Qarabag Media
Haqqımızda Əlaqə

4 mindən çox borclunun ölkədən getmək hüququ məhdudlaşdırılıb


Tarix:15-10-2015, 10:48 Kateqoriya:Manşet / Gündəm

fikret Prezident İlham Əliyevin oktyabrın 12-də Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında verdiyi tapşırıqlar Ədliyyə Nazirliyinin kollegiyasında struktur qurumların rəhbərlərinin iştirakı ilə müzakirə olunub, nazirliyin 9 ayda fəaliyyətinin yekunları təhlil edilib.

Nazirlkdən verilən məlumata görə, ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən kollegiya iclasında dövlət başçısının güclü siyasi iradəsi və rəhbərliyi ilə ölkəmizin dinamik iqtisadi inkişafı, ölkə iqtisadiyyatının və qeyri-neft sektorunun davamlı artımı, sosial və infrastruktur layihələrin uğurla icrası qeyd olunub, qarşıya qoyulan bütün strateji inkişaf hədəflərinə bundan sonra da nail olunacağına əminlik ifadə edilib.
2015-ci ildə ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi üzrə ölkə başçısının tapşırıqlarının icrası, o cümlədən nazirliyə həvalə edilmiş vəzifələrin layiqincə yerinə yetirilməsi üzrə xeyli işlər görülüb.

Nazirlik tərəfindən qanunyaradıcı fəaliyyətdə aktiv iştirak edilərək ölkəmizin iqtisadi inkişafına, əhalinin maddi və sosial vəziyyətinin yaxşılaşdırılmasına və s. yönəlmiş 568 qanunvericilik aktının layihəsi hazırlanıb, 1.822 layihə hüquqi ekspertizadan keçirilib.

Eyni zamanda, vətəndaşların mülki hüquq münasibətlərinin həllində mühüm rol oynayan notariat orqanlarında aparılan əməliyyatların sayı 2.5 milyona çatıb ki, bunun da 90%-dən çoxu ölkədə geniş tətbiq olunan xüsusi notariat institutunun payına düşür. Bütövlükdə dövlət büdcəsinə 27 milyon manat rüsum ödənilib.

Mülki və iqtisadi münasibətlərin sürətlə artması, insanlarda məhkəmələrə inam hissinin yüksəlməsi məhkəmə mübahisələrinin və icra işlərinin sayının xeyli çoxalmasına səbəb olub. 2015-ci ilin 9 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə icra işlərinin sayı 53% artaraq 350 mini ötüb. Görülmüş tədbirlər nəticəsində 160 mindən çox işin icrası təmin olunub, hüquqi və fiziki şəxslərə ödənilən vəsaitin həcmi 124 milyon manat təşkil edib, könüllü icra olunan işlərin sayı artıb.

Bu ilin 9 ayında bələdiyyələrə inzibati nəzarət qaydasında 44 mindən çox bələdiyyə aktına baxılıb, bələdiyyələrin fəaliyyətində aşkar edilmiş cinayət xarakterli pozuntular, o cümlədən maliyyə əyintiləri ilə əlaqədar 40 fakt üzrə materiallar prokurorluğa göndərilib, qanunsuz ayrılmış 606 hektardan çox torpaq sahəsi geri qaytarılıb.

Ədliyyə fəaliyyətində ictimaiyyətlə əlaqələrə böyük önəm verilir, vətəndaş cəmiyyətinin nümayəndələri nazirliyin tədbirlərində fəal iştirak edirlər. Gənclərin işlə təminatı da daim diqqət mərkəzində saxlanılaraq cari ildə 305 nəfər ədliyyə orqanlarına işə qəbul edilib. Hazırda ədliyyə orqanlarında çalışan işçilərin təxminən hər ikisindən birini gənclər təşkil edir. Bu günlərdə ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti açıq müsabiqə elan olunub.

Hesabat dövründə ədalət mühakiməsinin səmərəliliyinin artırılması, məhkəmə infrastrukturunun yenilənməsi üzrə tədbirlər uğurla davam olunaraq müasir tipli məhkəmə binalarında ölkə Prezidentinin Sərəncamı ilə yaradılan "elektron məhkəmə" informasiya sisteminin sınaq rejimində tətbiqinə başlanılıb, həmçinin Bakı və Şəkidə möhtəşəm məhkəmə komplekslərinin tikintisi başa çatdırılıb, 9 məhkəmə üçün binaların inşası davam etdirilir. Həmçinin qeyd olunub ki, Prezidentin təşəbbüsü ilə yaradılaraq Azərbaycanın milli brendinə çevrilmiş, o cümlədən ədliyyənin müvafiq xidmətlər göstərdiyi "ASAN xidmət"in vətəndaş məmnunluğuna yönələn fəaliyyəti cəmiyyətimizdə böyük rəğbətlə qarşılanır və beynəlxalq aləmdə hədsiz maraq doğurur. Ötən dövr ərzində 6 milyon insanın faydalandığı bu xidmət çərçivəsində 1.5 milyon əməliyyat ədliyyə orqanları tərəfindən həyata keçirilib.

Nazir F.Məmmədov dövlət başçısının Nazirlər Kabinetinin iclasında maliyyə intizamının gücləndirilməsi, izafi xərclərə yol verilməməsi, büdcə vəsaitindən qənaətlə istifadə edilməsi, korrupsiya ilə mübarizənin daha da gücləndirilməsi, bu sahədə ictimai nəzarətin genişləndirilməsi, eləcə də ölkədə dayanıqlı inkişafın təmin olunmasında mühüm rol oynayan sahibkarlığın inkişafına süni maneələrin aradan qaldırılması və sahibkarlar qarşısında əsassız tələblərin qoyulmaması, yoxlamaların tənzimləmə mexanizmlərinin hazırlanması, yoxlamaların və lisenziyaların sayının kəskin şəkildə aşağı salınması barədə qəti tapşırıqlarını diqqətə çatdıraraq ədliyyə orqanlarının qarşısında duran vəzifələrin ölkə rəhbərinin tələbləri səviyyəsində qurulmasını tapşırıb.


İclasda sahibkarların hüquqlarının müdafiəsi, yoxlamaların azaldılması və bu sahədə əlavə təsirli mexanizmlərin müəyyən edilməsi, lisenziyaların sayının aşağı salınması və prosedurların daha da sadələşdirilməsi, məsuliyyət tədbirlərinin gücləndirilməsi üçün qanunvericiliyə yenidən baxılması, maarifləndirilmə tədbirlərinin və metodiki köməkliyin göstərilməsi işinin genişləndirilməsinin vacibliyi vurğulanıb.

Həmçinin qeyd olunub ki, sahibkarlıq sahəsində yoxlamaların aparılması üzrə reyestrdəki məlumatların təhlilinə əsasən əvvəlki illərə nisbətən cari ildə yoxlamaların sayı artıb, bu zaman bəzən müvafiq qanunvericiliyin tələblərinə dürüst əməl olunmur, sahibkarların maraqlarının qorunması sahəsində qüsurlara yol verilir. Bununla əlaqədar reyestrin aparılması işinin səmərəsinin artırılması, o cümlədən yoxlamaların qeydə alınmasında və keçirilməsində şəffaflığın və hesabatlılığın təmin edilməsi məqsədilə reyestrin fəaliyyətində ASAN imzanın və yeni proqram təminatının və qeydiyyat prosesinin tətbiqinin sürətləndirilməsi, habelə elektron sənədləşmənin dairəsinin genişləndirilməsi barədə və digər konkret tapşırıqlar verilib. Həmçinin, vergi borcları ilə bağlı və digər icra sənədlərinin icrası vəziyyətinə toxunularaq bildirilib ki, 2015-ci ilin ötən dövr ərzində qərarların icrasına maneçilik törədən, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən və icradan qərəzli şəkildə yayınan, həmçinin vergi borclarını ödəməkdən boyun qaçıran 3 250 nəfər inzibati məsuliyyətə cəlb olunub, o cümlədən 1 800 nəfər inzibati qaydada həbs edilib, habelə 242 nəfər barəsində cinayət işi başlanıb, 4 mindən çox borclunun ölkədən getmək hüququ məhdudlaşdırılıb. Bununla yanaşı, vergi borcları ilə bağlı icra işinin səmərəliliyinin artırılması məqsədilə Vergilər Nazirliyi ilə birgə vergi ödəyiciləri barədə məlumatların elektron mübadiləsi üzrə tədbirlər həyata keçirilir. Kollegiyada həmçinin vurğulanıb ki, vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, insanlara layiqli xidmət göstərilməsi, etik davranış qaydalarına dönmədən əməl olunması, korrupsiyaya şərait yaradan hallara yol verilməməsi ədliyyə orqanlarının fəaliyyətində daim rəhbər tutulmalıdır.

Bununla əlaqədar şəffaflığın daha da artırılması, habelə elektron xidmətlərin tətbiqinin və elektron sənəd dövriyyəsinin genişləndirilməsi, ədliyyə fəaliyyətində "ASAN xidmət" praktikasından geniş istifadə olunması və müsbət model kimi beynəlxalq aləmdə təbliğ olunması, eləcə də əhali ilə daha çox təmasda olan ədliyyə qurumlarında vətəndaş məmnunluğunun yüksəldilməsi, ictimai rəyin öyrənilməsinə diqqətin artırılması və s. aidiyyəti tapşırıqlar verilib.

İclasda, həmçinin bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.
(Modern.az)

Karabakhmedia.az










SON XƏBƏRLƏR
"Vəzir gəldi ki, bəs, həmin yerləri ermənilər yenə alıb" - Asim Qasımov
NATO-nun qalmaqallı sənədini imzalamağa Ərdoğanı nə vadar etdi?
TÜRKİYƏ XİN RƏHBƏRİNDƏN QARABAĞ AÇIQLAMASI
Həmyerlimiz Pentaqonda yüksək vəzifəyə təyin olunub
Prezidentdən Əlibaba Məmmədovla bağlı - SƏRƏNCAM
Məmmədyarov: “Erməni həmkarımla dünənki görüşümüz kifayət qədər çətin keçdi”
“Azərbaycan-Gürcüstan birgə ali məktəbinin yaradılması ilə bağlı danışıqlar gedir” - Fuad Muradov
Ukraynanın NATO-ya qəbul olunmasının şərti açıqlandı
Məhəmməd Hadinin 140 illik yubileyi qeyd olunacaq - SƏRƏNCAM
Bakının bu rayonunda yolların yenidən qurulmasına 11,8 milyon manat ayrıldı
İlham Əliyev parlamentin buraxılması haqqında sərəncam imzalayıb, növbədənkənar seçkilərin vaxtı təyin edilib
Bakıda İƏT-in sədri seçilib
Danimarkada azərbaycanlı gənc 12 saniyəyə rəqibini məğlub etdi
Konstitusiya Məhkəməsi Prezidentin sorğusu ilə bağlı QƏRAR qəbul edib
Bakıda bu məktəblər qalib elan olundu - SİYAHI
“Bunu etsələr, ölkəyə gətirilən ikinci əl avtomobillərin qiyməti baha olacaq...” - Ərşad Hüseynov
Azərbaycan-İran sərhədində silahlı insident baş verib
Zakir Həsənov cəbhəboyu zonada yerləşən hərbi hissələrdə
Azərbaycanda qatar maşınla toqquşdu: ölənlər var
İlham Əliyev və Mehriban Əliyeva “Bakutel-2019” sərgisi ilə tanış olub
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması sədrinin Brüsselə səfəri başlayıb
Azərbaycan və Türkiyə arasındakı yeni hava dəhlizi “Dostluq dəhlizi” adlandırılıb - VİDEO
Güney azərbaycanlı gənc rejimin qüvvələri tərəfindən ailəsinin gözünün qarşısında öldürülüb – Təbrizdə
Paşinyan Məmmədyarovla görüşdən əvvəl Mnatsakanyana nə deyib?
Misir Mərdanov deputat olmaq arzusunu gizlətmədi – “Mən namizədliyimi verə bilərəm”
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Putinin gizli qatarı ilk dəfə görüntüləndi – VİDEO
“Mən özüm də universitetin yeməkxanasında yemək yeyirəm” - BDU-nun rektoru
Lavrov: "Qarabağ icmaları arasında təmaslar bərpa olunmalıdır"
Meşədə asılmış qadın meyiti tapıldı