Qarabag Media
Haqqımızda Əlaqə

`Laçın yurdu`nun 5 yaşına Laçınlı günlər arzusu ilə


Tarix:1-05-2016, 06:33 Kateqoriya:Manşet / Laçın yurdu

`Laçın yurdu`nun 5 yaşına Laçınlı günlər arzusu ilə

“Laşın yurdu” yurnalı yarandığı gündən – beş il ərzində laçınsevərlərin stolüstü jurnalına çevrilib. Biz bu jurnal vasitəsi ilə qədim Oğuz yurdu olan Laçının tarixi, etnoqrafiyası, adət-ənənələri, iqlimi, sosial şəraiti, hələ çoxlarına məlum olmayan sənətkarları, vətən-el qeyrəti çəkən saysız-hesabsız qəhrəmanları, bir sözlə dünəni, bu günü, sabahı haqqında geniş məlumatlar əldə edir, maariflənir, zənginləşirik.

“O kənd bizim kəndimizdi”, “Həmsöhət”, “Ovqat”, “Axtar babaları”, “Kimlər keçdi bu dünyadan” rubrikaları altında verilmiş yazılar bizim qan yaddaşımızı oyadırsa, “Anım”, “Qazilərimiz”, “Şəhidlərimiz” başlıqlı yazılar bu günümüzün reallıqlarını özündə əks etdirir, “Folklorumuz”, “Araşdırma”, “Münasibət”, “Adlarımız” rubrikalarında isə müəlliflərin yozumları, düşüncələri, araşdırmaları ilə tanış oluruq. Bütün bunlar da jurnalın daha çox oxunaqlı olmasına, sevilməsinə səbəb olan amillərdəndir. “Nəsr”, “Poeziya”, “Publisistika” bölmələrində həm klassiklərimizə, həm tanınmış müasir şair və yazıçılarımıza, həm də yaradıcılığa yeni başlayan yazarlarımıza yer verilməsi də təqdirəlayiqdir.

Hamımıza yaxşı məlumdur ki, qəzet, jurnal “kollektiv əməyin” məhsulu hesab edilir. “Laçın yurdu” jurnalının 5 yaşının tamam olması münasibəti ilə ictimai əsaslarla çıxan bu mətbu orqanın işıq üzü görməsində zəhməti olan, heç bir təmənna ummayan yaradıcı heyəti, müəllifləri və sadiq oxucuları təbrik edir, sizlərə Laçınlı günlər arzulayıram.
Mütəllim HƏSƏNOV










SON XƏBƏRLƏR
İlham və Fərizə: əsl sevgi və sədaqət salnaməsi
20 Yanvar şəhidlərinin 29-cu ildönümü anılır
Həcərin nəticəsi: "Nənəm erməniyə ərə gedə bilməzdi..."
“Dövlətqaçqınkom”un 100-ə yaxın əməkdaşı qan verdi - FOTOLAR
“Vətənin ən qəhraman övladları və onların ailələri qarşısında baş əyirəm” - Amerika ordusunun azərbaycanlı polkovniki
Heçmi əlləri titrəmədi?
İranın Qarabağ məsələsinə yanaşması dəyişir?
Günay Rəhimbəylidən Qarabağ atları ilə bağlı - SOS
Ukrayna Rusiya ilə 49 sənədi ləğv etdi
Deputat: Ölümə ən çox ürək-damar xəstəlikləri səbəb olur
“Gördün... Elmira Qafarova kişi qızıdır”
Şəhid Fərid Əhmədovun doğum günüdür
Artıq müalicə üçün İrana getməyə ehtiyac yoxdur! - VİDEO
Polad Bülbüloğlu: "Bu il Qarabağla bağlı konkret addımlar atılacağına ümidvarıq"
Rüstəm Kamalın ədəbiyyat dili - Elnarə AKİMOVA yazır
Muğam sənətinin inkişafı ilə bağlı addım atılacaq
Dörd saat söhbət, dörd kəlmə söz, dörd qəpiklik inam
OPEC Azərbaycanda 2019-cu ildə neft hasilatına dair proqnoz dərc edib
Yaxın Şərqdə xain plan: "Böyük Ermənistan", "Böyük Kürdüstan" və "Böyük İsrail"
Qasırğa və çovğun hanı? – Nazirlik vaxt dedi
Xəzərdə dalğanın hündürlüyü 5,3 metrə çatıb
Bakı Nəqliyyat Agentliyində TƏYİNAT
Ramil Usubov daha bir rəisin yerini dəyişdi
Skiflər, saklar, massagetlər, talışlar və azərilər
Azərbaycanla Rusiya arasında bir sıra ikitərəfli sənədlər təsdiqləndi
Həmsədrlər bəyanat yaydı: “Əhalinin sülhə hazırlanması üzrə razılığa gəlinib”
Sergey Lavrov Azərbaycan-Rusiya münasibətlərinə dair mühüm mesajlar verdi
Suriyanın paytaxtı Dəməşqə güclü qar yağıb
Putinə qarşı sui-qəsdin qarşısı alındı
"Struktur islahatları idarəetmədə çevikliyin daha da artırılmasına xidmət edir"