Qarabag Media
Haqqımızda Əlaqə

Xalq Cümhuriyyətinin tərəfdarı olduğuna görə qətl edilmiş aşıq


Tarix:11-05-2016, 06:42 Kateqoriya:Manşet / Araşdırma

Xalq Cümhuriyyətinin tərəfdarı olduğuna görə qətl edilmiş aşıq Aşıq Molla Cümə 4 may 1854-cü ildə Şəki qəzasının Göynük mahalının Layisqi kəndində doğulub.

Bəzi mənbələrə görə, aşıq Azərbaycan Xalq Cümhuriyyətinin qızğın tərəfdarı olduğu üçün 1920-ci ildə öldürülüb.

Təxəllüsü "Molla" olsa da, heç vaxt mollalıq etməyib. Bu təxəllüs ona savadlı olduğu üçün verilib. Molla Cümənin dəqiq elmi tərcümeyi-halı heç bir mənbədə yoxdur. Onun həyatı haqqında ən səhih mənbə şeir və dastanlarıdır. Molla Cümənin anadan olma tarixi indiyə qədər təxmini qeyd edilmişdir. XX əsrin əvvəllərində aşıq əldə olan bütün şeirlərini bir yerə yığıb səliqə ilə köçürüb və oğlu Həsənə verib.

Onun digər bir şerindən Şəki rayonunun Layisqi kəndində anadan olduğu və ömrünün sonuna qədər burada yaşadığı aydınlaşır. O, əsasən qoşma, gəraylı və müxəmməslər yazıb. Aşığın şeirlərinin mövzusu bəşəri, saf, təmiz, ülvi məhəbbət, yaşadığı dövrdə qarşılaşdığı ziddiyyətlər, ictimai bərabərsizliklər, islam dəyərləri və s. ibarət olub.

Molla Cümənin əksər şeirlərində İsmi Pünhanın adı çəkilir, bir çox şeirləri də İsmi Pünhana müraciətlə yazılıb. İsm-ad, Pünhan-gizli deməkdir. Nədənsə Molla Cümə şeirlərində sevgilisinin adını gizlədib. Bununla bağlı çoxlu rəvayətlər mövcuddur. Bir rəvayətə görə aşığın sevgilisi öz zəmanəsində çox dindar bir adamın qızı olub. El-oba onu müqəddəs hesab eləyib. Ona görə də aşıq onun adını çəkməyib.

Molla Cümə gəncliyindən başlayaraq ustad sənətkarların ədəbi irsini dərindən öyrəndiyi üçün onun yaradıcılığı getdikcə zənginləşmiş və orijinallıq kəsb edib. Belə ki, o, özündən əvvəlki poeziyanın bəzi xüsusiyyətləri ilə səsləşən əsərlər yaratmış və onlara oxşamalar yazmışdır. Ən başlıcası isə o, özünə qədər deyilməyən fikirləri böyük ustalıqla müxtəlif şəkildə təcəssüm etdirib.

Molla Cümənin ədəbi irsi içərisində Qədim Şərq, Azərbaycan əfsanə və əsatirləri, xüsusilə İslam dünyası ilə əlaqədar çoxlu şeirlər vardır. Bu məzmunlu şeirlər vaxtilə əlyazmasına yazıldığı üçün gəlib bizə çatmışdır. Həm də aşığın belə şeirlərinin hamısı əlyazmalarına köçürülməmişdir və onların bir qismi bizə məlumdur. Aşığın bu mövzuda olan şeirlərini oxuduqda onun Qurani-Kərimə, yer üzünə gəlmiş məşhur peyğəmbərlərin, islam dünyasının şöhrətli şəxslərinin həyatına, fəaliyyətinə yaxından bələd olduğu aydınlaşır. O, heç bir şerində İslamı təbliğ etmir, insanları dinə çağırmır. Ancaq İslamın böyüklüyünü, müqəddəsliyini və toxunulmazlığını ürəkdən gələn sözlərlə bədii şəkildə ifadə edir. Molla Cümə bəzi din kahinləri kimi insanları bu dünyadan, həyatdən, zövq-səfadan əl çəkməyə səsləmir. Aşığa görə, İslama hörmət və məhəbbət bu dünyadan əl çəkmək demək deyil. "Mədəd", "Bax", "Dünya", "Qalacaqmı", "Yarəb" və başqa şeirlər, Aşıq Könül ilə deyişmələri aşığın İslam dünyasına dərindən bələd olduğunu nümayiş etdirməkdədir.

Aşığın yaradıcılığında tarixi, əfsanəvi, dini şəxslərin adları sadəcə çəkilmir. Məlum olur ki, onlar haqqında olan əfsanə və xatirələrin hamısı aşığa bəlli olmuşdur: Habil, Qabil, Mənsur, Davud, Süleyman, İsa, Musa, İbrahim Xəlil, Əyyub, Yunis, Adəm, Nuh, Yəqub, Şəddad, Firon, İsgəndər, Nuşirəvan Keykavus, Xosrov Pərviz, Namrud və b. Bəzən bir-iki misra ilə böyük bir hekayətə, yaxud dini-fəlsəfi adlara işarə olunur. Molla Cümə bunların hamısını məktəbsiz, institutsuz, akademiyasız təkbaşına öyrənmişdir.

Bununla belə, Molla Cümə hər şeydən əvvəl məhəbbət aşığıdır. O, özünü ən məşhur, cəfakeş, əzabkeş aşiqlərin cərgəsində sayır. Qeys, Fərhad, Yusif, Tahir, Kərəm, Qərib, Vərğa, Qənbər, Şeyx Sənan kimi aşiqlərlə özünü müqayisə edir.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
İlk əsgər məzarlığı salınır: Müharibəyə hazırlıqdır? – Zakir Həsənov
Bu gün Azərbaycanda Bilik Günüdür
Azərbaycan-Türkiyə həmrəylik yürüşü keçiriləcək
Türkiyənin Vitse-prezidenti sabah Azərbaycana səfərə gəlir
Qəhrəmana bərabər qəhrəman: Bitməyən müharibənin döyüşçüləri - FOTOLAR
Piyadalara qarşı cərimələri yol polisi yazacaq - RƏSMİ
Kremlin Qarabağ blefi: Sözdən işə nə zaman keçiləcək?
Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR
Azərbaycan hərbçiləri Almaniyada təlimdə iştirak edirlər
Tramp: Misir Prezidenti mənim sevimli DİKTATORUMDUR
Qazaxıstanda silah anbarı partladı
Türkiyədə ard-arda iki güclü zəlzələ olub
Yaponiyada yüz yaşı tamam olanların sayı 71 mini keçdi
Mirşahin Ağayevə medal verildi
Türkiyə Qarabağ müharibəsində Azərbaycana niyə kömək etmədi? - Kod adı ZƏFƏR olan türk genaralı danışdı - EKSKLÜZİV
Türkmənistan-Azərbaycan iqtisadi əməkdaşlığına dair müzakirələr aparılıb
Türkiyədə siyasi proseslər DƏYİŞİR - Ərdoğanın partiyası niyə parçalanır?
Putin müsəlmanlarla araq içdi – “İmamların 3-də…” - VİDEO
MƏQSƏD SƏTTAROV KİMDİR? - I YAZI
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ŞEYX MƏHƏMMƏD XİYABANİ- III Yazı
Əhməd Davudoğlu AKP-dən istefa verib
Özbəkistan Türk Şurasının üzvü olacaq
2020-ci il üzrə dövlət büdcəsinin gəlir və xərcləri
“Təlimlər döyüş qabiliyyətinin artırılmasına xidmət edir” - Müdafiə naziri
Qarabağ icması Fransa hökumətinə çağırış edib
Piyadaları cərimələyən post-patrul əməkdaşlarının səlahiyyətlərinə xitam verilib
İnsanın soykökünün saxtalaşdırılması onun şərəf və ləyaqətinə qarşı hörmətsizlikdir
Mehriban Əliyeva Kürdəxanıda parkın açılışında - FOTO
Rövşən Rzayev: "Həmsədrlər Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməlidirlər"
İşğal olunmuş ərazilərlə bağlı qanun niyə qəbul olunmur? - Deputatdan pessimist CAVAB