Qarabag Media
Haqqımızda Əlaqə

QARABAĞ MƏTBƏXİ: Şuşa təamları

Tarix:10-05-2016, 14:47 Baxış Sayı:521 Kateqoriya:Manşet, Bölgə Özəlliyi

QARABAĞ MƏTBƏXİ: Şuşa təamları Azərbaycan mətbəxinin sorağı bütün dünya ölkələrinə yayılıb. Ölkəmizə gələn əcnəbi turistlər mütləq Azərbaycan mətbəxini dadmadan geri qayıtmaq istəmirlər. Xüsusən də, zəngin Qarabağ mətbəxinin növbənöv təamlarını. Qarabağ mətbəxinin zənginliyini peşəkar ekspertlərdən tutmuş bütün qarabağlılar da təsdiqləyir.

Qarabağın hər bir bölgəsinin özünəməxsus təamları var. Biz bu gün Qarabağ mətbəxinin tərkib hissəsi olan Şuşa mətbəxindən söhbət açacağıq.

Şuşa mətbəxi zənginliyi və özünəməxsusluğu ilə seçilir. Bu, şuşalılarla etdiyim söhbət zamanı daha da aydın oldu.

QARABAĞ MƏTBƏXİ: Şuşa təamları Azərbaycan Milli Kulinariya Assosasiyasının prezidenti Tahir Əmiraslanov bizimlə söhbətində qeyd etdi ki, Qarabağ mətbəxi Azərbaycanın ənənəvi milli mətbəx mədəniyyətinin tərkib hissəsidir. Tarixən başqa regionların mətbəxi ilə qarşılıqlı təmasda zənginləşərək həmin regionları da zənginləşdirib: “Qarabağ dənizdən uzaqda yerləşdiyinə görə, burada dəniz balığı deyil, çay balığından istifadə olunur. Ümumiyyətlə, Qarabağ mətbəxində balıq ön sırada yer tutmur”.

T.Əmiraslanovun sözlərinə görə, Şuşa mətbəxi olduqca zəngin mətbəxdir: “Bunun səbəbi orta əsrlərə gedib çıxır. Xanlıq dövründə Şuşaya o dövrün sayılıb-seçilən qonaqlar gəlirdi. Gələn qonaqları razı salmaq üçün xüsusi və qabiliyyətli aşpazlar Şuşaya toplaşırdılar. Necə ki, gözəl səs sahibləri Şuşada idilər. Eləcə də aşpazlar”.

Şuşanın məşhur xörəklərinə gəlincə T.Əmiraslanov bildirdi ki, o bölgənin kabab və plovlarının dadı tək Azərbaycana deyil, əcnəbi ölkələrə də səs salıb: “İlk olaraq şuşalıların sevdiyi “Qiyməli plov” haqqında danışım.

Pənahəli xanın dövründə hazırlanan plov

Bu plov Pənahəli xanın dövründə hazırlanırdı. Hazırlanma qaydası belədir:
1 kq qoyun əti maşından keçirilib yağda qovurulur. İçərisinə 20 qram zoğal axtası, 20 qram kişmiş vurulur. 500 qram düyü süzülərək qiymə ilə qat-qat qazana yığılıb dəmə qoyulur. Qazanın dibinə qazmaq hazırlamaq üçün lazım olanlar məhsullar isə bunlardır: 500 qram un, 1 yumurta, 100 qram yağ yoğurulub yuxa halına salınır və qazanın dibinə qoyulur.

Digər plov növü isə “Qırxbuğumlu aş”dır. Bu plovun hazırlanması üçün 1 kiloqram düyü ilıq duzlu suda 3 saat saxlanılır. Sonra düyü qaynadılan zaman 150 qram qırxbuğum əlavə edilir. Qazanın dibinə 500 qram qoyun əti düzülür. Ət olmadıqda düyünün üzərinə yumurta vurulur. Ət yığılıb üzərinə qırxbuğumlu düyü tökülür, yağ əlavə edilib dəmə qoyulur”.

QARABAĞ MƏTBƏXİ: Şuşa təamları Əslən Şuşadan olan Pərvanə xanım Qaraxani sevə-sevə hazırladığı Şuşa mətbəxi haqqında danışdı: “Şuşa mətbəxi digər mətbəxlərdən seçilir. Çünki burada olan ədviyyat və göyərtilər digər bölgələrdə yoxdur. Həmin ədviyyat və göyərtilər sayəsində xörəyin dadı başqa bir aləm olur. Şuşalıların ən sevimli plovlarından biri “Şeşdrengili aş”dır. Bu plovun hazırlanması 1kq düyü 3 saat ilıq suda saxlanılaraq qaynadılır, sonra süzülür. 150 qram yağ vurulub dəmə qoyulur. Böyük tavada 200 qram soğan qovrulur. Üzərinə zoğal axtası, kişmiş əlavə edilir, yuvalar açılır və həmin yuvalara yumurtalar vurulur. Sonra üzərinə duz, istiot, darçın tökülür. Süfrəyə ayrı-ayrılıqda verilir.

Qədim Şuşa yeməklərindən biri də “Canına çəkmə”dir. Bu xörək əsasən soyuq aylarda bişirilir. Bunun üçün 500 qram qoyun əti 200 qram noxudla birlikdə qaynadılır. Bişdikdən sonra içərisinə 300 qram yumru düyü tökülür. Suyu çəkilib yağa düşənə qədər bişirilir. Bişənə yaxın içərisinə 30 qram zoğal və ya zoğal axtası tökülür.

Digər xörək isə “Qəlya” adlanır. Bu yemək əsasən quzu ətindən hazırlanır. 500 qram quzu əti bişirilir. Yağa düşəndə içərisinə bişmiş şabalıd, gavalı turşusu, heyva doğranıb tökülür. Zəfəran, darçın, duz, istiot əlavə edilir”.
P.Qaraxani söhbətin sonunda onu da əlavə etdi ki, şuşalılar öz diyarlarından didərgin düşsələr də öz mətbəxlərini unutmayıblar.
/KarabakhİNFO.com/

Günel Cəlil


SON XƏBƏRLƏR
Tramp Səudiyyə Ərəbistanına yola düşüb
Yasəmən - ayrılığın adı
Boksçularımız İslamiadanı 7 medalla başa vurdu
ATƏT MQ həmsədrləri Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin artmasına dair bəyanat yayıblar
Mirşahinin qardaşı həbs edildi
Avropa Parlamentinin deputatları Azərbaycana səfər edəcək
"Surət Hüseynov demişdi ki, Laçını alsaq Elçibəyi devirə bilməyəcəm" - Sabiq qərargah rəisindən şok açıqlamalar
Azərbaycanın futbol üzrə milli komandası finala yüksəlib
25 ildir Laçını yuxularda görürük...
Azərbaycanın milli avtomobil brendinin dizaynı hazırlandı – FOTO
Laçının işğalından 25 il ötür
Ölümün ən gözəli də sənin oldu - Şəhid Milli Qəhrəmanımız yubiley yaşında...
Üzeyir bəyi sintezator çalmağa məcbur edənlər
And içdik ki, komandiri güllələyək
Ötərxan Eltac: TƏCİLİ ŞUŞANI QAYTAR, YOXSA...
Azərbaycan əhalisinin sayı açıqlanıb
Ərdoğan: “Türkiyə PYD/YPG-nin maraqlarını heç vaxt nəzərə almayacaq”
Prezident İlham Əliyev AXC-nin 100 illiyi ilə bağlı sərəncam imzaladı
Ölüm sevinməsin - Kimlər keçdi bu dünyadan
Azərbaycanı xaricdə necə tanıtmalı?
Bahar Muradova Zahid Oruca səsləndi: Bəlkə imkan verəsən danışaq?!
"Rusiyanın Dağlıq Qarabağ münaqişəsindəki təkbaşına vasitəcilyindən də imtina etməliyik" – Politoloq
Şəhid Məzahir Bayramovun doğum günüdür
İdmançımız dördüncü qızıl medalını qazandı
Laçın - Qaragöl dövlət təbiət qoruğu - FOTO
Avropada Azərbaycan diaspor təşkilatları arasında əməkdaşlıq güclənir
Laçının işğalı ilə bağlı həqiqətlər - Laçın alayının sabiq qərargah rəisi danışır (MÜSAHİBƏ)
Yetimliyimizin 25 ili tamam olur!
Avropa İttifaqı-Azərbaycan biznes-forumu keçiriləcək
QHT İmişlidə Qarabağ müharibəsi iştirakçılarının iştirakı ilə tədbir keçirdi - FOTOLAR