Qarabag Media
Haqqımızda Əlaqə

"Həyatıma sui-qəsd hazırlanıb" - İlhamə Quliyeva (VİDEO)


Tarix:17-10-2015, 21:40 Kateqoriya:Manşet / Gündəm

ilhameXalq artisti İlhamə Quliyeva həyatına sui-qəsd edilməsi iddiası ilə mətbuat konfransı keçirib.

Karabakhmedia.az-ın məlumatına görə, İ. Quliyeva bildirib ki, il yarım bundan əvvəl Mehriban Hüseynova (Bəylərqızı) onun evinə köməkçi-xadimə kimi işə götürülüb: “Oğlumun dostu ilə dil tapıb, ona deyib ki, İlhaməni öldürmək istəyirəm, mənə zəhər tap. Deyirmiş, onun var-dövləti mənə qalsın. Oğlumun dostu mənə dedi ki, İlhamə xanım, evə kiçik kamera qoyun. Mən psixotrop dərmanları soyuducudan tapdım. Onun evimdə olduğu müddətdə özümü çox pis hiss edirdim. Sən demə, yeməyimə dərman qatırmış. Sonra evimdən 5000 min manat və 2000 dollar oğurlayıb, gedib mənim adımdan saxta vəsiyyətnamə hazırlatdırıb. Bundan başqa, evimdən qızıllarımı, bahalı xəz paltolarımı oğurlayıb. Evimdə cadu edib, qıfıllar asıb. O, bu işləri başqalarının da başına gətirib”.

İ. Quliyeva əlavə edib ki, məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarını evə dəvət edib: “Mən evə polis dəvət etdim, gəldilər, onu bir yolla çağırtdırdım, götürüb apardılar. Amma necə olur polis deyir ki, bizə müraciət etməyib? Mən Mehribanı tutdurmaq istəmirdim. Mənim yaxınımı şantaj ediblər, onu çağırıb deyiblər ki, Mehribanın başından bir tük əskik olsa, sən də, İlhamə də özündən küssün. Ona görə mən də axıra qədər davam etdim. Məni arxayın etmişdilər ki, onu tutmuşuq, Kürdəxanıdadır. Amma bu günlərdə bir dəfə maşını onların küçəsindən sürdürdüm, gördüm ki, Mehriban maşındadır. Yanındakılar mənim işçilərimə təzyiq edəndə maşından düşdüm. Məni görəndə qaçdılar. Ərinə dedim ki, Mehriban Kürdəxanıda olmalıdır. Dedi, mən buraxdırmışam”.


Karabakhmedia.az










SON XƏBƏRLƏR
Məmmədyarovla Mnatsakanyanın görüşməmə səbəbi açıqlandı
Sultan bəyin məğlub etdiyi tayqulaq Andraniki Rotşildlər maliyyələşdirib — VİDEO
Ermənisayağı güzəşt
Saakaşvili qanında erməni qarışığının olmadığını genetik testlə sübuta yetirib
BALACA İSMAYILIN BÖYÜK İSTEDADI
Yeni nəzarət-kassa aparatlarının tətbiqi tezləşdiriləcək
Rövşən Rzayev Beyləqanda köçkünləri qəbul etdi
Soçi görüşü – Hər şeyin öz yerini tutduğu danışıqla
Yığılan vergi daha çox bu sahəyə xərclənir – Nazir açıqladı
Azərbaycan əhalisinin sayı açıqlanıb
Rafiq Hüseynovun barelyefinin açılışı oldu - FOTO
Azərbaycan və İran xarici işlər nazirləri Tehranda görüşəcək
Azərbaycanlılar Gürcüstan parlamentinin qarşısında aksiya keçirirlər
Yeddi dövlət Türkiyəyə qarşı bəyannamə imzaladı
Avropada qrip epidemiyası: ölənlərin sayı artır
Ölkədə ictimai rəyi araşdıracaq mərkəz yaradılır – Prezidentdən fərman
Şənbə gününün hava proqnozu: yağış, qar yağacaq
Avtomobillərin bahalaşmasının səbəbləri sadalanıb
Aleksander Çeferin yenidən UEFA prezidenti seçilib
Oqtay Şirəliyevin oğlu İSTEFA VERDİ
Prezident İlham Əliyev zəlzələ bölgəsinə gedib - FOTO
Şəhid polkovnik Raquf Orucovun oğlu: “Şəhidlərin hər biri bizik!”
Səni unutmaq olmur... - İlham QƏHRƏMAN - ŞEİRLƏR
Qaxda müğənni yol qəzasında öldü - FOTO
Bakıdan Güneyə dəstək: Kim qoşulacaq?
Yağış yağacaq, külək əsəcək, qar yağacaq - XƏBƏRDARLIQ
“Gəncliyin səsi” festivalına yekun vuruldu
“MONQOL-TATARLAR” MƏNBƏ VƏ RƏSMLƏRDƏ SARIŞINDIRLAR
Nəsimini sovet vətəndaşına çevirənlər
Qənirə Paşayeva Qovlar şəhərində şəhid ailələri ilə görüşüb