Qarabag Media
Haqqımızda Əlaqə

Gürcü qızı azərbaycanlı yaralı əsgəri necə xilas etdi?


Tarix:7-05-2016, 10:29 Kateqoriya:Manşet / Araşdırma

Gürcü qızı azərbaycanlı yaralı əsgəri necə xilas etdi?

Döyüş yoldaşlarının əksəriyyəti həlak olur. Hərbi həkimlər yaralıları yığan vaxt onu ölümcül bilib götürmək istəməyiblər. Lakin gürcü dilini bilməsi yaralı əsgərin həyatının xilas edilməsinə səbəb olub.

İkinci Dünya Müharibəsi illəri bəşəriyyətin XX əsrdə üzləşdiyi ən ağır və dəhşətli dövr olmuşdu. Azərbaycan xalqının bu müharibədə göstərdiyi əzmkarlıq və qəhrəmanlıqlar da danılmazdır.

Azərbaycan xalqı İkinci Dünya Müharibəsində həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümunələri göstərib. Müharibə başlayandan keçən qısa müddət ərzində Azərbaycan Respublikası ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edilmişdi. 1941-1945-ci illərdə respublikanın 600 mindən çox oğlan və qız övladı cəbhəyə getmişdi.

Bunlardan biri də Həbibullah Kərimov olub. O, 1906-cı ildə Qax rayonunun Zəyəm kəndində dünyaya gəlib. 1939-cu ildə Ukraynanın Xarkov şəhərinə hərbi xidmətə yola düşüb. Döyüşlərin qızğın getdiyi ərazilərdə — Ukraynanın Lvov, Kiyev, Xarkov, Belorusun Minsk şəhərində, habelə Çexoslovakiyada gedən döyüşlərdə iştirak edib.

Veteranın nəvəsi Şamama Abbasova babası haqqında xatirələrini danışarkən deyir: "Babam çox cılız, arıq və boyu balaca bir kişi olub. Buna baxmayaraq, çox çevik olub. Ona tez-tez sual verərdilər ki, necə olub, sən sağ qalmısan? O da zarafatla deyərdi ki, boyumun balaca olması məni qoruyub. Boyum balaca olduğundan düşmən məni görmürdü".

O həm də 1941-45-ci illərdə Moskva ətrafında gedən döyüşlərdə iştirak edib. H. Kərimovun digər nəvəsi Kərim Kərimov isə babası haqqında bunları danışır: "Babam uzun illər kəndin meşəbəyisi olub. Babamın ömrü at belində keçib. O, dünyasını dəyişəndə mənim səkkiz yaşım var idi. Babamın bədənində qəlpələr vardı. Lakin o, ömrünün sonuna kimi at çapdı, bizim kəndin meşəbəyisi oldu".

O dövrdə neçə-neçə Azərbaycan ailəsinə "qara kağız" gəlirdi. Lakin bunlardan bəziləri xoşbəxtlikdən yanlış olurdu. 1945-ci ilin may ayında Həbibullah Kərimovun da evinə "qara kağız" gəlir.

"Nənəm Gülər xanım babam üçün yas saxlayırdı. Bir il keçəndən sonra bir çapar kəndə gəlir və babamın sağ olduğunu nənəmə deyir. Nənəm inanmır. Necə ola bilər, sabah onun ölümündən 1 il keçir", — danışır mərhumun nəvəsi.

1946-cı ilin may ayında Həbibullah Kərimov evə dönür. "Babam müharibəyə gedəndə 3 övladı olub. Onda kiçik qızı, bibim Təbiət qundaqdakı körpə olub. Babam müharibədən qayıdanda Təbiət bibim artıq 7 yaşın içində olub. Xeyli müddət babamı yad adam bilib, ona əmi deyirmiş. Anasına da tez-tez deyirmiş ki, bu kişi getsin bizdən. Çünki babam müharibədən qayıdanda üzü tanınmaz hala düşmüşdü. Hər yerində şıramlar var idi. Təbiət bibim də buna görə ondan qorxurdu", — deyir K. Kərimov.

Onun sözlərinə görə, döyüşdən sonra əraziləri minalardan təmizlənən vaxtı babası minaya düşür və ölümcül yaralanır: "Döyüş yoldaşlarının əksəriyyəti həlak olur. Hərbi həkimlər yaralıları yığan vaxt bir gürcü babama baxıb gürcü dilində deyib ki, "bu, onsuz da öləcək, bunu götürməyək". Babam gürcü dilini çox gözəl bilirdi. Gürcü dilində deyib ki, "şilo məni də götür, mən sağam, özümü pis hiss etmirəm". Onun gürcü dilində danışdığını eşidən gürcü şəfqət bacısı həkimə deyir ki, "bu ki, bizimkidir, sağdır, nə olar, onu da götürək". Beləcə gürcü qızı babamı xilas edir".

Qeyd edək ki, mərhum veteran, şəxsi heyətinin 92%-ni Azərbaycan türklərinin təşkil etdiyi 416-cı diviziyada xidmət edib. Brandenburq darvazası üzərinə bayraq sancan əsgərlərdən biri olub. Həmin anın şəkli son vaxtlara qədər H. Kərimovun evində dursa da, təəssüf ki, sonra yoxa çıxıb. Nəvələri ehtimal edirlər ki, həmin şəkli valideynləri rayon qəzetində dərc edilmək üçün veriblər, amma o şəkil qayıtmayıb./Sputnik.az/

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”