Qarabag Media
Haqqımızda Əlaqə

Ərdoğan: ''Azərbaycanın uğurları ilə qürur duyuruq''


Tarix:27-05-2016, 03:11 Kateqoriya:Manşet / Türk dünyası

 Ərdoğan: ''Azərbaycanın uğurları ilə qürur duyuruq''Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Respublika günü münasibəti ilə təbrik edib.

Karabakhmedia.az Azərbaycan prezidentinin saytına istinadən bildirir ki, təbrik məktubunda deyilir: “Cənab Prezident, əziz qardaşım.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına millətim adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram.

Bu il müstəqilliyinin bərpasının 25-ci ildönümünü qeyd edən Azərbaycan dövlətlərin tarixi baxımından qısa bir müddətdə qədim tarixindən, mədəniyyətindən və ənənələrindən güc alaraq bütün sahələrdə gözqamaşdırıcı uğurlara nail olub. Gündən-günə daha da inkişaf edən və bölgədə olduğu kimi, qlobal miqyasda da önəmli bir ölkə mövqeyinə yüksələn Azərbaycanın bu uğurlarını məmnunluqla müşahidə edir və qürur duyuruq. Əminik ki, qətiyyətli və uzaqgörən liderliyiniz sayəsində qarşıdakı dövrdə də Azərbaycan bütün sahələrdə yeni nailiyyətlər əldə edəcək.

“Bir millət, iki dövlət” şüarı əsasında strateji müttəfiqlik səviyyəsinə çatdırdığımız əlaqələrimizin qarşılıqlı səfərlər və görüşlərlə yanaşı, beynəlxalq platformalarda da bir-birimizə verdiyimiz dəstəklə ən yüksək zirvəyə qalxması məmnunedicidir. Qarşıdakı dövrdə də iki qardaş dövlət olaraq sıx əməkdaşlığımızın genişlənməkdə davam edəcəyinə, regionumuzda, hətta bölgəmizdən kənarda da təhlükəsizlik, rifah və sabitliyə əhəmiyyətli töhfə verəcəyinə əminəm.

Milli bayramınız münasibətilə Zati-alinizə, əziz qardaşıma cansağlığı və xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına əmin-amanlıq və rifah diləklərimi bir daha ifadə edirəm”.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
İlbər Ortaylı: “Sultan Səlimlə Şah İsmayıl kimi dava edəsi deyilik”
Mayın 29-da Putin və Paşinyan arasında görüş keçiriləcək
Ərdoğandan çağırış: "Seçki mübahisələrini geridə qoyaq"
"Azərbaycan(!) qızının gecə klubunda nə iti azıb ki?.." - Fikir savaşı
Azərbaycan və İranın birgə istehsalı olan avtobuslar satışa hazırlanır
Xəzərdə 6 milyard dollarlıq yeni layihəyə start verildi
Koçaryan Avropa liderlərini köməyinə çağırdı
Əhaliyə hava xəbərdarlığı
Azərbaycan dilinin 113 minlik yeni orfoqrafiya lüğəti hazırlanıb
"Qaz və işığa qoyulan limitin ləğvi məqsədəuyğun deyil" – Deputat
Azərbaycanda zorakılığa məruz qalan uşaqlarla bağlı qaynar xətt yaradılır
Pensiya və əmək haqları yenidən qaldırılacaq – Prezident bəyan etdi
Aqil ABBAS: TELEKANALLARI TELEKANALİZASİYAYA ÇEVİRMƏYİN
"Paşinyan Dağlıq Qarabağda rəngli inqilab etmək istəyir" - NƏZAKƏT MƏMMƏDOVA
Şərif Ağayar: "Laçın indi mənə çatmadığım, çata bilmədiyim bütün arzuların ümumiləşmiş obrazı kimi görünür" - MÜSAHİBƏ
İslam dininə üçlü yanaşma: Mühafizəkarlıq, Dünyəvilik, Millilik - (III yazı)
Prezident və birinci xanım Neftçilər parkının açılışında
Güclü külək və leysan yağışları Gürcüstanda ciddi fəsadlar törətdi
Müasir Azərbaycan Folklorşünaslıqda yeni nəzəri-metodoloji yanaşma təcrübəsi
Bakının şərtinə əməl olunmadıqca, eskalasiya təhlükəsi davam edəcək
"Türk axını"nın Serbiya ərazisində tikintisinə start verildi
Qətlə yetirilən nazir, azad edilən qatil
Əkrəm İmamoğlunun qələbəsi tanındı – SON DƏQİQƏ
Türk deputat İrəvanda erməniləri susdurdu: "Qarabağ Azərbaycanındır"
Mahir Abbaszadə seçiciləri ilə görüşdü - FOTOLAR
Şəki Məhkəməsinə iftira atanlar kimlərdir? - ŞİKAYƏT
AKP rəsmən İstanbulda təkrar seçki tələb edir
Rövşən Rzayev BMT nümayəndəsi ilə görüşdü
Lavrov Azərbaycan və Ermənistan XİN rəhbərlərinin razılaşmasından DANIŞDI
"Belə hoqqabazlarla danışıq yolu ilə Qarabağı azad etmək mümkündürmü?"