Qarabag Media
Haqqımızda Əlaqə

23 yaşını şəhidlikdə qeyd edən döyüşçü - Qəhrəmanlıq dastanı


Tarix:25-04-2016, 02:03 Kateqoriya:Manşet / Qəhrəmanlar

23 yaşını şəhidlikdə qeyd edən döyüşçü - Qəhrəmanlıq dastanı

23 yaşını o şəhidlik zirvəsində qeyd etdi...

Cəbhədəki döyüşlərdə şəhid olan qəhrəman oğullardan biri də müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçu (MAHXHQ) Adil Adilzadə olub. Karabakhmedia.az qəhrəman döyüşçünün həyat yolunu təqdim edir:.

Adil Kamran oğlu Adilzadə 1993-cü ildə aprel ayının 17-də Mingəçevirdə doğulub. Mingəçevir şəhər 20 saylı orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Evin tək övladı olan qəhrəman cəbhənin ön xəttində N saylı hərbi hissədə xidmət keçir. Adil elə əsgərliyi dövründə özünü daha çevik və nizamlı əsgər kimi göstərib. Elə həmin vaxtlardan hərbiyə olan marağı onun orduda davam etmək qərarı ilə yekunlaşır. Bundan sonra Adil 2015-ci ilin ortalarından Naftalan rayonunda N saylı hərbi hissədə, Tər-Tər postunda Müddətdən Artıq Həqiqi Hərbi Xidmət hərbi qulluqçu vəzifısində xidmət edir. Onun xidmət apardığı istiqamət düşmənlə birbaşa döyüş nöqtəsi olmasına baxmayaraq o bundan qürur hissi keçirdiyini deyirmiş.

Şəhidin dostu Azər Poladov bizimlə söhbəti zamanı vurğuladı ki, şəhidlik Adilin ən böyük arzusu idi: “Nəhayət dostum arzusuna qovuşdu”..

17 ermənini məhv etməklə bitən son döyüşü…


2016- cı il Aprel ayının 1-dən 2-nə keçən gecə işğalçı Ermənistan ordusu yenidən təxribata əl atır. Azərbaycan Silahlı Qüvvələrinin yerləşdiyi ərazilərə soxulmaq istəyən düşmən kəşfiyyatı qarşısında böyük nizami ordunun təpkisi ilə qarşılaşır.

Artıq geriyə yol yox idi. Düşmənə layiqli cavab verməyin əsl zamanı idi. Şəhid Adil Adilzadə də digər döyüşçü yoldaşları kimi düşməni geri oturtmaq üçün hücum əmrini gözləyirdi. Nəhayət o əmr gəlir. Hələ 23 yaşı tamam olmayan qəhrəman döyüşçü silahdaşları ilə birgə düşməni geriyə çəkilməyə məcbur edir. Artıq döyüşlərin miqyası və şiddəti artırdı. Düşmən xeyli geri çəkilmiş və ordumuz onlara üstün gəlirdi. Bu zaman Naxçıvandan olan komandirləri şəhid leytenant Qabil Orucəliyev düşmən tərəfə hücuma keçməyi əmr verir. Adil Adilzadə və baş-leytenant Cavid Gülbala oğlu Dədəkişiyev də onun birgə düşmən üzərinə hücuma keçirlər. Tər-Tər istiqamətində gedən qızğın döyüşdə düşmənə ağır zərbələr endirilir. Həmin döyüşdə tək Adil Adilzadə 17 erməni əsgərini məhv edir. O qolundan güllə yarası almasına baxmayaraq döyüşü davam etdirib. Bir neçə saat döyüşdən sonra hərbçilərimiz düşmən snayperindən açılan güllədən şəhidlik zirvəsinə ucalır. Qeyri-bərabər qüvvələrin döyüşündə çoxsaylı ermənini məhv etməyi bacaran bu 3 igid düşmənin işğal etdiyi Azərbaycan torpaqlarında qalır. Döyüşçü yoldaşları onların köməyinə gəlsə də artıq onların vurulduğunu və meyitinin düşmən tərəfindən götürüldüyünü görürlər. Düşmən tərəfi qəhrəman hərbçilərimizin meyitini yalnız 10 aprel tarixində geri qaytarır.

11 aprel 2016-cı il tarixdə Mingəçevir izdihamla öz qəhrəman şəhidini torpağa tapşırır. Bu sadəcə dəfn yox, bir insan selinin iştirak etdiyi vida mərasimi olur. Adilin döyüşdə göstərdiyi igidlik bütün Mingəçevirə və Azərbaycana yayılır. Dostları onun xatirəsini uca tutmaqdan ötrü bu fotonu hazırlayır.

Adilin şəxsi həyatında da yeniliklər olmalı idi. O yaxın qohumlarının birinin qızına elçi düşmək niyyətində imiş. Artıq bununla bağlı xəbər də göndərilmişdi. Amma, o cavabı almadan əbədiyyətə qovuşdu. Aprel ayının 17- də 23 yaşını tamam etmək də elə onun şəhidlik zirvəsində qismət oldu. Onlar bu gün cismən olmasalar da, ruhən bütün Azərbaycanın qəlbindədirlər. Atası Kamran Adilzadə dəfndə başını dik tutaraq bu sözləri dedi: “ Təki, Vətən sağolsun!”
23 yaşını şəhidlikdə qeyd edən döyüşçü - Qəhrəmanlıq dastanı

23 yaşını şəhidlikdə qeyd edən döyüşçü - Qəhrəmanlıq dastanı

23 yaşını şəhidlikdə qeyd edən döyüşçü - Qəhrəmanlıq dastanı


Mən də bu yazımı elə bu sözlərlə bitirmək istəyirəm. Analar yeni Adillər, Mübarizlər doğsun! Təki, Vətən sağolsun!
Məkanınız cənnət olsun!/Femida.az/

Miri Məcidli










SON XƏBƏRLƏR
Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür - VİDEO
Azərbaycançılıq ideologiyası haqqında film çəkildi
Gürcüstanın Azərbaycana 7.3 milyon dollar borcu var
"Neftçi"nin baş məşqçisi məğlubiyyətdə özünü günahlandırıb
Sosial internet şəbəkələri saxta “qədim erməni dövlətçiliyi” barədə yalanlarla doludur
Vikimaniya beynəlxalq konfransında ölkəmizi üç vikipediyaçı təmsil edəcək
ABŞ Ermənistanın iki şirkətinə sanksiya tətbiq edib
“Baş nazir dəqiq deyib, nəsə əlavə etməyə ehtiyac yoxdur...” - Mnatsakanyan
Azərbaycan və İran prezidentlərinin telefon danışğındakı pərdəarxası MƏQAMLAR
Təslim olmuş erməni hərbçisi ilə bağlı danışıqlar aparılır
Tehran metrosunda hicabına riayət etməyən qadınlara qarşı təzyiqlər şiddətləndirilir
Qəzaya uğramış təyyarəmiz parça-parça olub
Aqil ABBAS: "Qurban Qurbanov, səninləyik!"
Mnatsakanyan Məmmədyarovla danışıqların detallarını açıqladı
Toyu olacaqdı, özünü asdı
Urmiya gölünün qurumasını önləyən İLGİNC PLAN: Türkiyədən…
Ağ dəvə düzdə qaldı - II HİSSƏ
Azərbaycan istehsalı olan "Tufan" gəmisinin nümayişi olub
"Bunu etsək, Paşinyan bir də qələt edib, "Qarabağ Ermənistandı" deməyəcək..."
Azərbaycanlı general ABŞ donanmasında komandan təyin olundu
Məşhur “Adidas” şirkəti “Traxtur”a sponsor oldu
ABŞ Asiyada yeni raketlər yerləşdirəcək
Rusiya, Azərbaycan və İran yeni enerji layihəsinin icrasına dair saziş imzalayıb
Qırğızıstan: keçmiş prezident Almazbek Atambayev qətldə ittiham olunur
“Yeni Gundem” saytı 2 yaşında
Bölgələrə yağış yağacaq, dolu düşəcək – Sabahın HAVASI
Bu şəxslərə 50 avtomobil hədiyyə edildi – PREZİDENTİN TAPŞIRIĞI İLƏ
Xocalı soyqırımına həsr olunan filmin çəkilişi başa çatır
Ali məktəblərə boş qalan yerlərin sayı açıqlandı
Türkiyə və ABŞ arasında tarixi anlaşma – Detallar