Qarabag Media
Haqqımızda Əlaqə

1915-ci ilin 24 aprel həqiqətləri


Tarix:4-06-2016, 08:11 Kateqoriya:Manşet / Tarix

1915-ci ilin 24 aprel həqiqətləriErmənilərin hər il “erməni soyqırımının ildönümü” dəyə qeyd etdikləri 1915-ci ilin 24 apreldə nə baş verib? Həmin gün qiyamçı 2345 erməni komitə üzvünün həbs edildiyi tarixdir. Və bu tarixin hər hansı tədbirlə heç bir əlaqəsi yoxdur.

Osmanlı hökuməti ermənilərin üsyanı və törətdikləri qətliamlar qarşılığında, erməni patriki, millət vəkilləri və xalqın nümayəndələrinə “Ermənilərin müsəlmanlara arxadan zərbə vurmağa, qətllər törətməyə davam edəcəkləri halda zəruri tədbirlər görüləcəyi” xəbərdarlığını vermişdi. Xəbərdarlıq edilməsinə baxmayaraq ermənilər sakitləşmək əvəzinə müdafiəsiz qalan türk qadın və uşaqlarına qarşı hücüma keçdilər. Ordu bir çox cəbhədə müharibə apardığı üçün arxa cəbhənin təhlükəsizliyinin təmin olunmasına ehtiyac yaranmışdı. Bu səbəbdən, 24 aprel 1915-ci il tarixində erməni komitələri bağlandı. Onlara rəhbərlik edənlərdən 2345 nəfəri dövlət əleyhinə fəaliyyət göstərdiklərinə görə həbs edildi. Həbs edilənlər Ankara və Çankırı dustaqxanasına göndərildi.

Osmanlı hökümətinin qərarından sonra fəaliyyətə keçən Eçmüədzin Katolikosu Kevork ABŞ prezidentinə teleqraf göndərdi: “Hörmətli Prezident, Türk Ermənistanından aldığımız son xəbərlərə görə, orada qətliam başlamış və məqsədli bir terror, erməni xalqının mövcudluğuna təhlükə yaratmışdır. Bu həssas məqamda zati-ailələrinin və böyük amerikan millətinin saf duyğularına müraciət edərək, insanlıq və xristianlıq inancı adına, böyük respublikanızın diplomatik təmsilçilikləri vasitəsiylə dərhal müdaxilə edərək, türk fanatizminin zorakılığına buraxılmış Türkiyədəki xalqımın qorunmasını rica edirəm. Kevork, Baş yepiskok və bütün ermənilərin katolikosu”.

Qeyd edək ki, Osmanlı dövlətinin zəifləməyə başlaması, missioner məktəblərinin yaradılması, ölkənin demək olar ki bütün sahələrdə Avropa dövlətlərinin müdaxiləsinə məruz qalması ilə türk-erməni münasibətləri pozulmağa başladı. Avropanın böyük dövlətləri “islahat” adı altında bir tərəfdən Osmanlı dövlətinin daxili işlərinə qarışır, digər tərəfdən isə erməniləri onlara qarşı təşkilatlandırırdılar.

Beləliklə, ölkənin daxilində, xaricində təşkilatlanan, silahlanan erməni komitələri və kilsələrinin təhrikedici fəaliyyətləri nəticəsində erməni əhalisi yavaş-yavaş türklərdən uzaqlaşmağa başladı. Qərbin dəstəyini almaq üçün ermənilər özlərini “əzilən xalq” olaraq təqdim etməyə və “Anadoluda suverenlik haqlarını türklərin qəsb etdiyi” iddiasını səsləndirməyə başladılar.

İslahat Fərmanı ilə müsəlmanlar və qeyri-müsəlmanlar hüquq qarşısında bərabər statusa gətiriləndə öncəki imtiyazlarını itirən ermənilər, 1877-1878-ci illər rus-türk müharibəsi nəticəsində Rusiyadan, “işgal etdiyi Şərqi Anadolu torpaqlarından çəkilməməsini, bölgəyə müxtariyyət verilməsini və ya ermənilər lehinə islahat keçirilməsini” istəmişdilər. Ermənilərin bu tələbi Rusiya tərəfindən qismən qəbul edilmiş, Osmanlı-Rusiya müharibəsindən sonra imzalanan Yaşılköy(San-Stefano) anlaşması və daha sonrakı Berlin müqaviləsi ilə erməni məsələsi beynəlxalq səviyyəyə qalxmışdı. Beləliklə, Osmanlını bölmək istəyən xarici qüvvələr türk-erməni münasibətlərinə müdaxilə etməyə başladılar.

İngiltərə və Rusiya tərəfindən tarix səhnəsinə çıxarılan “erməni məsələsi” əslində imperializmin Osmanlı dövlətini yıxmaq və onun ərazilərini paylaşdırmaq siyasətinin bir parçası idi. Qondarma erməni soyqırımı iddiaları və yalanları da bu siyasətin təbliğat məhsuludur!..

Ermənilərin “Böyük Ermənistan” xülyası uğrunda vacib hesab etdikləri addımlardan biri qondarma “soyqırımı” iddiaları ilə gündəm yaratmaq və Türkiyəyə qarşı yönəlmiş planları həyata keçirməkdi. Bunun üçün erməni fəaliyyətlərinin əsasını təşkil edən və “Dörd T” şəklində adlandırıla biləcək olan planın əsasında bu anlayışlar dayanır: Tanıtma, Tanınma, Təzminat və Torpaq… Yəni, qondarma erməni “soyqrımı” bütün dünyada “tanıdılacaq”, iddialar dünya ictimaiyyətinə qəbul etdirilib Türkiyə tərəfindən “tanınacaq”(“etiraf ediləcək”), qondarma “soyqırım”a görə Türkiyə’dən “təzminat” alınacaq və “Böyük Ermənistan” xülyasını gerçəkləşdirmək üçün zəruri olan “torpaqlar” Türkiyədən qoparılacaqdır!…

“Dörd T” planının təməlini təşkil edən erməni iddiaları isə bunlardır:
1. Türklər, Ermənistanı işğal edərək ermənilərin topraqlarını əllərindən almışlar 2. Türklər, 1877-78 müharibəsindən etibarən ermənilərə qarşı olaraq qətliamlar törətmişlər. 3. Türklər, 1915-ci ildən etibarən erməniləri planlı şəkildə soyqırıma məruz qoymuşlar. 4. Tələt Paşanın ermənilərə qarşı soyqırım həyata keçirilməsi barədə gizli əmrləri vardır. 5. Soyqıırım zamanı ölən ermənilərin sayı 1,5 milyondur.

Bu gün, məqsədli olaraq gündəmdə qalmağa çalışan qondarma “erməni məsələsi”nin nə dərəcə əsassız olduğunu və hansı niyyətlərə xidmət etdiyini daha yaxşı anlaya bilmək üçün iddiaların və türk-erməni münasibətlərinin tarixi inişafını araşdırmaq lazımdır.

Berlin anlaşmasının imzalanmasından sonrakı dövrdə erməni məsələsi iki istiqamətdə inkişaf etmişdi. Bunlardan birincisi Qərb dövlətlərinin Osmanlı dövləti üzərindəki basqı və müdaxilələridi. İkinci istiqamət isə Anadolu, Suriya və Osmanlının Avropa hissəsində yaşayan ermənilərin Anadolunun müxtəlif yerlərində, xüsusilə Şərqi Anadolu ve Kilikyada gizli şəkildə təşkilatlanmaları və silahlanmalarıdır.

Rusiya tərəfindən gələn ilk təhriklər ingilisləri və fransızları ermənilərlə daha da yaxından maraqlanmağa sövq etmişdi. Şərqi Anadoludakı ingilis konsulluqlarının sayı sürətlə artmış, əlavə olaraq bölgəyə çoxsaylı protestant missionerlər göndərilmişdi.

Bu təhriketmələr nəticəsində Şərqi Anadoluda 1880-ci ildən etibarən müxtəlif erməni komitələri qurulmağa başladı. Ancaq lokal səviyyədə olan bu komitələr, Osmanlı idarəçiliyindən şikayəti olmayan, sülh və rifah içində yaşayan erməni icmalarınınn diqqətini çəkmədiyindən uğurlu olamamışdı.

Osmanlı ermənilərini ölkə daxilində qurulan komitələr yoluyla dövlətə qarşı hərəkata cəlb etmək mümkün olmadıqda, bu dəfə Rusiya imperiyasında yaşayan ermənilərlə Osmanlı torpaqlarından kənarda komitələr yaratdırmaq yoluna üstünlük verildi. Beləliklə, 1887-ci ildə Cenevrədə sosialist meylli, militarist Hınçak, 1890-ci ildə isə Tiflisdə terror, üsyan, mübarizə və müstəqillik tərəfdarı Daşnak komitələri ortaya çıxdı. Bu komitələrə, “Anadolu torpaqlarının və Osmanlı ermənilərinin xilası” hədəf olaraq göstərilmişdi. İstanbulda təşkilatlanan və Avropa dövlətlərinin diqqətini erməni məsələsinə çəkərək Osmanlı ermənilərini təhrik etməyi hədəfləyən Hınçaklar tərəfindən başlanan qiyam cəhdlərininin ardınca daşnaklar da siyasi fəaliyyətə keçdilər.

Bu üsyan cəhdlərinin ortaq özəllikləri-Osmanlıya kənardan gələn komitələr tərəfindən planlaşmış və istiqamətləndirilmiş olmaları ilə təşkilatlanma fəaliyyətlərində Anadoluya yayılan missionerlərin böyük dəstəyinin olmasıdı.

İlk üsyan 1890-cu ildə Ərzurumda oldu. Bu üsyanı, eyni il meydana gələn Qumqapı nümayişi, 1892-93-cü illərdə Kayseri, Yozgat, Çorum və Merzifon hadisələri, 1894-Sasun üsyanı, Babıali nümayişləri və Zeytin üsyanı, 1896-da Van üsyanı və Osmanlı Bankının işğalı, 1903-cü ildə ikinci Sasun üsyanı, 1905-də Sultan Əbdülhəmidə sui-qəsd cəhdi və nəhayət 1909-ci ildə baş verən Adana üsyanı izləmişdi.

1906-1922-ci illər arasında Anadoluda ve Qafqazda, 517 min 955 nəfər türk, ermənilər tərəfindən qətlə yetirilib. Sayı müəyyən edilə bilməyənlərlə birgə bu rəqəm 2 milyona qədərdir.

Ermənilər türk xalqına ən böyük zərbəni Birinci Dünya Müharibəsində həyata keçirdikləri qətliamlarla vurublar. Bu dönəmdə ermənilər Rusiya üçün cəsusluq edirdilər. Bütün baş verənlər, qeyri-qanuni erməni komitələrinin bağlanılması və quldur dəstələrinin başçılarının həbs edilməsindən ibarətdir. Lakin ermənilər hadisələri bir “soyqrım” kimi göstərməyə, ABŞ ilə Rusiyanı öz tərəflərinə çəkməyə çalışıblar.

Erməni üsyanları və qətliamları qarşısında Osmanlı dövləti ilk olaraq yerli xarakterli tədbirlərə əl atmış və baş verənlərin qarşısını almaqla kifayətlənməyə üstünlük vermişdir. Ermənilərin fərarilik etmələrinə, dini liderlərinin üsyanlardakı böyük rollarına rəğmən, hökumət bu üsyanları cəzalandırmamışdır. Eyni zamanda başda erməni patriki və erməni millət vəkilləri olmaqla, komitələrə və erməni icmasının rəhbərlərinə yenidən təxribatlar törədiləcəyi halda “ölkənin müdafiəsini təmin etmək məqsədilə sərt tədbirlər görüləcəyi bildirilmişdi.

Erməni quldur dəstələrinin vəhşilikləri davam edərkən, dövlətin nəzarət orqanları tərəfindən ermənilərin yaşadıqları bölgələrdə keçirilən axtarışlarda çoxlu silah və sursat ələ keçirilmişdi. Artıq dövlətin varlığını ciddi olaraq təhdid edən bu durum, biraz daha mülayim yanaşıldığında, ağır nəticələr doğuracağını göstərirdi. Osmanlı dövlətinin müharibəyə qoşulmasından və xüsusilə Qafqaz Cəbhəsindəki uğursuzluqdan sonra ermənilərin müsəlmanlara qarşı təzyiqləri, fərarilik halları, ordu və jandarmaya basqınları, fransızca, rusca və ermənicə şifrəli yazışmalarının ələ keçirilməsi ölkə üzrə bir qarışıqlıq yaradacaqlarını göstərən ən önəmli sübütlar olmuşdur.

Ermənilərin üsyanları, qətliamlar və dağıntılardan əlavə, rusların bir ay ərzində Van, Malazgird və Bitlisi işğal etməsi ilə nəticələnmişdi. Belə olduqda dövlət ölkənin müxtəlif bölgələrində yaşayan bəzi ermənilərin, “köçürülməsinə” qərar verməyə məcbur olmuşdu.

I Dünya Müharibəsində ələ keçirdikləri yerlərin onlara veriləcəyi və müstəqil bir Ermənistan qurulacağı kimi vədlərə inanan ermənilərin vətəndaşı olduqları Osmanlı dövlətini arxadan vurmaları köçürməni zəruri edirdi. Qafqaz və İran cəbhələrinin təhlükəsizlik xəttini təşkil edən bölgələrdəki ermənilərin köçürülməsi, onları məhv etmək deyil, dövlətin təhlükəsizliyini təmin etmək, onları qorumaq məqsədi güdərək dünyanın ən uğurlu köçürmə prosesi olmuşdu. Qanunda deyilirdi: “1ci maddə: “Dövlət qurumlarına və dövlət quruluşuna qarşı muxalifət, silahla təcavüz və müqavimət qeydə alınarsa zorakılığa qarşı mübarizə aprılması və zərərsizləşdirilməsi; 2-ci maddə: “Silahlı qüvvələrə yönəlmş cəsusluq və xəyanətlərin müəyyən edildiyi kənd və qəsəbələrin başqa bölgələrə köçürülməsi”. 3-cü maddədə qanunun qüvvəyə minmə tarixi və icrası, 4-cü maddədə isə qanunun tətbiqinə məsul olan şəxslər göstərilmişdi. Hökümət səlahiyyətli qurumlara köçürülənlərin həyatlarının və əmlakının qorunması; yeni yaşayış yerlərində məskunlaşana qədər iaşə xərclərinin təmin olunmasını; köçürülənlərə əvvəlki maddi vəziyyətlərinə görə yeni ərazi və əmlakın verilməsini; ehtiyacı olanlar üçün ev tikilməsini, onlara təsərrüfat üçün vacib vasitələrin verilməsini; daşınabilən əmlakların daşınmasına yardım edilərək, daşınmaz əmlakın qiymətinin müəyyən edilib ödənilməsini tapşırmışdı. Bütün bu məsələlərlə məşğul olacaq xüsusi komissiyalar yaradılmışdı.

Qanunun tətbiqi üçün verilən əmrdə hətta, köçürülənlərə isti ət yeməklərinin verilməsi də nəzərdə tutulmuşdu. Verilən əmrlə həmçinin, köçürülməyə məsul olan dövlət məmurlarına işlərində yol verəcəkləri qüsurlar üçün edam edilməyə qədər yüksələn cəzalar nəzərdə tutulmuşdu. Köçürülən əhali şəhər mərkəzlərində toplanılmış və gedəcəkləri marşrut olaraq ən təhlükəsiz hesab edilən yollar seçilmişdi.

Köçürülmə zamanı göstərilən bu diqqət və məsuliyyətli davranışı ABŞ-ın Mersin konsulu Eduard Natan, 30 avqust 1915-ci ildə səfir Morqentauya göndərdiyi məruzəsində də xüsusi qeyd olunmuşdu.

Erməni tərəfindən ən çox dilə gətirilən və tərif edilən məsələ erməni əhalisinin köçürülmədən öncə və sonra olan sayıdır. Bütün mövcud mənbələrin əksinə o zamankı əhalinin real sayı bir neçə dəfə artıq göstərilərək qondarma ”soyqrımı” iddialarına haqq qazandırmaq üçün rəqəmlər şişirdilmişdi. Birinci Dünya Müharibəsi illərində Osmanlı torpaqlarında yaşayan ermənilərin sayı bəzi xarici mənəblərdə aşağıdakı kimi göstərilmişdir: Erməni patrikliyinə görə 2.5 milyon Lozanna Konfransı erməni heyətinə görə 2.2 milyon Fransız Sarı Kitabına görə 1.5 milyon Britannikaya görə 1.5 milyon İngilis illik statistikasına görə 1 milyon Osmanlı dövləti rəsmi sənədlərinə görə ölkədəki ermənilərin sayı bu cür olmuşdur: 1893 Siyahıyaalmasına görə 1.001.465 1906 Siyahıyaalmasına görə 1.120.748 1914 Siyahıyaalmasına görə 1.221.850.

Köçürmə prosesində Ərzurum, Van və Bitlis vilayətlərindən çıxarılan ermənilər Mosulun cənubu ilə Zor və Urfa mahalına; Adana, Hələb, Maraş ətrafından çıxarılan ermənilər isə Suriyanın şərqi ilə Hələbin şərq ve cənub-şərqinə yerləşdirilmişdi. Yeni yaşayış yerlərinin Bağdad dəmiryoluna ən az 25 km. uzaqlıqda qurulmasına, ermənilərin sayının yerli əhalinin 10%-indən çox olmamasına və kəndlərin 50 evdən çox olmaması diqqətdə saxlanılmışdı.

Köçürmə zamanı müxtəlif üsullarla köçürülənlərin əvvəlki və sonrakı yerlərdəki sayları davamlı şəkildə nəzarətdə saxlanılmışdı. 9 iyun 1915dən 8 fevral 1916 tarixinə qədər Anadolunun müxtəlif bölgələrindən yeni bölgələrə köçürülənlərin sayı Osmanlı arxivindədəki sənədlərə görə belədir: 438 min 758 nəfər toplanmış, bunlardan 382 min 148-i isə yeni yaşayış yerlərinə sağ çatdırılıb.

56 min 610 nəfərlik fərqin səbəbi sənədlərdən əldə edilən məlumatlara görə, aşağıdakı şəkildə ortaya çıxmışdı: 5 yüz nəfər Ərzurum-Ərzincan arasında; 2 min nəfər Urfa Hələb arasındakı Məskənədə; 2 min nəfər Mardin ətrafında quldurlar və ərəb qəbilələrinin hücumu nəticəsində qətlə yetirilmiş, ayrıca bir o qədər, yəni təqribən 5 min nəfərdən çoxu da Dərsim bölgəsindən keçərkən baş berənn basqınlar nəticəsində öldürülmüşdür. Bu itkilər ermənilərə qarşı, heçbir şəkildə qətliam törədilmədiyini göstərməktədir. Qətliamın olmadığı yerdə isə soyqırımdan danışmaq olmaz. Bu məlumatlarla toplam 9-10 min nəfərin köçürmə zamanı qətlə yetirildiyi müəyyən edilmişdir. Ayrıca yollarda aclıqdan da ölümlər olduğu sənədlərdən aydın olur. Bunun başqa tif, dizanteriya kimi xəstəliklər və iqlim şərtləri səbəbiylə də təqribən 25-30 min nəfərin öldüyü güman edilir ki, bu şəkildə 40 minə yaxın nəfər yollarda itirilmişdir.

Qalan 10-16 min nəfərin isə bir qismi, yola çıxarılsa da gedəcəkləri yerə çatmamış prosesin dayandırılması səbəbiylə planlanan bölgələrə aparılmamışlar. Digər tərəfdən köçürülənlərin bəzilərinin Rusiyaya, Qərb ölkələrinə və Amerikaya qaçdıqları da güman edilir.

Bəhs edilən dövrdə Osmanlı ordusunda xidmət edən ermənilərdən 50 mininin rus ordusuna qoşulduğu, türklərlə savaşmaq üçün 50 min erməninin də Amerikan ordusunda üç-dörd illik təlim keçdiyi ilə bağlı dəlillər mövcuddur. Eyni zamanda müxtəlif erməni nümayəndələrinin tərəfindən etiraf edilən Osmanlı ermənilərindən 500 minlə 1 milyona qədərinin Avropa, Amerika və Çar imperiyası ərazilərinə qaçdığı barədə yazılı məlumatlar vardır.

Bu halda ermənilərin iddia etdiyi kimi bir “erməni soyqırımı” və ya 2-3 milyon erməninin məhv edilməsi mümkün deyildir.

B. Adiloğlu
“KarabakhİNFO.com”










SON XƏBƏRLƏR
Şəhid Natiq Babayev və Namiq Abdullayev Şəhidlər Xiyabanında anıldı (FOTOLAR)
Azərbaycan şahmatçısı erməni rəqibini məğlub edib
39 şəhər və rayon büdcədən dotasiya almayacaq
Qorbaçov Rusiya prezidentinə müraciət etdi
Çində hərbçilərimizin iştirak etdiyi VII Dünya Oyunlarının açılış mərasimi keçirilib
Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə nə qədər vəsait daxil ola bilər ?
Ərdoğan Trampı buna da məcbur etdi
Paşinyanın saytı dağıdıldı – “Qarabağ Azərbaycandır və nida işarəsi!” yazıldı – FOTO
Leyla Abdullayevadan ermənistanlı həmkarlarına cavab: "Yaddaşınızı yeniləyin"
“Qarabağ alınmayınca, biz hamımız qarabağlıyıq”- Sankt – Peterburqdan Qarabağ mesajları - FOTOLAR
Bəsirə Məmmədli Laçın məktəbinə direktor təyin edildi - FOTO
“Bu köç Qaradağa gedir - Bu köç Qarabağa getmir...”
18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar
Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”
"Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edəcəyik" – Ərdoğan
Türkiyədə təyyarə qəzaya uğradı
Ermənilər Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
Həmsədrlər sabah Xankəndinə səfər edəcəklər
Ermənistan Suriyaya qoşun göndərdi
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı
MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib
Azərbaycanın internet sürətinə görə yeri açıqlandı
Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...
İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib