Qarabag Media
Haqqımızda Əlaqə

Bank borcuna görə əşyalarınız müsadirə oluna bilərmi? - HÜQUQ MƏSLƏHƏTXANASI


Tarix:26-05-2016, 17:52 Kateqoriya:Manşet / Hüquq

Bank borcuna görə əşyalarınız müsadirə oluna bilərmi? - HÜQUQ MƏSLƏHƏTXANASIPublika.az-ın “Hüquq məsləhətxanası” rubrikasında bu dəfə ailə qurmuş qıza ata evindən pay düşməsini, borca görə müsadirə olunan evdə başqasına məxsus əşyaların da da bu prosesə cəlb edilib-edilməməsi ilə bağlı oxucularımızdan gələn suallara cavab öyrəndik.

Həmişəki kimi yenə də suallarımızı Bakı Hüquq Mərkəzinin hüquqşünası, vəkil Dünyamin Novruzov cavablandırıb.

Sual 1.
Bakı sakini Gülər Cəfərova: Mən 1984-cü ilə kimi atama məxsus evdə yaşamışam. 1984-cü ildə ailə qurmuşam və o tarixdə də ata evində qeydiyyatdan çıxmışam. 1990-cı ildən sonra ev özəlləşdirilib və anamın adına keçirilib. Anam bir neçə ildir ki, rəhmətə gedib, amma ev hələ də onun adındadır. Hazırda bu ata evimizdə qardaşım ailəsi ilə və bacım yaşayırlar. Bilmək istəyirəm ki, bu evdə qeydiyyatda olmamağıma və orada yaşamamağıma baxmayaraq mənə bir vərəsə kimi ata evindən pay düşür?

Cavab:
Sizin miras əmlakdan (mənzil və digər əmlakdan) pay almaq hüququnuz evdə qeydiyyatda olmanız və (və ya) yaşamanızdan asılı deyil. Siz birinci növbədə vərəsə kimi mənzildən pay almaq hüququna maliksiniz (Azərbaycan Respublikası Mülki Məcəlləsi, m. 1133.1, 1159.1.1). Lakin nəzərə almaq lazımdır ki, adı çəkilən Məcəllənin 1243.2-ci və 1246-cı maddələrinin tələbləri baxımından siz bu hüququnuzu ananızın vəfatından sonra 3 ay ərzində (1) mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyiniz barədə ərizə verməklə və ya (2) əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaq və bununla da mirası qəbul etdiyinizi şəksiz nümayiş etdirməklə həyata keçirməli idiniz. Əgər həmin müddət ərzində hər hansı üzrlü səbəb olmadan miras əmlakı qəbul etməmisinizsə, onda miras əmlakdan pay almaq hüququnuzu itirmisiniz və Sizə mənzildən hər hansı pay düşmür. Əgər miras əmlakı qəbul etmisinizsə, onda miras əmlakdan sizə düşən pay üzərində mülkiyyət hüququnuz ananızın vəfatı tarixindən yaranıb. Çünki sözügedən Məcəllənin 1255-ci maddəsinə görə, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

Sual 2.
Gəncədən Vasif Babayev: Qardaşımın banka olan borcuna görə evdəki əşyaların icra məmuru tərəfindən siyahıya alınacağı və satılaraq əldə edilmiş pul hesabına borcun ödəniləcəyi deyilir. Lakin evdə qardaşımla yanaşı mənim də əşyalarım var. Əgər mənə məxsus əşyalar da siyahıya alınarsa, onda mən nə etməliyəm?

Cavab:
"İcra haqqında" qanunun 43.1.1-ci maddəsinə görə, məcburi icra tədbiri kimi borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi mümkündür. Adı çəkilən Qanunun 4-cü fəsli tələbin borclunun əmlakına yönəldilməsi qaydasını tənzimləyir. Əgər qardaşınıza məxsus əşyalarla birlikdə Sizin mülkiyyətinizdə olan əmlaklar da məcburi icra tədbirinin tətbiqi çərçivəsində siyahıya alınarsa, onda siz "İcra haqqında" qanunun 89-cu maddəsində təsbit edilmiş hüququnuzdan istifadə edə bilərsiniz. Həmin maddəyə görə, tələbin yönəldildiyi əmlakın borcluya və başqa şəxslərə məxsus olması (mənsubiyyəti) ilə bağlı mübahisə yarandıqda, maraqlı fiziki və hüquqi şəxslər əmlakın həbsdən azad olunması və ya onun siyahıdan çıxarılması barədə iddia ilə məhkəməyə müraciət etmək hüququna malikdirlər.










SON XƏBƏRLƏR
İlk əsgər məzarlığı salınır: Müharibəyə hazırlıqdır? – Zakir Həsənov
Bu gün Azərbaycanda Bilik Günüdür
Azərbaycan-Türkiyə həmrəylik yürüşü keçiriləcək
Türkiyənin Vitse-prezidenti sabah Azərbaycana səfərə gəlir
Qəhrəmana bərabər qəhrəman: Bitməyən müharibənin döyüşçüləri - FOTOLAR
Piyadalara qarşı cərimələri yol polisi yazacaq - RƏSMİ
Kremlin Qarabağ blefi: Sözdən işə nə zaman keçiləcək?
Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR
Azərbaycan hərbçiləri Almaniyada təlimdə iştirak edirlər
Tramp: Misir Prezidenti mənim sevimli DİKTATORUMDUR
Qazaxıstanda silah anbarı partladı
Türkiyədə ard-arda iki güclü zəlzələ olub
Yaponiyada yüz yaşı tamam olanların sayı 71 mini keçdi
Mirşahin Ağayevə medal verildi
Türkiyə Qarabağ müharibəsində Azərbaycana niyə kömək etmədi? - Kod adı ZƏFƏR olan türk genaralı danışdı - EKSKLÜZİV
Türkmənistan-Azərbaycan iqtisadi əməkdaşlığına dair müzakirələr aparılıb
Türkiyədə siyasi proseslər DƏYİŞİR - Ərdoğanın partiyası niyə parçalanır?
Putin müsəlmanlarla araq içdi – “İmamların 3-də…” - VİDEO
MƏQSƏD SƏTTAROV KİMDİR? - I YAZI
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ŞEYX MƏHƏMMƏD XİYABANİ- III Yazı
Əhməd Davudoğlu AKP-dən istefa verib
Özbəkistan Türk Şurasının üzvü olacaq
2020-ci il üzrə dövlət büdcəsinin gəlir və xərcləri
“Təlimlər döyüş qabiliyyətinin artırılmasına xidmət edir” - Müdafiə naziri
Qarabağ icması Fransa hökumətinə çağırış edib
Piyadaları cərimələyən post-patrul əməkdaşlarının səlahiyyətlərinə xitam verilib
İnsanın soykökünün saxtalaşdırılması onun şərəf və ləyaqətinə qarşı hörmətsizlikdir
Mehriban Əliyeva Kürdəxanıda parkın açılışında - FOTO
Rövşən Rzayev: "Həmsədrlər Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməlidirlər"
İşğal olunmuş ərazilərlə bağlı qanun niyə qəbul olunmur? - Deputatdan pessimist CAVAB