – “Qarabağ Azərbaycandır və nida işarəsi!” yazıldı – FOTO
Leyla Abdullayevadan ermənistanlı həmkarlarına cavab: "Yaddaşınızı yeniləyin"
“Qarabağ alınmayınca, biz hamımız qarabağlıyıq”- Sankt – Peterburqdan Qarabağ mesajları - FOTOLAR
Bəsirə Məmmədli Laçın məktəbinə direktor təyin edildi - FOTO
“Bu köç Qaradağa gedir - Bu köç Qarabağa getmir...”
18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar
Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”
"Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edəcəyik" – Ərdoğan
Türkiyədə təyyarə qəzaya uğradı
Ermənilər Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
Həmsədrlər sabah Xankəndinə səfər edəcəklər
Ermənistan Suriyaya qoşun göndərdi
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı
MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib
Azərbaycanın internet sürətinə görə yeri açıqlandı
Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...
İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib