Qarabag Media
Haqqımızda Əlaqə

Elmar Həsənov: "Qarapapaq Türkləri Adil Əliyevə, Azay Quliyevə və Salman Umudova səs verəçəklər"


Tarix:18-10-2015, 08:12 Kateqoriya:Manşet / Gündəm

Elmar Həsənov: "Qarapapaq Türkləri Adil Əliyevə, Azay Quliyevə və Salman Umudova səs verəçəklər" 1 noyabr tarixində Azərbaycanda keçiriləçək Parlament seçkilərində, Azərbaycan vətəndaşları olan Qarapapaq türkləri fəal surətdə iştirak edəçəklər və səslərini artıq dəstəklədikləri namizədlərə verəcəklər.

Karabakhmedia.az-ın məlumatına görə, bu açıqlama ilə Qafqaz Qarapapaq Türkləri Konfederasiyasının (QQTK) Prezidenti Elmar Həsənov çıxış edib. O, qeyd edib ki, Bakıda kompakt yaşayan əslən Borçalıdan, Amasyadan və Lorudan olan Qarapapaq kökənli elektorat, 8 saylı Binəqədi birinci seçki dairəsində Azay Quliyevə, 9 saylı Binəqədi ikinci seçki dairəsində Salman Umudova və 20 saylı Nərminaov ikinçi seçki dairəsində Adil Əliyevə səs verəcəklər. Elmar Həsənov bildirib ki, 20 saylı Nərimanov ikinci secki dairəsində yaşayan Qarapapaq kökənli elektorat Adil Əliyevin deputat kimi fəaliyyətindən razıdır və indi də ona böyük rəğbət bəsləyir. Səsvrmə zamanı Adil Əliyevin böyük səs üstünlüyü ilə qalib gələcəyi artıq bir həqiqətdir.

QQTK prezidenti qeyd edib ki, 8 saylı Binəqədi birinci seçki dairəsindən namizəd olan Azay Quliyevin beynəlxalq təşkilatlarda Azərbaycanın mənafelərini müdafiə etməsi yönümündə apardığı fəaliyyət insanlar tərəfindən təqdir edilir və onun yenidən millət vəkili olması şübhəsizdir.
9 saylı Binəqədi ikinci seçki dairəsindən namizəd olan Salman Umudov müasir Azərbaycan Gənclər Hərəkatında keçdiyi həyat yolu və ictimai-siyasi fəaliyyəti yerli sakinlər tərəfindən rəğbətlə qarşılanır. Namizəd Salman Umudovun Binəqədi Bələdiyyəsindəki aktiv fəaliyyəti yerli sakinlərin onun tərəfində olmasına rəvac verən amillərdən biridir.

Qeyd edək ki, fəaliyyəti Azərbaycan,Rusiya və Gürcüstan ərazilərini əhatə edən Qafqaz Qarapapaq Türkləri Konfederasiyası (QQTK) 10 oktyabr 2015-ci ildə Azərbaycan Qarapapaq Türkləri İctimai Birliyi (AQTİB), Şimali Osetiya Qarapapaq Türkləri Milli Komitəsi (ŞOQTMK) və Gürcüstan Qarapapaq Türkləri Birliyi (GQTB) arasında imzalanan Təsis Bəyəannaməsi ilə yardılmışdır. İmzalanma mərasimindən sonra federativ əsasla formalaşdırılmış QQTK Rəyasət Heyətinin iclasında Elmar Həsənov Qafqaz Qarapapaq Türkləri Konfederasiyasının Prezidenti, İsmayıl Əliyev isə Rəyasət Heyətinin Sədri seçilmişlər.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Saakaşvilidən azərbaycanlılara çağırış: Təxribatlara uymayın!
Nəsiminin 40 qəzəli farscadan tərcümə olunub
Müəllimlərin ən yüksək maaş aldığı ölkələr - TOP-10
İnsanı kökəldən xəstəliklər - Arıqlaya bilmirsizsə...
Moldovada təhsil alan tələbə: "Vətəndən uzaq uzaq olsaq da, vətənləyik" - FOTOLAR
Nikolun Qarabağ təklifinin mənası budur – Markaryan
Vergilər Məcəlləsinə dəyişikliklər edilir - POS-terminal olmayan obyektlər cərimələnəcək - VİDEO
Amerika səfiri: "İran xalqını senzurasız internetlə təmin etmək imkanımız var"
Qənbər Şəmşiroğlunun çoxcildliklərinin təqdimat mərasimi keçirildi - FOTOLAR
Plyonka qadağası ləğv olunmayıb - AÇIQLAMA
Tiflisdə genişmiqyaslı mitinq: Parlament mühasirəyə alındı
Portuqaliya seçmə mərhələ vasitəsilə də AVRO-2020-yə yüksəlib
Güney etirazlara qoşuldu: həbs edilənlərin sayı artır... - VİDEO
Azərbaycanda Milli Dirçəliş Günüdür
"Arzu edirəm ki, bayraq yürüşlərini işğal altında olan ərazilərimizdə keçirmək səadətini yaşayaq"
Bu gün Azərbaycan Dövlət Bayrağı günüdür
Sabahın hava proqnozu
İcbari tibbi sığorta ilə bağlı YENİ XƏBƏR - RƏSMİ
Sən ey istiqlalımın əbədiyyət sancağı, Azərbaycan bayrağı!!!
8 noyabr Bakı metropoliteni işçilərinin peşə bayramı günüdür - VİDEO
Ağstafada Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib - FOTOLAR
İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirildi
"Ermənistan başa düşməlidir ki, bu həll yolunun alternativi yoxdur" - BƏYANAT
Rusiyanın ATƏT-dəki səfiri: Saxlanılan şəxslərin dəyişdirilməsi Qarabağ münaqişəsi tərəfləri arasında etimada gətirib çıxara bilər
Azərbaycanda özəl məhkəmə ekspertləri fəaliyyət göstərəcək
Amaliya Pənahovanın məzarı üzərində abidəsi ucaldılıb
Yağış yağır, rəqs eyləyir gur damlalar...
Azərbaycan hərbi sahəyə Ermənistandan 6 dəfə çox pul xərcləyir
Türkiyədə həkim azərbaycanlı həmkarını güllələdi
Prezident Musa Yaquba EV VERDİ