Qarabag Media
Haqqımızda Əlaqə

`Güneydə millətimizin əzilməsinə kimsə icazə verməməlidir` - DAK sədri Asif Kurban


Tarix:14-05-2016, 08:39 Kateqoriya:Manşet / Müsahibə

`Güneydə millətimizin əzilməsinə kimsə icazə verməməlidir` - DAK sədri Asif KurbanDünya Azərbaycanlıları Konqresinin (DAK) sədri Asif Kurban müsahibə verib. A.Kurban müsahibədə İranda keçirilən son parlament seçkilərindən və gələcək planlardan danışıb.

- Asif bəy, Dünya Azərbaycanlılar Konqresi olaraq Güney Azərbaycanda kecirilən seçkinin nəticələrin necə dəyərləndirirsiniz?

- Xalqın iradəsi Urmiyada öz sözünü dedi. Bu şəhərdən üç Azərbaycan türkü millət vəkili seçildi. Sizə elə gəlmir ki, rejimin bütün qadağalarına rəğmən, xalq artıq sözün deyir? Nəticələri bütün basqılara və qadağalara rəğmən qənaətbəxş hesab etsəm də yetərli olaraq görmürəm. Güneydəki bacı-qardalarımızın hansı cətinliklər altında siyasi mübarizə apardığıni söyləməyə gərək yoxdur. Onsuzda hər şey göz qabağındadır. Fəallara olan təyziqlər, həqiqət olmayan uydurma ittihamlarla həyata keçrilən həbslər, edamlar bunu sübut edir. Amma bütün bunlar Güneydəki Azərbaycan türklərini hec bir zaman haqq mübarizəsindən cəkindirməyib. Zaman- zaman tək başlarına qalıb, haqlı mübarizələrini davam etdirən soydaşlarımız xaricdən gələn yardıma göz tikmədilər. Səttarxan hərəkatıyla azadlığı yaşayan qardaşlarımız bu yolda mübarizələrini durmadan davam etdirməkdədirlər. Dünya Azərbaycanlıları Konqresi olaraq Güney Azərbaycandakı fəallarımızın fəaliyətini yüksək dəyərləndirməklə yanaşı, onların haqq səsini dünyaya catdırmaqda da maraqlıyıq. Və hesab edirəm ki, hər tərəfdən blokadaya alınan soydaşlarımızın səsi olmalıyıq. Cərəyan edən hadisələri yaxından izləyən biri olaraq deyə bilərəm ki, bütün qadağalar, əngəllər xalqımızın nəyinki iradəsin qıra bildi, əksinə daha da bir- birinəbağlanmasına gətirib cıxartdı. Hec bir qadağa, təyziq haqq səsini batıra bilməz. DAK adından və şəxsim adından Güneydəki qardaşlarımızı təbrik edirəm. Güneylə bağlı fəaliyyət göstərən bütün təşkilatlarla sıx əməkdaşlıq etməkdə maraqlıyıq və hazırıq. Biz birlikdə güclüyük. İran dövləti Güney Azərbaycan gerçəkliyini görməli və orada yaşayan soydaşlarımızın haqlarını özlərinə qaytarmalı və sayğı göstərməlidir. Ana dilində təhsilə, mədəniyyətə və mətbuata icazə verilməlidir.

- Güneydə yaşayan Azərbaycan türkləri Türk dilinin rəsmi dil olmasıyla bağlı ciddi adımlar atmağa başladılar. DAK olaraq İrandakı xalqımızın xaricdə səsi ola biləcəksinizmi? Bu istiqamətdə hansısa planlarınız varmı?

- Bu təklif Güney Azərbaycanda yaşayan 35 milyona yaxın türkün haqlı istəyidir. 300 min erməniyə verilən haqla müqayisə etdikdə, ermənilərin daha çox haqlarının qorunduğunun şahidi oluruq.

İran dövləti sanki bu ölkədə türk yaşamırmış kimi davrandığı halda, ermənilərə öz dillərində məktəb, qəzet və jurnallar, hətta universitetlərində belə erməni dilində bölmənin yaradılmasına icazə verib. Hansı ki, türklər keçmişdə və indinin özündə İranın inkişafında çox önəmli rola sahibdir. İran dövlətinə Azərbaycan türklərinin xidmətləri danılmazdı. Bu istər dövlət idarələrində, istər elm, istər incəsənət, istər idman, istərsə də digər sahələrdə özünü qabarıq şəkildə göstərməkdədir. Buna rəğmən xalqımızın millət olaraq hec bir haqqı tanınmayıb. Hətta türk dilində danışanlar belə cox zaman ciddi şəkildə təqib və təzyiqlərə məruz qalıb. Bu qədər basqılara baxmayaraq Cənubi Azərbaycandakı soydaşlarımız ana dillərini unutmadılar. Cünki Güneydəki analar övladlarına laylanı öz dilində deyiblər. Övladların yetişməsində güneyli analarımızın rolu danılmazdı. Onlar qarşılarında baş əyilməyə layiq əsl analardır.

DAK olaraq biz dünyada yaşayan bütün azərbaycanlıların təmsilçisiyik. Harada yaşaması, hansı düşərgədə olması önəmli deyil. O üzdən də təşkilatımızda təmsil olunan hər kəs, bu gün Güney Azərbaycan türklərinin yanındadır. DAK-da olan təşkilatların fəaliyyətini yaxından izləsəniz bunu görə bilərsiniz. Hesab etmirəm ki, bizdən öncəkilər Güney Azərbaycanın problemiylə maraqlanmayıblar. Onlar da bu sahədə müəyyən addımlar atmışdılar. Amma onu da etiraf edək ki, bəzi məqamlarda bu məsələ İranla Azərbaycanın müstəvisinə cıxarıldığından, problemin qabardılmasında axsamalar olurdu. O isə bizlər məsələni iki ölkə arasındakı problemə deyil, orada yaşayan insanlarımızn tapdanan haqlarına doğru yönləndirməliyik. Millətimizin əzilməsinə kimsə icazə verməməlidir. Və təşkilat olaraq da İranın öz maraqları naminə bunu dövlətlər arası problemlərə gətirib çıxarmasına da qarşıyıq.

Çünki son zamanlar İran-Azərbaycan əlaqələrində yaxınlaşma müşahidə olunur. Bunu ölkə başçımız cənab İlham Əliyevin İrana etdiyi son səfərində və orada imzaladığı müqavilələrin fonunda açıq-aydın görmək olur. Azərbaycan dövləti hec bir zaman İranın daxili işinəqarışmayıb. Və siyasi əxlaq yönündən də ən doğrusunu edir. Amma biz təşkilat olaraq İrandakı soyaşlarımızın tapdalanan haqlarına öz etirazlarımızı bildirməliyik və bildirəcəyik də.

Bizim Qarabağ məsələsiylə bağlı olan həssaslığımız Güney Azərbaycanla da bağlıldır. Bu yöndə yaxın günlərdə tədbirlərimiz olacaq. Onu da xatırladım ki, keciriləcək tədbirlərlə yanaşı işimizi bitmiş hesab etməməliyik. KİV və sosial şəbəkələr bizlərə verilmiş bir fürsətdir. Yetər ki, ondan səmərəli istifadə edə bilək. Hər bir azərbaycanlı istifadə etdiyi səhifəsində bir cümlə cənublu qardaşlarımızın haqlarıyla bağlı yazarsa bu böyük səs gətirər. Hər kəsin öz yaşadığı ölkənin dilində yazması da vacibdir. Yaxın günlərdə DAK-ın bununla bağlı bir kampaniyası olacaq. Azərbaycanlıyam deyən hər kəs Güneydəki 35 milyonun səsi olsun deyə yola çıxsın. İranın daxilində onlarla bərabər fəaliyyət göstərə bilməsək də onların haqq səsini dünyaya catdırmaq borcumuz olmalıdır. Bu dəstəyin onların apardıqları haqlı mübarizəyə inam və güc qatacağına əminəm.

Karabakhmedia.az












SON XƏBƏRLƏR
Laçın rayonunun işğal edilməsinin 27-ci ildönümü ilə bağlı ümumrayon tədbiri keçirilmişdir
Dövlət Komitəsində Laçın rayonunun işğalının ildönümü münasibətilə anım tədbiri keçirilib
Xosrov bəy Sultanovun 140 illiyi keçirildi - FOTOLAR
Xosrov bəy Sultanovun 140 illiyi keçiriləcək
İran ABŞ-ı “başına zərbə endirmək”lə hədələyib
Britaniyanın Azərbaycana dair xəbərdarlığına - XİN-dən reaksiya
Mühasirəyə düşmüş 60 nəfərdən çox döyüşçünü xilas edərkən şəhidlik zirvəsinə ucalan Milli Qəhrəmanımız - VİDEO
“Keşikçidağ” Azərbaycana qarşı siyasi təzyiq vasitəsi ola bilməz
Bu gün 32 173 abituriyent qəbul imtahanı verir
“Qarabağ” çempionluğunu "Neftçi" üzərində qələbə ilə rəsmiləşdirib
Azərbaycanlı diaspora sədri karate üzrə dünya çempionu olub
Qarabağla bağlı prinsipial mövqeyimiz dəyişməyəcək
Həyat yoldaşı ilə birgə güllələnən Sovet İttifaqı qəhrəmanı, gənc general kimdi?
Tarixi qələbənin qazanılmasında Azərbaycan xalqının rolu
Həzi Aslanovun ikinci “Qızıl Ulduz”u - ARAŞDIRMA
Bu gün 9 May - Qələbə günüdür
“Həsrət Yolu” erməni girovluğundakı uşaqlarla bağlı layihəyə başladı
Dövlət Komitəsi Şuşanın işğalının 27-ci ildönümü ilə bağlı anım tədbiri keçirib - FOTOLAR
Prezident Xalq artistinə ev verdi
Qoşa Qala qapıları bərpa edilir - FOTO
100 türk hərbçisi Rusiyada təlim keçməyə başlayıb
Şuşanın işğalı Şəhidlər Xiyabanında anıldı - FOTOLAR
Şuşa tarixi haqqında Şuşasız…
"Yatmış" Keşikçidağ: Niyə "Müqəddəs Giorgi" bayramını qonşular Azərbaycanda keçirir - FOTO
Əməkdar jurnalist Elnarə Dərziyeva BDU-nun jurnalistika fakültəsinin tələbələri ilə görüşüb - FOTOLAR
Xurma satanların Ramazan sevinci
Məhəmməd İsmayıl Daniş: Cavanşir elinin nazir oğlu-ARAŞDIRMA
Şuşanın işğalından 27 il ötür
Elnur Eltürkə yeni vəzifə verildi
"Elə etməsinlər ki, biz də Gürcüstana qarşılıqlı iddialarımızı gündəmə gətirək" - POLİTOLOQ