Qarabag Media
Haqqımızda Əlaqə

Tehran küçələrini `Azərbaycan var olsun, istəməyən kor olsun!` hayqırtıları bürüdü


Tarix:9-05-2016, 08:53 Kateqoriya:Manşet / Türk dünyası

Tehran küçələrini `Azərbaycan var olsun, istəməyən kor olsun!` hayqırtıları bürüdü

Mayın 8-də Təbrizin “Traktor” futbol komandası əzəli rəqibi olan Tehranın “İstiqlal” komandası ilə qarşılaşıb.

Tehranın Azadi stadionunda baş tutan qarşıdurma Azərbaycan komandasının qələbəsi ilə başa çatıb. İran futbol klublarının superliqası çərçivəsində keçirilən oyun “Traktor”un 3:2 hesablı qələbəsi ilə başa çatıb. “Traktor” tərəfindən Aqusto Sezar 22, Sruş Rəfii 42 və Alviz Nanq 79-cu dəqiqədə, “İstiqlal” tərəfindən isə Əmin Hacı Məhəmmədi 13 və Səccad Şəhbazzadə 48-ci dəqiqədə qol vurublar. Bundan sonra Təbriz komandası ən prinsipial rəqibini məğlub edərək onun superliqa yarışlarında çempionluq şansını minimuma endirib. “Traxtur” isə hazırda 48 xalla turnir cədvəlinin 4-cü pilləsində yer alır.

Oyundan sonra isə Təbriz komandasının coşqulu azərkeşləri Tehran stadionunu tərk edərkən “Azərbaycan var olsun, istəməyən kor olsun!”, “Qarabağ bizimdir, bizim olacaq!” hayqırtıları ilə Türk-Azərbaycan düşmənlərinə meydan oxuyublar. Güneylilər bununla Şuşanı işğalda saxlayan ermənilərə və onların havadarlarına Qarabağ məsələsində Quzey Azərbaycanın yanında olduqları mesajını veriblər./musavat.com/

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Türkiyə yenə Əsəd qüvvələrini vurdu – 60-dan çox ölü
Badamdarda yenidən torpaq sürüşməsi oldu
Bolşeviklərin 39 yaşında güllələdiyi cəsur general HƏBİB BƏY SƏLİMOV
Bu gün AzTV-nin yaranmasından 64 il ötür
Prezident Vladimir Norov ilə görüşdü
TAP kəmərinin tikintisi 92% yekunlaşıb
Suriya sözdə “erməni soyqırımı”nı tanıdı
Paşinyandan Qarabağla bağlı növbəti sərsəm bəyanat
Hadi Rəcəbli deputatlıq uğrunda mübarizədən çəkilir
Ərdoğan: “Dünən Çanaqqala, bu gün Kəşmir, heç bir fərqi yoxdur”
Əməkdar mədəniyyət işçisi Şirin Rzayev vəfat edib
Mədət Quliyev olimpiya çempionuna yüksək vəzifə verdi
İlham Əliyev Kürdəmirə getdi
Nadir şah Əfşarın Türk Birliyi ideyası...
Azərbaycanda ən çox boşanma olan şəhərlər
Ərdoğan: Suriya ordusunu hər yerdə vuracağıq
Ağcabədidə dəhşətli qətl - Ata oğlunu öldürdü
Bakıda xüsusi rayon yaradılır – Eldar Əzizov açıqladı
Sürücülük vəsiqəsi imtahanlarında dəyişiklik edilib
İranda 7 nəfər qar uçqunu altında qalaraq ölüb
DİN-dən MSK qarşısında keçirilən aksiyaya MÜNASİBƏT
Ərdoğandan Əsədə mesaj: Sabah elan edəcəyəm!
Mehriban Sadıqova istefaya göndərildi
XİN Ermənistanın bəyanatına cavab verdi
Azərbaycan yığması Avropa çempionatında 3-cü medalını qazanıb
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Bu xəstəliklərin müalicəsi üçün Azərbaycana yeni dərmanlar gətirilib
Azərbaycan millisinin futbolçusu Emil Balayev Azərbaycana qayıtdı – FOTO
Kraliçanın 69 yaşlı qızı Böyük Britaniyanın dəniz piyadalarının komandiri oldu
Rəsmi Kiyev: “İranda təyyarəni vurmağa əmr verən məhkəmə qarşısına çıxarılmalıdır”