Qarabag Media
Haqqımızda Əlaqə

Prokurorluqda işləmək istəyənlərin nəzərinə


Tarix:18-05-2016, 03:21 Kateqoriya:Manşet / Hüquq

Prokurorluqda işləmək istəyənlərin nəzərinəAzərbaycan Prezidentinin 19 iyun 2001-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnaməyə müvafiq olaraq Baş Prokurorluq tərəfindən vakant 100 ştat vahidi üzrə cari ildə elan olunmuş müsabiqə ilə əlaqədar sənədlərin qəbulu mayın 31-dək davam etdiriləcək.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinə uyğun olaraq prokurorluq orqanlarında işləmək arzusunda olan və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən gənc hüquqşünaslar Baş Prokurorluğa müraciət edərək zəruri sənədləri təqdim etməklə müsabiqədə iştirak edə bilərlər.

Müsabiqənin ilkin mərhələsi olan test imtahanı Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə, müvafiq dövlət qurumlarının, qeyri-hökumət və beynəlxalq təşkilatların, kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə 12 iyun 2016-cı il tarixdə saat 14:00-dan başlayaraq 3 saat müddətində Bakı İdman Sarayında (Bakı şəhəri, Neftçilər prospekti, 26A) keçiriləcək.

Müsabiqəyə buraxılmış namizədlər 8-10 iyun 2016-cı il tarixlərdə saat 10:00-dan 18:00-dək şəxsiyyət vəsiqəsini və sənədlərin qəbulu barədə qəbzi təqdim etməklə "Test imtahanına buraxılış vərəqəsi"ni və "Yaddaş kitabçası"nı Baş Prokurorluğun inzibati binasının qəbul otağında (Bakı şəhəri, N.Rəfibəyli küçəsi, 7) ala bilərlər.

Namizədlərin diqqətinə çatdırılır ki, test suallarının hazırlanmasında aşağıdakı normativ hüquqi aktlardan istifadə olunub:

- Azərbaycan Respublikasının Konstitusiyası;
- "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanunu;
- "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanunu;
- "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiya;
- Azərbaycan Respublikasının Cinayət Məcəlləsi;
- Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi;
- Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi;
- Azərbaycan Respublikasının Mülki Məcəlləsi;
- Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi;
- "Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanunu;
- "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanunu;
- "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunu;
- "Polis haqqında" Azərbaycan Respublikasının Qanunu;
- "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu;
- "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanunu;
- "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu.

Prokurorluğa işə qəbulla bağlı Baş Prokurorluğun internet səhifəsindən (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) və 492-06-82, 492-63-62, 492-62-23, 437-28-56 nömrəli telefonlar vasitəsi ilə müvafiq məlumat əldə etmək olar.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
İlk əsgər məzarlığı salınır: Müharibəyə hazırlıqdır? – Zakir Həsənov
Bu gün Azərbaycanda Bilik Günüdür
Azərbaycan-Türkiyə həmrəylik yürüşü keçiriləcək
Türkiyənin Vitse-prezidenti sabah Azərbaycana səfərə gəlir
Qəhrəmana bərabər qəhrəman: Bitməyən müharibənin döyüşçüləri - FOTOLAR
Piyadalara qarşı cərimələri yol polisi yazacaq - RƏSMİ
Kremlin Qarabağ blefi: Sözdən işə nə zaman keçiləcək?
Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR
Azərbaycan hərbçiləri Almaniyada təlimdə iştirak edirlər
Tramp: Misir Prezidenti mənim sevimli DİKTATORUMDUR
Qazaxıstanda silah anbarı partladı
Türkiyədə ard-arda iki güclü zəlzələ olub
Yaponiyada yüz yaşı tamam olanların sayı 71 mini keçdi
Mirşahin Ağayevə medal verildi
Türkiyə Qarabağ müharibəsində Azərbaycana niyə kömək etmədi? - Kod adı ZƏFƏR olan türk genaralı danışdı - EKSKLÜZİV
Türkmənistan-Azərbaycan iqtisadi əməkdaşlığına dair müzakirələr aparılıb
Türkiyədə siyasi proseslər DƏYİŞİR - Ərdoğanın partiyası niyə parçalanır?
Putin müsəlmanlarla araq içdi – “İmamların 3-də…” - VİDEO
MƏQSƏD SƏTTAROV KİMDİR? - I YAZI
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ŞEYX MƏHƏMMƏD XİYABANİ- III Yazı
Əhməd Davudoğlu AKP-dən istefa verib
Özbəkistan Türk Şurasının üzvü olacaq
2020-ci il üzrə dövlət büdcəsinin gəlir və xərcləri
“Təlimlər döyüş qabiliyyətinin artırılmasına xidmət edir” - Müdafiə naziri
Qarabağ icması Fransa hökumətinə çağırış edib
Piyadaları cərimələyən post-patrul əməkdaşlarının səlahiyyətlərinə xitam verilib
İnsanın soykökünün saxtalaşdırılması onun şərəf və ləyaqətinə qarşı hörmətsizlikdir
Mehriban Əliyeva Kürdəxanıda parkın açılışında - FOTO
Rövşən Rzayev: "Həmsədrlər Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməlidirlər"
İşğal olunmuş ərazilərlə bağlı qanun niyə qəbul olunmur? - Deputatdan pessimist CAVAB