Qarabag Media
Haqqımızda Əlaqə

Əcnəbi ilə nikaha girmək üçün nə tələb olunur?


Tarix:23-05-2016, 18:04 Kateqoriya:Manşet / Hüquq

Əcnəbi ilə nikaha girmək üçün nə tələb olunur?Publika.az-ın “Hüquq məsləhətxanası” rubrikasında bu dəfə bir neçə şəxsə eyni etibarnamənin verilib-verilməməsinin mümkünlüyünü və nikaha girmək istəyən xarici vətəndaşdan subaylığı barədə sənəd tələb edilməsinin qanuni tərəfləri ilə bağlı oxucularımızın suallarına cavab axtarmışıq.

Yenə də suallarımızı Bakı Hüquq Mərkəzinin hüquqşünası, vəkil Dünyamin Novruzov cavablandırıb.

Sual 1.
Bakı şəhərindən Etibar Həziyev: Mən müəyyən işlərimi aparmağı atama və qardaşıma etibarnamə ilə həvalə etmək istəyirəm. Bunun üçün ayrı-ayrı etibarnamə tərtib etməliyəm, yoxsa, bir etibarnamədə hər ikisinin adı göstərilə bilər?

Cavab:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 75-ci bəndinə görə notarius bir və ya bir neçə şəxs adından bir və ya bir neçə şəxsin adına verilən etibarnaməni təsdiq edə bilər.

Sual 2.

Gəncə şəhərindən Leyla Ağayeva: Xarici vətəndaşla Azərbaycanda rəsmi nikaha daxil olmaq üçün onun subay olması barədə arayışın tələb edilməsi qanunidirmi?

Cavab:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 3.4-cü bəndinə görə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmadıqda, evlənmək arzusunda olan əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin vəziyyətini təsdiq edən sənədlərində onların ailə vəziyyəti barədə qeydin olmamasına əsaslanaraq onlardan vətəndaşı olduqları və ya daimi yaşadıqları ölkənin səlahiyyətli orqanları tərəfindən verilmiş ailə vəziyyəti haqqında arayış tələb edilir. Arayış müəyyən olunmuş qaydada leqallaşdırılmalıdır. Qeyd olunan arayış verildiyi gündən 6 ay müddətində etibarlıdır.










SON XƏBƏRLƏR
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”
UNEC-də Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
Səhiyyə Nazirliyi əhaliyə müraciət etdi - koronavirusa görə
20 yanvar faciəsini törədən Dmitri Yazov öldü
Bakıda sevgililər özlərini dənizə atdı: Qız öldü
Koronavirus Vahid Ələkbərova 1.2 milyard ziyan vurdu
“Fly Dubai” Bakıdan uçan təyyarədə erməni filmi ilə sərnişinləri təxribata çəkir - FOTO
Orta məktəblərdə kütləvi tədbirlər məhdudlaşdırıldı
Görkəmli Azərbaycan ziyalısı Əli bəy Hüseynzadənin doğum günüdür
Milli-mənəvi dəyərə çevrilən qəhrəmanlıq salnaməsi
Cahangir Əsgərov: "Azərbaycan-İran reysi üzrə uçuşlar təxirə salınmayacaq"
Milli Qəhrəmanlar Əfqan Hüseynov və İnqilab İsmayılovun doğum günüdür
Daha üç ölkədə koronavirus aşkarlandı
Xocalı qətliamının şahidi: "Anam xalamoğluna demişdi ki qızlarımı güllələ" - MÜSAHİBƏ
Aşağı Qarasaqqal — Kəndlərimiz rubrikasından
Azərbaycanda sosial-fəlsəfi biliklərin təbliğində Əddin Şakirzadənin rolu - IV YAZI