Qarabag Media
Haqqımızda Əlaqə

Millət Məclisində yumruq davası düşdü


Tarix:28-04-2016, 17:37 Kateqoriya:Manşet / Türk dünyası

Millət Məclisində yumruq davası düşdüÖtən axşam Türkiyə Böyük Millət Məclisinin (TBMM) plenar iclasında millət vəkilləri arasında yumruq davası olub. Karabakhmedia.az bildirir ki, hadisə separatçı PKK terror qruplaşmasının siyasi dəstəkçisi Xalqların Demokratiya Partiyası (HDP) millət vəkili Fərhad Encünün çıxışı vaxtı baş verib.

Encünün TBMM kürsüsündə dediyi, “polis mülki əhalini qətlə yetirir” sözləri hakim Ədalət və İnkişaf Partiyası (AKP) millət vəkilləri tərəfindən kəskin etirazla qarşılanıb. Bəzi AKP-li deputatlar Fərhad Encüyə hücum ediblər. Qadın millət vəkillərinin olduğu HDP qrupu da Encünü qorumaq üçün kürsüyə doğru irəliləyiblər.

HDP millət vəkilləri Fərhad Encünü əhatə edərək kürsüdən uzaqlaşdırmağa cəhd edərkən AKP millət vəkilləri onlara hücum edib. Plenar iclası idarə edən vitse-spiker Mehmet Aydın iclası dayandırsa da davanın böyüməsinin qarşısını ala bilmədi.

Əvvəl AKP-li Mətin Külünk və Həmzə Dağ HDP qrup rəhbəri Çağlar Dəmirəlin uzaqlaşdırmağa çalışdığı Encüyə hücum çəkiblər. Eyni vaxtda zalın arxa tərəfindən dolaşan AKP-li Növzat Ceylan da HDP qrupunun oturduğu sıralara yaxınlaşaraq Encüyə hücum edib. Ceylan araya girməyə çalışan Dəmirəli də əli ilə itələyib.

Ceyıan ilə Encü arasında yumruqlaşma başlayıb və AKP-dən olan Adnan Boynukara da davada iştirak edib. Bu dava-dalaş davam etdiyi anda iclas zalının müxtəlif yerlərində AKP-lilər ilə HDP-lilər arasında yumruqlaşma başlayıb.

Dava vaxtı HDP sözçüsü Ayhan Bilgen, həmçinin həmin partiyadan olan qadın millət vəkilləri Hüda Kaya və Burcu Özkan Çelik də zərbəyə məruz qalıblar. Dava sakitləşdirilərək AKP millət vəkilləri yerlərinə göndərildildikləri vaxt HDP üzvlərinə qarşı “Dağa, dağa” şüarları səsləndiriblər.

Encü isə ona terrorçu deyən AKP-lilərə onlardan qorxmadığını deyib. “Siz məni, seçilmiş bir insanı terrorçu elan edə bilməzsiniz. Həddinizi bilin. Sizdən qorxmuruq.”

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”