Qarabag Media
Haqqımızda Əlaqə

"Zirə"nin baş məşqçisi uğurun sirrini açdı (Müsahibə)


Tarix:18-10-2015, 08:35 Kateqoriya:Manşet / Müsahibə

"Zirə"nin baş məşqçisi uğurun sirrini açdı (Müsahibə)“Zirə” futbol klubunun baş məşqçisi Adil Şükürov Trend-ə müsahibəsində“Topaz” Premyer Liqasının startında komandanın uğurlu çıxışının sirrini açıb.

“Zirə” yeddi turun nəticəsinə görə, “Qarabağ” və “Qəbələ”dən sonra üçüncü yerdə qərarlaşıb. Üstəlik komanda heç bir oyunu uduzmayıb və qapısından hamıdan az top buraxıb – 2 top (7 top vurub). Komandanın aktivində 4 qələbə və 3 heç-heçə var. Maraqlıdır ki, 2014-cü ildə yaradılmış komanda I liqada uğurlu çıxışı nəticəsində bu il Azərbaycan çempionatının yüksək divizionunda debüt edib. “Zirə”nin 38 yaşlı baş məşqçisi Adil Şükürov buna qədər 2008-2014-cü illərdə yalnız Azərbaycanın yeniyetmə komandlarını və “Bakı” klubunu çalışdırıb.

- Bir çoxları “Zirə”dən belə start gözləmirdi. Uğurlu çıxışın sirri nədir?

- Uğur klub rəhbərliyinin məqsədyönlü və yüksək peşəkar fəaliyyətinin nəticəsidir. Qeyd etmək lazımdır ki, güclü kollektivin yaradılması üçün sağlam düşüncəli, vəziyyəti real qiymətləndirən, vicdanlı və məsuliyyətli şəxslər lazımdır. Kollektivdə hər kəs ambisiyalı olmalı, qarşıya qoyulan məqsədlərə nail olmalıdır. Komandada yaxşı məşqçi komandası toplaşıb, biz daim məsləhətləşirik, bir-birimizi dəstəkləyirik. Bizim ulduz da olmasalar da, yaxşı futbolçularımız var. Çalışmışıq ki, təcrübəli və gənc futbolçuların, eləcə də legionerlərin sintezini yaradaq.

- Hər bir məşqçinin özünün iş prinsipi, futbolçulara yanaşma psixologiyası var. Sizin futbolçularla münasibətləriniz necə qurulub?

- Çalışıram futbolçularla dostluq münasibətləri yaradım, insanlara etibar edim. Bununla belə, məşqçi heyəti ilə futbolçular arasında sərhədi yaddan çıxarmıram.

- Komadanız bu mövsüm hamıdan az top buraxıb və çox da qol vurmayıb. Sizin üçün əsas olan nədir – gözəl oyun, yaxud nəticə?

- Hücum edərkən müdafiəni unutmuruq , müdafiə olunarkən isə hücuma can atırıq. Hər bir oyundan qabaq rəqibin zəif və güclü tərəflərini öyrənirik və meydanda oyunumuzu buna görə qururuq. Eyni zamanda öz oyun üslubumuza da riayət edirik.

- Böyük məşqçilik karyerasına yenicə başlayırsınız. Bu yolu necə görürsünüz?

- Həmişə “Mançester Yunayted”in oyunu xoşuma gəlib və kumirim Aleks Feryusondur. Məşqçinin komandada rolu böyükdür, ən əsası o, nəticəyə cavabdehdir. Məşqçinin işində nüanslar çoxdur, lakin o, elə etməlidir ki, oyunçular yaxşı oynasın və komanda qalib gəlsin. Məşqçi bütün biliklərini sərəncamında olan futbolçuların köməkliyilə həyata keçirən insandır. Hər bir məşq ümumi ideyaya əsaslanmalıdır. Məşqçinin əsas işi meydandan kənardadır. O, məşq proqramları və taktiki tapşırıqların hazırlanmasına, rəqiblərin və öz komandasının matçlarına baxmağa xeyli vaxt sərf edir. Məşqçi əla psixoloq olmalıdır, çünki bütün işi insanlarla bağlıdır.

- Qarşıdakı iki turda sizi çempionatın liderləri olan “Qarabağ” və Qəbələ” ilə ağır oyunlar gözləyir. Sizin proqnozunuz necədir?

- Bu oyunlar oyunçularımız üçün ciddi sınaq olacaq, özlərini göstərməyə və zəruri təcrübə qazanmağa kömək edəcək. Necə deyərlər, qoy, ən güclü qalib gəlsin...

Vüqar İmanov










SON XƏBƏRLƏR
İbrahim Tatlısəsi azərbaycanlı həkim sağaltdı
İraq Kərkükdən yenidən neft ixracına başladı
"Azərbaycan televiziyalarından bütün şou verilişlərini yığışdırardım" — Xeyrəddin Qoca
Azərbaycana qayıdan sabiq nazir yenidən xəstəxanaya yatırıldı
Gələn il pensiyalar 35% artacaq - Nazirdən açıqlama
Belçikada insan cəsədindən gübrə kimi istifadə ediləcək
Gələcək rektora müraciət
Deputat Mahir Abbaszadə yüksək vəzifəyə təyin olundu
"Müalicəmi bitirib Bakıya qayıdacağam" — Rasim Balayev
“Özünü pis kişi eləmə...” - “Qoy başına kül qoysunlar...”
Bakıda güclü yanğın: Alov məktəb və yataqxananı ağuşuna alıb
"Azərbaycanda əməkhaqları digər ölkələrlə müqayisədə çox aşağıdır" — Ziyad Səmədzadə
"Məndən küsüb, inciməyə nə var ki..." — Nizami Abbasovun şeirləri
Flora Kərimova nazirin yerində oturmasından danışdı: “Heç kimə heç nəyi keçməyəcəyəm”
Sənədləri qaydasında olan 114 şəhidin 146 vərəsəsinə birdəfəlik ödəniş edilib
Ərdoğan ABŞ-ın 3 PKK liderinin başına mükafat qoymasını “oyun” adlandırdı
Ukraynada polis rəisi olan azərbaycanlı xanım
Seçkilər heç nəyi dəyişməyəcək - Hədəf yenə Yaxın Şərq və İrandır
Yerli sakinlər və məcburi köçkünlər Bakı “Lift-təmir” İB rəhbərliyinə MİNNƏTDARLIQ ETDİ
Klinton yenidən prezidentliyə namizədliyini irəli sürmək istəyir
Türkiyədən bayraq gününə dəstək - FOTO
Mustafa Kamal Atatürkün ölümündən 80 il ötür - VİDEO
Bir kərə yüksələn bayraq bir daha enməz!
Qurban Qurbanov robot qapıçıya qol vurmağa çalışacaq
Xalq artisti Amalya Pənahova dəfn olunub
“Anamı gecə ilə aparıb Laçında dəfn etdik” - 54 gün mühasirədə qalan şəxslə müsahibə
“Bu çöllər bizə lazım deyil... torpaqları qaytarmağa hazırıq...” - Paşinyanın kitabı başına bəla olub
Bayrağı düşmənə verməyən oğul - NATİQ QASIMOV
Türkiyə və Türkmənistan Trans-Xəzər qaz kəmərini müzakirə ediblər
“...Qırmızı koftalı, yaşıl tumanlı...” — Xan Şuşinski bayrağımızı gizli musiqi ilə vəsf etmişdi