Qarabag Media
Haqqımızda Əlaqə

`Mənə dağ çəkən dağlar` adlı şeirlər kitabı işıq üzü görüb


Tarix:2-06-2016, 07:42 Kateqoriya:Manşet / Yazarlar

`Mənə dağ çəkən dağlar` adlı şeirlər kitabı işıq üzü görüb Bu günlərdə "Mənə dağ çəkən dağlar" adlı şeirlər kitabı nəşr olunub. Elbrus Abbasovun yeni çapdan çıxmış ikinci kitabı bu adla işıq üzü görüb.

Məlumat üçün bildirək ki, Elbrus Abbasovun bundan öncə ”Xəyalım yön alıb yenə Laçına“ adlı kitabı işıq üzü görmüşdü. “CBS-PP” nəşriyyatında çap olunan yeni kitab 312 səhifə həcmində, 500 tirajla nəşr olunub.

Qeyd edək ki, Elbrus Xaspolad oğlu Abbasov 1946-cı il may ayının 16-da Laçın rayonunun Daşlı kəndində ziyalı ailəsində anadan olub. 1963-cü ildə orta məktəbi bitirib və həmin il AKTİ-nin Baytarlıq fakültəsinə qəbul olub. 1968-ci ildə institutu müvəffəqiyyətlə bitirərək təynatını doğma Laçın rayonunda çalışmaq üçün alıb. Rayonun Kürdhacı, Cağazur, Qoşasu və Şəlvə baytar məntəqələrində müdir olub. 1977-ci ildən 1987-ci ilə qədər Daşlı sovetində sədr, 1999-cu ilin dekabr ayına kimi “Jdanov” adına sovxozda direktor, “Nəsimi” adına kolxozda sədr vəzifəsində çalışıb. 2010-cu ilədək isə məskunlaşdığı Ağsu rayonunun Gürcüvan kəndində bələdiyyə sədri seçilib. Poeziyaya həvəsi orta məktəbdə oxuyandan yaranmış, yazdığı şerləri ən yaxınlarına oxumaqla kifayətlənmişdir. Rayon və respublika mətbuatında dəfələrlə şerləri çap edilib. Şeirlərinin bir hissəsini yeni çapdan çıxmış “Mənə dağ çəkən dağlar“kitabında toplanıb. Sonsuz vətən həsrəti , o dağları , bulaqları , yenidən görmək , ata-baba qəbrlərini ziyarət etmək arzusu ürəyinə hakim kəsilmişdir. Dostlarla sədaqətli, elinə -obasına məhəbbətli, xalqını sevən, ailəsinə tələbkar, yaxşı bir ağsaqqaldır. Bu keyfiyyətlər bütün yazılarından qabarıq hiss edilir.

Elbrus Abbasov deyir ki, “məni ümid , xalqıma , prezidentimə və orduma olan inamım və məhəbbətim yaşadır. O dağları görməsəm, o bulaqlardan su içməsəm, dostlarla Şəlvə dərəsində adıyla məşhur bulaqların üstündə qonaqlıqlar verməsəm ölmərəm, mən o günü görmək üçün yaşayıram “.

İnanırıq ki, o günlərə az qalıb, Elbrus müəllim!

Tanrı özü qismət etsin!!!

Ramil CƏBRAYIL










SON XƏBƏRLƏR
Zelenski kadr islahatlarının anonsunu verdi
Petro Poroşenko prezident seçkilərində məğlubiyyətini etiraf edib
25 il öncə Lələtəpədə şəhid olan döyüşçülərin xatirəsi anıldı - FOTOLAR
Saakaşvili sabah Kiyevə qayıdır
Ermənilərin talan etdiyi Kəlbəcər – Ürək dağlayan ən son görüntülər – VİDEO
Fransanın Nant şəhərində Azərbaycan məktəbi açıldı
Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
İncitdiyiniz insanların sayı-hesabı yoxdur
Jurnalistin vətəni
Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?
İlbər Ortaylı: “Sultan Səlimlə Şah İsmayıl kimi dava edəsi deyilik”
Mayın 29-da Putin və Paşinyan arasında görüş keçiriləcək
Ərdoğandan çağırış: "Seçki mübahisələrini geridə qoyaq"
"Azərbaycan(!) qızının gecə klubunda nə iti azıb ki?.." - Fikir savaşı
Azərbaycan və İranın birgə istehsalı olan avtobuslar satışa hazırlanır
Xəzərdə 6 milyard dollarlıq yeni layihəyə start verildi
Koçaryan Avropa liderlərini köməyinə çağırdı
Əhaliyə hava xəbərdarlığı
Azərbaycan dilinin 113 minlik yeni orfoqrafiya lüğəti hazırlanıb
"Qaz və işığa qoyulan limitin ləğvi məqsədəuyğun deyil" – Deputat
Azərbaycanda zorakılığa məruz qalan uşaqlarla bağlı qaynar xətt yaradılır
Pensiya və əmək haqları yenidən qaldırılacaq – Prezident bəyan etdi
Aqil ABBAS: TELEKANALLARI TELEKANALİZASİYAYA ÇEVİRMƏYİN
"Paşinyan Dağlıq Qarabağda rəngli inqilab etmək istəyir" - NƏZAKƏT MƏMMƏDOVA
Şərif Ağayar: "Laçın indi mənə çatmadığım, çata bilmədiyim bütün arzuların ümumiləşmiş obrazı kimi görünür" - MÜSAHİBƏ
İslam dininə üçlü yanaşma: Mühafizəkarlıq, Dünyəvilik, Millilik - (III yazı)
Prezident və birinci xanım Neftçilər parkının açılışında
Güclü külək və leysan yağışları Gürcüstanda ciddi fəsadlar törətdi
Müasir Azərbaycan Folklorşünaslıqda yeni nəzəri-metodoloji yanaşma təcrübəsi
Bakının şərtinə əməl olunmadıqca, eskalasiya təhlükəsi davam edəcək