Qarabag Media
Haqqımızda Əlaqə

Rusiya heç vaxt Ermənistanı maraq dairəsindən çıxara bilməz - Ayaz Mütəllibov


Tarix:8-05-2016, 23:15 Kateqoriya:Manşet / Müsahibə

Rusiya heç vaxt Ermənistanı maraq dairəsindən çıxara bilməz - Ayaz Mütəllibov «Nə qəti «yox» demək olar, nə də «baş üstə». Söhbət siyasi incəlikdən gedir».

Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azadlıq Radiosunun suallarını cavablandırarkən belə deyib. Söhbət hansı şərtlərdən gedir? Bu haqda ətraflı müsahibədə.

– Ayaz müəllim, Sizcə, indi Dağlıq Qarabağ ətrafında nə baş verir? Sanki hər şey göz önündədir - rəsmi məlumatda bəzi yüksəkliklər və mövqelərin alındığı bəyan edilir, atəşkəs yenə pozulmaqda davam edir. Amma hələ dəaydın olmayan, açıqlanmayan məqamlar var. Sizin analizləriniz maraqlıdır.

– Azərbaycan ordusu apreldə ermənilərin təcavüzünün qarşısını almaqdan ötrü əks-hücuma keçib, düşməni yerində oturdub. Bununla belə, Azərbaycan yenə də Qarabağ məsələsinin sülh yolu ilə həllini istəyən ATƏT-in və Rusiyanın xahişini nəzərə alaraq, müdafiə mövqeyi tutub. Ancaq buna baxmayaraq, hələ də orduların təmas xəttində toqquşmalar davam edir. Azərbaycan tərəfi BMT-nin dörd qərarını əsas tutub torpaqlarını tam şəkildə azad edə bilər və buna gücü və nizami ordusu var. Ən əsası odur ki, Azərbaycan tərəfi status-kvo ilə razılaşmadığını göstərdi və öz torpaqlarını azad etməyə başladı.

– Baş verənləri artıq «nə hərb, nə sülh» dövrünün bitməsi kimi dəyərləndirmək olarmı? Yəni iki tərəf arasında yeni mərhələ başlaya bilərmi? Bu arada müharibə ehtimalı nə qədər realdır?

– Məsələnin sülh yolu ilə həllinin qeyri-mümkünlüyünü Ermənistan tərəfinin güzəştlərə getməməsi və zəbt olunmuş Azərbaycan torpaqlarını qaytarmaması ilə izah etmək olar. Azərbaycan tərəfi üçün münaqişəninkulminasiya həddinə çatması, rəqib tərəfin beynəlxalq hüquq normalarına əməl etməməsi hər şeyi dəyişir. Bu da Azərbaycana öz torpaqlarınıhərb yolu ilə azad etməsinə yeni zəmin yaradır.

- İndiki danışıqlarda tərəflərə nə təklif olunur? Dəyişən nədir?

– Biz danışıqların mahiyyətindən asılı olmayaraq, deyə bilərik ki, Azərbaycanın bir mövqeyi var - beynəlxalq hüquqa arxalanaraq ərazi bütövlüyünün təminatı və Ermənistan qoşunlarının Qarabağdan çıxarılmasıdır. Həmin təkliflər arasında Rusiyanın irəli sürdüyü şərtlər də maraqlıdır. Bunlara əməl olunsa, sülh danışıqlarını davam etdirmək olar.

– Rusiyanın irəli sürdüyü şərtlər hansılardır?

– Söhbət hansı şərtlərdən gedir, bunu Rusiya hökuməti çox yaxşı bilir. Şərtsiz burda tərpəniş ola bilməz. Rusiyanın istədiyi keçmiş sovet respublikalarını öz ətrafına yığıb Avrasiya İttifaqı və ya Gömrük İttifaqı kimi müəyyən qurumda təmsil etməkdir. Yəni belə…

– Sizcə, Azərbaycan itirilmiş torpaqları qaytarmaqdan ötrü Rusiyanın bu istəyinə əməl etməlidir?

– Yox, bu, könüllü işdir. Ancaq seçim də var, Qərblə Şimal arasında. Hamı bilir ki, indi Moskva ilə Vaşinqton arasında seçim gedir.

– Ayaz müəllim, Bakının son davranışları seçimin hansı tərəfə yönəldiyini göstərir: Moskva və ya Vaşinqton? Hansı seçim doğru olardı?

– Azərbaycan birinci növbədə ərazi bütövlüyünü təmin etməlidir. Burda ona maneə yaradan olmayacaq. Söhbət 5-6 rayonun qaytarılmasından gedir. Onlar bizim torpaqlarımızdır, şübhəsiz və şərtsiz! Bu məsələ həll olunsa, həmin istiqamətdə siyasi iradə göstərilsə, yerdə qalan məsələlər də həllini tapacaq.

– Siz Azərbaycanın Rusiyanın yaratdığı qurumlara üzv olmasını istəyirsiniz?

– Yox, elə demək olmaz. Mənim istədiyim odur ki, Azərbaycan tam müstəqil, suveren dövlət olsun. Ancaq dünyada elə proseslər gedir ki… Yəni akulalar var, böyük dövlətlər var. Onlar öz milli maraqlarından çıxış edirlər və onlar üçün keçmiş ittifaq respublikaları ikinci dərəcəli məsələdir. Bunu bilib buna qarşı tədbir görmək bizim borcumuzdur. Nə qəti «yox» demək olar, nə də «baş üstə». Söhbət siyasi incəlikdən gedir.

– Aprel əməliyyatlarından sonra Rusiya sülhməramlılarının gətirilməsi də müzakirəyə çıxarıldı. Hərçənd hamı başa düşür ki, həmin qüvvələrin münaqişə bölgəsinə yerləşdirilməsi ölkənin müstəqilliyinə ciddi təhlükədir. Sizcə, belə bir təklifə Azərbaycan hansı cavabı verməlidir?

– Sülhməramlı qüvvələr dünyada tətbiq olunmuş məsələdir, təzə bir şey yoxdur. Söhbət nə Rusiya, nə də Qərb sülhməramlılarından gedir. Ən yaxşısı bu olar ki, bizə heç kim nəzarət etməsin, başımız üstündə təzyiq edən qurum olmasın. Bu baxımdan işimizi elə aparmalıyıq ki, nə kiməsə borclu qalaq, nə də kiminsə nazını çəkək. Ancaq bu məsələdə də bəzi əngəllər var, ardıcıllıq qorunmalıdır... Sülhməramlılar gəlməlidir, ya yox, bunu heç kim deyə bilməz. SSRİ vaxtında da sülhməramlılar vardı, adı başqa idi. Ancaq müəyyən təcrübə vardı. Düzdür, bunu kimsə qarşımızda qəti şərt kimi qoysa, onda fikirləşmək lazımdır. İndi elə əlamət yoxdur. Rusiyanın istədiyi odur ki, bu bölgəyə üçüncü ölkə gəlməsin.

– 15-20 il əvvəllə müqayisədə nələr dəyişib, Azərbaycan və Ermənistan cəmiyyətləri, siyasi hakimiyyətləri psixoloji baxımdan güzəştlərə hazırdırlarmı?

– Demək olar ki, heç nə dəyişməyib. ATƏT deyilən təşkilat iki tərəfin arasına girsə də, heç bir irəliləyiş yoxdur. Psixoloji baxımdan, Azərbaycan tərəfi öz torpaqlarını qaytarmaq əzmindədir, Ermənistan tərəfi isə status-kvonu dəyişməz saxlamaq istəyir. Ancaq bu, daha qeyri-mümkündür, çünki Ermənistan tərəfi atəşkəsi pozub və Azərbaycanın dinc əhalisini gülləbaran etməkdədir.

– Sizin hakimiyyətiniz dövründə, ya sonrakı dövrdə olsun, reallıqlar yəqin indikindən fərqlidir. Bugünkü reallıqda Azərbaycanı nə gözləyə bilər?

– Əlbəttə ki, o dövrdə Azərbaycan çox gücsüz dövlət idi, o qədər də imkanları yox idi. İndi Azərbaycanın güclü ordusu və geniş imkanları vardır. Dünya ictimaiyyəti də Azərbaycanın haqq işini müdafiə edir. Siyasi mübarizə ancaq KİV-lər səviyyəsindədir, ölkədə stabillikdir. Azərbaycan inkişafdadır və düzgün xarici siyasət yeridir. Bu 20 il ərzində Azərbaycan xalqı anladı ki, ümummilli məsələlərdə xalqla prezident bir olmalıdır və biz də indi bunun şahidiyik.

– Bəzi təhlilçilər deyirlər ki, aprel hadisələri zamanı Rusiya Ermənistana ötən illərdəki kimi açıq şəkildə dəstək çıxa bilmədi. Sizcə, dəyişən nədir?

– Bu, düzgün təhlil deyil. Dərinə getsək, görərik ki, Qarabağ bir tələdir ki, ermənilər bura düşüblər, çıxmaq üçün isə heç bir yolları yoxdur. Məcbur olub, Rusiyanın dediyini edəcəklər. Bunu da görürük. Rusiya heç vaxt Ermənistanı maraq dairəsindən çıxara bilməz, çünki orada atom elektrik stansiyası var və ermənilərə onu vermək Rusiyanın özünə təhlükə yaradır. Rusiyanın xarici siyasəti çoxşaxəlidir, odur ki, dərinə getsək, Ermənistanın xeyrinə heç nəyin dəyişmədiyini görərik. Azərbaycan tərəfi bundan istifadə edib, torpaqlarını azad edə bilər.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
İlk əsgər məzarlığı salınır: Müharibəyə hazırlıqdır? – Zakir Həsənov
Bu gün Azərbaycanda Bilik Günüdür
Azərbaycan-Türkiyə həmrəylik yürüşü keçiriləcək
Türkiyənin Vitse-prezidenti sabah Azərbaycana səfərə gəlir
Qəhrəmana bərabər qəhrəman: Bitməyən müharibənin döyüşçüləri - FOTOLAR
Piyadalara qarşı cərimələri yol polisi yazacaq - RƏSMİ
Kremlin Qarabağ blefi: Sözdən işə nə zaman keçiləcək?
Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR
Azərbaycan hərbçiləri Almaniyada təlimdə iştirak edirlər
Tramp: Misir Prezidenti mənim sevimli DİKTATORUMDUR
Qazaxıstanda silah anbarı partladı
Türkiyədə ard-arda iki güclü zəlzələ olub
Yaponiyada yüz yaşı tamam olanların sayı 71 mini keçdi
Mirşahin Ağayevə medal verildi
Türkiyə Qarabağ müharibəsində Azərbaycana niyə kömək etmədi? - Kod adı ZƏFƏR olan türk genaralı danışdı - EKSKLÜZİV
Türkmənistan-Azərbaycan iqtisadi əməkdaşlığına dair müzakirələr aparılıb
Türkiyədə siyasi proseslər DƏYİŞİR - Ərdoğanın partiyası niyə parçalanır?
Putin müsəlmanlarla araq içdi – “İmamların 3-də…” - VİDEO
MƏQSƏD SƏTTAROV KİMDİR? - I YAZI
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ŞEYX MƏHƏMMƏD XİYABANİ- III Yazı
Əhməd Davudoğlu AKP-dən istefa verib
Özbəkistan Türk Şurasının üzvü olacaq
2020-ci il üzrə dövlət büdcəsinin gəlir və xərcləri
“Təlimlər döyüş qabiliyyətinin artırılmasına xidmət edir” - Müdafiə naziri
Qarabağ icması Fransa hökumətinə çağırış edib
Piyadaları cərimələyən post-patrul əməkdaşlarının səlahiyyətlərinə xitam verilib
İnsanın soykökünün saxtalaşdırılması onun şərəf və ləyaqətinə qarşı hörmətsizlikdir
Mehriban Əliyeva Kürdəxanıda parkın açılışında - FOTO
Rövşən Rzayev: "Həmsədrlər Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməlidirlər"
İşğal olunmuş ərazilərlə bağlı qanun niyə qəbul olunmur? - Deputatdan pessimist CAVAB