Qarabag Media
Haqqımızda Əlaqə

Tank ovçusu...


Tarix:19-04-2016, 06:41 Kateqoriya:Manşet / Yazarlar

Tank ovçusu...

Ötərxan ELTAC
Laçını gah keçilməz qapı adlandırdıq, gah da alınmaz qala. Gah düşmən tələsi dedik, gah da qartallar oylağı...

Min dərdin dərmanı olan rəngbərəng çiçəklər, bir çox xəstəliklərə şəfa verən loğman bulaqlar, süfrələrin bəzəyi olan dadlı meyvələr, zəngin yeraltı sərvət: uran, dəmir, mis yataqları, gözəlliyi ilə hər kəsi heyran qoyan misilsiz mənzərələr və sağlamlığın rəhni olan, hətta günəş işığının keçə bilmədiyi gur meşələr yada düşür Laçın deyəndə. Hələ dərdlərin dərmanı olan beçə balını, ceyranlı-cüyürlü oylaqları, quşların cəh-cəhində mürgü vuran ormanları, şırıltısıyla ətrafa nəğmə qoşan Həkərini demirəm.

İgidliyindən, rəşadətindən söhbət açacağımız Nazim Xanlar oğlu Abdullayev 1967-ci ildə Həkəri sədalı Laçında doğulub. 1 saylı orta məktəbi başa vurandan sonra, Sovet ordusu sıralarında hərb elminin sirlərinə yaxından bələd olub. Ordudan tərxis olunan Nazim Vətənə dönəndə hiyləgər qonşularımızın torpaq iddiası ilə ayağa qalxaraq, iğtişaş törətdikləri zaman idi. Nazim də elə həmin vaxtdan dostları ilə birlikdə silaha sarılaraq torpaqlarımızın keşiyində durdu.

Silah-sursatın olmadığı zamanlar idi. Laçın özünümüdafiə dəstəsi ov tüfəngləri ilə silahlanmış, imperiyanın ağır texnikası ilə təmin olunan düşmənlə qarşı-qarşıya durmuşdu. Laçının oğullarının əsas silahı doğma torpağa, vətənə olan sonsuz məhəbbəti idi.

Şuşa istiqamətində ermənilərin fəallığı xeyli artmışdı, daha doğrusu qala-şəhər artıq mühasirədə idi. Şəhər düşmən əlinə keçəcəyi təqdirdə Laçının da mühasirəsi daralacaqdı. Ona görə də əsgərlərimiz var-gücü ilə müdafiə olunmağa çalışırdı. Amma namərd qonşularımız himayədarlarının köməyi ilə daha da irəliləməyə can atır, Laçın dəhlizinə nəzarəti ələ keçirmək istəyirdi. 31-ci posta edilən hücumlar da, dəhliz yoluna bir çıxış idi. O gün Nazimin və Familin sayıqlığı nəticəsində səfərbər olunan döyüşçülərimiz itirilmiş məntəqəni geri qaytarmaq üçün əks hücuma keçdilər. Düşmənin silah-sursatını ələ keçirməklə yanaşı, xeyli canlı qüvvəsi də məhv edildi. Əsgərlərimizin sərt təpkisi ilə üzləşən quldurlar geri çəkilməyə məcbur oldular.

Qaladərəsi strateji yüksəklik olduğu üçün quldurlar onu daim atəş altında saxlayırdı, çünki buradan Laçının, eləcə də Görusun böyük bir ərazisinə nəzarət etmək mümkün idi. Vəziyyət getdikcə ağırlaşırdı. Şuşa kimi alınmaz qala əldən getmişdi. Laçının mühasirəsi xeyli daralmışdı. Komandanlığın əmrinə əsasən, döyüşçülərimiz qismən geri çəkilməli, müdafiə mövqeyi seçməli idi. Bu əmr Nazim və digərləri tərəfindən birmənalı qarşılanmasa da, vəziyyət bunu tələb edirdi.
17 may 1992-ci il. Zabux kəndi ətrafındakı mövqelərimiz güclü atəşə tutulurdu. Ağanus kəndində də tək-tək evlər yanırdı. Düşmən artıq hər tərəfdən mövqelərimizi gülləbaran edir, postlar arasındakı əlaqələri kəsməyə çalışırdı. İrəliləmək mümkün olmadığı üçün Tikanlı zəmiyə tərəf çəkilən əsgərlərimiz düşmən mövqelərini atəşə tutsalar da, sursat qıtlığı və qeyri-bərabərlik uğur vəd etmirdi. Elə ona görə də yenidən Güləbirddə cəmləşən döyüşçülərimiz Səfiyan-Laçın istiqamətində hücumları intensivləşdirməyə çalışdılar.

Suarasında erməni hərbi birləşmələrinin fəallığı gözə çarpırdı. Bunu nəzərə alan komandanlıq kəşfiyyat qrupunu həmin istiqamətə yönəltdi. Nazim həmişə olduğu kimi Famillə birgə idi. Bir-birinə etibar, inam onları daha qorxmaz, daha ölümsüz edirdi. Meşə gur, qalın və çığırsız olduğundan irəliləmək çətin idi. Amma düşmən mövqeyini və hansı silahla təmin olunduğunu öyrənmək üçün əsgərlərimiz candan keçməyə hazır idi. Qəflətən erməni kəşfiyyatı ilə üzbəüz gələn Nazim silahdaşlarını ayıq olmağa səslədi. Və ilk atəşlə öndə olan erməni əsgərini yerə sərdi. Güllə dolu kimi yağmağa başladı. Ancaq əsgərlərimiz mövqe seçə bilmişdilər. Ona görə də, bir neçə dəqiqə çəkən döyüşdə 15 yaraqlı məhv edilərək, silahları qənimət kimi ələ keçirildi. O gün Nazimin qoçaqlığı sayəsində heç bir itkimiz olmadı.

Məlumat alınmışdı ki, Tığikdə qərarlaşan düşmən növbəti döyüş əməliyyatı üçün plan üzərində işləyir. Əməliyyatın tarixi haqqında xəbərlər bir-birini təkzib etdiyinə görə, növbəti dəfə kəşfiyyat dəstəmiz Tığik istiqamətində irəliləməyə başladı. Yenə də Nazim öndə idi qranatamyotu ilə birgə. O, qorxmazlığı və cəsarətilə hər kəsə örnək idi. Hər kəs ona güvənir, etibar edirdi.

Dəstə yavaş-yavaş irəliləyirdi. Sən demə, namərd düşmən anbaan izləyirmiş onları. Amma hər bir cığıra yaxşı bələd olan əsgərlərimiz diqqətdən yayınmaq üçün gizli yollardan istifadə etməklə, quldurları mühasirəyə salmağı bacardı. Bu dəfə də düşmən 7 əsgərini itirməklə geri çəkilir. Kəşfiyyat dəstəmiz yoluna davam edərkən, məlum oldu ki, Famil və digər bir nəfər mühasirədə qalıb. Nazim ani olaraq əlavə qüvvənin gəlməsi üçün qərargaha xəbər göndərdi. Amma Famil də Famil idi. Ölsə də düşmənə təslim olmazdı.
Nazim Abdullayev Laçın rayon polis idarəsinə baş çavuş rütbəsində işə qəbul ediləndən sonra, Qoşqar-Murov istiqamətində döyüşlərə qatıldı. Yenə də təcrübəsi, bacarığı ilə silahdaşları arasında seçildi, fərqləndi. Amansız döyüşlərdə düşmənə aman vermədi. Doğma Laçını itirəndən sonra, Kəlbəcərə sığındı, axı Kəlbəcər Laçının arxası-dayağı idi. Son damla qanına qədər vuruşacağına, geri çəkilməyəcəyinə and içdi. Amma düşmən himayədarlarının köməyi ilə Kəlbəcərə doğru irəliləyirdi....

Bir qədər sonra Nazim öz dəstəsi ilə digər qaynar nöqtəyə - Füzuliyə yollandı. Vəziyyət gündən-günə gərginləşirdi. Artıq Laçın və Kəlbəcəri işğal edəndən sonra, Qarabağa asanlıqla daxil olan düşmən öz döyüşçülərini lazımi silahlarla təmin edə bildi. Bu təminat isə, əsgərlərimizin hücumu qarşısına bir maneə oldu. Bütün bu çətinliklərə baxmayaraq, istər yerli özünümüdafiə dəstəsi, istərsə də Laçın polis batalyonu əzmlə, rəşadətlə döyüşür, bir addım belə geri çəkilmirdi. Nazim qranatamyotu ilə düşmənin bir neçə tankını və xeyli canlı qüvvəsini məhv etmişdi. Yaraqlılar Nazimin mahir nişançı olduğunu bir daha dəqiqləşdirəndən sonra, onu hədəfə götürdülər, amma Nazim o gün məharətlə nədəfdən yayına bildi.

Döyüş davam edirdi. Hər iki tərəfdən xeyli ölən və yaralanan vardı. Nəyin bahasına olursa-olsun Horadiz düşməndən təmizlənməli idi. Yenə də Nazimin qranatamyotu əks-səda verir, düşməni vahiməyə salırdı. Amma qəddar düşmən Nazimi neçə gün bundan öncə hədəfə almışdı. Çünki Nazim əsasən, tankların qarşısını almağa çalışırdı, bu da düşmən üçün ən böyük təhlükə idi.

Nazim yenə də silahdaşlarını döyüşə səsləyir, düşmənə qarşı amansız olmağa çağırırdı. Əsgərlərimiz də xeyli irəliləmişdilər, demək olar ki, yaraqlıların böyük hissəsi geri çəkilmişdi. Və birdən... və birdən “ay namərd”- deyərək Nazim əlini sinəsinə apardı.

Tank ovçusu...Əlləri qana bələnmişdi Nazimin. Qan axdıqca rəngi ağarırdı. Daha qranatamyotun səsi eşidilmirdi. Bir qədər sonra arıq bədəninə sığmayan dünya boyda ürəyi susdu. O gün ölümsüzlük tarixi yazdı Nazim, birliyimiz, bütövlüyümüz uğrunda ən ali məqama-şəhidliyə ucaldı.

Nazim Xanlar oğlu Abdullayev göstərdiyi rəşadətə görə, ölümündən sonra, “Azərbaycan bayrağı” ordeninə layiq görüldü. Allah rəhmət eləsin!

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Zelenski kadr islahatlarının anonsunu verdi
Petro Poroşenko prezident seçkilərində məğlubiyyətini etiraf edib
25 il öncə Lələtəpədə şəhid olan döyüşçülərin xatirəsi anıldı - FOTOLAR
Saakaşvili sabah Kiyevə qayıdır
Ermənilərin talan etdiyi Kəlbəcər – Ürək dağlayan ən son görüntülər – VİDEO
Fransanın Nant şəhərində Azərbaycan məktəbi açıldı
Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
İncitdiyiniz insanların sayı-hesabı yoxdur
Jurnalistin vətəni
Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?
İlbər Ortaylı: “Sultan Səlimlə Şah İsmayıl kimi dava edəsi deyilik”
Mayın 29-da Putin və Paşinyan arasında görüş keçiriləcək
Ərdoğandan çağırış: "Seçki mübahisələrini geridə qoyaq"
"Azərbaycan(!) qızının gecə klubunda nə iti azıb ki?.." - Fikir savaşı
Azərbaycan və İranın birgə istehsalı olan avtobuslar satışa hazırlanır
Xəzərdə 6 milyard dollarlıq yeni layihəyə start verildi
Koçaryan Avropa liderlərini köməyinə çağırdı
Əhaliyə hava xəbərdarlığı
Azərbaycan dilinin 113 minlik yeni orfoqrafiya lüğəti hazırlanıb
"Qaz və işığa qoyulan limitin ləğvi məqsədəuyğun deyil" – Deputat
Azərbaycanda zorakılığa məruz qalan uşaqlarla bağlı qaynar xətt yaradılır
Pensiya və əmək haqları yenidən qaldırılacaq – Prezident bəyan etdi
Aqil ABBAS: TELEKANALLARI TELEKANALİZASİYAYA ÇEVİRMƏYİN
"Paşinyan Dağlıq Qarabağda rəngli inqilab etmək istəyir" - NƏZAKƏT MƏMMƏDOVA
Şərif Ağayar: "Laçın indi mənə çatmadığım, çata bilmədiyim bütün arzuların ümumiləşmiş obrazı kimi görünür" - MÜSAHİBƏ
İslam dininə üçlü yanaşma: Mühafizəkarlıq, Dünyəvilik, Millilik - (III yazı)
Prezident və birinci xanım Neftçilər parkının açılışında
Güclü külək və leysan yağışları Gürcüstanda ciddi fəsadlar törətdi
Müasir Azərbaycan Folklorşünaslıqda yeni nəzəri-metodoloji yanaşma təcrübəsi
Bakının şərtinə əməl olunmadıqca, eskalasiya təhlükəsi davam edəcək