Qarabag Media
Haqqımızda Əlaqə

RƏSULLULAR II DÜNYA MÜHARİBƏSİNDƏ


Tarix:10-05-2016, 07:42 Kateqoriya:Manşet / Araşdırma

RƏSULLULAR II DÜNYA MÜHARİBƏSİNDƏ

1 sentyabr 1939-cu ildə başlayan II Dünya Müharibəsinə Sovеt İttifaqında yaşayan xalqlardan səfərbər edilən çağırışçılar içərisində azərbaycanlılar da az olmamışdır. Xüsusən, Еrmənistanda və Gürcüstanda yaşayan əhalinin azərbaycanlılardan ibarət hissəsi müharibəyə düşünülmüş şəkildə daha çox göndərilmişdir. Bu sətirlərin müəllifi Araz Yaquboğlunun 2005-ci ildən apardığı genişmiqyaslı tədqiqatlar zamanı məlum olmuşdur ki, Göyçə mahalının Daşkənd kəndindən II Dünya Müharibəsinə 250 nəfər səfərbər olunmuş və bu çağırışçılardan təxminən yarısı, yəni 126 nəfəri itkin düşmüş, həlak olmuşdur. Qalanlardan 122 nəfər müharibə veteranı kimi doğma kəndlərinə qayıtmış, biri Amerikada (Məhərrəm Musayev), biri isə Türkiyədə (Niftalı Xəlilov) qalıb yaşamışdır.

Aparılan tədqiqatın nəticəsi tərəfimizdən “Respublika Xatirə Kitabı Redaksiyası”na təqdim olunmuş və “Azərbaycan Respublikası Xatirə Kitabı” adlı ensiklopediyada (8 ədəd əlavə şəkil olmaqla) çap olunmuşdur (“Azərbaycan Respublikası Xatirə Kitabı” , XI cild, “Respublika Xatirə Kitabı Redaksiyası”. Bakı, 2011. səh.641-647.).

Bu müharibə Rəsullular nəslindən də yan keçməmiş, hətta bir çoxları bu müharibəyə könüllü olaraq getmişdir. Onlarla müharibə veteranımız var idi. Ona qədər adamımız isə bu müharibədə itkin düşdü, həlak oldu.

Kərimov Хanlar Rəsul oğlu 1903-cü ildə Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Geniş dünyagörüşü, dərin biliyi olan Xanlar Kərimov mühasib kimi Basarkeçərin bir çoх kolхozlarında işləmişdir. 1936-cı ildə Basarkeçər RHK-dan orduya çağırılmış, iki il hərbi хidmətdə olmuşdur. 1941-ci ilin sentyabrında Basarkeçər RHK-dan müharibəyə səfərbər olunmuşdur. Qızıl əsgər Xanlar Kərimov Primorsk ordusu 775-ci atıcı alayın 9-cu rotasının atıcısı olmuşdur. 5 mart 1942-ci ildə onun xidmət etdiyi rotanı bütünlüklə alman faşistləri əsir götürmüşdür.

Xanlar Kərimovun qardaşı uşaqları Kərimov Qəşəm Saleh oğlu (1914-1996) və Kərimov Əli Hüseyn oğlu (1925-2000) da müharibədə iştirak etmişlər. Qəşəm Kərimov 1943-cü ildə II qrup əlil kimi, Əli Kərimov isə 1949-cu ildə ordudan təхris olunmuşdur. Qeyd edək ki, Xanlar Kərimovun bacısı Şəkərin 1915-ci il təvəllüdlü övladı Xəlilov Niftalı Əziz oğlu da 1941-ci ildə müharibəyə getmiş və itkin düşmüşdür. 1953-cü ildə onun Türkiyədə yaşadığı məlum olmuşdur. Niftalı Xəlilov 1991-ci ildə Türkiyədə vəfat etmiş və orada da dəfn edilmişdir.

Kərimov Məhəmməd Kərbəlayi Əmrah oğlu 1903-cü ildə Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. 1941-ci ilin noyabr ayında Basarkeçər RHK-dan orduya çağırılmışdır. Sıravi əsgər Məhəmməd Kərimov müharibədə itkin düşmüşdür. Oğlu Haris Əmrahov söyləyir ki, müharibədən sonra Amerikada yaşayan Məhərrəm Musayev kəndə gələndə deyirdi ki, Məhəmməd Kərimovu 1946-cı ildə Almaniyada görmüşəm.

Məhəmməd Kərimovun 1930-cu il təvəllüdlü oğlu Namaz 1953-cü ildə indiki Sankt-Peterburq şəhərində hərbi xidmətdə olarkən döyüşdə həlak olmuş və Sankt-Peterburq şəhərində dəfn olunmuşdur.

Kərimov Müzəffər İsmayıl oğlu 1920-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. 1939-cu ilin noyabr ayında Basarkeçər RHK-dan orduya çağırılmış, Rus-Fin müharibəsində iştirak etmişdir. 1941-ci ilin noyabrında sıravi əsgər Müzəffər Kərimov müharibədə itkin düşmüşdür.
Müzəffər Kərimovun özündən böyük qardaşları İslam (1905-1994) və Rəsul (1919-1992) Kərimovlar da müharibə iştirakçıları olublar. Hər ikisi müharibədə yaralanmış və müharibə veteranı kimi tərxis olunaraq doğma kəndlərinə qayıtmışlar.

Balıyev Qoşun Tahar oğlu 1920-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. 1939-cu ildə Basarkeçər RHK-dan orduya çağırılmışdır. Rus-Fin müharibəsində iştirak etmişdir. Sıravi əsgər Qoşun Balıyev müharibədə itkin düşmüşdür.

Qoşun Balıyevin qardaşı Mehvalı (1926-1953) və əmisi oğlu Elləz Balıyevlər də müharibə iştirakçıları olublar. 1913-cü il təvəllüdlü Elləz Mürsəl oğlu Balıyev 1943-cü ildə biləkdən sol əlini itirmiş, I qrup əlil kimi müharibədən qayıtmışdır. Çox zəhmətkeş, qohumcanlı olan Elləz Balıyev 1977-ci ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində vəfat etmişdir.

Hacıyev Nəsib Məhərrəm oğlu 1909-cu ildə Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. O, Daşkəndin “Qırmızı Rəncbər” kolхozda briqadir işləmişdir. 1941-ci ilin iyul ayında Basarkeçər RHK-dan orduya çağırılmışdır. Sıravi əsgər Nəsib Hacıyevdən 1942-ci ilin aprel ayından sonra haqqında heç bir məlumat olmamış, müharibədə itkin düşmüşdür. Onun 1942-ci ildə Krımda həlak olduğu ehtimal edilir. Müharibədən qayıtdıqdan sonra Fəzi Kərimov danışırmış ki, – 1942-ci ilin əvvəlində Nəsibi bizim dviziyada bir kəndçimiz (Fəzi baba bunu mənə də danışmışdı təəssüf ki, həmin adamın adını unutmuşam – A.Y.) görüb və mənə dedi ki, Nəsibi burda gördüm. Əsgərlər çox olduğundan Nəsibi nə qədər axtardım tapa bilmədim.

Hacıyev Zülfüqar Məhərrəm oğlu 1912-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. 1938-ci ildə kənddə adam öldürdüyünə görə həbs olunmuşdur. Göyçə gölünün qərb sahilindəki Kəvər türməsində cəza çəkirmiş. 1939-cu ildə Rus-Fin müharibəsi başlayanda Kəvər türməsindən orduya göndərilmişdir. Rus-Fin müharibəsində iştirak etmişdir. Sıravi əsgər Zülfüqar Hacıyev müharibədə itkin düşmüşdür.

Müharibədə itkin düşən Nəsib və Zülfüqarın böyük qardaşları dövrünün tanınmış dini xadimi, şair Həsən Xəyallı (1903-1966) da 1942-ci ildə müharibəyə getmiş və 1945-ci ildə müharibədən üç ay sonra ordudan tərxis olunaraq doğma kəndə qayıtmışdır.

Hacıyev Məhəmməd Oruc oğlu 1915-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. 1941-ci ilin iyul ayında Basarkeçər RHK-dan orduya çağırılmışdır. 1942-ci ilin yanvar ayında sıravi əsgər Məhəmməd Hacıyev müharibədə itkin düşmüşdür.

Araz YAQUBOĞLU,
Tədqiqatçı-jurnalist










SON XƏBƏRLƏR
Polkovnik Mehdi Mehdiyev seçki təşviqatına başladı - "VƏTƏNƏ XİDMƏT, XALQA SƏDAQƏT!
Mahir Abbaszadə Laçınlı seçicilərlə görüşlərə Sumqayıtdan start verdi - FOTOLAR
BQXK nümayəndələri Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib
Abşeron Gənclər Şəhərciyində yanğın başlayıb
Bu gün Milli Qəhrəman Mətləb Quliyevin doğum günüdür - VİDEO
MSK ödənişli təşviqat aparacaq KİV-lərin siyahısını AÇIQLADI
HAVA XƏBƏRDARLIĞI: 5 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq
Almaniya Bundestaqının deputatı: "Qarabağ Azərbaycana aiddir"
Kürdlər 34 İŞİD üzvünü sərbəst buraxıblar
Putin və Ərdoğan İstanbulda danışıqlara başlayıb
Qudasını qaçıran Rizvanın arvadı: "Ərimə yalvardım ki, balamın üstündən oyun oynama"
İlham Əliyev iranlı və ukraynalı həmkarlarına başsağlığı verdi
Xamneyi: “Axşamkı hücumla amerikalılara yalnız şillə vurduq, intiqam qarşıdadır”
ABŞ Ağ Evin təhlükəsizliyini gücləndirib
Nərminin başına açılan dəhşət - Başını əzib, dırnaqlarını kəsiblər
Şəhid hərbçimiz torpağa tapşırıldı – FOTO
Ruhani: “Regiondan amerikalıların ayaqları kəsiləcək”
Sabaha olan hava proqnozu açıqlanıb
Çavuşoğlu İraqa danışıqlara gedir
“Bu adamlara izah olunmalıdır ki, siz belə avtomobillərlə yola çıxarkən böyük təhlükə doğurursunuz...”
Pensiya almaq istəyənlərə şad xəbər: Yaş həddində dəyişiklik
Azərbaycanda keçiriləcək parlament seçkiləri AŞPA Bürosunun iclasında müzakirə ediləcək
ATƏT DTİHB-nin uzunmüddətli müşahidəçi missiyası Azərbaycana gəlib
“Hamıdan kömək istəyirəm, ürəyim doludur” - Şəhid pilotun anasından gəlininə ittiham
Süleymaninin dəfn mərasimində 35 nəfər ölüb, 48 nəfər xəsarət alıb
Tovuzda qızın vəhşicəsinə öldürülməsi: Hədəf qohumları göstərilir
"Bizim yaşamağa da vaxtımız olmadı" — "Arzular bağı" yenidən səhnədə
Akademik Bahadır Tağıyev vəfat edib
Almaniyada azərbaycanlının şikayəti əsasında erməni avtobusdan düşürülüb
Paşinyan növbəti dəfə pərt oldu və Azərbaycanla bağlı səhvini etiraf etdi...