Qarabag Media
Haqqımızda Əlaqə

Oğuldərədən başlayıb, Karaqandada bitən ömür...


Tarix:21-05-2016, 06:48 Kateqoriya:Manşet / Şəxsiyyətlər

Oğuldərədən başlayıb, Karaqandada bitən ömür... "Məşhur Qori Seminariyasını bitirən, Şuşada açılan darülmüəllimin ilk təşkilatçısı və müdirlərindən olan, sonralar Zəngəzur qəza maarif şöbəsinin müdiri vəzifəsində çalışan Müseyib İlyasov bir fədai-mücahid kimi hərəkət edir, dağ obalarının hamısında maarifin, mədəniyətin yayılmasına çalışır, sözün əsl mənasında, cəhalətə qarşı çarpışırdı".

Süleyman Rəhimov -Xalq yazıçısı

Məşhur Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunlarından biri də Azərbaycanda xalq təhsilinin yayılmasında müstəsna xidmətlər göstərmiş Müseyib İlyasov olmuşdur.

Müseyib İbrahim oğlu İlyasov 1884-cü ildə Laçın rayonunun Oğuldərə kəndində anadan olmüşdur. Onun atası Kərbəlayı İbrahim az savadlı olmasına baxmayaraq, dövrünün mütərəqqi fikirli adamlarından olmuş, öz hesabına kənddə məktəb açmış, xüsusi müəllim tutaraq, əvvəlcə öz uşaqlarının, sonra isə kənd uşaqlarının bir neçəsinin savad öyrənmələrinə nail olmuşdur. Müseyib İlyasov burada oxu-yazı öyrəndikdən sonra əvvəlcə Minkənd kəndində olan rus-tatar məktəbində, sonra isə təxminən 1906-1907-ci illərdə Şuşada Həşim bəy Vəzirovun müdir olduğu ikisinifli rus-tatar məktəbində təhsil almışdır. Burada təhsilini tamamladıqdan sonra Qori Müəllimlər Seminariyasına daxil olmuş, 1912-ci ildə seminariyanı bitirmişdir.

M.İlyasov seminariyanı bitirdikdən sonra Bakıda S.Ə.Şirvaninin nəvəsi Mir Fazilin müdir olduğu məktəbə müəllim təyin edilmiş və 1920-ci ilə kimi Bakıda, Qubada müxtəlif məktəblərdə və gimnaziyalarda müəllim işləmişdir.

1918-1920-ci illərdə Xosrov bəy Sultanovla birlikdə Azərbaycan Demokratik Respublikasının tapşırığı ilə Türkiyəyə gedərək, orada əhalinin yoxsul təbəqələrinə yardımlar etmişlər.

M.İlyasov 1920-ci ildən Şuşa şəhərində açılan Müəllimlər Seminariyasının -darülmüəllimin ilk yaradıcısı və təşkilatçılarından olmuş, 1925-ci ilə kimi orada direktor vəzifəsində çalışmışdır. Görkəmli maarifpərvər olan M.İlyasov həmin müddət ərzində özünü təşkilatçı pedaqoq, maarif işini dərindən bilən bacarıqlı rəhbər və qayğıkeş müəllim kimi göstərmiş, Azərbaycanda müəllim kadrlarının hazırlanmasında mühüm xidmətlər göstərmiş, xalq arasında böyük hörmət qazanmışdır.

M.İlyasov 1925-ci ildən 1931-ci ilə kimi Laçın-Qubadlı-Zəngilan və Kəlbəcər dairələrini əhatə edən Zəngəzur Qəza Xalq Maarif şöbəsinin müdiri olmuşdur. O, bu vəzifədə çalışarkən bir fədai-mücahid kimi hərəkət etmiş, dağ obalarının hamısında maarifın, mədəniyyətin yayılmasına çalışmış, sözün əsl mənasında, cəhalətə qarşı çarpışmışdır. 1926-cı ildə Bakıda çağırılan birinci türkoloji qurultayın iştirakçısı olmuşdur.

M.İlyasov el arasında aqil, müdrik bir şəxsiyyət kimi tanınmışdır. Hamı ona səmimi hörmət və sadə mehribanlıqla "Müseyib əmi" deyərdi. Azərbaycan, türk, ərəb, fars, rus dillərini mükəmməl bilən Müseyib İlyasov xalq təhsilini son dərəcə çətin ərazi və sosial mühitdə yaymağa çalışan bir fədai, camaat üçün düşünən zəka, xalq üçün döyünən ürəyə malik bir fədakar olmuşdur. Zəngəzur Qəza Xalq Maarif şöbəsinə rəhbərlik etdiyi illərdə o zamankı ucqar obalarda ilk maarif-təhsil məşəlini yandıran M.İlyasov qəzanın bir çox yerlərində -Laçın şəhərində, Minkənd, Kürdhacı, Qorçu, Vağazin, Şamkənd, Hoçaz və onlarca başqa dağ kəndlərində yaraşıqlı məktəb binaları tikdirmiş və onların tezliklə istifadəyə verilməsinə şəxsən özü rəhbərlik etmişdir. Qeyd etmək lazımdır ki, həmin məktəb binalarından ermənilər Qarabağı işğal edənə kimi istifadə edilmişdir.

M.İlyasov tez-tez müəllimlər qarşısında çıxış edər, bir məsələni həmişə xatırladardı: "Xalq müəlliminin ümdə vəzifəsi savadlı, bilikli, mədəniyyətli şagird və tələbə tərbiyə etməkdən ibarətdir".

M.İlyasovun belə bir hikmətli qənaəti də bu gün camaat arasında zərb məsələ çevrilibdir ki, "çox məktəbləri, savadlı müəllimləri olan xalq böyük gələcəkli xalqdır; onun gələcəyi kamil varis kimi yetişəcəkdir".

Müseyib İlyasov 1931-ci ildən sonra Bakıya gəlmiş və 1939-cu ilə kimi Azərbaycan Xalq Maarif Komissarlığında bir çox məsul vəzifələrdə -kadrlar şöbəsində pedaqoji kadrlar üzrə məsul icrası, metodist və inspektor. V.İ.Lenin adına APİ-nin rus dili kafedrasında assistent və sair vəzifələrdə çalışmışdır. O, harada işləməsindən asılı olmayaraq, hər zaman müəllim kadrlarının yetişdirilməsinə mənəvi ata qayğısı ilə yanaşmışdır.

Müseyib İlyasov həm tələbkar, həm də qayğıkeş bir maarif işçisi olmuşdur. Öz üzərində işləməyən, sinfə hazırlıqsız girən, konspektsiz dərs deyən müəllimlərdən acığı gəldiyi kimi, bacarıqlı, bilikli, zirək, işlək, gündən-günə irəli gedən müəllimlərə hər cür qayğı göstərər, kömək əli uzadardı.

Qəza zəhmətkeşləri arasında dərin hörmət qazanmış Müseyib İlyasov maarif şöbəsi müdiri olduğu vaxtlarda müəllim kadrları hazırlamaq məqsədilə orta məktəbi bitirən şagirdlərin savadlılarından Şuşa yay pedaqoji kurslarına göndərər, yeni dərs ilində onları müəllim təyin edərdi.

Müseyib İlyasov yeni məktəblərin yaradılması, ümumi icbari təhsilin həyata keçirilməsi, gənc nəslin tərbiyələnib boya-başa çatması, yeni həyat uğrunda mübarizəyə yetkinləşməsi üçün yorulmadan çalışan fədakarlardan olmuşdıır. M.İIyasovun fəa-liyyətinin son dövrü Bakıdakı 17 saylı məktəblə bağlı olmuşdur. O, 1940-cı ilin sentyabr ayından 1941-ci ilin sentyabr ayına kimi həmin məktəbdə müəllim işləmişdir.

Şəxsiyyətə pərəstiş dövrünün acı havası xalqımızın minlərlə zəkalı və istedadlı oğulları kimi, maarif fədaisi olan Müseyib İlyasovu da ədalətsizlik məngənəsinə salmışdır. O, 1941-ci ilin sentyabr aymda cinayətkarcasına təşkil edilmiş saxta ittiham əsasında həbs edilmiş, cinayəti sübut olunmasa da, 8 il həbs cəzası ilə azadlıqdan məhrum edilmişdir. 1944-cü ildə 60 yaşında Karakanda şəhərində həbsdə vəfat etmişdir.

1956-cı ildə işdə heç bir cinayət tərkibi olmadığı aşkar cdilmiş və M.İlyasova ölümündən sonra bəraət verilmişdir. Müseyib İlyasovun şəxsiyyəti, xidmətləri bir çox ziyahlarımız, ədib və alimlərimiz tərəfindən hörmətlə yad cdilmişdir. Xalq yazıçılarımız Süleyman Rəhimov, Əli Vəliyev, psixoloq Məmmədəli Məhərrəmov, ədəbiyyatşünas Əli Səbri, fılologiya elmləri namizədi Salman Salahov, jurnalist Mənsurə Novruzqızı, professor Adil Babayev, professor Fikrət Seyidov və başqaları M.İlyasovun şəxsiyyəti və onun əvəzsiz xidmətləri haqqında məqalələr, xatirələr yazmış, onu yüksək qiymətləndirmişlər. Lakin təəssüflə qeyd etməliyik ki, M.İlyasovun həyat və fəaliyyəti, tarixi xidmətləri tədqiqatçılar tərəfindən layiqincə öyrənilməmişdir.

Xalqımızın savadlanması, məktəblər açılması və müəllim hazırlığı məsələlərində böyük xidmətləri olan, özünün şəxsiyyəti, şəxsi keyfiyyətləri, dərin və mükəmməl biliyi, bacarığı ilə nəsillərə nümunə olan belə bir maarif fədaisinin həyatı, fəaliyyəti və xidmətlərinin bütünlüklə öyrənilməsi və gələcək nəsillərə çatdırılması həm onun ruhu qarşısında borcumuzun cüzi də olsa qaytarılmasına, həm də gənc nəslin tərbiyəsinə olduqca böyük xidmət olardı.

M.İlyasovla birlikdə özündən iki yaş böyük olan qardaşı Əli də Minkənd məktəbində təhsil almışdır. Dərin savadı, mütərəqqi fikirliliyi və gözəl natiqlik qabiliyyəti ona el arasında böyük hörmət gətirmişdir. Nəinki doğulduğu ərazidə, eyni zamanda ətraf mahallarda da erkən yaşlarında ona mirzə Əli deyə müraciət etməyə başlamışlar.

Bir neçə dəfə görüşüb söhbət etdikdən sonra Sultan bəy ona öz yanında mirzəlik etmək təklifini edir. Bəyin müraciətinə müsbət cavab verən mirzə Əli bir müddət onun yanında çalışır. Həmin dövrdə Qarabağ bəyləri və əhalisi ilə yaxından təmasda olması burada da ona böyük hörmət və nüfuz qazandırır. Hər kəs ona dövrünün müdrik şəxsiyyəti kimi yanaşır və hörmət edir. Onun şöhrətlənməyinin bir səbəbi də Azərbaycan dili İlə bərabər, türk, rus, fars və ərəb dillərini mükəmməl bilməyi olmuşdur.

Sözü yerində və məqamında işlətmək bacarığı ilə başqalarından seçilən mirzə Əlinin kəlamları bu gün də el arasında işlənməkdədir.

Müseyib İlyasov,
Pedaqoji elmlər doktoru, professor










SON XƏBƏRLƏR
İbrahim Tatlısəsi azərbaycanlı həkim sağaltdı
İraq Kərkükdən yenidən neft ixracına başladı
"Azərbaycan televiziyalarından bütün şou verilişlərini yığışdırardım" — Xeyrəddin Qoca
Azərbaycana qayıdan sabiq nazir yenidən xəstəxanaya yatırıldı
Gələn il pensiyalar 35% artacaq - Nazirdən açıqlama
Belçikada insan cəsədindən gübrə kimi istifadə ediləcək
Gələcək rektora müraciət
Deputat Mahir Abbaszadə yüksək vəzifəyə təyin olundu
"Müalicəmi bitirib Bakıya qayıdacağam" — Rasim Balayev
“Özünü pis kişi eləmə...” - “Qoy başına kül qoysunlar...”
Bakıda güclü yanğın: Alov məktəb və yataqxananı ağuşuna alıb
"Azərbaycanda əməkhaqları digər ölkələrlə müqayisədə çox aşağıdır" — Ziyad Səmədzadə
"Məndən küsüb, inciməyə nə var ki..." — Nizami Abbasovun şeirləri
Flora Kərimova nazirin yerində oturmasından danışdı: “Heç kimə heç nəyi keçməyəcəyəm”
Sənədləri qaydasında olan 114 şəhidin 146 vərəsəsinə birdəfəlik ödəniş edilib
Ərdoğan ABŞ-ın 3 PKK liderinin başına mükafat qoymasını “oyun” adlandırdı
Ukraynada polis rəisi olan azərbaycanlı xanım
Seçkilər heç nəyi dəyişməyəcək - Hədəf yenə Yaxın Şərq və İrandır
Yerli sakinlər və məcburi köçkünlər Bakı “Lift-təmir” İB rəhbərliyinə MİNNƏTDARLIQ ETDİ
Klinton yenidən prezidentliyə namizədliyini irəli sürmək istəyir
Türkiyədən bayraq gününə dəstək - FOTO
Mustafa Kamal Atatürkün ölümündən 80 il ötür - VİDEO
Bir kərə yüksələn bayraq bir daha enməz!
Qurban Qurbanov robot qapıçıya qol vurmağa çalışacaq
Xalq artisti Amalya Pənahova dəfn olunub
“Anamı gecə ilə aparıb Laçında dəfn etdik” - 54 gün mühasirədə qalan şəxslə müsahibə
“Bu çöllər bizə lazım deyil... torpaqları qaytarmağa hazırıq...” - Paşinyanın kitabı başına bəla olub
Bayrağı düşmənə verməyən oğul - NATİQ QASIMOV
Türkiyə və Türkmənistan Trans-Xəzər qaz kəmərini müzakirə ediblər
“...Qırmızı koftalı, yaşıl tumanlı...” — Xan Şuşinski bayrağımızı gizli musiqi ilə vəsf etmişdi