Qarabag Media
Haqqımızda Əlaqə Hava Durumu

Qarabağın göyərti kətəsinin resepti

Tarix:26-04-2016, 12:37 Baxış Sayı:397 Kateqoriya:Manşet, Bölgə Özəlliyi

Qarabağın göyərti kətəsinin resepti

Bakının Türkan qəsəbəsində məskunlaşmış Azərbaycanın Füzuli rayonundan olan məcburi köçkün ailəsi Sputnik-i qonaq qəbul edib və milli yemək - göyərti ilə bişirilən Qarabağ kətəsinin hazırlanmasının sirrini açıb.

Ev xanımı Məhliqa Balıyeva deyir ki, göyərti kətəsi Azərbaycanın Füzuli, Cəbrayıl, Ağdam və digər bölgələrində bişirilir. Kətənin hazırlanması ilə bağlı hər bir xanımın öz sirri var. Bu kətənin resepti çox sadədir. Əsas odur ki, onu ürəklə hazırlayasan.

İnqrediyentlər: 500 qram buğda unu, 120 qram kərə yağı, 1 stəkan su, 1 çimdik duz.

Xəmir duz və su ilə yoğrulur. Bir qədər saxlanılır ki, özünə gəlsin. Sonra o kündələrə ayrılır və kağız kimi nazik yuxalar yayılır. Sonra isə yuxaların içinə xırda doğranmış 10 növə qədər çöl və dirrik göyləri qoyulur. Göylərin üzərinə duz səpilir. Sonra yuxaların kənarları iki tərəfdən ortaya doğru üst-üstə qatlanır. Yuxaların qıraqları üst-üstə gətirilir, axıracan bərkidilir.

Hazır bükülmüş kətələr "sac" adlandırılan çanağa oxşayan qızmar tavanın üzərində, yaxud da qızmar təndirdə bir neçə dəqiqə bişirilir.

"Bizim region müxtəlif növ göyərtilərlə zəngindir, hansı ki, biz onları dağlardan, ya da dirrikdən yığırdıq. Bu gün biz əlimizin altındakı göylərdən istifadə etmişik. Əlbəttə buradakı göylərlə, Qarabağdakı göylərin dadı eyni deyil." — deyə Məhliqa xanım bildirir.

İç üçün: 2-3 orta dəstə şüyüd, 4 böyük dəstə ispanaq, 2 dəstı göy soğan, 3 dəstə keşniş. Bura zövqə görə, müxtəlif yabanı göyərtiləri (quşəppəyi, gicitkən, əməköməci, yarpız, yağlıca, gəlinbarmağı, əvəlik, quzuqulağı, cincilim, dağkeşnişi, boyana və s.)də əlavə edə bilərik.

"İçinə təkcə şüyüd, keşniş, bir az göy soğan da vura bilərsiz. Ümumiyyətlə, yaşadığınız yerdə mövcud olan və yeyilən bitklilərdən istəniləni vura bilərsiz"- deyir Balıyeva.

Kətələri hər iki üzü qızarana qədər bişirmək lazımdır. Kətələr hazır olandan sonra onların hər iki üzünə isti-isti kərə yağı sürtüb yağlamaq lazımdır ki, yumşaq və dadlı olsun. Stola verərkən yanına qatıq da qoymaq olar./sputnik.az/

Karabakhmedia.az

SON XƏBƏRLƏR
20 yanvar şəhidləri Almaniyada anıldı
“Əfqaninin milli vəhdət fəlsəfəsi və Türk dünyasının aydınları” mövzusunda növbəti diskussiya
ÖTƏRXAN ELTAC: QARDAŞ QİSASINI ALMAĞA GƏLDİM
Kikboksçular Şəhidlər Xiyabanını ziyarət ediblər
Türkçülüyün kiçik Turanı: Azərbaycan Cümhuriyyəti! IV yazı
Cəbhədə erməni kəşfiyyatçı öldürüldü
Tanınmış aktyor: "Laçınlılar Andronikin qabağına çıxıb, onu məhv edə bilir..." — MÜSAHİBƏ
20 Yanvar faciəsindən 27 il ötür
BAO təmsilçiləri Qırğızıstan səfirliyində olublar
Şəhidlər xiyabanı ziyarətçiləri qəbul etməyə hazırdır
`Sarkisyan Azərbaycan vətəndaşıdır` - Əli Həsənov
İranda Yeni "Türk açılımı". Türk fraksiyası İranın Qarabağ siyasətinə təsir edə bilərmi
"20 Yanvar” şəhidlərinin Vikipediya səhifəsi yaradıldı
"Qafqaz" universitetinin müəllimləri nazirliyə çağırıldı
UEFA `Qarabağ`a 980 min avro verdi
"20 Yanvar şəhidlərinin qanlı paltarları bu günə qədər saxlanılır"
Poroşenko: Ukrayna Dağlıq Qarabağdakı separatçı rejimi heç vaxt tanımayacaq
Obama: “Fələstin dövləti yaranmasa münaqişə həll olunmayacaq”
Şəhid zabitimiz Fərid Əhmədovun doğum günüdür - VİDEO
Laçınlı gənc şair: "Ermənilər oranı da atəşə tutdular, artıq yaşamaq çətinləşirdi...”
DİQQƏT: Bu avtobuslarda da kameralar quraşdırıldı
Sosial evlər neçəyə olacaq? - MİDA rəhbəri açıqladı
Davosda Azərbaycan və Ukrayna prezidentləri arasında görüş olub
Vaqif Əsədov: `Təcili yardım maşınlarına kameralar quraşdırılarsa...`
Sumqayıtda şəhid Nəcməddin Savalanov haqqında filmin təqdimatı keçirildi
Azərbaycanlı məktəbli ermәnini 10:0 uddu
Serbiyanın səfiri MEK-ə kitablar hədiyyə etdi
Ötən il Azərbaycan iqtisadiyyatı nə qədər geriləyib - SON RƏQƏMLƏR
Rusiya və Avstriya XİN başçıları Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər
Qafqaz Universitetinin tələbələri digər ali məktəblərə yerləşdiriləcək