Qarabag Media
Haqqımızda Əlaqə

Şəhid baş leytenant Rəşid Mehdiyevin medalı anasına təqdim olunub - FOTO


Tarix:8-05-2016, 06:09 Kateqoriya:Manşet / Qəhrəmanlar

Şəhid baş leytenant Rəşid Mehdiyevin medalı anasına təqdim olunub - FOTO

Şəhid baş leytenant Rəşid Mehdiyevin medalı şəhidin anasına verilib.

Karabakhmedia.az xəbər verir ki, cəbhə bölgəsində düşmənlə döyüşdə qəhrəmancasına şəhid olan baş leytenant, 26 yaşlı Mehdiyev Rəşid Rövşən oğlunun təltif edildiyi "İgidliyə görə" medalı anası Məxpurə Mehdiyevaya təqdim edilib.

Salyan rayonu Heydər Əliyev Mərkəzində keçirilən mərasimdə şəhidin valideynləri, Müdafiə Nazirliyinin nümayəndələri, şəhidin xidmət etdiyi hərbi hissənin komandir və əsgər heyəti, rayon rəsmiləri və ictimaiyyəti iştirak edib.

Mərasimdə çıxış edən polkovnik Abdulla Qurbani şəhid Rəşid Mehdiyevin döyüş yolundan danışıb. O, ötən ay Azərbaycan Ordusunun cəbhədə əldə etdiyi uğurlardan danışaraq şəhidlərin qanının yerdə qalmayacağını, işğal altında olan torpaqların tezliklə azad ediləcəyini bildirib.

Digər çıxış edənlər zabit R. Mehdiyevin igidliyindən söz açaraq, onun xatirəsinin daim əziz tutulacağını deyiblər. Şəhid zabitin valideynlərinə minnətdarlıq ifadə olunub.

Sonda şəhidin anası çıxış edərək oğlu ilə fəxr etdiyini deyib, nitqini "Vətən sağ olsun!” cümləsi ilə bitirib.

Xatırladaq ki, 26 yaşlı zabit Tərtərdə yerləşən təmas xəttində düşmənin təxribat-diversiya cəhdinin qarşısını alarkən şəhid olub.

O, aprelin 5-də doğulduğu Salyan rayonu Xalac kəndində torpağa tapşırılıb.
Şəhid baş leytenant Rəşid Mehdiyevin medalı anasına təqdim olunub - FOTO

Şəhid baş leytenant Rəşid Mehdiyevin medalı anasına təqdim olunub - FOTO

Şəhid baş leytenant Rəşid Mehdiyevin medalı anasına təqdim olunub - FOTO

Şəhid baş leytenant Rəşid Mehdiyevin medalı anasına təqdim olunub - FOTO

Şəhid baş leytenant Rəşid Mehdiyevin medalı anasına təqdim olunub - FOTO

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Məmmədyarovla Mnatsakanyanın görüşməmə səbəbi açıqlandı
Sultan bəyin məğlub etdiyi tayqulaq Andraniki Rotşildlər maliyyələşdirib — VİDEO
Ermənisayağı güzəşt
Saakaşvili qanında erməni qarışığının olmadığını genetik testlə sübuta yetirib
BALACA İSMAYILIN BÖYÜK İSTEDADI
Yeni nəzarət-kassa aparatlarının tətbiqi tezləşdiriləcək
Rövşən Rzayev Beyləqanda köçkünləri qəbul etdi
Soçi görüşü – Hər şeyin öz yerini tutduğu danışıqla
Yığılan vergi daha çox bu sahəyə xərclənir – Nazir açıqladı
Azərbaycan əhalisinin sayı açıqlanıb
Rafiq Hüseynovun barelyefinin açılışı oldu - FOTO
Azərbaycan və İran xarici işlər nazirləri Tehranda görüşəcək
Azərbaycanlılar Gürcüstan parlamentinin qarşısında aksiya keçirirlər
Yeddi dövlət Türkiyəyə qarşı bəyannamə imzaladı
Avropada qrip epidemiyası: ölənlərin sayı artır
Ölkədə ictimai rəyi araşdıracaq mərkəz yaradılır – Prezidentdən fərman
Şənbə gününün hava proqnozu: yağış, qar yağacaq
Avtomobillərin bahalaşmasının səbəbləri sadalanıb
Aleksander Çeferin yenidən UEFA prezidenti seçilib
Oqtay Şirəliyevin oğlu İSTEFA VERDİ
Prezident İlham Əliyev zəlzələ bölgəsinə gedib - FOTO
Şəhid polkovnik Raquf Orucovun oğlu: “Şəhidlərin hər biri bizik!”
Səni unutmaq olmur... - İlham QƏHRƏMAN - ŞEİRLƏR
Qaxda müğənni yol qəzasında öldü - FOTO
Bakıdan Güneyə dəstək: Kim qoşulacaq?
Yağış yağacaq, külək əsəcək, qar yağacaq - XƏBƏRDARLIQ
“Gəncliyin səsi” festivalına yekun vuruldu
“MONQOL-TATARLAR” MƏNBƏ VƏ RƏSMLƏRDƏ SARIŞINDIRLAR
Nəsimini sovet vətəndaşına çevirənlər
Qənirə Paşayeva Qovlar şəhərində şəhid ailələri ilə görüşüb